Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1202/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(107)-652/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti üzrə dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdar ında dövlət rüsumu ödənilməlidir. Hazırki iddianın mahiyyəti torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi ilə bağlı olduğundan, yəni qiymətləndirilməyən iddialara aid olduğundan, birinci instansiya məhkəməsinə iddia verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənildiyindən, “Dövlət Rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən kassasiya şikayəti üzrə 50 manat dövlət rüsumu ödənilməlidir. Kassator isə cəmi 45 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub olunmamasını yox lamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 2(107)-652/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün
Məhkəmə qərarları › İş №2(102)-1202/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1202/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver