Məhkəmə qərarları › İş №2(102)-1202/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1202/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1202/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı MMC Cavabdeh: Cavabdeh5 Cavabdeh: Cavabdeh6 Cavabdeh: X2 Cavabdeh: Cavabdeh8 Cavabdeh: Cavabdeh9 oğlu Cavabdeh: Cavabdeh10 Cavabdeh: Cavabdeh11 Cavabdeh: Cavabdeh12 Üçüncü şəxs: X5 Üçüncü şəxs: X1 İddia tələbi: digər yaşayış sahəsi veriməklə yaşayış sahəsindən çıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması Açar sözlər: barışıq sazişinin təsdiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkib də, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil1, Cavabdeh5, vəkili X4, Cavabdeh6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Nəsimi qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 (X5 və X1 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı “digər yaşayış sahəsi veriməklə yaşayış sahəsindən çıxarılma və qəzalı vəziyyətdə olan mənzillərin sökülməsinə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-270/2020 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, X 3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X1, Cavabdeh8, Cavabdeh9 Elna oğluna, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 (3-cü şəxslər X5 və X1) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 başçısının 27 dekabr 2016-cı il tarixli 245 saylı sərəncamı ilə X. ünvanında yerləşən çoxmənzilli yaşayış binasının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində, ünvan 1 ünvanında yerləşməklə Cavabdeh1 mülkiyyətində olan sənəd üzrə ümumi sahəsi 74.4 kv.m-dən ibarət, faktiki olaraq 101.99 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15% əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasının A blokunda 117.29 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 350 manat kirayə haqqı ilə və mənzilin boşaldılma sı üçün 300 manat birdəfəlik kompensasiya verilməklə həmin ərazidə MMC tərəfindən Nəsimi rayonu Azadlıq prospekti 53 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, X6, Cavabdeh4 ilə birlikdə çıxarılmaqla həmin mənzilin boşaldılması, eyni şərtlərlə X2 ünvanında yerləşən ünvanında yerləşən mənzildən Cavabdeh5 mülkiyyətində olan faktiki ümumi sahəsi 122 kv.m-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15 faiz əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazrkı yaşayış sahəsinin həcmindən 15 faiz əlavə 140.30 kv.m təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək aylıq 400 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh5 ailə üzvləri Cavabdeh6, X2, Cavabdeh8, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 ilə birlikdə Nəsimi rayonu Azadlıq prospekti 53 və 57 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh1 mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq pr-ti 53 ünvanında yerləşən və Cavabdeh5 mülkiyyətində olan X2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzillərin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(006)6174/2018 saylı qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-270/2020 saylı qətnaməsi ilə (hakimlə r R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), A.C.Yusifov və V.Ə.Baxışova), cavabdehlər Cavabdeh5, Cavabdeh6, Salamova (Əzizova) Səbinə Nizami qızı, Cavabdeh8 Nəsimi qızı, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6174/2018 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli qətnaməsinin qismən, yəni X2 ünvanında yerləşən mənzildən Cavabdeh5 mülkiyyətində olan faktiki ümumi sahəsi 122 kv.m.-dən ibarət mənzilin əvəzinə həmin mənzilin faktiki həcminə 15 faiz əlavə edilməklə həmin ərazidə MMC tərəfindən yeni inşa ediləcək yaşayış binasında hazırkı yaşayış sahəsinin həcmindən 15 faiz əlavə 140,30 kv.m. təmirli yaşayış sahəsi, yeni mənzil hazır vəziyyətdə təhvil verilənədək ay lıq 400 manat kirayə haqqı və mənzilin boşaldılması üçün 300 manat birdəfəlik kompensasiya verilməklə cavabdehlər Cavabdeh5 ailə üzvləri Cavabdeh 6, X2, Cavabdeh8, Cavabdeh9 oğlu, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 ilə birlikdə X2 ünvanında yerləşən mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması, Cavabdeh5 mülkiyyətində olan X 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan mənzilin İddiaçı MMC tərəfindən sökülməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi və məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2(103)-270/2020 saylı qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(006)- 6174/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya qaydasında baxılarkən İddiaçı MMC-nin vəkili Vəkil1 və Cavabdeh5, onun vəkili X7, Cavabdeh6 barışıq sazişi və barışıq sazişinin təsdiq edilməsinə və icraata xitam verilməsinə dair ərizəni məhkəmə kollegiyasına təqdim edərək barışıq sazişinin təsdiq olunmaqla iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq olunmaqla qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından göründüyü kimi 21 aprel 2021-ci ildə tərəflər barışıq sazişi bağlayaraq, mübahisənin həlli üzrə aşağıdakı qaydada razılaşmışlar: 1.Bu barışıq sazişi imzalandığı və Azərbaycan Respublikasının Ali məhkəməsinin Mülki Kollegiyası tərəfindən təsdiq edildikdən sonra Notarial qaydada bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC, 370.000 (üç yüz yetmiş min) manat məbləğində pul vəsaitini, X 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi, hazırkı iş üzrə Cavabdeh5 hissə-hissə (ilkin alqı-satqı müqaviləsinin bağlandığı gün 20.000 (iyirmi min), ilkin müqavilənin bağlandığı ta rixdən 15 gün sonra 165.000 (bir yüz altımış beş min), qalan 185.000 (bir yüz səksən beş min) manat məbləği isə ümumi məbləğin 50% ödənildikdən sonra 2 ay müddətində) olmaqla notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öz öhdəsinə götürür.

2. Hazırkı iş üzrə Cavabdeh5, hazırkı sazişin 1-ci bəndində qeyd olunan 370.000 (üç yüz yetmiş min) manat pul vəsaitinin 50% ni tam olaraq qəbul etdiyi gündən 2 (iki) ay müddətində, tam məbləğ ödənildiyi gün, mülkiyyətində olan X2 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı "İddiaçı” MMC-nin (və ya MMC-nin təqdim etdiyi istənilən şəxsin adına) alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirməyi öhdəsinə götürür. 3.Tərəflərin qarşılıqlı razılaşmasına əsasən iddaçı tərəfindən cavabdehlərə ödəniləcək 370.000 (üç yüz yetmiş min) manat pul vəsaitinin hissə-h issə ödənilməsini təmin etmək və Cavabdeh5 mülkiyyətində olan X2 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısının rəsmiləşdirilməsi üçün tələb olunan zəruri sənədləri (yüklülük haqqında forma-1 saylı arayışı, həmin mənzilə hüququ olan şəxslərin o cümlədən iş üzrə digər cavabdehlərin mənzilin satılmasına dair razılıq ərizələrini) hazırlamaq məqsədi ilə notarial qaydada ilkin alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürürlər. 4.Cavabdeh5, hazırkı sazişin şərtlərinə əsasən yekun alqı- satqı müqaviləsi bağlandığı gün, mülkiyyətində olmaqla X 2 ünvanında yerləşən ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı MMC-yə 3-cü şəxslərin hüquqlarından və öhdəliklərindən azad şəkildə, tam olaraq öz hesabına boşaldılmış vəziyyətdə təhvil verməyi öhdəsinə götürür. 5.Cavabdehlər tərəfindən X 2 ünvanında yerləşən ünvanında yerləşən fərdi yaşayış evinə görə, İddiaçı MMC-dən, hazırkı sazişdə nəzərdə tutulan 370.000 (üç yüz yetmiş min) manat məbləğdən əlavə vəsait tələb edə bilməzlər. 6.Cavabdeh5 hazırkı saziş üzrə öhdəliklərini sazişdə nəzərdə tutulan müddətlərdə icra etmədiyi təqdirdə, gecikmə nəticəsində iddiaçıya dəymiş bütün zərər və ziyanı ödəməyi öhdəsinə götürür. 7.Hazırkı barışıq sazişində nəzərdə tutulan ilkin alqı-satqı və yekun alqı-satqı müqaviləsinin imzalanması üçün cavabdehlərin təqdim etməsi tələb olunan sənədlərin (alqı-satqı üçün notarius tərəfindən tələb olunan razılıq ərizələrinin, yüklülük haqqında forma 1 saylı arayışın və digər sənədlərin təqdim edilməməsi və ya təqdim edilməsinin ləngiməsi) nəticəsində hazırkı sazişdə nəzərdə tutulan müddətlərinin pozulmas ına görə cavabdehlər məsuliyyət daşıyır. 8.Tərəflər razılığa gəlirlər ki, gələcəkdə yuxarıda qeyd edilən hallarla, əmlaklarla bağlı bir-birilərinə qarşı heç bir tələb irəli sürməyəcəklər. 9.Tərəflər hazırkı sazişi göstərilən şərtlərlə, heç bir kənar təsir və təzyiq olmadan, özlərinin sərbəst iradə ifadəsi kimi könüllü olaraq imzalayırlar. 10.Bu saziş yalnız müvafıq məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və qüvvəyə mindikdən sonra şərtləri yerinə yetirilmədikdə, icra sənədi qüvvəsinə malikdir və məcburi icra olunmalıdır. 11.Hazırkı saziş eyni hüquqi qüvvəyə malik 8 (səkkiz) nüsxədə tərtib edilmişdir. 12.Azərbaycan Respublikası MPM-nin 191-ci, 262-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddələrinin tələbləri bizə məhkəmə tərəfindən izah edilmişdir. 1 3.Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzgündür, ona görə də imzamızla təsdiq edirik. 14.Barışıq sazişi MPM-nin 261-ci maddəsinə əsasən icraata xitam verilməsi üçün əsasdır. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir. Razılaşmanın nəticəsi olaraq 21 aprel 2021-ci ildə tərəflər barışıq sazişi imzalamışlar. Azərbaycan Respublikası 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi qanunvericiliyin tələblərinə uyğun olduğundan, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsində göstərilir ki, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı eti raf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eləcə də həmin Məcəllənin 261.0, 261.0.5-ci maddələrində nəzərdə tutulmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu sazişi məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. MPM-nin 417.1, 417.1.5-ci maddələrinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, tərəflərin barışıq sazişi təsdiq olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2020ci il tarixli, 2(103)-270/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh 5, Cavabdeh 6 və onların ailə üzvlərinə qarşı “digər yaşayış sahəsi veriməklə yaşayış sahə sindən çıxarılma və qəzalı vəziyyətdə olan mənzilin sökülməsinə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə tərəflərin bağladıqları 21 aprel 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar