Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1200/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2, cavabdehlər Cavabdeh və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2019 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh və X3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı2 cavabdehlər Cavabdeh və X2 qarşı “bağ evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia tələbi təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdehlər qətnamədən kasasiya şikayəti vermiş, şikayət baxılması üçün Ali Məhkəməyə göndərilmiş, Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti müddət ötürülməsi əsası ilə icraata qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-***** saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehlər tərəfindən birgə verilmiş kasasiya şikayəti ona əlavə olunmuş sənədlər müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə cavabdehlərin Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən vermiş olduğu kasasiya şikayəti və kasasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Anar Tanrıverdiyev) xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdehlərin ərizəsinin təmin edilməməsi, kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli göndəriş məktubundan (səh.157) görünür ki, K1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini xx.xx.2019-cu il tarixdə məktubuna imza etməklə rəsmi qaydada almışdır. Eyni zamanda Cavabdeh göndərilmiş qətnamə xx.xx.2019-cu il tarixdə ünvanda K1 tərəfindən poçt qəbzinə (səh.156) imza olunmaqla qəbul edilmişdir. Buna baxmayaraq, cavabdehlər kasasiya şikayətini xx.xx.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişlər. Bundan əlavə, cavabdehin prosessual müddəti ötürməsinin səbəbi kimi göstərmiş olduğu pandemiya və onunla əlaqdar ölkə ərazisində mövcud olan şərait, yaxud hüquqi savadsızlıq üzrlü hal hesab oluna bilməz. Belə ki, cavabdehlərin Məhkəmənin xx.xx.2019cu il tarixli qətnaməsini əldə etdikləri xx.xx.2019-cu il tarixdən sonrakı 2 (iki) ay ərzində, yəni – xx.xx.2020-ci il tarixədək ölkədə pandemiya mövcud olmamışdır. Göründüyü kimi, cavabdehlərin kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsi üçün üzrlü səbəbləri olmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh və X3 (vəkilləri Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmiş, hüququn tətbiqində səhvə yol vermişdi r. Məhkəmə işin faktiki hallarını obyektiv, hərtərəfli və tam araşdırmamış, bu səbbədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdehlər prosessual müddətin ötürülməsinin səbəbi kimi yalnız hüquqi savadsızlıq və maddi imkanı yaxşı vəziyyətdə olmadığı üçün vəkil ilə gec məsləhət etmələrini qeyd etmişlər ki, bu da üzrlü hal hesab edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlərin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı2, cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatları dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barəd ə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəlləni n tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlər kasasiya şikayətində prosessual müddətinin ötürülməsinin üzrlü səbəbi kimi hüquqi savadsızlıqları və maddi vəziyyətlərinin yaxşı olmaması ilə əlaqədar vəkil ilə gec məsləhətləşmələrini bildirmiş olsalar da, qeyd edilməlidir ki, bu hallar üzrlü səbəb hesab edilə bilməz. Belə ki, məhkəmə qətnaməsinin qət etdiyi hissəsində qətnamədən şikayət verilmə müddəti və verilmə qaydası aydın şəkildə qeyd edilmiş olur ki, bunu dərk etmək üçün də hər hansı hüquqi savadın olmasına zərurət olmur. Maddi imkanla bağlı vəkillə gec məsləhətləşmə edilməsinə gəldikdə isə bildirilməlidir ki, qətnamədə şikayət verilmə müddəti və qay dası aydın göstərildiyi üçün maddi imkanı olmayan şəxs qanunvericiliklə müəyyən edilmiş şikayət verə bilmə müddətində dövlət hesabına vəkillə təmin edilməsi üçün məhkəməyə müraciət etmək imkanına malik olmuşdur ki, cavabdehlər bunu da etməmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, belə olan halda cavabdehlər kasasiya şikayəti verilməsi üçün prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdən istifadə etmək imkanında olmuşdur. Onların kasasiya şikayətində göstərdikləri hallar ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh və X3 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-******/2019 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.