Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1197/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “18” fevral 2019-cu il iş №2(102)-1197/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: İ.R Burcayev; 2(008)-3616/201 8) İddiaçı Cavabdeh qarşı mənzilə köçrülmə və cavabdehin mənzildən çıxarılmasına dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, *********************************** nömrəli mənzilinə köçürülməsi, X1 Bakı şəhəri, ************************************** nömrəli mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, (sədrlik edən və məruzəçi), İ.S.Şirinov, E.V.Kazımov; 2(103)-9523/2018) cavabdeh Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 14 may 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı mənzilə köçrülmə və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, ************************* nömrəli mənzilindən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, ünvan 1 ünvanı şəxsi mülkiyyətdə deyil, mənzil dövlət mülkiyyətində olmaqla MKİS-in balansındadır. Bununla belə həmin mənzilin icarədarıdır. Belə ki, mübahisəli mənzilə dair müqavilə onun anasının adına bağlanmış və orderdə onunla birlikdə ailə üzvlərinin də adları qeyd edilmişdir. Bundan başqa özü 2005ci il tarixdən mənzildə pasport qeydiyyatında olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Cavabdeh Ukrayna Respublikası vətəndaşıdır. Cavabdehlə bir neçə aylıq həmin mənzildə müvəqqəti yaşaması üçün aralarında razılıq olsada, cavabdhin hazırda m ənzili tərk etməkdən və ona təhvil verməkdən imtina edir. Bir neçə dəfə mənzilə getsə də cavabdeh onu onu və ailə üzvlərini qovmuş, onları mənzildə yaşamağına icazə /erməmişdir. Cavabdeh özü spirtli içki qəbul edir, mütəmadi olaraq mənzildən çıxmağını tələb etdiyindən öldürməklə hədələyir. Bu barədə aidiyyatı orqanlara müraciət etsə də, müsbət nəticəsi olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəllənin 8.1,9.1, 9.4, 14, 77.1, 217, 218.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələ lər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına isti nad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən AZ-İ seriyalı *********** nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən X10 xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası isə X2. AZ-İ seriyalı *********** nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən X9 ilə X10 arasında nikah Sabunçu rayon qeydiyyat şöbəsində 1009 nömrəli akt qeydi ilə 28 avqust 2012-ci il tarixdə bağlanmış, nikahdan sonra arvada Kramer soyadı verilmişdir. ***** nömrəli 08 aprel 2015-ci il tarixli arayışın surətindən görünür ki, X7 ünvan 2 ünvanından 24 dekabr 1987-ci il tarixdə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. 44 saylı MKİS-i tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş ****** nömrəli 09 mart 2018-ci il tarixli məktubuna və 21 fevral 2018-ci il tarixli aktına əsasən həqiqətən də İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında daimi qeydiyyatdadır, ancaq X1 hərəkətlərinə görə orada yaşaya bilmir. Sənədlər yoxlanılarkən məlum oldu ki, ögey qardaşı X5 Ukrayna Respublikası vətəndaşı olmaqla qanunsuz olaraq mənzildə yaşayır. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh mənzili boşaltmaqdan imtina etmişd ir. Ona görə də onun qanunsuz hərəkətləri aktlaşdırılıb və müraciət edənə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 44 Saylı MKİS-i tərəfindən X4 edilmiş 16 yanvar 2018-ci il tarixli xəbərdarlıq məktubuna əsasən həmin mənzilin şəxsi mülkiyyətdə olmadığından, dövlət mülkiyyətində olmaqla qorunub saxlanmasında “MKİS” məsuliyyət daşıdığından təcili həmin mənzilin boşaldılması sonuncuya xəbərdarlıq edilmişdir. 44 Saylı MKİS-i tərəfindən X4 edilmiş 16 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubuna əsasən qanunsuz yaşadığı mənzili təcili boşaldıb və həmin mənzildə qeydiyyatda olan vətəndaş İddiaçı təhvil verilməsi barədə X5 xəbərdar edilmişdir. 44 Saylı MKİS-i tərəfindən verilmiş 04 nömrəli 05 mart 2018-ci il tarixli arayışa əsasən İddiaçı, X9, X14, X13, X6, X8 və X11 ünvan 1 ünvanında p asport qeydiyyatındadırlar. Mənzil İcra Hakimiyyətinə məxsusdur. İş materiallarında olan ölüm haqqında şəhadətnaməsinə əsasən X7 28 avqust 1987-ci il tarixdə qanitirmə, hamiləliyin pozulmasından vəfat etmişdir. 44 Saylı MKİS-i ilə X7 arasında bağlanmış müqaviləsinə əsasən ünvan 1 ünvanı X3 icarəsinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı 2005-ci il tarixdən mübahisəli mənzilə pasport qeydiyyatına alınmış və həmin mənzil dövlət fonduna məxsus olduğundan mülki iş üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üz vləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası MM-nin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğ a çatmamış uşaqların öz valideynlərinin yanına köçrülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin məcəllənin 53- cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 44 Saylı MKİS-i ilə X7 arasında bağlanmış müqavilə əsasında ünvan 1 ünvanı X3 icarəsinə verilmişdir. İddiaçı icarədarın ailə üzvü olmaqla doğma qızıdır və 2005-ci il tarixdən mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla yaşamışdır. Cavabdeh xarici ölkə vətəndaşı olmaqla iddiaçının, həmçinin mənzilin icarədarının ailə üzvü deyil. Cavabdehin qeyd edilən dövlət fonduna məxsus mənzili özbaşına zəbt etməsi iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubları ilə öz təsdiqini tapır. Mənzilin qorunub saxlanmasında məsul olan MKİS orqanı tərəfindən cavabdeh bir neçə dəfə mənzilin boşaldılması və qeydiyyatda olan şəxslərə təhvil verilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymamış, mənzili boşaltmamaqla bərabər mənzildə qeydiyyatda olan, sahiblik və istifadə hüququ olan iddiaçını mənzildə yaşamağa icazə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edərək onu dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və pr osessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətlərinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdü r: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1197/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1197/2019
18.02.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver