Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1199/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızının Cavabdeh Ədalət oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızının Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(105)-3229/2021 saylı qətnaməsindən iddiaçı Qarayeva (Ağakişiyeva) Aysel Elyas qızı tə rəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, Cavabdeh ilə İddiaçı oğlu arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixində pozulmuşdur. 2. 05 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı Qarayev X10 rayonu, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini alıcı X1.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubuna əsasən, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Cavabdeh mülkiyyətində olmuş xx.xx.2014-cü il tarixli, **********67 reyestr nömrəli, 0,03 ha torpaq sahəsi qeydiyyata alınarkən torpaq sahəsinin üzərində tikili aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 iyul 2012-ci il təvəllüdlü azyaşlı övladı X11 və özünün Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh (bundan sonra – cavabdeh) ilə 2011-ci ildə olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 04 iyul 2012-ci ildə X11 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra 5 il birlikdə yaşasalar da rəsmi nikaha 07 noyabr 2 016-cı ildə daxil olmuşlar. Onlar ailəli olduqları zaman, yəni 29 yanvar 2014-ci ildə cavabdehin adına Abşeron rayon Qobu qəsəbəsindən 0,03 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin üzərində üç otaqlı mənzil inşa etmişlər və köçərək orada yaşamağa başlamışlar. Həmin torpaq sahəsi birgə nikah dövründə alınmasa da, nikahları rəsmiləşdirilməsə də, faktiki olaraq pay haqlarını hər ay yoldaşı və anasının ona alacağı cehiz əşyaları, pul ilə yəni, birgə qazancdan ödəmişdir. Onun azyaşlı oğlu uşaq bağçasına və birinci sinifə Qobu qəsəbəsində yerləşən məktəbdə getmişdir. Evdə olan bütün əşyalar belə birgə nikah dövründə alınmış əşyalardır. Cavabdeh onu 2020-ci ilin fevral ayından mənzildən qovmuşdur. Bu səbəbdən də, məcbur olub atasının evində yaşamışdır. Onların arasında olan nikah xx.xx.2 020-ci il tarixdə pozulmuşdur. Himayəsində azyaşlı uşağın olmasına baxmayaraq, həyat yoldaşı onu yaşadıqları mənzilə qayıtmasına, övladını həmin evdə böyütməsinə imkan vermir. Buna görə də, cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalı, onun və azyaşlı uşağının Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülmələri təmin edilməlidir.
6. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsini və torpağın üzərində yerləşən qanunsuz tikilini 2014-cü ildə 19500 manata almışdır. Həmin vaxt iddiaçı ilə onun nikahı olmamış və iddiaçının köçürülməsini tələb etdiyi evi birgə qazancları hesabına tikməmişlər. İddiaçının valideynləri evə heç bir köməklik göstərməmişdir. İddiaçı özünəməxsus əşyalarını da 15 iyun 2020-ci ildə sahə rəisinin iştirakı ilə aparmışdır. 2020-ci ildə Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikahları pozulmuşdur. İddiaçı ilə o ailə qurandan sonra bir müddət həmin ünvanda kirayədə yaşamış, hal-hazırda həmin ünvandan köçüb başqa yerdə kirayədə yaşayır. İddiaçı ilə cavabdehin aralarında olan nikah pozulduqdan sonra, cavabdeh torpaq sahəsini 2021-ci ildə alqı-satqı müqaviləsinə əsasən satmışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçının iddianı əsaslandırdığı faktiki hallar mövcud olmadığına görə və mübahisələndirilən mənzilin onların birgə qazancları hesabına tikilməsinə dair sübut təqdim edilmədiyinə görə məhkəmə düzgün hüquqi qiymət verərək, iddianın təmin olunmasını rədd etməlidir.
7. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X8 ifadəsində bildirm işdir ki, 20122015-ci illərdə Qobu qəsəbəsində kirayədə qalmış, iddiaçı ilə təxminən 2013-cü ildə tanış olmuş, sözügedən torpaq sahəsi 2014-cü ilədək boş olmuş, sonra orada tikinti getdiyini görmüş və tikinti başa çatdırıldıqdan sonra iddiaçı həmin evə köçərək orda yaşamışdır.
8. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X2 ifadəsində bildirmişdir ki, 2011-ci ildə iddiaçı və cavabdehin toyları olmuşdur. Tərəflər əvvəl kirayədə qalmış, 2014-cü ildə tərəflər Abşeron rayonu, Qobu qəsəbəsində torpaq sahəsi almış, həmin torpaq sahəsində tərəflər tərəfindən tikinti aparılmış, tikinti aparılan dövrdə tərəflər Qobu qəsəbəsində kirayədə qalmış və ev tikilən ərəfədə tərəflərə 5000 manat cehiz pulu vermişdir.
9. Məhkəmə iclasında şahid qismində cəlb edilmiş X12 digər şahidlərin ifadəsinə uyğun iz ahat vermişdir.
10. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2021-ci il tarixli, 2(012)-795/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilmiş, iddiaçının azyaşlı övladı ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən, hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ko nstitusiyasının 13-cü maddəsinin 3-cü, 25-ci maddəsinin 1 və 3-cü, 43-cü maddəsinin 1ci, 71-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1, 164.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 59.1, 60.1, 60.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü i l tarixli qərarına, ”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayət verərək, onun ləğv edilməsini, iddianın isə rədd olunmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün qiymət verməmiş, səhv maddi hüquq normalarına istinad etmiş və bununla da əsassız qətnamə qəbul etmişdir. O, iddiaçı ilə 2011-ci ildə faktiki nikaha daxil olmuşdur. Həmin nikahdan 04 iyul 2012-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Rəsmi nikaha 07 noyabr 2016-cı il tarixdə daxil olmuşlar və aralarındakı nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. O, 29 y anvar 2014-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində şəxsi mülkiyyət əsasında 0,03 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin üzərində 3 otaqlı fərdi yaşayış evi olmuşdur. 2020-ci ilin fevral ayında iddiaçı yaşadığı ünvandan könüllü olaraq çıxıb getmişdir. 2020-ci ilin iyun ayında isə özünə məxsus əmlakları polis sahə rəisinin iştirakı ilə götürüb aparmışdır. 05 aprel 2021-ci il tarixdə cavabdeh mülkiyyət hüquqi əsasında ona məxsus olan torpaq sahəsini X1. Hal-hazırda mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı fərdi yaşayış evi X3 istifadəsindədir. İşin mübahisəsiz halıdır ki, mübahisə edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2014-cu ildən mülkiyyət hüquqi əsasında ona məxsus olmuşdur, onun üzərindəki evə də mülkiyyətə dair qanuni gözlənti hüququ on a məxsus olmuşdur. Hal-hazırda isə həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Fərəcov Rövşənə satılmışdır, torpağa dair Fərəcov Rövşən reyestrdən çıxarış almışdır, üzərindəki 3 otaqlı evin özəlləşdirilməsi üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilmişdir. Məhkəmə isə qətnamədə əsaslanır ki, iddiaçının və onun uşağının həmin evə mülkiyyətə gözlənti hüququ var. İddiaçı torpaq sahəsi əldə edilərkən faktiki nikah münasibətində olduğuna görə onun torpağa heç bir hüquqi yaranmamışdır və torpaq sahəsi hal-hazırda mülkiyyət hüquqi əsasında üçüncü şəxs Fərəcov Rövşənə məxsusdur. Məhkəmə iddianı təmin etməklə R.Fərəcovun hüquqlarını pozmuş, məhkəmə qətnaməsində apellyasiya şikayəti verməsi üçün ərizə ilə müraciət edilsə də, məhkəmə ona qətnamə verməmişdir. Məhkəmə hə min qətnamə ilə R.Fərəcovun mülkiyyətə dair hüquqlarını pozmuşdur və apellyasiya instansiyasında onun iştirakı təmin edilməlidir. Məhkəmənin mübahisəni Cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, ona görə ki, torpağa mülkiyyət hüququ cavabdehə məxsus olmuş, o, öz hüququndan sərbəst surətdə istifadə edərək mübahisəli torpaq sahəsinə hüquqlarını qanuni reallaşdırmışdır. Məhkəmə iddiaçını mənzilə köçürərkən o, artıq onun ailə üzvü deyildi və torpaq sahəsi mülkiyyət hüquqi əsasında artıq üçüncü şəxsə məxsus olmuşdur.
15. Apellyasiya baxışı zamanı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X3 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin də lilləri ilə eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki ev tam qanuni əsaslarla R.Fərəcova satılmışdır. İddiaçı və cavabdehin vaxtilə nikahda olmaları onun mülkiyyət hüquqlarına xələl gətirə bilməz. O, dəyərini ödəməklə bu əmlakı əldə etmişdir. Tərəflər artıq yeni hüquq münasibətlərinə daxil olmuşdur. İddiaçı ilə cavabdeh arasında olan mübahisənin Rövşən Fərəcova aidiyyətı yoxdur. İddiaçı Rövşən Fərəcovun ailə üzvü deyildir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-3229/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X13 və X9) cavabdehin apellyasiya şikayəti təmi n edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın təmin olunmaması, iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda Rövşən Fərəcovun mülkiyyətində olan torpaq sahəsindəki yaşayış evindən istifadə hüququ yoxdur, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. Birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsi və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 119, 372.1, 376.2, 372.7, 384.0.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun xx.xx.2014 saylı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək,apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını, əks təqdirdə mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyasının qətnaməsində məhkə mə iddiaçı ilə cavabdehin faktiki nikahda olmaları, həmin ünvanda ər-arvad münasibətlərində olmaqla yaşamalarını və faktiki nikahdan 04 iyul 2012-ci il tarixdə X11 adında övladlarının doğulmasını, həmin evdə birlikdə bir ailə olaraq daimi yaşamalarını və birgə təsərrüfat aparmalarını, həmin evə gəlin gəlməsini, başqa yerdə yaşayış yeri olmamasını, ona görə də birlikdə cavabdehə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üç otaqlı mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi qəbul olunmasını nəzərə almamışdır. Həmin səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni, əsaslı və ədalətli olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olaraq apellyasiya instansiya məhkəməsinin mülki kollegiyasının qətnaməsi ilə tamamilə ləğv olun ması səbəbindən, iddiaçının və 04 iyul 2012-ci il təvəllüdlü övladları X6 mənzil hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Apellyasiya məhkəməsinin mülki kollegiyası işin bu hallarına ümumiyyətlə, diqqət yetirməmişdir. Qeyd olunanlardan əlavə, apellyasiya instansiya məhkəməsi qətnamənin surətini iddiaçıya göndərməmiş və yalnız iddiaçı apellyasiya məhkəməsinə rəsmi ərizə ilə müraciət etdikdən sonra qətnamənin surəti ona verilmişdir.
21. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386, 387.1, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13.1. Azərba ycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsin dən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı
27. Yaşayış sahəsinin mülki yyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014 saylı qərarı
28. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülk i qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mül kiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı
29. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və isti fadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
32. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən is tifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün ya şayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, apellyasiya məhkəməsi təqdim olunmuş sübutlarla həmin evin yerləşdiyi torpaq sahəsinin tərəflərin birgə nikah müddətində alınmadığını, torpaq sahəsi alınarkən artıq onun üzərində mübahisəsi gedən tikilinin olması müəyyən edilmişdir.
45. Məhkəmə daha sonra qeyd etmişdir ki, tikili birgə nikah müddətində tikilməmiş, torpaq sahəsi əldə olunark ən mövcud olmuş, hazırda tikili isə torpaq sahəsi ilə birlikdə bağlanmış alqı-satqı müqaviləsi əsasında 3-cü şəxsin mülkiyyətinə keçmişdir.
46. İddiaçı evin onun və valideynlərinin köməyi və müəyyən məbləğdə verdiyi vəsait əsasında tikilməsini göstərsə də bunu təsdiq edən hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlill ər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3229/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.