Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1199/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1199/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1-nin vəkili Həsənov Elyar Eldar oğlunun iştirakı ilə, cavabdeh x2nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(004)152/2018 saylı qətnaməsi ilə (hakim A.Məmmədov) iddia qismən təmin edilərək, 15.11.2013-cü il tarixli 1526/13/ÇF/ PB№li kredit müqaviləsi üzrə 19.271,79 manat əsas borc, 5.357,56 manat hesablanmış faiz borcu, 5.000,00 manat dəbbə pulu, cəmi 29.629,35 manat məbləğində pulun, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 4.816,14 manat əsas borc, 210,56 manat hesablanmış faiz borcu, 1.000,00 manat dəbbə pulu, cəmi 6.026,70 manat məbləğində pulun cavabdeh x2ndan tutularaq x1-nə ödənilməsi, tutmaların x3 tam mülkiyyətindəki ünvan 1 mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.3 kv.m yaşayış, 207.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 100.000,00 manat müəyyən edilərək açıq hərracda satılması, x4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və x5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahələrinin hər biri 12.000,00 manat müəyyən edilərək açıq hərracda satılması və ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına kredit borcu olan 29.629,35 manat və 6.026,70 manat pul vəsaitin iddiaçıya ödənilməsi, fərdi yaşayış evi və torpaq sahələri ən geci bir ay ərzində boşaldılması, Evin və torpaq sahələrinin satışından artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9096/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli qətnaməsi 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 5.000,00 manat dəbbə pulun, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 1.000,00 manat dəbbə pulunun cavabdeh x2ndan tutularaq x1-nə ödənilməsi hissəsində dəyişdirilərək, dəbbə pulu 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 800 manat müəyyən edilməklə, cəmi 25429,35 manatın, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 200 manat müəyyən edilməklə, cəmi 5226,7 manat məbləğində pulun x2ndan tutularaq x1-nə ödənilməsi, qətnamənin qalan hissədə x2nun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9096/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x2, x3, x4 və x5 qarşı “borcun, borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin tələb edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, x2ndan x1-nin xeyrinə 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB№li kredit müqaviləsinə əsasən 20.112.04 manat əsas,13.220,30 manat hesablanmış faiz borcu, 15.943,90 manat dəbbə pulu, müqavilə üzrə cəmi 49.276,24 manat, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsinə əsasən isə 4.816,14 manat əsas, 3.106,48 manat hesablanmış faiz borcu, 3.628,45 manat dəbbə pulu, müqavilə üzrə cəmi 11.551,07 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, ilkin satış qiyməti 60.000,00 manat müəyyən edilməklə ünvan 1 x3 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 126.3 kv.m yaşayış, 207.4 kv. yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə,ilkin satış qiyməti 7 000 manat müəyyən edilməklə Abşeron rayonu, Saray qəsəbəsində x4 mülkiyyətindəki 0.06 ha həyətyanı torpaq sahəsinə, ilkin satış qiyməti 7000 manat müəyyən edilməklə Abşeron rayonu, Saray qəsəbəsində x5 mülkiyyətindəki 0.06 ha torpaq sahəsinə yönəldilsin, ipoteka predmetləri açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, ünvan 1 x3 mülkiyyətindəki 0.01 ha torpaq sahəsində yerləşən 126.3 kv.m yaşayış, 207.4 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin boşaldılması; Abşeron rayonu, Saray qəsəbəsində x4 mülkiyyətindəki 0.06 ha həyətyanı torpaq sahəsi boşaldılması, Abş eron rayonu, Saray qəsəbəsində x5 mülkiyyətindəki 0.06 ha həyətyanı torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x2 x1-nin “Çəmbərəkənd” filialından 15.11.2013-cü il tarixli 1526/13ÇF/FB 4№li kredit müqaviləsinə əsasən illik 24% lə 36 ay müddətinə evin təmiri məqsədilə 37.000,00 manat, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB4№li kredit müqaviləsinə əsasən isə illik 06% lə 36 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 15.000,00 manat borc almışdır. Borcların təminatı olaraq ünvan 1 x3 mülkiyyətindəki 0.1 ha torpaq sahəsində yerləşən 126.3 kv.m yaşayış, 207.4 kv.m yardımçı sahədən ibarət, 2 mərtəbəli,5 otaqlı fərdi yaşayış evi 21.02.2012-ci il tarixli 104/12/PB/YF-İ №li ipoteka müqaviləsinə 20.06.2013-cü il tarixli 01№li və 15.11.2013-cü il tarixli 02№li əlavələr yüklü edilmişdir.Eyni zamanda 15.11.2013-cü il tarixli 1526/13ÇF/PB №li kredit müqaviləsinin təminatı olaraq Abşeron rayonu, Saray qəsəbəsində x4 mülkiyyətindəki 0.06 ha həyətyanı torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsində x5 mülkiyyətindəki 0.06 ha həyətyanı torpaq sahəsi 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB №li ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqavilələri və əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilməklə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edi r. 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 20.06.2013-cü il tarixli851/13/ÇF/PB №li kredit müqaviləsinin 3.4-cü bəndinə əsasən isə SKMF və ya KTA hesabına verilmiş kredit vəsaiti Fonda və ya Agentliyə geri qaytarılarsa, həmin andan borclu ilə x6 arasında müvəkkil bankın faiz tariflərinə müvafiq qaydada, yəni 32%-lə borcluda qalmış məbləğə bu müqavilə və ipoteka müqavilələri bağlanmış hesab edilir. Vəsait qaytarılanadək icra edilməmiş, yəni ödənilməmiş borcun əvəzini də borclu müvəkkil bankın yeni faiz dərəcələrilə ödəməlidir. 01.11.2016-cı il tarixədək x2nun banka 15.11.2013-c ü il tarixli 1526/13/ÇF/PB №li kredit müqaviləsinə əsasən 20.112.04 manat əsas, 13.220,30 manat hesablanmış faiz, 15.943,90 manat dəbbə pulu, bu müqavilə üzrə cəmi 49.276,24 manat, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsinə əsasən isə 4.816,14 manat əsas,3.106,48 manat hesablanmış faiz, 3.628,45 manat dəbbə pulu, müqavilə üzrə cəmi 11.551.07 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Qeyd olunanları nəzərə alıb, iddianın təm in edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9096/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1-nin vəkili Həsənov Elyar Eldar oğlukassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərba ycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 104/12/PB/YF-İ saylı, 21.02.2012-ci il tarixli ipoteka (girov) müqaviləsindən görünür ki, x1 ilə x3 arasında ipoteka müqaviləsi bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən ipotekanın predmeti ünvan 1 mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126,3 kv.m yaşayış,207.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipotekanın predmeti 41.000,00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 104/12/PB/YF-İ saylı, 21.02.2012-ci il tarixli ipoteka (girov) müqaviləsinin 01 saylı əlavədən görünür ki, x1 ilə x2 və x3 arasında ipoteka müqaviləsinə əlavə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti borclu x2 ilə əvvəl bağlanmış kredit müqaviləsinin təminatı olaraq müqavilənin 2-ci bəndində göstərilən ipotekanın predmeti onunla bağlanmış 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li illik 6%,36 ay müddətinə və 6 ay güzəştlə nəğd şəkildə aldığı 15.000,00 manat kredit borc öhdəliyinin icrasının təmin edilməsidir. Əlavənin 2.1-ci bəndinə əsasən ipotekanın predmeti x3 tam mülkiyyətindəki ünvan 1 mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.3 kv.m yaşayış, 207.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. Əlavənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 48.000,00 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 851/13/ÇF/PB saylı, 20.06.2013-cü il tarixli kredit (borc) müqaviləsindən görünür ki, x1-nin “Çəmbərəkənd” filialı x2 36 ay müddətinə illik 6% ödəmək şərtilə 15.000,00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 1526/13/ÇF/PB saylı, 15.11.2013-cü il tarixli kredit (borc) müqaviləsindən görünür ki, x1-nin “Çəmbərəkənd” filialı x2 36 ay müddətinə illik 24% ödəmək şərtilə 37.000,00 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 1526/13/ÇF/PB saylı, 15.11.2013-cü il tarixli ipoteka (girov) müqaviləsində n görünür ki, x1 ilə x5 və x4 arasında ipoteka müqaviləsi bağlanmış, müqavilənin 2.1a bəndinə əsasən ipotekanın predmeti x5 xüsusi mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində 0.06 ha-dan ibarət həyətyanı torpaq sahəsidir. Müqavilənin 2.1b bəndinə əsasən digər ipotekanın predmeti x4 xüsusi mülkiyyətindəki ünvan 1 0.06 ha-dan ibarət həyətyanı torpaq sahəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən ipotekanın predmeti 14.000,00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 104/12/PB/YF-İ saylı, 21.02.2012-ci il tarixli ipoteka (girov) müqaviləsinin 02 saylı,15.11.2013-cü il tarixli əlavədən görünür ki, x1 ilə x2 və x3 arasında ipoteka müqaviləsinə əlavə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti borclu x2 ilə əvvəl bağlanmış kredit müqaviləs inin təminatı olaraq müqavilənin 2-ci bəndində göstərilən ipotekanın predmeti onunla bağlanmış yeni, 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB №li kredit müqaviləsi illik 24%,36 ay müddətinə və 6 ay güzəştlə nəğd şəkildə aldığı 37.000,00 manat kredit borc öhdəliyinin icrasının təmin edilməsidir. Əlavənin 2.1-ci bəndinə əsasən ipotekanın predmeti x3 tam mülkiyyətindəki ünvan 1 mülkiyyətində olan 0.1 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 126.3 kv.m yaşayış, 207.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evidir. Əlavənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın predmeti 60.000,00 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/1 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x4 məxsus Abşeron rayonu, Sa ray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/1 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/2 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x3 məxsus ünvan 1 yerləşən fərdi-yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birlikdə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 100.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 07.02.2018-ci il tarixli, 20436 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, x2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 20.06.2013-cü il tarixli, 851/13/ÇF/PB kredit müqaviləsinin şərtlərinə əsas götürməklə x2nun 20.06.2016-cı il tarixədək (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) banka olan borcu 5.051.13 manat, 01.11.2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 5 156.81 manat məbləğində müəyyən olunur, o cümlədən 20.06.2016-cı il tarixə əsas borc üzrə 4.840,56 manat, faiz borcu üzrə 210,56 manat 01.11.2016-cı il tarixə əsas borc üzrə 4.840,56 manat, faiz borcu üzrə 316,25 manat; x2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 15.11.2013-cü il tarixli, 1526/13/ÇF/PB kredit müqaviləsinin şərtlərinə əsas götürməklə x2nun 15.11.2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 24.629,35 manat məbləğində müəyyən olunur, o cümlədən 15.11.2016-cı il tarixə-əsas borc üzrə 19.271,79 manat, faiz borcu üzrə 5.357,56 manatdır. İş materiallarında olan x2 ilə x1-nin arasında bağlanmış 20.06.2013-cü il tarixli, 851/13/ÇF/PB və 15.11.2013-cü il tarixli, 1526/13/ÇF/PB saylı və 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla x2 cərimə hesablanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə ə sasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanma sı üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlə r ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipote ka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.2.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoy ana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İşdən göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin qətnaməsini dəyişdirm əklə dəbbə pulunu 15.11.2013-cü il tarixli 1526/13/ÇF/PB №li kredit müqaviləsi üzrə 800 manat, 20.06.2013-cü il tarixli 851/13/ÇF/PB №li kredit müqaviləsi üzrə isə 200 manat müəyyən etmiş apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.2.-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tap şırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/1 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/1 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qa rşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası x7-nin 230/2 saylı, 05.07.2017-ci il tarixli hesabatdan görünür ki, x3 məxsus ünvan 1 yerləşən fərdi-yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birlikdə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 100.000,00 manat təşkil edir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakının bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilməsi bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə münasibətdə vurğulayır ki, iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi aparılmış və ipoteka predmetlərinin hazırkı bazar dəyərinin x4 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat, x5 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 12.000,00 manat və x3 məxsus ünvan 1 yerləşən fərdi-yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birlikdə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 100.000,00 manat olması müəyyən edilmişdir. Belə olan halda, kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, qiymətləndiricinin gəldiyi nəticə obyektiv, qərəzsiz və hərtərəfli hesab edilərək ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilərkən qiymətləndiricinin hesabat aktında göstərilənlər əsas götürülməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1199/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1199/2019
14.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver