Məhkəmə qərarları › İş №2(102)-1198/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1198/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1198/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: depozitə qoyulmuş əmanət məbləğinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh1na qarşı “depozitə qoyulmuş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7384/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən cavavdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmanətçi İddiaçılə «X3 (CDB)» ASC arasında xx.xx.2016-cı il tarixdə CBDPV2352-01 nömrəli depozit müqaviləsi bağlanmışdır.

2. Depozit müqaviləsinin şərtlərinə əsasən əmanətçi 30000 ABŞ dolları məbləğində pul vəsaitini illik 3% ödənilmək şərtilə 12 ay müddətinə banka depozitə qoymuşdur.

3. Ləğv edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2017-ci il tarixli, 1 saylı qərarı ilə “X3” (CDB) ASCnin fəaliyyətinə xitam verilməklə, hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) Cavabdeh2 ASC-yə keçirilərək Cavabdeh2 ASC-nin qoşulma şəklində yenidən təşk il olunmasına razılıq verilmişdir. 4. 30.05.2017-ci il tarixində “X3 (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyəti üçün verilmiş xx.xx.1992-ci il tarixli 92 saylı lisenziyası ləğv edilmişdir.

5. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh2 ASC-yə bank fəaliyyəti üçün verilmiş xx.xx.1994-cü il tarixli 176 saylı lisenziya ləğv edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli 23(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan olunmuş, onun barəsində iflas proseduruna başlanmış və ləğvedici qismində Cavabdeh1 təyin edilmişdir. 7. “Azərtac” Dövlət informasiya Agentliyinin 15 may 2020-ci il tarixdə inetrnet səhifəsində yerləşdirilən məlumatında Cavabdeh1 Himayəçilik Şurasının qərarına əsasən, "xxxx" AS C-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "xxxx" ASC seçildiyi və kompensasiyaların verilməsi qaydaları barədə məlumat dərc edilmişdir.

8. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na depozit hesablarının qaytarılması barədə xx.xx.2023-cü il tarixdə pretenziya ilə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "X3 (CDB)" ASC arasında bağlanmış 00***-******* №-li xx.xx.2016-cı il tarixli depozit müqaviləsinə əsasən yerləşdirilmiş 30000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzinin “Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 5.1-ci maddəsinə əsasən kompensasiy a formasında Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə ərizəsini belə əsaslandırmışdır ki, o, "X3 (CDB)" ASC ilə bağladığı 00***-******* №-li xx.xx.2016-cı il tarixli depozit müqaviləsinə əsasən Bank, ondan 30000 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini ona qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Həmin vaxt əmanətin tam sığortalı hesab edilməsi üçün Cavabdeh1 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi 12% həddində olmuşdur. İddiaçının əmanətin qaytarılması ilə bağlı müraciəti Cavabdeh1 tərəfindən təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

11. Cavabdeh1 nümayəndəsi yazılı etirazla məhkəməyə müraciət edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, ilkin olaraq “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinin tələbləri pozulmuşdur. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. LPO Cavabdeh2 ASC üzrə kompensasiya ödənişi haqqında ilk bildiriş 1 may 2020-ci il tarixində dərc edilmişdir və bu müddəti üzürlü ötürməsini sübuta yetirən hər-hansı sənəd məhkəməyə və ya ƏSF-yə təqdim edilməmişdir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyrimümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əm anətçinin ərizəsinə əsasən uzadıla bilər. Bankda sığorta hadisəsi baş verən dövrdə Qanunun 26.1-ci maddəsinə əsasən qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalenti müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə əsasən X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etmişdir. xx.xx.2019-cu il tarixli HŞ-nın qərarına əsasən xarici valyutada olan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verən anda hazırki iddia üzrə mübahisəli əmanət müqaviləsinə əsasən əmanət 3 faizlə yerləşdirilmiş və eyni şərtlərlə müqavilə münasibətləri davam etdirilmişdir. Mülki qanunverciliyə əsasən əmanətin faiz dərəcə ləri müqavilənin əsas şərtlərindən hesab edildiyi üçün bank birtərəfli qaydada faiz dərəcələrində dəyişiklik edə bilməzdi, bu yalnız tərəflərin hər ikisinin qarşılıqlı yazılı razılığı əsasında həyata keçirilə bilərdi ki, belə razılıq da olmamışdır. ƏSF-da sığorta ehtiyatlarının yaranma əsaslarından başlıcası məhz iştirakçı banklar tərəfindən qorunan əmanətlərə görə ödənilən təqvim haqqı, illik haqq və əlavə haqlardır. Faktiki olaraq bu əmanət üzrə bank tərəfindən Fonda təqvim haqq ödənilməmişdir və Fondda formalaşmış təqvim haqları sığorta hadisəsinə məruz qalmış bankların əmanətçilərinə kompensasiya ödənişlərinə sərf edilir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2740/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abb asov) iddia tələbi təmin edilərək, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Cavabdeh1 30000 ABŞ dollarının ödəniş gününə qüvvədə olan manata olan məzənnə ilə alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, əmanətçiyə məxsus pul vəsaitinin qorunan əmanət kimi banka yerləşdirilməsi müqavilənin əsas şərti kimi iddiaçını qane etdiyindən o, eyni zamanda həmin şərtlə razılaşaraq müqaviləni bağlamışdır. Qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salındığı bir vəziyyətdə müqavilənin müddətinin uzadılması iddiaçını sığorta hadisəsi baş verəcəyi təqdirdə ciddi risk qarşısında qoymuş, bu da tərəflər arasında müqavilə ilə əldə olunmuş razılığa uyğun olmamışdır.

15. Buna görə də məhkəmə hesab etmişdir ki, sığorta hadisəsi baş verdiyi anda əmanət sığortalanmış hesab edilməli və sığorta hadisəsi baş verdiyindən kompensasiya formasında qaytarılmalı idi.

16. Məhkəmə iddiaçının kompensasiya ödənişi almaq hüququ üzrə müəyyən edilmiş son müddət həddinin, yəni beş illik müddətin ötürülmədiyi, Bankın səlahiyyətli şəxsləri tərəfindən əmanətin fiziki şəxsdən qəbul edilməsi barədə mədaxil qəbzinin tərtib edilərək, bankın müvafiq möhürü ilə təsdiq edildiyi andan bankın Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanəti qaytarmaq öhdəliyinin yarandığı qənaətinə gəlmiş və bu səbəbdən iddianı əsaslı sayaraq təmin etmişdir.

17. Bundan başqa qeyd edilmişdir ki, yuxarıda göstərilən və Fond tərəfindən kompensasiyaların ödənilməsi haqqında yerləşdirilən bildirişin məzmunundan da məlum olmuşdur ki, əmanətçilərin 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üz rə də kompensasiyaların qaytarılması nəzərdə tutulmuşdur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 947.2, 947.3, 948.1, 950.1, 950.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (“Banklar haqqın da” Qanunun 72.1.3-cü maddəsi). Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. İddiaçının bununla bağlı banka müraciət etməsi halı müəyyən edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7384/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

20. Məhkəmə kollegiyası kompensasiya ödənişinin alınması barədə əmanətçi tərəfindən müraciət müddətinin ötürülməsi barədə Cavabdeh1 dəlillərinə münasibətdə qeyd etmişdir ki, 29 dekabr 2006-cı il tarixli “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Digər maddənin, 28.4-cü maddənin isə tələbinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

21. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, sığorta hadisəsi baş verdikdə Fond müqavilədə göstərilən kütləvi informasiya agentliklərində əmanətçiyə kompensasiya ödənilməsi yeri və vaxtı barədə məlumat vermək öhdəliyi vardır. Həmin öhdəliyə əsasən Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi günün cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubunda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2020-ci il tarixdə olması müəyyən olunur. Əmanətçinin məhkəməyə təqdim etdiyi Fonda yazılı müraciət etməsini bildirən məktub isə xx.xx.2023cü il tarixlidir. Beləliklə, iddiaçının kompensasiya ödənişi almaq hüququ üzrə müəyyən edilmiş son müddət həddinin, beş illik müddətin ötürülmədiyi aşkardır.

22. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən irəli sürülən “sığorta hadisəsi baş verən dövrdə qorunan əmanətlərin maksimal həddi 30.000 manat ekvivalent müəyyən edilmişdir” dəlili ilə bağlı qeyd edib ki, yuxarıda göstərilən və Fond tərəfindən kompensasiyaların ödənilməsi haqqında ye rləşdirilən bildirişin məzmunundan da görünür ki, əmanətçilərin 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə də kompensasiyaların qaytarılması nəzərdə tutulmuşdur. Bunun hüquqi əsası kimi 19 yanvar 2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi təşkil edir. Qeyd olunan qanunun 3-cü maddəsinin 19 fevral 2019-cu ilə qədər olan redaksiyasında: Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 3-cü maddəsinin sığorta hadisəsi baş verdiyi və kompensasiyaların ödənilməsinə başlanması tarixinə qədər olan redaksiyasına görə (13 mart 2020-ci il tarixli əlavə və düzəlişlərlə) bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il 9 (doqquz) ay müddətində tam sığortalanır. Bununla da cavabdehlərin bu dəlili də əsassız hesab edilməlidir.

23. Məhkəmə kollegiyası daha sonra qeyd edib ki, “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən tərəfindən təsdiq edilməsidir.

24. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsəd i ilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Cavabdeh1 yaradılmışdır.

25. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilmə si heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. 26. “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliy yəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. 27. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir.

28. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

29. Qeyd olunmalıdır ki, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həd di 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir.

30. Göründüyü kimi, X2 tərəfindən ayrı-ayrı vaxtlarda qəbul olunmuş qərarlarda qorunan əmanətlər üzrə müxtəlif faiz dərəcələri nəzərdə tutulmuşdur.

31. Yuxarıda qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. İşdən göründüyü kimi, 28 oktyabr 2016-cı il tarixdə «X3 (CDB)» ASC iddiaçıdan (əmanətçidən) pul vəsaitini 3 faizlə hesaba qəbul edərkən illik faiz dərəcəsinin yuxarı həddi elə 3 faiz olmuşdur. Deməli, iddiaçının banka qoyduğu pul vəsaiti qorunan əmanət statusuna malik olmuşdur və həmin əmanətin qaytarılması barədə tələb əsaslı olduğundan təmin edilməlidir. Depozitə qoyulmuş əmanətin qorunan əmanət hesab edilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.

32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarına istinadla göstərmişdir ki, həmin qəra rda ifadə olunmuş hüquqi mövqeyə görə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”.

33. Mülki Məcəllənin 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tə rəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1, 946.1, 947.2, 947.3, 950.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.

36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilir ki, apellyasiya i nstansiyası məhkəməsinin dəyişdirmədən saxladığı məhkəmə qətnaməsində Fondun lazımi qaydada məlumatlandırılması qeyd olunmuşdur. Lakin Fonda nə fiziki sənəd daşıyıcıda, nə də EMS üzərindən bildiriş məlumatlandırma həyata keçirilməmişdir.

37. Həmçinin məhkəmənin yol verdiyi daha bir hüquq pozuntusu onunla bağlı olmuşdur ki, Fondun və ləğvini həyata keçirdiyi bankın ayrı-ayrı hüquq şəxslər olmasına baxmayaraq 2 ayrı hüquqi şəxsə bir şəxs kimi yanaşılmışdır.

38. Kassasiya şikayətində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11, 2.1.2.6, 3, 4.1, 8.1.20, 28.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır.

41. Maddə 946.1. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsd iq edilsin.

42. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

43. Maddə 947.3. Tələbli əmanət istisna olmaqla, müddətli və ya başqa əmanət müddət qurtaranadək və ya bank əmanəti müqaviləsində göstərilmiş ayrı hallar baş verənədək əmanətçinin tələbi ilə ona qaytarıldıqda əmanət üzrə faizlər bankın tələbli əmanətlər üzrə ödədiyi faizlərin miqdarına uyğun miqdarda ödənilir, bu şərtlə ki, müqavilədə f aizlərin ayrı miqdarı nəzərdə tutulmasın.

44. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. “Əmanətlərin sığortalanması haqqında” Qanun

45. Maddə

2. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun d epozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir.... 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. 2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir.http://frameworks.e-qanun.az/12/f_12137.html 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

19. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

20. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Əmanətlərin tam sığortalanması haqqında” Qanun

21. Maddə

3. Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Re spublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Cavabdeh1 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır (19 fevral 2019-cu il tarixli 1514-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).

22. Maddə 5.1. Cavabdeh1 iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

23. Maddə 5.

2. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli qərarı 24. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir”. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

25. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6- cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

32. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətinin dəlilləri cavabdehin apelyasiya şikayətində irəli sürdüyü dəlillərlə eyni məzmundadır. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri araşdıraraq qiymət vermiş və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

38. Kassatorun Fondun lazımi qaydada məlumatlandırılmaması barədə dəlilləri əsasszıdır və iş materiallarına uyğun deyildir.

39. Fondun və bankın ayrı-ayrı hüquq şəxslər olmasına baxmayaraq 2 ayrı hüquqi şəxsə bir şəxs kimi yanaşıldığı barədə dəlil də açıq aşkar əsasszıdır və bu dəlil apelyasiya şikayətində irəli sürülməmişdi.

40. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

41. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşd ırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7384/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar