Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-120/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-120/22 (Açar sözlər: avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması) Bakı şəhəri, 31 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Piriyev Vəfadar Namiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” t ələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2257/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh avtomaşının satılmasından borclu qaldığı 32.300 (otuz iki min üç yüz) manat məbləğiində pul vəsaitinin, həmin vəsaiti bir il altı ay ərzində gecikdirdiyinə görə 2.422 (iki min dörd yüz iyirmi iki) manat gecikmə faizi olmaqla, cəmi 34.722 (otuz dörd min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhk əmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh iddiaçının oğlu Kamran Qasımzadənin adına rəsmiləşdirdiyi “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşını “turbo.az” internet səhifəsində satışa qoyulduğunu görüb, həmin avtomaşına onun müştərisi olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı iddiaçı cavabdehə avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları qiymətinə satacağını bildirmişdir.
3. Cavabdeh avtomobili Bakı şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “057” adlı avtosalona gətirtməyi xahiş etmişdir ki, orada avtomobilə yaxından baxa bilsin. Cavabdehin tapşırığı ilə iddiaçının oğlu avtomobili həmin avtosalona aparmış, orada avtomaşına baxıldıqdan sonra salona yerləşdirilmişdir.
4. Təxminən iki gün sonra cavabdeh zəng etmiş və Bakı şəhəri, Nər imanov rayonu ərazisində iddiaçı ilə görüşmüş, avtomobili almaq istəyən müştəridən 5.000 (beş min) ABŞ dolları məbləğində beh aldığını bildirmişdir. Beh kimi təqdim etdiyi 5.000 (beş min) ABŞ dolları məbləğində pulu iddiaçı cavbdehdən qəbul etmiş, bu vaxt cavabdeh qalan pulu həmin günün səhəri avtomaşının satışını lizinqlə rəsmiləşdirəndən sonra iddiaçıya verəcəyini demişdir.
5. İddiaçı cavabdehə inanaraq, oğluna avtomaşının satışı ilə bağlı etibarnamə verməsini tapşırmışdır. Elə həmin gün etibarnamə cavabdehin dediyi Ruslan adlı şəxsin adına verilmişdir. Həmin günün səhəri iddiaçı cavabdehə zəng edib maşının qalan pulunu, yəni 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini istəyəndə cavabdeh pulu lizinqdən götürə bilmədiyini demişdir. Cavabdeh sonrakı on gün ərzində hər dəfə zəng edəndə bildirmişdir ki, hələ avtomaşını lizinqə sala bilməmişdir.
6. İddiaçı sonra özü araşdırıb müəyyən edib ki, cavabdeh onu aldadır, əslində avtomaşınını lizinqə salaraq satmışdır və pulu əlində saxlayıb qazanc götürməklə məşğuldur. Bundan sonra iddiaçı cavabdehlə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” ərazisində görüşmüş və pulu ondan istəyəndə sonuncu bildirmişdir ki, avtomaşının 19.000 (on doqquz min) ABŞ dolları məbləğində qalan pulunu tezliklə qaytaracaqdır. Bu barədə cavabdeh iddiaçıya 19 avqust 2019-cu il tarixdə yazılı iltizam da vermişdir. ki, ona məxsus olan “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 5.000 (beş min) ABŞ dolları məbləğində beh verib ondan götürmüş, avtomobili satıb qalan məbləğini özündə saxlamışdır. Həmin maşının pul unun qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində hissəsini 2019-cu ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür.
7. Buna baxmayaraq, cavabdeh sonra da, iddiaçının telefon zənglərinə cavab verməmiş, cavab verəndə də bidirmişdir ki, tezliklə maşının qalan pulunu qaytaracaqdır.
8. Vəziyyətin belə şəkil almasını görüb iddiaçı 2019-cu ilin sonlarında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis tərəfindən uzun müddətli araşdırma aparılaraq, 27 aprel 2020-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, iddiaçıya isə mülki qaydada məhkəməyə müraciət edilməsinə dair cavab verilmişdir.
9. Odur ki, iddiaçı cavabdehin ona məxsus “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasından qalan 32.300 (otuz iki min üç yüz) manat (məzənnə ilə 19.000 (on doqquz min) ABŞ dolları) məbləğində hissəsini ona qaytarmasını tələb edir. Cavabdeh borclu olduğu 32.300 (otuz iki min üç yüz) ABŞ dolları məbləğində pulu bir il altı ay ərzində gecikdirmişdir. Borc məbləğinin illik 5% isə 1.615 (bir min altı yüz on beş) manat, altı ay ərzində gecikməyə görə isə 5% hissəsi 807 (səkkiz yüz yeddi) manat məbləğində olmaqla, cəmi 2.422 (iki min dörd yüz iyirmi iki) manat məbləğində təşkil edir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1 və 445.7-ci maddələrinə istinad etmişdir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3627/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 32.300 (otuz iki min üç yüz) manat məbləğində borcun tutularaq İddiaçı xeyrin ə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (hakim Gültəkin Əsədova)
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan iltizama və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin müstəntiqinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 aprel 2020-ci il tarixli qərar istinadən müəyyən etmişdir ki, Cavabdeh “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində satmağı öz öhdəsinə götürmüş, avtomobili başqa şəxsə satmış, 5.000 (beş min) ABŞ dolları məbləğində olan hissəsini qaytarmış, qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini isə qaytarmamışdır.
13. Birinci instansiya məhkəməsi iddia tələbini pul vəsaitinin gecikdirilməsinə görə 2.422 manat məbləğində faiz borcunun tutulma sı hissəsini əsassız saymışdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 390.5, 427.3, 442, 445.2.1, 448.1, 448.4 və 739.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi məhkəmə iclasında cavabdehin iştirakını təmin etməyərək prosessual pozuntuya yol vermişdir; - həmçinin “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının “turbo.az” internet səhifəsində olduğunu heç bilməmiş, bundan başqa iddiaçı X6 və onun oğlu Kamran Qasımzadəni 15 ildir ki, tanıyır. 2018-ci sentyabr ayında iddiaçının oğlu Kamran Qasımzadə ona zəng vuraraq, təcili 5000 (beş min) ma nat pul lazım olduğunu bildirmiş və demişdir ki, “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq istəyir, avtomaşını da cavabdehin salonuna qoymaq istəyir, maşını satıb puldan 5000 manat pulu borcundan çıxarlar; - cavabdeh də yanındakı dostu Əhmədə bildirmişdir ki, yaxın dostuna təcili 5000 manat pul lazımdır və dediyi variantı ona izah etmişdir. Dostu X1 5000 manat pul verməsinə etiraz etməmişdir; - avtomaşın həmin gün satış üçün salona qoyulmuşdur. Onlar isə həmin avtomobili qazanc əldə etmək üçün 24000 ABŞ dollarına satışa çıxartmışlar; - avtomaşına müştəri çıxmış, tanışı Ruslan adlı şəxsə X4 etibarnamə vermiş, o da, avtomobili lizing yolu ilə müştəriyə köməklik edərək 23.000 ABŞ dollarına satmışdır. Lizing tərəfindən 12.000 ABŞ dolları, manatla 20.000 manat pul çıx mışdır; - həmin puldan 1000 ABŞ dolları avtomobilə verilən puldan vermiş, avtomobil satıldıqdan sonra 5000 ABŞ dolları vermiş, 1000 ABŞ dollarını isə iddiaçının oğluna vermişdir ki, atasına çatdırsın. 3000 ABŞ dolları, manatla 5000 borcunu götürmüşdür. Avtomobili alan şəxs onlara 1.000 ABŞ dolları borclu qalmışdır. Avtomobili alan şəxs 10.000 ABŞ dollar puldan 3.500 ABŞ dolları pul vermis, qalan 6.500 ABŞ dollarını verməmişdir: - iddiaçının oğluna ümumilikdə 7.000 ABŞ dolları pul vermiş, atası ilə oğluna birlikdə isə 14.000 ABŞ dolları verilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2257/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3627/2020 saylı, 11 noyabr 2020 -ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh 32.300 (otuz iki min üç yüz) manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)
18. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yanlış olaraq tərəflər arasında yaranmış münasibətə borc münasibət kimi qiymən vermişdir. Lakin işin hallarında da gör ünür ki, tərəflər arasında yaranan münasibətə əsassız varlanmaya dair qanunvericilik normaları tətbiq edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, Cavabdeh iddiaçıya məxsus olan “X10” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində satmağı öz öhdəsinə götürmüş, avtomobili başqa şəxsə satmış, 5.000 (beş min) ABŞ dolları məbləğində olan hissəsini vermiş, qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini isə qaytarmamışdır. Bu fakt Cavabdeh iltizamı ilə təsdiq edilr.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi əsassız varlanma ilə bağlı qeyd edilən qanunvericilik normalarına əsasən hesab edib ki, Cavabdeh İddiaçı hesabına 32 300 manat məbləğində əsassız varlanmış və iddiaçı həmin vəsaiti geri tələb etməkdə haqlı olmuşdur.
22. Apellyasiy a instansiyası məhkəməsi iddia tələbinin 2.422 manat məbləğində faiz borcunun tutulması hissəsini əsassız saymış və bunu onunla əsalandırmışdır ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır. Hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
23. Apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edib ki, iş materiallarına əsasən məhkəmə bildir işlərinin cavabdehin məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işə cavadehin iştirakı olmadan baxılmışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazıl ı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasını iclasında Cavabdeh və onun vəkili Piriyev Vəfadar Namiq oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
28. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa v ə ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi avtomobilin satışından əldə edilmiş pulun qaytarılması barədədir.
35. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, Cavabdeh “X10” markalı **SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində satmağı öz öhdəsinə götürmüş, avtomobili ba şqa şəxsə satmış, 5.000 (beş min) ABŞ dolları məbləğində pulu qaytarmış, qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini isə qaytarmamışdır. İşin bu halı cavabdehin yazdığı iltizamla təsdiq edilmişdir.
36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
37. Apellyasiya baxışında iştirakının təmin edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə onun apellyasiya şikayətində göstərdiyi ünvan üzrə məhkəmə bildirişi göndərmiş, bildiriş cavabdehə “ünvan tam deyil” qeydi ilə geri qayıtmışdır. Bu səbəbdən də apellyasiya baxışında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır və bu hal məhkəməni n prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə də prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2257/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.