Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1200/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Ənvər oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1200/22 (Açar sözlər: fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma) Bakı şəhəri, 01 mart 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2484/2021 nömrəli, 04.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 (Siyəzən rayon Dövlət Notariat Kontorunda 18 may 2018-ci il tarixli, 1234 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş etibarnamə əsasında çıxış edən nümayəndəsi Cavabdeh2 vasitəsilə) mülkiyyətində olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsini, eləcə də üzərində yerləşməklə, ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evini 01 iyun 2018-ci il tarixdə İddiaçı 48000 manata satmış, qeyd edilən əmlak sonuncunun adına 14 dekabr 2020-ci il tarixdə **********18-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı özünə məxsus həmin evi cavabdehlərə müvəqqəti yaşamaq üçün vermişdir. Sonradan, iddiaçı mübahisəli torpaq sa həsindən və fərdi yaşayış evindən çıxması üçün cavabdehlərə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, sonuncular bundan imtina etmişdir. Torpaq sahəsinin və fərdi yaşayış evinin satıldığı vaxtdan oranın keçmiş sakinləri (satıcılar) xeyli müddət keçməsinə baxmayaraq, daşınmaz əmlakı alıcıya vermək barədə alqı-satqı müqaviləsinin 8 və 11-ci bəndlərinə əsasən öhdəlik götürsələr də, öhdəlik yerinə yetirilməmişdir.
3. İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpası məqsədilə hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə Siyəzən şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, ümumi sahəsi 77,6 kv.m olan fərdi yaşayış evi ndən və ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 nömrəli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Siyəzən şəhərinin H.Z.Tağıyev küçəsindəki 0,08 ha torpaq sahəsindən, eləcə də ümumi sahəsi 77,60 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi və iddia üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara müvafiq hüquq normalarını tətbiq e tməklə məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
7. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Apelasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsində nəzərədə tutulan evin dəyərinin 20.000 manat hissəsini satıcı tərəf verməmiş və onlar da sonradan aldıqları 28.000 manat pulu da qarşı tərəfə qaytarmışlar. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2484/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(059)-158/2021 nö mrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
10. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, iddiaçı notariusun depozit hesabına 28000 manat ödəsə də, sonradan ödəməli olduğu 20000 manatı ö dəmədiyindən, onun ödədiyi 28000 manat pul özünə qaytarılmışdır. İş materiallarında, notariat kontorunda, nə də iddiaçının özündə ödənişi tam həcmdə həyata keçirməsinə dair hər hansı sübut yoxdur və ola da bilməz çünki, o ödənişlə bağlı öhdəliyi tam yerinə yetirməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Ma ddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə va sitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
27. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alğı-satqısına dair notarial qaydada müqavilə bağlanmış, qeyd edilən əmlaklar iddiaçının adına dövlət qeydiyyatına alınaraq, ona müvafiq Çıxarış verilmişdir.
28. İş materiallarından müəyyən edilir ki, cavabdehlər nə daşınmaz əmlakın alğısatqı müqaviləsinin, nə də həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş çıxarışın etibarsızlığını mübahisələndirməmişlər.
29. Göründüyü kimi, mübahisəli daşınmaz əmlaklar iddiaçının mülkiyyətindədir və cavabdehlər həmin əmlaklardan çıxmamaqla, iddiaçının mülkiyyət hüququnun həyata keçirməsinə maneə yaradırlar.
30. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmı ş həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
31. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir.
32. Cavabdeh tərəfin nəzərinə çatdırılır ki, alqı-satqı müqaviləsi üzrə hər-hansı məbləğin ödənilməmiş qalması hazırkı tələbin rədd edilməsi üçün əsas ola bilməz. Əgər cavabdeh əmlakın dəyərinin bir qisminin ödənilməməsinə dair halları təsdiq edə biləcək sübutlara sahibdirsə, həmin sübutları təqdim etməklə ödənilməmiş qalmış pulun tələb olunması barədə məhkəmədə iddia qaldıra bilər.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (§18-§20)
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini t ənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2484/2021 nömrəli, 04.08.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova