Məhkəmə qərarları › İş №2(102)-1199/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1199/2025

15.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1199/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı iddiası üzrə birinci iş və iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı iddiası barədə birlışdirilmiş ikinci mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı “evdən çıxarılma” tələbinə dair birləşdirilmiş birinci iş və iddiaçı Cavabdeh Bəbir oğlunun cavabde h X2 qarşı “çıxarışın etibarsız hesab edilməsi və fərdi yaşayış evininin birgə nikah dövründə tikilməsi faktının müəyyən olunması” tələbinə dair ikinci iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli 2(106)-441/2024 nömrəli qətnaməsindən Cavabdeh Bəbir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh Bəbir oğlu ilə X7 20 iyul 2001-ci il tarixdən faktiki nikah münasibətlərində olmuş, 18 may 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2(049)-215/2020 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur.

2. İddiaçı X4 Cavabdeh Bəbir oğlu keçmiş arvadı X3 bac ısı-baldızıdır.

3. Lənkəran rayonu İstisu qəsəbəsində 0,06 ha torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüquqları xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınmış və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. 4. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüquqları 02 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. Birinci mülki iş üzrə iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonun İstisu qəsəbəsində ona məxsus 0,06 ha torpaq sahəsində olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən Cavabdeh Bəbir oğlunun çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bəbir oğlu bacısı X7 ilə 17 il birgə nikah da olmuş, 4 il öncə isə nikahları pozulmuşdur. Lakin buna baxmayaraq cavabdeh özbaşına, heç kimdən icazə almadan və onun iradəsinə zidd olaraq evinə daxil olmuşdur. Həmin ev ona atasından miras qalmış və bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evidir. Cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Bundan sonra məcbur olub müxtəlif inzibati orqanlara müraciət etmişdir ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun. Ona isə hazırkı məsələ mülki xarakterli mübahisədir, məhkəməyə müraciət etmək lazım olduğu tövsiyə edilmşdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha hektar torpaq sahəsi və fərdi yaşayış evi həmin torpaq sahəsinin üzərində yerləşməklə ona məxsusdur. Lakin o öz m ülkiyyət hüquqlarını həyata keçiər bilmir, evindən normal qaydada istifadədən məhrum olmuşdur.

7. İkinci iddia üzrə iddiaçı Cavabdeh Bəbir oğlu cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o X1 bacısı X7 ilə 17 il birgə nikahda olmuş və 4 il öncə aralarında olan nikah qeydi pozulmuş və onlar ayrılmışlar. X1 adına olan çıxarışa əsasən onun mü lkiyyəti kimi qeyd edilmiş fərdi yaşayış evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi onunla X1 bacısı olan X3 birgə nikahı dövründə onlar üçün alınmış və torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə onunla X1 bacısı olan X3 birgə nikahı dövründə onun valideynləri tərəfindən inşa edilmişdir. Qeyd olunan torpaq sahəsinin alınması üçün və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsait də onun valideynləri tərəfindən verilmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi mərhum qaynatası Əlikərimin adına dövlət qeydiyyatına alınmışdır. Mərhum qaynatası Əlikərim vəfat edəndən sonra isə onun digər vərəsələri qeyd olunan torpaq sahəsindən imtina etmiş və buna görə də həmin torpaq sahəsi yeni çıxarışla X1 adına dövlət qeydiyyatına alınmışdır. Baxmay araq ki, həmin torpaq sahəsi onunla X1 bacısı olan X3 birgə nikahı dövründə qeyd etdiyi kimi onun valideynlərinin vəsaiti hesabına alınmışdır. Torpaq sahəsinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə alınmasını və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə alınmasını şahidlər də təsdiq edə bilərlər.

9. Birinci instansiya məhkəməsində dindirilən Şahid3 göstərmişdir ki, o Lənkəran rayon İstisu qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2004-cü ildə mərhum Əlikərim Şərifov (İddiaçı atası) 0,06 ha torpaq sahəsinin satılması üçün bələdiyyəyə müraciət etmiş və ona həmin torpaq sahəsi satılmışdır. Daha sonra Cavabdeh da 2014-cü il tarixdə bələdiyyəyə müraciət etmiş, qaynatası mərhum Əlikərim Şərifovun aldığı 0,06 ha torpaq sa həsinin yanında olan 0,08 ha torpaq sahəsi satın almaq istədiyini bildirmişdir. Bələdiyyənin hesabına 0,08 ha torpaq sahəsini almaq üçün 800 manat pul ödəmişdir. Lakin texniki səbəblərdən həmin torpaq sahəsini satılması ilə bağlı sənədləşmə işlərini həyata keçirmək mümkün olmamışdır. Çünki qeyd olunan torpaq mərhum Əlikərim Şərifovun aldığı 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşürdü. Hazırda mübahisəli ev Əlikərimın torpağında Tofiq adlı usta tərəfindən tikilmişdir. Evin tikilməsi zamanı o Əlikərimi və Cahangiri də orda görmüşdür. Amma evin tikilməsinə vəsaitin kim tərəfindən verilməsini o görməmişdir.

10. Şahid4 Məhəmmədhüseyn oğlu göstərmişdir ki, o, Cavabdeh qaynıdır. Cahangir 2004-cü ildə torpağı alanda orda olmamışdır. Evin tikintisində iştirak etmişdir. Ev 10 il bundan əvvəl tikilmiş dir. Kiçik qaynı Amid də tikintidə iştirak etmişdir. Evin tikiləndə Əlikərim orada olmamışdır.

11. Şahidlər Şahid1 və Şahid2 Şahid4 Məhəmmədhüseyn oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər.

12. Lənkəran Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı “çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi faktının müəyyən olunması” tələbinə dair 2(049)1607/2023 №-li mülki iş iddiaçı X1 Cavabdeh Bəbir oğluna qarşı «evdən çıxarılma» tələbinə dair 2(049)- 536/2023 №-li mülki işə birləşdirilmiş və həmin mülki işlərə bir icraatda baxılması qərara alınmışdır.

13. Lənkəran Rayon Məhkəməsinin (hakim R.Məmmədov) 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə birləşdirilmiş birinci iş üzrə iddia təmin edilmiş, Cava bdeh Bəbir oğlunun, iddiaçı X2 məxsus ünvan 2 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmiş, birləşdirilmiş ikinci iş üzrə - iddiaçı Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı “Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X1 bacısı olan X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi ilk növbədə birləşdirilmiş ikinci iddiaya hüquqi qiymət verilməsini əsaslı hesab etmişdir. Belə ki, Cavabdeh iddiasından görünmüşdür ki, o Fəxriyyə Əliyevanın adın a mübahisəli yaşayış evinə və onun altındakı torpaq sahəsinə verilmiş Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini onunla əsaslandırır ki, həmin fərdi yaşayış evi onunla arvadı X3 birgə nikahı dövründə onların birgə səyləri nəticəsində tikilmiş, buna görə də həmin evə onun da mülkiyyət hüququ vardır. Buna görə də mübahisələndirilən çıxarış ləğv edilməlidir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin Cavabdeh Könül Şərifova ilə onların birgə nikah dövründə əldə edilmiş əmlak olmasının təsdiq edilməsi üçün həmin əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasının müəyyən olunması vacibdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh da bu halları, yəni fərdi yaşayış evinin ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Məhkəmə Cavabdeh iddiasını təsdiq edən sübut növü kimi şahidlər Şahid3, Şahid1, Şahid2 və Şahid4 Məhəmmədhüseyn oğlunun ifadələrinə qiymət verərək hesab etmişdir ki, həmin şahid ifadələri Cavabdeh iddiasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Cavabdeh təqdim etdiyi şahid ifadələrində Şahid3 mübahisəli fərdi yaşayış evinin kimi tərəfindən tikildiyi barədə məlumatı olmadığını bildirmiş, yalnız Cavabdeh yaxın qohumları olan Şahid1, Şahid2 və Şahid4 Məhəmmədhüseyn oğlu fərdi yaşayış evi nin Cavabdeh tərəfindən tikildiyini bildirmişdir ki, onların da qohum olması səbəbindən verdikləri ifadələri obyektiv ifadə kimi qiymətləndirilməsi istisna olunur. Bundan başqa Cavabdeh evin tikintisinin Tofiq adlı usta tərəfindən tikildiyini bildirsə də, sonuncunu şahid kimi məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə Cavabdeh təqdim etdiyi şahid ifadələrini mötəbər sübut növü kimi qəbul etməmişdir. Məhkəmə həmçinin təqddim edilmiş təbii qazdan istifadə edilməsi ilə abonentin saldosu və elektrik enerjisinin verilməsi ilə bağlı texniki şərti də mübahisəli fərdi yaşayış evinin Cavabdeh tərəfindən tikilməsini təsdiq edən sübut növü kimi qəbul etməmişdir. Belə ki, təbii qazdan istifadə edilməsi ilə bağlı abonentin saldosunda Cavabdeh hansı obyektə təbii qazın verilişi ilə bağlı abonent olduğu qeyri-müəyyəndir. Elektrik enerjisinin verilişi barədə texniki şərtdə isə hansı evə elektrik enerjisinin verilməsi ilə bağlı texniki şərtin tərtib edilməsi müəyyən olunmur, yəni elektrik enerisinin İstisu qəsəbəsində yerləşən hansı fərdi yaşayış evinə verilməsi qeyd olunmamışdır. Halbuki mübahisə X1 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestində qeydinni ləğvi ilə bağlı olmuşdur.

17. Birinci instansiya məhkəməsi birləşdirilmiş birinci iddia ilə əlaqədar qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən X1 adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 2013-cü ildə tikilmiş və 2013-cü ildən evdə ailə üzvü kimi Cavabdeh Bəbir oğlu, X7 və onların övladları – X5 ilə birlikdə yaşamışlar. Lənkəran Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnamə si ilə nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi birləşdirilmiş birinci iddia üzrə Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları 2013-cü ildən etibarən yaranmışdır. Görüdüyü kimi tərəflər arasında olan hüquq münasibətləri 2013-cü ildə yarandığından tərəflər arasında mövcud olan mübahisə 2008-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə uyğun həll edilməlidir. Həmin maddənin tələbi baxımından tərəflər arasında, yəni Fəxriyyə Əliyeva ilə Cavabdeh arasında başqa razılaşma olmadığından və sonuncunun ailə münasibətlərinə xitam verildiyindən Cavabdeh da ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına da xitam verilmişdir. Sonuncunun həmin fərdi yaşayış evindən hazırda da istifadə etməsi fərdi yaşayış evinin mül kiyyətçisi olan Fəxriyyə Əliyevanın öz mülkiyyətindən istifadə etməsinə mane olmaqla onun iqtisadi maraqlarına xələl gətirmiş olur. Beləliklə məhkəmə hesab etmişdir ki, Cavabdeh Bəbir oğlunun X1 özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə olan mülkiyyət hüquqlarından istifadə etməsinə mane olduğundan birləşdirilmiş birinci iddia təmin edilməli, cavabdeh İbrahimov X6 rayonu, İstisu qəsəbəsi, Fariz Əliyev küçəsi 73 ünvanında yerləşən bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evindən çıxarılmalıdır.

18. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 225-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 32.3 və 37-ci maddələrinə, “Azərbaycan Respublika sı Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Birləşdirilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, X1 iddiasının rədd olunması, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən aydınlaşdırmamışdır ki, mübahisəli fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi birinci iddia üzrə iddia çının mülkiyyətində ola-ola necə olur ki, torpaq sahəsi alındığı gündən torpaqdan o, ailəsilə birlikdə istifadə edir. Torpaq sahəsində 2013-cü ildə fərdi yaşayış evi tikildikdən sonra həmin fərdi yaşayış evində o, ailə üzvləri ilə birlikdə yaşayır. Evin qaz və işıq sayğacları da onun adınadır. Məhkəmə qəbul etdiyi qətnamədə onun ailə üzvləri ilə birlikdə hansı formada və hansı tarixdən mübahisəli fərdi yaşayış evində yaşamağına heç bir aydınlıq gətirməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. O, bütün məhkəmə iclaslarında məhkəmənin diqqətinə çatdırmışdır ki, birinci iddia üzrə iddiaçının mərhum atası qeyd olunan 0,06 ha torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə bitişik onlar da özləri üçün 0,08 ha torpaq sahəsi almış və bunun üçün bələdiyyənin hesabına pul da ödəmiş, lakin bələdiyyənin sədri birinci iddia üzrə iddiaçının qohumu olduğu üçün onların aldığı 0,06 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi tərtib etmiş, onun aldığı və ona görə də pul ödədiyi 0,08 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamağını qəsdən yubatmışdır. Mübahisəli fərdi yaşayış evi də onlar bələdiyyənin hesabına ödədiyi pulun müqabilində onlara göstərilən 0,08 ha torpaq sahəsində inşa edilmişdir. Lakin bələdiyyənin sədri onların ödədiyi pulun müqabilində göstərdiyi 0,08 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamadığı üçün və mübahisəli fərdi yaşayış evin yerləşdiyi torpaq sahəsinə dair onun mülkiyyət hüququ olmadığı üçün birinci iddia üzrə iddiaçı ilkin olaraq xx.xx.2022ci il tarixdə mərhum atasının adına alınmış 0,06 ha torpaq sahəsinə dair öz adına çıxarı ş almış və sonradan görmüşdür ki, o mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsi faktı ilə bağlı məhkəmədə iddia qaldırmış, dərhal iş hələ məhkəmədə gedə-gedə öz qohumu olan bələdiyyə sədrinin köməkliyi ilə təzədən reyestr xidmətinə müraciət edərək, mübahisəli fərdi yaşayış evi bələdiyyənin hesabına 2013-cü ildə ödədiyi pulun müqabilində bələdiyyənin sədrinin ona göstərdiyi və sonradan onunla həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlayacağını söz verdiyi 0,08 ha torpaq sahəsinin üzərində tikildiyini bilə-bilə, lakin 0,08 ha həmin torpaq sahəsi onun adına qeydiyyata alınmadığı üçün özünə məxsus torpaq sahəsin koordinatlarını və döngə nöqtələrini dəyişdirərək mübahisəli fərdi yaşayış evinin də ona məxsus torpaq sahəsində tikildiyini yalandan bildirirək həmin mübahisəli fərdi yaşayış evinə dair də öz adına çıxarış almağa nail olmuşdur. Lakin bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış və sonda məhkəmə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır.

21. Ədliyyə Nazirliyinin tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 10/7923 nömrəli rəyinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/22888/2024 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, İstisu qəsəbəsi ərazisində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıx arış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, Cavabdeh Bəbir oğluna bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinə dair torpaqayırma sənədləri mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh Bəbir oğlu tərəfindən iddia olunan torpaq sahəsinin faktiki vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Əraz i İdarəsinin xx.xx.2024- cü il tarixli, 3-21-3-43/2-2888/2024 saylı mütəxəssis rəyinə əsasən, X1 xüsusi mülkiyyəti kimi Dövlət reyestrindən qeydiyyatdan keçmiş (Lənkəran rayonu, İstisu qəsəbəsi, Fariz Əliyev küçəsi, 73) 117,7 kv metr ölçüdən ibarət fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********75-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2023-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) əsasən X1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin üzərində yerləşməsi müəyyən olunmuşdur.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2024-cü il tarixli 2(106)-441/2024 nömrəli qərardadı ilə (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), A.N. Novruzova və T.X.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 7 iyun 2023-cü il tarixli, 2(049)-536/2023 nömrəli qətnaməsi Cavabdeh Bəbir oğlunun cavabdeh X2 qarşı Lənkəran rayonu, İstisu qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X1 adına qeydə alınması barədə çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin onunla X3 birgə nikahı dövründə tikilməsi faktının müəyyən edilməsi tələbinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-441/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), A.N.Nov ruzova və T.X.Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, yaşayış evindən çıxarılma barədə iddia tələbi üzrə mübahisəni həll edərkən cavabdehin yaşayış evinə hərhansı hüququnun olub-olmamasına qiymət verilməlidir. Cavabdeh etirazında bildirmişdir ki, yaşayış evini iddiaçının bacısı ilə birgə nikah dövründə inşa etmişlər, onun özü də ailəsi ilə birgə həmin evdə yaşamışdır. Evin qaz və işıq sayğacları da onun adınadır.

25. Yaşayış evində cavabdehin ailə üzləri ilə birgə yaşaması, qaz və işıq sayğaclarının onun adına qeyd edilməsi onun həmin evən çıxarılmasından imtina üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırkı halda iddiaçının həm torpaq sahəsinə dair, həm də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır və mülkiyyətin qeydə alınması qüvvədədir. İzahatlardan hüququ münasibətlərinin 2006-cı ildən sonra yarandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahis ələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bununla yanaşı, müəyyən edilir ki, iddiaçının yaşayış evinə mülkiyyət hüququ xx.xx.2023-ci ildən qeydiyyatdan keçmişdir. Cavabdeh iddiaçının ailə üzvü deyil. Beləliklə, qanunun tələbinə görə, cavabdehin istifadə hüququnun yaranması üçün həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilməlidir. Lakin yaşayış sahəsinin istifadəçisi olaraq cavabdehin mülkiyyətçi ilə hər hansı razılaşması müəyyən edilməmişdir. İdd iaçı yaşayış evinin mülkiyyətçisidir, cavabdeh isə iddiaçının ailə üzvü deyil.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yaşayış evindən çıxarılma barədə iddiaçının tələbi əsaslı olmuşdur. Cavabdeh tərəf apellyasiya şikayətində onu da bidirmişdir ki, iddiaçının mərhum atası qeyd olunan 0,06 ha torpaq sahəsini alarkən, həmin torpaq sahəsinə bitişik onlar da özləri üçün 0,08 ha torpaq sahəsi almış və bunun üçün bələdiyyənin hesabına pul ödəmişdir. Mübahisəli fərdi yaşayış evi də onların bələdiyyədən aldığı 0,08 ha torpaq sahəsində inşa edilmişdir.

27. Məhkəmə ekspert rəyini sübut olaraq qəbul etmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, iddiaçı Fəxriyyə Əliyevanın mülkiyyəti kimi qeydiyyatdan keçmiş yaşayış evi, onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh ap ellyasiya şikayətində ona da əsaslanmışdır ki, İddiaçı ona məxsus torpaq sahəsin koordinatlarını və döngə nöqtələrini dəyişdirərək mübahisəli fərdi yaşayış evini ona məxsus torpaq sahəsinin içərisinə saldırmışdır. Cavabdeh mahiyyətcə plan ölçü sənədlərinin tərtibini və bununla da inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Ona görə bu hissədə işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. Göstərilənlər onu deməyə əsas vermişdir ki, baxılan hissədə Cavabdeh apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur.

28. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 140, 157.2, 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti Azərbyacan Respublikası 225.1-ci, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32 və MPM-in 102.2, 103.1 və 149-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Мəhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad edilməklə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Кonstitusiya Мəhkəməsi Plenumunun qərarının tələblərinə əməl etməmiş və bu halı apellyasiya şikayətində qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi bu hal üzrə heç bir araşdırma belə aparmamışdır. Hansı ki, X4 ona qarşı iddia tələbini qaldırmağa subyektiv hüququ olmadığı halda birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmiş və qeyd olunan fərdi yaşayış evi ilə bağlı məhkəmədə mübahisə getdiyi bir v axtda X4 öz adına çıxarış almış və məhkəmədə X1 çıxarış alması üçün məhkəmə hazırlıq iclaslarını əsassız olaraq təxirə salmışdır. X4 həmin çıxarışı məhkəməyə təqdim etməsə də və bununla bağlı məhkəmə qarşısında vəsatət qaldırmamasına baxmayaraq məhkəmə sorğu göndərərək həmin çıxarışı əldə etdikdən sonra işin məhkəmə hazırlıq iclasını baxışı iclasına təyin etmiş və sonda da onun xeyrinə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi X1 iddia ərizəsini icraata qəbul edərkən qeyd olunan halları nəzərə almamışdır. Hansı ki, iddiaçının ona qarşı hazırkı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququnun heç bir elementi mövcud olmadığı halda ona qarşı qeyd olunan iddia tələbi ilə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin iddia tələbini dü zgün icraata götürüb-götürmədiyini araşdırmamışdır. b)

31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki halda iddiaçının həm torpaq sahəsinə dair, həm də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin qanuniliyi prezumsiyası vardır və mülkiyyətin qeydə alınması qüvvədədir.

34. Maddə 157.2. mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı 37. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə ba ğlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarı

38. Tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı). Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Mülki Prosessual Məc əllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymə tləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ve rmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bəbir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-441/2024 nömrəli iş üzrə 24 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar