Məhkəmə qərarları › İş №2(102)-12/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-12/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-12/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən İddiaçı ASC, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Süleymanova) xx.xx.2018-ci il tarixli, 2(001)-***** /2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 19891 ABŞ dolları məbləğində əsas borc, xx xxx 2018-ci il tarixə olan 7267 ABŞ dolları faiz borcu, xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixə olan və illik 5% hesablanmaqla gecikdirilmiş vaxt üçün 378 ABŞ dolları faiz borcunun, ümumilikdə 27536 ABŞ dolları borcun və ödənilmiş məhkəmə xərcləri əvəzi olaraq 87 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 47A nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 52500 manat müəyyən e dilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin X2 qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və X1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, hərracdan əldə olunmuş vəsait iddia tələbinin ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Şamayev, M.Məmmədov, Ş.Məhərrəmova) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-*****/2018 nömrəli qətnaməsinin cavabdehdən müqavilə müddəti üzrə hesablanmış faiz və cəmi borcun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixə tutulmalı olan faiz borcunun 1882.63 ABŞ dolları məbləğində, cəmi kredit borcunun isə 22151.63 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilməsi, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi, keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiz asının xərci hesabına İddiaçı ASC-dən 75 manatın, cavabdehlərdən 75 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, keçirilmiş məhkəmə əmlakın qiymətləndirilməsi ekspertizasının xərci hesabına cavabdehlərdən 300 manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19891 ABŞ dolları məbləğində əsas borcun, 8074 ABŞ dolları məblə ğində faiz borcunun, 27965 ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının sürətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 26 manat rüsum məbləğinin tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi, ödəmənin X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında yerləşən 47A nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predme ti satıldıqdan sonra ünvan 1, 47A nömrəli mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və X1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümynədəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək,Cavabdeh1 19891 ABŞ dolları məbləğində əsas borc, xx xxx 2018-ci il tarixə olan 7267 ABŞ dolları faiz borcu, xx xxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixə olan və illik 5% dərəcəsi ilə hesablanmış 378 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 27536 ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edi lməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının sürətlərinin notariat qaydada təsdiqi üçün ödənilmiş 26 manat rüsum məbləğinin tutulub iddiaçının xeyrinə ödənilməsi, tutmanın X2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan1 ünvanında yerləşən *****nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan1, **** nömrəli mənzildə yaşayan cavabdehlər Cavabdeh1 və X1 ipoteka predmetində n əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı ASC-nin vəkili kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından, tərəflər arasında bağlanmış kredit müqavilələrində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi müqavilə şərtinə uyğun faiz məbləği yalnız kredit müqavilələrinin icra müddətinin bitdiyi tarixədək hesablanmalı, qalan gecikdirilmiş müddət üzrə isə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun həddə faizlərin tutulması bununla bağlı ayrıca tələb olmadan mümkündür. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd olunan halların araşdırılması zərurəti vardır.Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin qismən, faiz borcunun tutulması tələbinin təmin edilməmiş hissəsin də ləğv edilməsi və mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər X4, X3 və onların vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, heç bir instansiya məhkəməsi mənzilin dəyərinin 2015-ci ilin dövrünə uyğun 52500 manat müəyyən edilməsini, həmin dövrdən indiyədək mənzillərin qiymətinin xeyli dəyişməsini nəzərə almamış, ipoteka predmeti olan əmlakın hazırki dövrdə ilkin satış qiymətinin ucuz qiymətləndirilməsinə diqqət yetirməmişdir. Eləcə də “xxxx” MMC-nin qiymətləndirmə üzrə ekspert rəyində bank tərəfindən 2015-ci ildə mənzil 52500 manat dəyərləndirildiyi halda, 2019-cu ildə 37500 manat qiymətləndirilməsi inandırıcı deyildir və bu xidmətə görə cavabdehdən 300 manat tələb edilməsi qanunsuz dur. Beləliklə, mənzilin hazırki bazar dəyəri düzgün düzgün müəyyən edilməmiş, qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Həmçinin məhkəmələr Azərbaycan manatının ABŞ dolları qarşısında iki dəfə qiymətdən düşməsini, müqavilə bağlanarkən əsas götürülmüş şəraitin əhəmiyyətli dərəcə dəyişməsini, müqavilə şərtlərinin bəzilərinin qanunvericiliyə zidd olmasını və müqavilənin vaxtında bank tərəfindən milli qanunvericiliyə uyğunlaşdırılmadığını nəzərə almamış, bununla da qanunsuz və əsasız qətnamə qəbul etmişlər. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı ASC-nin vəkili, cavabdehlər X4, X3 və onların vəkili Süleymanov Mərdəli Binəli oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin faiz və cəmi borc hissəsində dəyişdirilməsi qənaətinə gələn apellyasi ya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb ed ir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüq uquna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı ASC-yə müraciət edərkən, 19891 ABŞ dolları məb ləğində əsas borcun, müqavilə müddətinin bitdiyi xx xxx 2018-ci il tarixə 7267 ABŞ dolları məbləğində faiz borcunun, həmin tarixdən xx xxxxxxx 2018-ci il tarixədək illk 5% dərəcəsi ilə hesablanmış 378 ABŞ dolları borcu tutulmasını xahiş etmiş və həmin tələbi ilə əlaqədar məhkəməyə xx xxxxxxx 2018-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Lakin apellyasiya məhkəməsinə araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx xxxxx 2019-cu il tarixli, 2697 saylı rəyə görə ekspertiza tədqiqatı zamanı iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx xxx 2015-ci il tarixli, **** nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu xx xxx 2018 -ci il tarixə (müqavilə müddəti bidiyi tarixə) 22451,53 ABŞ dolları, yəni əsas borc üzrə 20568,90 ABŞ dolları, faiz borcu 1882,63 ABŞ dolları; xx xxxxxxx 2018-ci il tarixə (sualda soruşulan tarixə) 22842,91 ABŞ dolları, yəni əsas borc üzrə 20568,90 ABŞ dolları, faiz borcu üzrə 2274,01 ABŞ dolları müəyyən olunur. Beləliklə, müəyyən olunur ki, ekspert rəyinə əsasən borcalanın əsas borcu (20568,90 ABŞ dolları) və müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanan faiz borcu (2274,01-1882,63 = 391,38 ABŞ dolları) tələbdə göstərilən müvafiq borclardan yüksək olsa da, müqavilə müddəti üçün iddiaçı tərəfindən tələb olunan məbləğ ekspert tərəfindən hesablanan məbləğdən kəskin olaraq artıqdır. Bu səbəbdən apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətn aməsi müqavilə müddəti üzrə hesablanmış faiz borcunun tutulması hissəsində azaldılaraq, ekspert rəyinə uyğun müəyyən edilməli, əsas və 5 % dərəcəsi ilə hesablanan borc isə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı kassasiya şikayətində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının pozuntusuna yol verildiyinə, həmin qərara əsasən qətnamənin təmin edilməmiş hissədə təmin edilməli olduğuna istinad et sə də, apellyasiya kollegiyası qətnamənin faiz borcu ilə bağlı hissəsində adı çəkilən qərara düzgün qaydada yanaşmış, maddi hüquq normasının pozuntusuna yol verməmişdir. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehlərin kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin təmin edilməmiş dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillərə qəbul etdiyi qətnamədə düzgün hüquqi mövqe nümayiş etdirmişdir. Hazırki halda apellyasiya kollegiyasının həmin dəlillərlə bağlı yanaşması düzgün və qanuni hesab edildiyindən, göstərilən yanaşmanın təkrarlanmasına zərurət yoxdur. Odur ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilmə z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edil məməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuli yyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar