Məhkəmə qərarları › İş №2(102)-120/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-120/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-120/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə, (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi cəlb edilməklə) qarşı dair iş üzrə QƏRARİ (Açar sözlər: “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi” tələbləri) (Vərəsəlik hüququndan irəli gələn mübahisələr, vərəsəlik hüququ hvqqında şəhadətnamənin qismən ləğvi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-938/2023 saylı iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Rəviyyə Rzayevaya 09 fevral 1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə»yə əsasən 28 dekabr 1975-ci il tarixdə ölmüş X4 Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 600 kv metr torpaq sahəsində yerləşən ümumi sahəsi 30,20 kv metr, yaşayış sahəsi 24 kv metr olan iki otaqlı yaşayış evi miras qalmış, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 12 aprel 2013-cü il tarixli 2V01 143 №-li «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamən»yə əsasən xx.xx.1987-ci ildə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2 miras əmlakdan tam hissədə irs almış, şəhadətnamə verilən miras əmlak, ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsinin xx.xx.2013-cü ildə verilmiş RX № ******* Çıxarış əsa sında Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət olmuş, həmin 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçı yuxarıda sadalanan, Azərbaycan Respublikası Dövlət X15 tərəfindən təqdim edilmiş müvafiq sənədlərə, o cümlədən Lənkəran Şəhər X23 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci tarixli, 15 №-li iclas protokolu əsasında X8 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv metr torpaq sahəsindən X11 fərdi yaşayış evi tikintisindən ötrü 300 kv metr torpaq sahəsi ayrıldığını və X8 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv metr torpaq sahəsindən 300 kv metr azaldılaraq 300 kv metr saxlanıldığına əsaslanaraq, Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi və Cavabdeh2 verilmiş 19 aprel 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsini tələb edir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən ünvan 1 ünvanında 0.038 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 335.2 kv metr olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə **********21-10301 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) adına qeydə alınmışdır.

3. Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəran şəhəri, Ş.Rus tavelli küçəsi 9 №-li evdə yaşayan X16 tərəfindən xx.xx.1987-ci il tarixdə Lənkəran Şəhər X23 İcraiyyə Komitəsinin sədrinə ünvanlanmış ərizədə özünün 9 (doqquz) sota yaxın şəxsi həyətyanı sahəsi olduğunu bildirərək, dayısı oğlu X11 həmin 9 (doqquz) sota yaxın torpaq sahəsindən 3 (üç) sot torpaq sahəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

4. Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X17 tərəfindən xx.xx.1987-ci il tarixdə Lənkəran Şəhər X23 İcraiyyə Komitəsinin sədrinə ünvanlanmış ərizədə M.Cəfərov öz adına evə və həyət olmadığını, bibisi qızı X8 şəxsi həyətindən 3 (üç) sot həyətyanı torpağı ona verdiyini, həmin 3 sot torpaq həyətyanı sahəsinin ev tikmək məqsədi ilə onun adına sənədləşməsinə köməklik göstərilməsini xahiş etmişdir.

5. Dövlət X15 tərəfindən təqdim edilmiş, Lənkəran şəhərinin baş memarı M.Əhmədova, şəhər sovetinin mühəndisi E.Abbasov evlər komitəsinin sədri F.Axundov, Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 9 №-li evdə yaşayan X16 və Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X9 iştirakları tərtib edilmiş 6 iyul 1987-ci il tarixli Aktın təsdiq edilmiş surətindən görünür ki, X9 yaşamaq üçün evi şəraiti pisdir, adına fərdi ev yoxdur, vətəndaş X16 özünün həyətyanı torpaq sahəsindən 300 kv metr ayırıb X11 fərdi ev tikintisi üçün verilməsinə etiraz etmir. Komissiya R.Rzayevanın 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kv metr həyətyanı torpaq sahəsindən 300 kv metr ayırıb X11 fərdi ev tikintisi üçün verilməsini məqsədəmüvafiq hesab edir.

6. Dövlət X15 tərəfindən təqdim edilmiş Lənkəra n Şəhər X23 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci tarixli, 15 №-li iclas protokolunun arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X8 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv metr torpaq sahəsindən X11 fərdi yaşayış evi tikintisindən ötrü 300 kv metr torpaq sahəsi ayrılmış və sahənin planı təsdiq edilmişdir. Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X8 3 №-li qeydə alma vəsiqəsinə əsasən, 600 kv metr torpaq sahəsindən 300 kv metr azaldılmış və 300 kv metr saxlanılmışdır.

7. Lənkəran şəhər 1-ci Notariat kontorunun dövlət notariusu tərəfindən verilmiş 09 fevral 1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin» təsdiq edilmiş surətindən görünür ki, 28 dekabr 1975-ci il tarixdə ölmüş X6 Lənkəran şəhəri, Ş.Rustavelli kü çəsi 9 №-li evdə yaşayan həyat yoldaşı X12 həmin şəhadətnamə əsasən verilən vərəsəlik əmlakına Lənkəran şəhəri, Ş.Rustavelli küçəsi 600 kv metr torpaq sahəsində yerləşən ümumi sahəsi 30,20 kv metr, yaşayış sahəsi 24 kv metr olan iki otaqlı yaşayış evi daxildir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışa əsasən Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır.

9. Azərbaycan Respublikası DT və XK (ləğv edilmiş) tərəfindən tərtib edilmiş torpaq sahə sinin planı və ölçüsündən görünür ki, həmin plan və ölçü Lənkəran şəhərində yerləşən 09 fevral 1987-ci il tarixli 1-426 saylı vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən X12 məxsus 600 kv metr torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

10. Lənkəran şəhər notariat ofisinin xüsusi notariusu S.Y.İsmayılov tərəfindən verilmiş 12 aprel 2013-cü il tarixli 2V-01 143 №-li «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin» təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1987-ci ildə vəfat etmiş X8 vərəsəsi Cavabdeh2 (bundan sonra mətndə cavabdeh) miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsinin xx.xx.2013-cü ildə verilmiş RX № ******* Çıxarış əsasında Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0.06 ha torpaq sahəsin dən ibarətdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* №-li Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən, sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 tərəfindən Cavabdeh2 12 aprel 2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin 0,03 ha hissədə qismən ləğv edilməsinə dair, həmin şəhadətnaməni təqdim etməklə 19 aprel 2013-cü il tarix də onun mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə Cavabdeh2 adına düzgün olmayan məlumatlar daxil edilməklə və sahəsi qanunsuz olaraq artırılmış maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin çıxarış verilərkən mülkiyyət hüquqları pozmaqla sonradan çəkilmiş plan sxemin qismən, yəni 0,03 ha hissədə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda göstərilən hallarına istinad edərək iddia ərizəsini onunla əsaslanmışdır ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ilə mərhum nənəsi X3 qalmışdır. Həmin zama n nənəsi X7 məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403,5 kv metr olmuşdur. X27 Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tiklilər nənəsi X5 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv metr sahəni əhatə edir. Həmin mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətlərində və istifadələrində olmuş və bu sahədən ətraf qonşuların keçməsi üçün hər-hansı yol olmamışdır. Mülkiyyət hüquqlarını təsdiq edən sənədlərinin olmasına baxmayaraq mülkiyyətindəki evin və sahənin əks istiqamətində nənəsi ilə qonşu olmuş və yaşamış X18 yaşamış, o vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan Cavabdeh2 sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu X1 baxmayaraq bu barədə Cavabdeh1nə müraciət edərək qanunsuzluğa yol verərək heç bir məlumat vermədən notariat orqanından 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» sahəsi azaldılmadan qanunsuz şəhadətnaməni alaraq sonradan 19 aprel 2013-cü ildə düzgün olmayan, qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında hazırki maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən adına 0.06 ha göstərilməklə mənim mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə düzgün olmayan məlumatlar daxil elətdirərək, sahəsi qanunsuz olaraq artıq göstərilməklə çıxarış almış və sxem çəkdirmişdir. Hazırda Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində Cavabdeh1ndən mübahisələndirdiyi 12 aprel 2013 -cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, həmin şəhadətnamədə nənəsinin satdığı sahə azaldılmadan tam sahə göstərilməklə adma çıxarış almışdır. Cavabdeh2 qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv metr torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X2 şəhər X23 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv metr toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğu X11 vermiş və orada fərdi ev tikmək üçün onun adma keçirmişdir. X18 və dayısı oğlu X9 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 3 X30 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X24 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maneələr yarandığından öz aralarında ailə daxili mübahisələr i olmuşdur. Hazırda mərhumə X10 nəvəsi mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv metr toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə Cavabdeh1nə satmış olduğu ərazini azaltmadan 0,06 ha sahə göstərilməklə 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Qeyd edirəm ki, mənim mülkiyyətimdə olan ünvan 5 ünvanının daxilindən ümumiyyətlə cavabdeh, В.X.Kərimovanın mərhum nənəsi R.X.Rzayevanın və sonradan çıxarış almış n əvəsi Cavabdeh2nm küçəyə doğru istifadə etdiyi yol olmamışdır. Əgər 50 il bundan əvvəlki sənədlərə baxılarsa və yaxud son iyirmi ildə olan sənədlərə baxılarsa sənədlərin hər birində ona mülkiyyət hüququ əsasında məxsus olan ərazidə cavabdeh B.X.Kərimovaya məxsus ərazi tərəfdən küçəyə tərəf yolun olmamasını görə bilərik. Bu barədə hətta X5 yaşadığı dövrdən bəri fotoşəkillər və arxiv şəkilləri təqdim edə bilər ki, Cavabdeh2 mübahisələndirdiyi hissə üzrə əvvəlki sahiblər arasında küçə istiqamətinə yol ilə bağlı hər-hansı mübahisə yaşanmayıbdır. Həmçinin mülkiyyətindəki sahədən keçən yol ünvan 6 ünvanı üzrə, mərhumə X13 məxsus sonradan nəvəsi Cavabdeh2 adına keçmiş sahənin yolu isə ünvan 3 X30 küçəsi, dalan 2 ünvanı tərəfdən olmuşdur. Bu həyətlərin küçə istiqamətinə yolları illər ərzində ayrı- ayrı istiqamətlərə olmuşdur. Cavabdeh2 2013-cü ilin aprel ayında cavabdehə müraciət edərək düzgün olmayan məlumatları daxil etməklə, sahəsi 0,03 ha azaldılmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərilməklə Cavabdeh1nə satmış olduğu ərazini azaltmadan sahəni tam olaraq 0,06 ha sahə göstərilməklə qanunsuz olaraq 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X18 öz ərazisi ilə özünə məxsus ərazisini a rtıq göstərsə də Lənkəran şəhər X23 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevanın müraciəti ilə 300 kv metr toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X11 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv metr torpaq sahəsinin qaldığı göstərilir. Lakin hazırkı Cavabdeh1nə satmış olduğu 0,03 ha ərazini azaltmadan 0,06 ha tam sahə göstərilməklə 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verməsindən, sonradan 19 aprel 2013-cü ildə maraqlı şəxsə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq tam sahə göstərilməklə çıxarışin bu qaydada verilməsindən ümumiyyətlə məlumatı olmayıbdır. Belə ki, 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsindən, həmin çıxarış üzrə məlumatlar mənim mülkiyyətimdəki evin yerləşdiyi sahəyə müdaxilə edilməklə və məndən icazə alınmadan mülkiyyət hüquqlarımın pozulması ilə. qanunsuz olaraq artıq sahə göstərilməklə Cavabdeh1 tərəfindən Cavabdeh2 12 aprel 2013-cü ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bu səbəblərdən cavabdeh B.X.Kərimovaya satdığı sahə azaldılmadan 0,06 ha tam göstərilməklə 12 aprel 2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» qismən ləğv edilməli, bu şəhadətnamə ilə onun mülkiyyət hüquqlarını pozan və onun həyətyanı sahəsinə müdaxilə edilməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən onun mülkiyyət hüquqlarını pozmaqla və mülkiyyətindəki ərazidən keçməklə düzgün olmayan məlumatlar daxil edilməklə və sahəsi qanunsuz olaraq artırılmaqla Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarış və plan sxemi qismən ləğv edilməlidir. Bu barədə Cavabdeh1nə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə şikayət ərizələri ilə müraciətlər etsə də cavabdeh notariat orqanı ümumiyyətlə şikayət ərizəni almağına baxmayaraq iki aydan çox bir müddətdir ki, ümumiyyətlə şikayət ərizəsini cavablandırmayıb, üçüncü şəxs isə məhkəməyə müraciət etməyi tövsiyə edibdir. Cavabdeh onun mülkiyyətindəki ərazi iddiası etdikdən sonra hüquqlarını müdafiə etmək üçün cavabdhlərə qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia tələbinin əsaslandırıldığı hallara uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etirazının dəlillərini müdafiə edib etirazın dəlillərinə uyğun çıxış edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Digər Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildi rmişdir ki, xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamə qanunamuvafiq qaydada verildiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-190/2023 nömrəli qətnaməsi (hakim X21) ilə iddiaçının cavabdehlərə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2013-cü il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında» Şəhadətnamənin qismən, yəni 0,03 ha hissədə ləğvi, bunun Cavabdeh2 verilmiş 19 aprel 2013-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan sxemin qismən ləğv edilməsi” barədəiddia tələbi rədd edilmişdir və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özü nə aid edilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, işin hallarından göründüyü kimi tərəflərin qohumluq münasibətləri mövcud deyildir, yəni iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvini xahiş edərkən özünün vərəsəlik hüquqlarından doğan potensial vərəsə olduğuna əsaslanmır. Sadəcə olaraq torpaq sahəsinin bütövlükdə mirasın kütləsinə daxil olmadığını bildirir və bu barədə müvafiq arxiv arayışları təqdim edir. Nəzərə almaq lazımdır ki, iddiaçının xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin qismən ləğvini birbaşa olaraq vərəsə olmadığı üçün tələb etməsi yolverilməzdir. Çünki həmin şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin hüquqi qüvvədə olması faktı artıq onun birbaşa ləğv edilməsini iddiaçıya münasibətdə aradan qaldırır. Həqi qətən də işin faktik hallarından məlum olur ki, xx.xx.1987-ci il tarixli «Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə»yə əsasən mübahisəli əmlak xx.xx.2013cü il tarixdə **********56 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. Məhz hazırki mübahisələndirilən şəhadətnmanənin və çıxarışın verilməsi həmin **********56 reyestr nömrəli çıxarışdan qaynaqlanmışdır. İddiaçı tərəfindən göstərilən hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmişdir. Ona görə də mövcud durumda iddia tələbinin təmin olunması üzrə hüquqi dəyərləndirmədən hər hansı söhbət gedə bilməz. Əks yanaşma mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər.

12. Hazırki iddia üzrə iddia tələbinin təmin olunması mərhum X8 adına qeydə alınmış **********56 reyestr nömrəli çıxarışın tamlığını və dövlət or qanı tərəfindən aparılmış qeydiyyatın dəqiqliyini şübhə altına almış olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

13. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 152.3,152.4 və 152.5-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü maddələritnə, MPM-nin 119.1, 106.1, 217.3 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b.) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-190/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-938/2023 saylı mülki iş üzrə 24 iyun 2023-cü tarixli qətnaməsi ilə (hakimlər İ. Q. Əsədov (sədrlik edən və məruzəçi hakim),S. İ. Mayılov, P. T. Əhmədov) apellyasiya şikayəti təmin edilməmişdir və Lənkəran Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(049)-190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyas iya instansiyası məhkəməsi qənaətinə görə iddiaçının tələbi 3 hissədən- vərəsəlik şəhadətnaməsinin qismən- 0,03 ha hissədə, eləcə də müvafiq olaraq sonuncunan adına yazılmış mülkiyyət hüququnu təsdiq edən çıxarışın və plan sxemin ləğv edilməsindən ibarətdir. İkinci və üçüncü tələblərin təmin edilməsi birinci tələbin təmin edilməsindən asılıdır. İddiaçının təqdim etdiyi bu sənədlərə görə, cavabdehin adına qeydiyyatdan keçmiş ilkin sənədlərin verilməsinə əsas olmuş, cavabdehin nənəsinin adına qeydiyyatdan keçmiş torpaq sahəsi 300 kv metr qalmalı idi. İddiaçının bildirdiyinə görə qalan 300 kv metr torpaq sahəsinin cavabdehin mülkiyyətinə aidiyyəti olmamalıdır. İddiaçı cavabdehin adına qeydə alınmış artıq torpaq sahəsinin ona aid olmasını da əsaslandıra bilməmiş, onun məxsus torpaq sahəsində ə ksiklik müəyyən edilməmişdir.

17. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, əvvəla, iddiaçı müvafiq torpaq sahəsinə subyektiv hüququnun olmasını əsaslandıra bilməmişdir. Digər tərəfdən, iddiaçı tələbində cavabdehin adına xx.xx.2013-cü ildə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin verilməsinə əsas olmuş, cavabdehin nənəsinin adına verilmiş xx.xx.1987-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»ni, bunun əsasında mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınmasını, nənəsinin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışı mübahisələndirmədən birbaşa törəmə sənədi, cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini və bunun əsasında verilmiş sənədləri, o cümlədən hüquqmüəyyənedici sənədi mübahisələndirmişdir. Belə ki, mübahisəli əmlak xx.xx.2013-cü il tarixdə əvvəlcə tam mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır.

18. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 140-cı maddələrinə, Azərbaycan Respublikasının Toprpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 18.İddiaçı (və onun vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi MK-nin 24 iyun 2023-cü il tarixli 2(106)-938/2023 saylı qətnaməsini ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar çıxarılmasını və ya mülki işə yenidən obyektiv və ədalətli baxılması üçün Şirvan Apellyasiya Mə hkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin mülki işə səthi yanaşmasına əhəmiyyət vermədən iddiaçının bütün sübutlarına, mülkiyyət hüquqularının pozulması ilə ərazisinə müdaxiləyə heç bir qiymət vermədən, bu normanın tələblərini pozmaqla iddia tələbini rədd etmişdir. İddiaçı arxiv məlumatlarını vəkil sorğusu ilə əldə edərək məhkəməyə iddia tələbi ilə müraciət edərək cavabdehlərin qanunsuzluqlarının qarşısının alınmasını və yaşadığı mülkiyyətindəki sahəyə, torpağa cavabdehlərin müdaxiləsinin qarşısının alınması, çıxarışın plan sxemin ləğvini xahiş etmiş, lakin məhkəmələr onun dəlillərini araşdırmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir.

20. İddiaçı kassasiya şikayyətinin dəlillərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 140.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1, 14.1, 402, 402.1, 403.1, 417, 417.1.2 və 417.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

23. Maddə 140. reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası q üvvədədir. Azərbaycan Respublikasının Toprpaq Məcəlləsi

24. Maddə 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 28.Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələrində baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüş, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəy ə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-938/2023 saylı iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar