Məhkəmə qərarları › İş №2(102)-1197/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1197/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1197/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: attestasiyanın nəticələrinə görə əmək müqaviləsinə xitam verilməsi, əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 09 dekabr 2022-ci il i tarixli, 2(103)7576/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 01 iyun 1977-ci ildə Azərbaycan SSR-nin Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin zal növbətçisi vəzifəsinə işə qəbul olunmuş, müxtəlif vəzifələrdə işləmiş, 13 may 2022-ci il tarixdə X3-Fond şöbəsinin 9-cu dərəcəli böyük laborantı vəzifəsinə keçirilmişdir.

2. Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyinin işçisi İddiaçı attestasiya üzrə 05 aprel 2022-ci il tarixli attestasiya vərəqəsində qeyd olunmuşdur ki, sonuncu attestasiya komissiyası tərəfindən “Tutduğu vəzifəyə uyğun de yil” nəticəsinə gəlmişdir.

3. AMEA Milli Azərbaycan Tarixi X6 iclasının 15 aprel 2022-ci il tarixli, 3 nömrəli protokolu ilə Muzeydə 5-8 aprel 2022-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələri təsdiq edilmişdir.

4. AMEA Milli Azərbaycan Tarixi X1 komitə iclasının 15 aprel 2022-ci il tarixli 29 saylı protokolu ilə İddiaçı 2006-cı ildən sonra əlilliyi ilə əlaqədar təkrar tibbi müayinədən keçib-keçməməsi, əlilliyinin qüvvədə olub-olmaması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilməsi Milli Azərbaycan Tarixi Muzeyinə tövsiyə olunması qərara alınmışdır.

5. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 57-K saylı əmri ilə X3-Fond şöbəsinin 9-cu dərəcəli böyük laborant ı İddiaçı 5-8 aprel 2022-ci il tarixində keçirilmiş attestasiyanın nəticələrinə əsaslanaraq, 13 may 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 may 2022-ci il tarixdə, 57-k saylı əmrinin etibarsız hesab edilməsi, onun məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunması, hüquqların kobud s urətdə və davamlı pozulması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən 5000 manat pulun, eləcə də, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Muzeyin baş direktoru Nailə Vəlixanlı 2019cu ildən 2022-ci ilə qədər muzeyin daxilində iddiaçının vəzifəsini gah aşağı salmış, gah da, bir şöbədən digərinə keçirilərək mənəvi təzyiqin altında qoymuşdur ki, könüllü olaraq ərizə yazıb işdən azad olsun. Bunun baş vermədiyini gördükdə 2022-ci ilin 5-8 aprel tarixlərində keçirilmiş Attestasiyanın nəticələrinə əsaslanaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Onun vəzifəsindən azad edilməsi qərəzlidir, ədalə tsizdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(009)1797/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə, 3-cü maddəsinin 5 və 9-cu hissələrinə, 9-cü maddəsinin “a” və “ə” bəndlərinə, 10-cu maddəsinin “a” bəndinə, 11-ci maddəsinin “c” bəndinə, 12-ci maddəsinin “a” bəndinə, 42-ci maddəsinin 1-ci bəndinə, 43-cü maddəsinin 1-ci bəndinə, 57-ci, 65-ci maddələrinə, 67-ci maddəsinin 1-ci hissəsinə və 70-ci maddəsinin “c” bəndinə istinad edərək qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir.

10. Məhkəmə ilk növbədə iddiaçının iddianın əsası kimi gətirdiyi dəlillərindən biri kimi vəzifəsində işlədiyi müddətdə, sərt karantin rejiminə görə həmin vəzifədə bir il işləməməsi və bu səbəbdən onun attestasiyadan keçirilməli olmaması barədə dəlilləri üzrə qeyd etmişdir ki, həmin hal işçinin həmin müddətdə işləməməsi və iş stajına daxil olmaması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin dəlillər əsassız hesab edilməlidir.

11. Digər tərəfdən məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səs verməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunm ası barədə xx.xx.2022-ci il tarixli əmri tam qanuni olmuşdur.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə tələb də əsassızdır və təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulması hissəsi üzrə Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, iddia tələbi işə bərpa olunması hissəsində əsassız olduğundan, həmçinin iddiaçının işdən azad olunması barədə əmrin tam qanuni olması təsdiq olunduğundan, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Bak ı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(009)-1797/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(103)-7576/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevin və X.Ə.Sarıyevin iştirakı ilə) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, e-2(009)1797/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddianın qismən təmin olunması, Milli Azərbaycan Tarixi Muzeyi Baş direktorunun 13 may 2022-ci il tarixli, 57-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə - Milli Azərbaycan Tarixi X4-Fond şöbəsinin böyük laborantı vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ilkin mediasiya sessiyasına görə ödənilmiş xərcin əvəzi kimi 50 manatın Milli Azərbaycan Tarixi Muzeyindən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh əmək müqaviləsini ləğv edərkən qanunvericilikdə müəyyən edilmiş müddəti pozmuşdur.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 3.3-cü bəndində qeyd olunub: “Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. B u müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə... işdə azad etməyə yol verilmir”. Cavabdeh həmin qadağanı pozub, əmək müqaviləsini 37 gün sonra, yəni 30 təqvim günü bitdikdən sonra ləğv etmişdir.

19. Belə ki, attestasiyanın nəticəsi 05 aprel 2022-ci il tarixdə elan olunmuş, əmək müqavilənin ləğv edilməsi barədə əmr isə 13 may 2022-ci il tarixdə verilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, 30 günlük müddətin axımına təsir edən hallar baş verməmiş, yəni attestasiyanın nəticəsi elan olunduqdan sonra iddiaçıya münasibətdə xəstəliklə bağlı əmək qabiliyyətinin itirilməsi halı baş verməmiş, habelə o, məzuniyyətdə və ya ezamiyyətdə olmamışdır. Bunu hər iki tərəf təsdiq etmişdir.

20. Həmçinin, iddiaçıya mənəvi zərər vurulduğu müəyyən edilmədiyinə görə məhkəmə hesab etmişdir ki, mənəv i zərərin əvəzinin ödənilməsi barədə tələb təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

21. Cavabdeh Azərbaycan Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il tarixli, 2(103)-7576/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, 79-cu maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçı attestasiya keçirildiyi gündən işə gəlməmiş və telefon vasitəsi ilə bildirmişdir ki, o 2-ci qrup əlilliyini 1-ci qrupa k eçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna müraciət etmişdir. Lakin nə işə gəlmiş, nədə ki, heç bir sənəd təqdim etməmişdir. Qeyd olunan halın araşdırılması üçün 18 aprel 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinə sorğu verilmiş və məktuba 12 may 2022-ci ildə cavab verilmişdir. Həmçinin, attestasiya 5-8 aprel 2022-ci il tarixində keçirilmiş, AMEA Milli Azərbaycan Tarix X6 3 nömrəli protokolu 14 aprel 2022-ci il tarixdə tərtib olunmuş və 15 aprel 2022-ci il tarixdə müəssisə rəhbəri tərəfindən təsdiq edilmişdir. Beləliklə, 13 may 2022-ci il tarixdə mübahisə edilən əmr qəbul edilmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmənin isə gəldiyi nəticə iddiaçının mübahisələndirmədiyi haldan ibarətdir. Attestasiya nə vaxt bitməsinə və attestasiyanın nəticələri cavabdeh təşkilatın rəhbərinə nə vaxt təqdim olunması araşdırılmamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsi nin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları: 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.4. Xəstəlik müddəti, məzuniyyətdə və ezamiyyətdə olduğu dövr 30 günlük müddətə daxil edilmir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə ləğv edilərkən, müvafiq normativ hüquqi sənədlərlə müəyyən olunmuş müddət buraxılmışdır.

32. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş attestasiyanın nəticələri hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya məhkəməsi yalnız pro sedur qaydalarının pozulması – müddətin buraxılması əsası ilə iddianı təmin etmişdir ki, MPM-in 372.7-ci maddəsinə görə, maddi hüquq normalarının düzgün tətbiqin yoxlanılması apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya məhkəməsinin səlahiyyətlərinə aiddir.

33. Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları ilə müəyyən olunmuş 30 günlük müddətin cavabdeh tərəfindən buraxılmamasına dair kassasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, Mülki Məcəllənin 70-ci maddəsinin “Qeyd” hissəsi və Qaydaların 3-cü bəndi qarşılıqlı olaraq təhlil edilərkən belə nəticəyə gəlmək olur ki, attestasiya nəticələrinə dair işçi barədə müvafiq qərarın (əmrin) qəbul edilməsi üçün bütün prosedur məsələlər (müəssisə rəhbəri tərəfindən müv afiq qərar qəbul edilməsi, işçi barəsində hər hansı tədbirinin görülməsinin mümkünlüyünün araşdırılması və s.) qeyd olunan müddətlər daxilində həll olunmalıdır.

34. Bu zaman nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə görə işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi barədə müvafiq qərar işəgötürən müəssisənin rəhbəri deyil, məhz attestasiya komissiyası qəbul edir. Hazırki işdə isə attestasiya komissiyasının qərarı 05 aprel 2022-ci il tarixdə attestasiya vərəqində qeyd edilməklə, işçiyə elan olunmuşdur.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tət biq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2022-ci il i tarixli, 2(103)-7576/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar