Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1202/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyət, miras əmlak, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, preyudisiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cava bdehlər X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Bakı şəhəri 13 saylı Notariat Kontoru və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər X19, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X27 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Gülmirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur.
2. X27 xx.xx.1938-ci il tarixdə ölmüş və ondan qalan miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən (bundan sonra – mübahisəli fərdi yaşayış evi) ibarət olmuşdur.
3. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evi vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X7, X2, X8 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə həmin əmlaka dair qeydiyyat vəsiqəsi verilmişdir.
4. Tükəzban Fətulla qızı xx.xx.1991-ci il tarixli vəsiyyətnamə ilə öləcəyi gün ona məxsus əmlakı bərabər şəkildə nəvələri X9 və X16 vəsiyyət etmişdir.
5. Tükəzban Fətulla qızı xx.xx.1997-ci il tarixdə ölmüşdür.
6. X11 xx.xx.1998-ci ildə ölmüşdür.
7. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyət hesab edilən mübahisəli fərdi yaşayış evində olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 kv.m olan 1 nömrəli otağın və 10,4 kv.m olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 kv.m olan 2 saylı otağın və 8,8 kv.m olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X14 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Qətnamə xx.xx.1998-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
8. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) X10 Fətulla qızından qalan miras əmlaka dair xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-2878/2009 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri 13 saylı dövlət notariat kontoru tərəfindən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X12 adına verilmiş 2-B/İ-241 nömrəli, 6 avqust 1998-ci il tarixli və 8 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin və mübahisəli fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 4 fevral 1999-cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmiş dir. Qətnamə qanuni qüvvəyə minmişdir.
10. Daşınmaz əmlakın dövlət reyestrində mübahisəli fərdi yaşayış evi Tükəzban Fətulla qızının (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, X7 (9/45 hissə) adına xx.xx.2012-ci il tarixdə, Cavabdeh4 (9\45 hissə, 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X17 (9\45 hissə, 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X2 (9/45 hissə) adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 11. xx.xx.2017-ci il tarixdə X15 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-187 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın qalan 36/540 hissəsindən ibarət iki məcburi payına (X5 veriləcək 18/540 hissə və X6 veriləcək 18/540 hissə) və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir. 12. xx.xx.2017-ci il tarixli 2V-188 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi bacısı - X19 müəyyən edilmiş və o, miras əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: mübahisəli fərdi yaşayış evindən mərhuma məxsus 9/45 hissədən ibarət olmuşdur. Miras əmlakın 6/45 hissəsi açıq saxlanılmışdır. 13. xx.xx.2017-ci il tarixli 2V-189 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi bacısı - X19 müəyyən edilmiş və o, miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: vərəs əliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhumun xx.xx.1997-ci ildə vəfat etmiş anası – Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarət olmuşdur. Miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanılmışdır. 14. xx.xx.2017-ci il tarixli, 2V-200 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X24 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 3/45 hissəsinə bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X3, xx.xx.1997-ci ildə vəfat etmiş anasıTükəzban Fətulla qızına məxsus olmuş fərdi yaşayış evinin mərhum X5 məxsus 9/45 hissəsindən ibarət olmuşdur. 15. xx.xx.2017-ci il tarixdə Cavabdeh4 və Cavabdeh5 xx.xx.1997-ci il tarixdə vəfat etmiş Tükəzban Fətulla qızına məxsus mübahisəli fərdi yaşayış evinin 9/45 hissəsindən 18/540 hissəsinə 2V-201 nömrəli məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Miras əmlakın qalan 18/540 hissədən ibarət bir məcburi payına və 54/540 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyd edilmişdir. 16. xx.xx.2017-ci il tarixli, 2V-202 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi xx.xx.2016-cı ildə vəfat etmiş bacısı - X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X24 övladları Cavabdeh4 və Cavabdeh5 müəyyən edilmiş və onlar bu miras əmlakın 6/540 hissəsindən bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X3, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş mübahisəli fərdi yaşayış evinin 18/540 hissəsindən ibarət olmuşdur. Miras əmlakın qalan 6/540 hissəsi açıq saxlanılmışdır. 17. xx.xx.2017-ci il tarixli, 3M-445 nömrəli vərəsəlik payının bağışlanma müqaviləsinə əsasən Cavabdeh4 xx.xx.2017-ci il tarixdə 2V-201 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərhum Tükəzban Fətulla qızının əmlakına dair və xx.xx.2017-ci il tarixdə 2V-200, 2V-202 nömrəli reyestrlə rəsmiləşdirilmiş mərhum X3 əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş vərəsəlik paylarını bacısı Cavabdeh5 bağışlamışdır.
18. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi Cavabdeh4 (9\45 hissə, 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu il tarixdə, X17 (9\45 hissə, 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci il tarixdə, X13 (60/540 hissə) xx.xx.2017-ci il tarixdə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci il tarixdə, İddiaçı (17/45 hissə) adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1220/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X12 adına 31 oktyabr 2017-ci i ldə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
20. Cavabdeh1 MMC (bundan sonra – MMC) Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına uyğun olaraq Nəsimi RİHB-nın sərəncamlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski, Ağadadaş Qurbanov və Sübhi Salayev küçələrinin kəsişməsində yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin sökülərək, yerində müasir tələblərə cavab verən binaların tikintisini həyata keçirmişdir.
21. Mübahisəli fərdi yaşayış evinə dair MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə 97 və 98 nömrəli müqavil ələr bağlanmış, MMC tərəfindən İddiaçı 12000 manat birdəfəlik kirayə haqqı və 12000 manat kompensasiya ödənilmişdir.
22. MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MMC mübahisəli fərdi yaşayış evinin söküntüsü ilə əlaqədar İddiaçı mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən Çıxarışda göstərilmiş ümumi sahəsi 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.m-dən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93 nömrəli mənzilini İddiaçı sərəncamına verməyi, mülkiyyətçiyə müvəqqəti yaşayış məqsədi üçün kirayə götürdüyü mənzilə görə yeni mənzil təhvil verilənə qədər 500 manat məbləğində vəsait ödəməyi, kirayə haqqı mənzil təhvil veriləndə 24 aylıq bir dəfəyə 12000 manat, 12 aydan sonra kompensasiya olaraq 10500 manat ödəməyi öhdəsinə götürmüşdür.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1695/2020 nömrəli qətnaməsinə əsasən MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 və 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
24. MMC ilə İddiaçı arasında bağlanmış 344/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır.
25. MMC ilə İddiaçı arasında bağlanmış 345/S/D1 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ümumi sahəsi 140.74 kv.m təşkil edən mübahisəli fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında MMC Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən, ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili İddiaçı mülkiyyətinə verməyi, birdəfəlik kompensasiya qismində 8500 manat ödəniş etməyi öhdəsinə götürmüş, müqavilə ilə kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı cavabdehlər X19, Cavabdeh5, Cavabdeh4, MMC, Bakı şəhər i 13 saylı Notariat Kontoru və Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra – Reyestr xidməti) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında verilmiş Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
27. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr mübahisələndirilmədiyindən hazırda həmin Şəhadətnamələrin mübahisələndirilməsi zərurəti ortaya çıxmışdır. 18 ildən çox vaxt keçdikdən sonra notarius təkrar şəhadətnamə verməklə qanunvericiliyin tələblərini (“Notariat haqqında” Qanunun 59-cu maddəsini) pozmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdi kləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilmiş, çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və onun 17/45 hissədə müəyyən edilmişdir ki, paylar düzgün hesablanmamışdır. Sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə məhz X13 və Cavabdeh5 qanunsuz verilmiş çıxarış əsasında onun mübahisəli əmlaka olan hüquqları pozulmuşdur. Belə ki, məhz məhkəmə tərəfindən sonuncu çıxarışa istinad edilməklə onun əvvəlki şərtlərlə MMC ilə bağladığı müqavilə sonuncunun iddiası əsasında etibarsız hesab edilmiş və daha sonra onunla həmin şirkət daha əlverişsiz şərtlərlə yeni müqavilə bağlanmışdır. Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmişlər və onlar etibarsız olduğundan ondan onların paylarına nisbətdə MMC tərəfindən onun payı azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m, yaxud hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul ona geri qaytarılmalıdır.
28. MMC-nin nümayəndəsi iddia tələbinə dair etiraz təqdim edərək, iddia ərizəsinə əsasən iddiaçı digər vərəsələrlə artıq mövcud olmayan əmlaka dair vərəsəlik payını mübahisələndirməklə Şirkətdən əlavə sahə tələb etmişdir. Mənzilin cəmi ümumi sahəsi 113,30 kv.m təşkil etdiyi halda, mənzilin tam olaraq ümumi tikinti sahəsinin 140.74 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı notarial qaydada təqdim etdiyi ərizədə mənzilin ona məxsus olduğunu bildirmiş, bu səbəbdən həmin mənzilə dair iddiaçı ilə müqavilələr bağlanmış, fərdi yaşayış evi sökülərək yerində bina inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən müqavilələr etibarsız edildikdən sonra iddiaçı ilə özünün seçimi, istəyi, razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə iddiaçının mülkiyyətinə 2 mənzil verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqav ilələrdə öz əksini tapmış və iddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. İddiaçıya 15%-dən daha artıq sahəli 2 mənzil verilmiş və əlavə olaraq külli miqdarda pul ödənilmişdir.
29. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1515/2023 nömrəli iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadət namələrinin etibarsız sayılması, Reyestr xidməti tərəfindən verilmiş **********77410301 reyestr nömrəli çıxarışının İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 hissələrində ləğv edilməsi, MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m-in hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
30. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.
31. Məhkəmə hesab etmişdir ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri verilərkən notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hazırkı işdə mübahisələndirilən şəhadətnamələ rin etibarsızlığı barədə məsələlərə faktiki olaraq hüquqi qiymət verilmiş və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri də etibarsız sayılmalıdır.
32. Məhkəmə həmin şəhadətnamələr əsasında Reyestr xidməti tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğvi ilə bağlı tələbi üzrə qeyd etmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəha dətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və iddiaçının payının 17/45 hissədə müəyyən edilməsi düzgün olmamışdır.
33. Məhkəmə hesab etmişdir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki (məcburi pay və qanun üzrə) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da yalnız şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir (sözügedən çıxarışda qeyd edilən Həmidə Abasovanın payına qarşı tələb irəli sürülməmiş, o iş üzrə t ərəf olmamışdır).
34. Məhkəmə iddia tələbinin MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m və yaxud onun hazırkı bazar dəyəri olan 60.000 manat məbləğində pulun MMC-dən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, hazırda mübahisələndirilən sözügedən çıxarış əsasında iddiaçının müqaviləsi etibarsız hesab edilərkən digər şəxslərin, yəni konkret olaraq Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının iddiaçı tərəfindən cavabdeh şirkətlə müqavilə bağlanarkən nəzərə alınmadığı və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların paylarına nəzərə alındıqda nəticə etibarı ilə bu iddiaçının həmin çıxarışda olan payının azalmasına və cavabdeh şirkətlə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır. Belə ki, S.Abbasova və F.Abbasovanın sözügedən payının mübahisələndirilən çıxarışa əsasən müəyyən edilmişdir ki, hər birinə münasibətdə, bu pay 113,30 kv.m–in 60/540 kv.m hissəsi 12,5 kv.m təşkil etmişdir. Sara Abbasova və Cavabdeh5 hərəsinin ayrılıqda 12,5 kv.m-in cəmi 25 kv.m etmişdir ki, cavabdeh şirkətin 20% ilə verdiyi sahə də nəzərə alındıqda bu 30 kv.m təşkil etmişdir. Bu baxımdan iddianın həqiqətən S.Abbasova və F.Abbasovanın payının ümumilikdə 30 kv.m təşkil etdiyi nəzərə alındıqda həmin payın iddiaçının hesabından çıxıldığı tam təsdiqini tapmışdır. Bu mənada məhkəmə qeyd etmişdir ki, əks halda qanuni qüvvəsini almış cavabdeh şirkətin və üçüncü şəxslərin iddialarını təmin edən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsinin heç bir hüququ mənas ı və əhəmiyyəti olmazdı. Sözügedən qətnamənin əsasını məhz S.Abbasova və F.Abbasovanın ümumilikdə mübahisəli çıxarışa əsasən müəyyən edilən 30 kv.m payının nəzərə alınmalı olması və onların pozulmuş pay hüququnun bərpa edilməli olması təşkil etmişdir.
35. Həmçinin işin faktiki halları və o cümlədən tərəflər arasında bağlanmış ilkin və sonrakı müqavilələr qarşılıqlı əlaqədə araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə MMC arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və 345/S/D1 nömrəli müqavilələr daha əlverişsiz şərtlərlə bağlanmış, bu da S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının iddiaçı ilə bağlanan hazırkı müqavilədə iddiaçının payından çıxılması hesabına həyata keçirildiyini göstərmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən həmi n hissədə bildirilmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından MMC tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansı ki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmiş), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır. Məhkəmə həmçinin onu da nəzərə almışdır ki, qeyd edilən hala MMC tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir.
36. Məhkəmə iddiaçının tələb etdiyi 30.0 k.m payını geri qaytarılmasını mümkün hesab etmədiyindən onun hazırkı bazar dəyərinin qaytarılmasını əsaslı hesab etmişdir. Belə ki, mübahisəli ünvanın yerləşdiyi ərazi üzrə hər bir kv.m-nin bazar dəyəri hesabı ilə (2000 manat götürüldükdə isə bu məbləğ 30.0 kv.m x 2000= 60000 manat) təşkil etmişdir.
37. Məhkəmə hesab etmişdir ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmələrinə və onların etibarsız olduğundan, hazırda cavabdeh MTK ilə iddiaçı arasında artıq həmin çıxarışlarda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəzərə alınmaqla iddiaçı onların paylarına nisbətdə MMC tərəfindən onun payının azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m qaytarılması real olmadığından sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul MTK –dan geri tələb etməkdə haqlı olmuşdur.
38. Məhkəmə mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
39. Cavabdehlər X19, Cavabdeh5 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını əvvəlki məhkəmə mübahisələrinin halları ilə səhv salmış, digər məhkəmə mübahisələrinin mahiyyətinə uyğun və orada olan mübahisələrin tədqiqi zamanı tətbiq edilməli olan qanunvericiliyə uyğun qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
41. MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq gö stərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5764/2023 nömrəli mülki iş üzrə 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Azad İmanov və Xumar Mərdanova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
44. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
45. Cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
46. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə təqdim edilmiş sənədlərin araşdırılması və faktların qiymətləndirməsi zamanı, işin ağırlığı, faktların həddən çox olması və təqdim edilmiş sübutlarda olan məlumatların böyüklüyü və qəlizliyi səbəbindən işin əsil mahiyyətini düzgün anlamadığı ortaya çıxmışdır. Məhkəmə işin hallarını qarışdırmış, digər məhkəmə mübahisələrinin mahiyyətinə uyğun və orada olan mübahisələrin tədqiqi zamanı tətbiq edilməli olan qanunvericiliyə uyğun təfsir edərək qanunsuz və əsassız qərarın çıxarılmasına səbəb olmu şdur. Belə ki, məhkəmə Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız hesab edərkən, hüquqi əsaslandırmasında faktiki olaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)1220/2022 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 nömrəli qərarına əsasən Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən X12 adına xx.xx.2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 xx.xx.2017-ci il tarixdə verilmiş “Məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi haqqında qərarda göstərilmiş mübahisəyə uğun yenidən əsaslandırma etmiş, qərar çıxarmışdır. Halbuki, həmin mübahisələrdə məhkəmənin son yekun qərarı etibarsız sayılma ilə bağlı iddianın rədd edilməsi olmuşdur.
47. Məhkəmə qətnamədə göstərmişdir ki, “Məhkəmə hesab edir ki, qeyd edilən “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri verilərkən, notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə d air qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmışdır”. Əslində olan isə tamam başqa hal olmuşdur. Belə ki, mübahisə predmeti olan qanun üzrə miras payları cavabdehlərə mərhum atası X18 onun vərəsələrinə qalmış paydan keçmişdir.
48. Məhkəmə, MPM-in 82.3-cü maddəsinə əsaslanmaqla tərəflər arasında 2009-cu il eyni predmet və eyni əsas olmayan iş üzrə çıxarılmış 2009-cu məhkəmə qətnaməsinə əsaslanaraq 2017-ci ildə, yəni 9 il sonra yaranmış əqdin etibarsızlığı üçün əsas seçmişdir. Məhkəmə nəzərə almamışdır ki, 2009-cu ildə, 1998-ci Notariat orqanı tərəfindən verilmiş şəhadətnamənin ləğvini özündə əks etdirmişdir. Halbuki, 2017-ci il Notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərə səlik şəhadətnamələri ilə bağlı iddiaçı tərəfindən eyni predmet və eyni əsas üzrə verilmiş iddialarının rədd edilməsi barədə məhkəmə qərarları barədə məlumatlı olsa da, onları tətbiq etməklə iddianı rədd etməkdən qanunvericiliyin tələbini kobud surətdə pozaraq iddiaçının əsassız iddiasını təmin etmişdir. Beləliklə, məhkəmə qanunun tələblərinə əməl etmədən, düzgün olmayan qanunvericilik tətbiq etməklə iddianı təmin etmişdir.
49. Verilmiş cari məhkəmə iddiasına uyğun olaraq eyni predmet və eyni iddia üzrə, Ali Məhkəmənin 22 avqust 2017-ci il tarixli, 2(102)-5615/2017 saylı qərarı və eyni zamanda eyni predmet və eyni iddia üzrə xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraata xitam verilməsi barədə qərarı mövcud olmuşdur. Bu qədər eyni predmet ve eyni əsas üzrə məhkəmə q ərarları olduğu halda, xırda söz oyunu ilə guya dəyişdirilmiş iddia əsasına hüquqi don geyindirilib iddianın təmin edilməsi qanunvericiliyin kobud pozulması olmuşdur.
50. Məhkəmə nə vəkili, nə də cavabdehlərin heç birini məhkəmə iclasları barədə məlumatlandırmamışdır. Vəkilin EMS-nə əlavə edilməsi üçün heç bir zəruri tədbir görməmişdir.
51. Şikayət Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1159, 1172, 1173-cü, MPM-in 14, 77, 82, 88, 261-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.
52. MMC (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
53. Kassasiya şikayətinin bir sıra dəlilləri işin halları və iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, 2018-ci il tarixində bağlanmış (məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmiş) müqavilələrdə olduğu kimi iddiaçının istifadəsində olmuş və əvəzləşməyə təqdim etdiyi fərdi yaşayış evinin ümumi tikinti sahəsi (hər hansı dəyişiklik olunmadan) 140,74 kv.m (85.26+55.48=140.74) olması nəzərə alınmış və həmin evin qarşılığında ona öz seçiminə görə (evin 85,26 sahəsinin əvəzinə 40% əlavə 120,37 təmirsiz) ümumi tikinti sahəsi 120,37 kv.m təşkil edən təmirsiz və (evin 55,48 sahəsinin əvəzinə 20% əlavə təmirli 66,57 verilməli olduğu halda, 17,27 daha artıq 83,84 verilmişdir, pul ekvivalenti olaraq 17.27x2000=34540 manat) ümumi tikinti sahəsi 83,84 kv.m təşkil edən təmirli 2 mənzil, əlavə olaraq 41.000 manat pul (müq avilələrin preambulasında bu məbləğin ödənildiyini tərəflər imzaları ilə təsdiq etmişlər) ödənilmişdir. Bu məbləğin bir qismini iddiaçı oğlunun toyunu etməsi üçün yardım məqsədi ilə birdəfəlik edilməsini istəmiş və bu istəyi təmin edilmişdir. İddiaçıya ümumilikdə 75540 manat məbləğində ödəniş və ya əvəzləşmə aşağıdakı formada aparılmışdır:
1. Əlavə verilən 17,27 kv.m təmirli mənzil sahəsi üçün – 34540 manat;
2. Pul qismində – 41000 manat. Daşınmaz əmlakın ölçüsü ilə bağlı mübahisə də olmamış, həm də tərəflər daşınmaz əmlakın ümumi ölçüsü barədə müqavilədə razılığa gəlmiş, eyni zamanda iddiaçı ilkin müqavilələr bağlanan zaman notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Həmin ərizədə göstərilən 140,74 kv.m sahə məhz sonuncu bağlanan müqavilələrdə də qəbul edilərək nəzərə alınmış v ə hesablanma ona uyğun aparılmışdır. Əgər Məhkəmənin qeyd etdiyi kimi olsa idi, iddiaçı ilə 30 kv.m çıxılaraq 110,74 kv.m sahəyə münasibətdə müqavilə bağlanardı. Məhkəmə tərəflər arasında olan müqavilələri təfsir etməmişdir.
54. İşə baxan məhkəmə qətnaməsində qeyd etmişdir ki, “...Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iddiaçı tərəf həmin hissədə bildirmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından MMC tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansı ki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmişdi), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır... Qeyd edilən hala cavabdeh MMC tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir.” Bun unla bağlı MMC qeyd etmişdir ki, 2021-ci ildə iddiaçı ilə yeni müqavilələr bağlanan zaman mənzilin birinin təmirsiz olması məhz iddiaçının özünün iradə və istəyi ilə bağlı olmuş, bu hal onun tərəfindən hər hansı bir kompensasiyadan imtina edilməsi hesabına razılaşdırılmamış, əksinə iddiaçıya əlavə kompensasiya məbləğləri ödənilmiş, həmçinin mənzilin təmirsiz olması iddiaçıya verilməli olan 20% əlavə təmirli sahə əvəzinə öz istəyi ilə 40% əlavə təmirsiz sahə kimi hesablanmışdır. Bundan əlavə, Məhkəmənin qeyd olunan mövqeyi həm də onu təsdiq etmişdir ki, həqiqətən də iddiaçıya 2021-ci ildə müqavilə bağlanarkən verilən sahə 2018-ci ildə bağlanmış müqavilələrə əsasən verilməsi nəzərdə tutulmuş sahə ilə eynilik təşkil etmişdir. Bu halda da hər hansı 30 kv.m sahənin azalmasından söhbət belə gedə bilməz.
55. Məhkəmə bir vərəsənin payının digərinin xeyrinə azalması barədə qənaətə gələn zaman bunun əvəzini MMC-dən çıxmağa qərara almışdır. Halbuki, MMC heç kimin payını mənimsəməmiş, heç kimin payını kəsib digərinə verməmişdir. Müqavilə bağlanan zaman mövcud hüquqlara əsasən Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Həmidə Abbasovanın hər birinə münasibətdə ayrı-ayrılıqda müqavilələr bağlamış, daha sonra iddiaçı ilə bağlanmış müqavilələr etibarsız hesab edilmişdir. Lakin bundan sonra digər vərəsələrlə hər hansı yeni, əlavə müqavilə bağlanmamışdır. Bundan sonra iddiaçı ilə yenidən 2021-ci ildə bütün evə, yəni miras əmlakın tam sahəsinə dair müqavilə bağlanmışdır.
56. Məhkəmə qətnaməsində qeyd edilən 30 kv.m sahənin iddiaçının sahəsindən azaldılması və iddiaçının bunun qarşılığında MMC-yə ödən iş etməsi öz təsdiqini tapmamış, bu hal qətnamədə əsaslandırılmamışdır.
57. Preyudisial əhəmiyyətli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(005)-673/2022 nömrəli qətnaməsi iş materiallarına əlavə edilsə də, məhkəmə həmin qətnamə ilə müəyyən edilmiş hallara, o cümlədən ilkin və sonradan verilmiş yeni mənzillərin sahəsi barədə müəyyən edilmiş hallara qiymət verməmişdir.
58. Kassasiya şikayəti Mülki Məcəllənin 324, 390, 404, 442, 1274-cü, MPM-in 77, 82, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
59. İddiaçı kassasiya şikayətlərinə qarşı etirazlar təqdim edərək, şikayətlərin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
60. Etirazlar onunla əsaslandırılmışdır ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Belə ki, MMC tərəfindən verilmiş kassasiya şikayətinin ilk bəndində qeyd edilən 1274-cü bəndinin pozulması barədə göstərdiyi dəlilin hazırkı işə heç bir aidiyyəti olmamışdır. Çünki, göstərilən iddianın mahiyyəti və məqsədi məhz tərəflər arasında razılaşdırılmış ilkin müqavilə şərtlərinin sonradan müqavilə məhkəmə qaydasında pozulduqdan sonra iddiaçının payının ilkin razılaşdırılmış şərtlərə əsasən daha əlverişsiz bağlanmış və iddiaçının payının 30 kv.m azalması hesabına baş vermişdir ki, hazırkı iddianın məqsədi sözügedən azalmanın bərpasından ibarət olmuşdur.
61. MMC kassasiya şikayətinin 2-ci bəndində g östərdiyi kimi, iddiaçı ilə bağlanmış hazırkı müqavilə etibarsız hesab edilərkən, onun subyektiv hüququnun olmaması və digər payçılar olan, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası əsasında Sara Abbasova və Cavabdeh5 mübahisəli çıxarışda göstərilən hər birinə məxsus 60/540 hissə payları nəzərə alınmaqla onun ilkin müqaviləsi etibarsız hesab edilmişdir. İşin bu faktiki halları aşağı instansiya məhkəmələri tərəfindən hərtərəfli tam araşdırılıb müəyyən edilmiş və kassasiya şikayətinin 2-ci bəndində də həmin hal təsdiq edilmişdir.
62. Mübahisələndirilən sözügedən “Çıxarış” əsasında iddiaçının müqaviləsi etibarsız hesab edilərkən, Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının iddiaçı tərəfindən MMC ilə müqavil ə bağlanarkən nəzərə alınmamış və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların payları nəzərə alındıqda nəticə etibarı ilə bu iddiaçının həmin "xxxx" olan payının azalmasına və MMC ilə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır.
63. Sözügedən əvəzləşmə məhz hazırkı müqavilə bağlanarkən olmamış, etibarsız müqavilə ilə eyni olmuş, yəni Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh şirkətlə bağladığı müqavilədə göstərilən ümumi və verilməsi nəzərdə tutulan sahələr eyni olmuşdur. MMC-nin etibarsız müqavilədə iddiaçıya verməli olduğu payın əvəzi eyni ilə qalmış və hər hansı dəyişiklik olmamışdır.
64. Bu iddia isə hazırkı müqavilənin bağlanması şərtləri il ə bağlı olmayaraq, məhz sonuncu 2021-ci il tarixli yeni müqavilə bağlanarkən ilkin müqaviləyə münasibətdə iddiaçı ilə daha əlverişsiz şərtlər olan təmirsiz evin verilməsi, habelə nəzərdə tutulmuş kompensasiyanın (bunlar artıq məhkəmə qərarlarında tam təsdiqini tapmış) verilməməsi hesabına olmuş, bu halı təkzib edən hər hansı bir mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir.
65. Bu halın cavabdeh tərəfindən nəyin hesabına aparıldığı və həmin evin təmirsiz olması və verilməsi nəzərdə tutulan kompensasiya verilməməsi ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə hazırkı kassasiya şikayəti də daxil olmaqla, iddia ərizəsinə etirazda və apellyasiya baxışında iddiaçının 30 kv.m payının əvəzlənməsi hesabına həyata keçirilmədiyini sübut edə bilməmişdir.
66. Bundan əlavə sözügedən yeni müqavilə bağlan dıqdan sonra da MMC tərəfindən iş üzrə iddiaçıdan payının azalmasına hesabına iş üzrə digər cavabdehlər olan Sara Abbasova və Cavabdeh5 ilə 30 kv.m dair müqavilə bağlanmışdır ki, bu hal cavabdehlər tərəfindən də inkar edilməmiş və hazırda həmin kv.m dair əmlaklar onların sahibliyində olmuşlar.
67. MMC-nin nümayəndəsi kassasiya şikayətlərinə etiraza dair mülahizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı tərəf özü etirazında təsdiq etmişdir ki, əvvəlki – məhkəmə qətnaməsinə əsasən etibarsız sayılmış müqavilə ilə sonrakı (hazırkı) müqavilədə iddiaçıya verilməli olan mənzil sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Belə olan halda mənzil sahəsinin azalmasından söhbət gedə bilməz. Bundan başqa, iddiaçı tərəf etirazında yeni müqavilə bağlanarkən məhz ilkin müqaviləyə münasibətdə iddiaçı il ə daha əlverişsiz şərtlər olan təmirsiz evin verilməsi, habelə nəzərdə tutulmuş kompensasiyanın verilməməsi göstərilmişdir. Hansı ki, iddiaçının iddia ərizəsindəki tələbi və tələbinin əsası bu halla bağlı olmamış, məhz 30 kv.m sahəsinin azalması ilə bağlı olmuşdur. İddiaçının hazırda etirazda qeyd etdikləri ilə iddia ərizəsində göstərdikləri tam ziddiyyət təşkil etmişdir. Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllə
68. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
69. Maddə
530. Aşağıdakılar vərəsə ola bilərlər: - qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; - vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
70. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
71. Maddə
537. Hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməkl ə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər.
72. Maddə
538. Miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Mülki Prosessual Məcəllə
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pr osessual hüquq normalarına uyğun çıxarılmalıdır.
78. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
79. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.
81. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
84. Baxılan iş üzrə iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında 2017-ci ildə verilmiş 4 şəhadətnamə mübahisələndirilmişdir.
85. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunda verilmiş həmin şəhadətnamələrdən ikisi (2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli) xx.xx.1998-ci ildə ölmüş X5 xx.xx.1997-ci il tarixdə ölmüş anası Tükəzbandan keçən paya dair, digər ikisi isə (2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017- ci il tarixli) X5 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuşdur.
86. İlk növbədə nəzərə alınmalıdır ki, həm X11, həm də anası Tükəzban Fətulla qızı xx.xx.2000-ci ildən əvvəl öldüklərindən iddia tələbinə həmin hissədə tətbiq edilməli olan maddi hüquq normaları mirasın açıldığı dövrdə qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərini tənzimləyən müddəaları, o cümlədən, 528, 530, 532, 537 və 538-ci maddələri olmuşdur. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün ümumiyyətlə nə qüvvədən düşmüş, nə də hazırkı Mülki Məcəllənin heç bir normasına istinad etməmişdir. Məhkəmə aktlarının məzmunundan görünür ki, məhkəmələr eyni miras əmlaklara barədə daha əvvəl verilmiş v ərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsinə dair məhkəmə aktlarında (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsində) ifadə edilmiş hüquqi mövqeləri MPM-in 82.3-cü maddəsinə əsasən preyudisial hesab etmişlər.
87. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, MPM-in 82.3-cü maddəsinə və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarına əssən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi y olverilməzdir. İstinad olunan maddənin məzmunundan göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar preyudisial qüvvəyə malikdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır.
88. Digər tərəfdən daha əvvəl qəbul edilmiş məhkəmə aktları ilə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı onunla əsaslandırılmışdır ki, Tükəzban Fətulla qızı sağlığında özünə məxsus əmlakı vəsiyyət etdiyi üçün və mirasın açıldığı dövrdə onun vərəsələri sırasında miras əmlakda məcburi pay almaq hüququna malik şəxslər olmadığı üçün vəsiyyətnamədə adı olmayan vərəsələrin ondan q alan miras əmlakda payları olmamışdır.
89. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə mübahisələndirilən 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli şəhadətnamələr X5 anasından keçən paya dair olduğundan həmin sənədlərin etibarsızlığı tələbi üçün eyni hüquqi dəyərləndirmə keçərli olmuşdur. Lakin belə bir hüquqi yanaşmanın 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli şəhadətnamələrə tətbiqi mümkün deyildir. Çünki həmin şəhadətnamələr X5 xx.xx.1938-ci ildə ölmüş atasından keçən və sağlığında öz adına reyestrdə qeydə alınmış əmlak payına dair olmuş və sonuncu sağlığında öz əmlakına dair vəsiyyətnamə qoy mamışdır.
90. Beləliklə, vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, MPM-in 82.3-cü maddəsi səhv tətbiq edilmişdir.
91. Eyni zamanda, iddiaçı tələbinin qalan hissəsini – cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbini şəhadətnamələrin etibarsız olduğu ilə əsaslandırdığından həmin hissədə iddiaya mahiyyəti üzrə qiymət verilməsi də tələbin birinci hissəsi üzrə gəlinən nəticənin qanuniliyindən asılıdır.
92. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Halbuki MPM-in 3 85.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün birbaşa əsasdır.
93. Bununla yanaşı, Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh MMC-yə qarşı əmlak və ya pul tələbi hissəsinə münasibətdə onu da qeyd etməyi zərəri hesab edir ki, mülki prosessual qanunvericiliyin ümumi sübutetmə qaydasına əsasən (MPM-in 77.1-ci maddəsi) hər bir tərəf öz tələbini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. Baxılan iş üzrə iddiaçı digər paylı mülkiyyətçilərə əsassız (qanunsuz) paylar verildiyi üçün onunla MMC arasında bağlanmış müqavilələrin etibarsız hesab edildiyini və sonradan daha əlverişsiz şərtlərlə müqavilələr bağlanaraq, payından 30 kv.m çıxıldığını bildirm işdir. Mübahisənin düzgün həlli baxımından iddia tələbinin bu hissəsinə qiymət verilərkən mübahisəli evin paylı mülkiyyətçilərinin əmlak paylarının dəyişməsinin həqiqətən də iddiaçının paylı mülkiyyətçilərdən biri kimi evin sökülməsi nəticəsində haqqı çatan kompensasiyanın azalıb-azalmadığına qiymət verilməlidir.
94. Belə ki, baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində mübahisəli evin ümumi sahəsi 113,3 kv.metr göstərilmişdir. İddiaçı həmin evin paylı mülkiyyətçilərindən biridir. xx.xx.2018-ci ildə MMC ilə müqavilələr bağlayarkən iddiaçıya mənzil sahəsi və kompensasiya 113,3 kv.m evin onun payına mütənasib hissəsinə görə deyil, mənzilin faktiki bütün sahəsinə (140,74 kv.m) görə verilmişdir. xx.xx.2018-ci ildə iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunduqdan sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə yeni müqavilələr bağlanmışdır. Yeni müqavilələr də bağlanarkən iddiaçıya mənzil sahəsi və kompensasiya mənzilin bütün faktiki sahəsinə (140,74 kv.m) görə verilmişdir. Yeni müqavilələrə əsasən MMC iddiaçıya 83,84 kv.m 2 otaqlı təmirli mənzil və 8500 manat kompensasiya; 120,37 kv.m 3 otaqlı təmirsiz mənzil və 8500 manat kompensasiya verməyi öhdəsinə götürmüşdür. Həmçinin birinci müqavilələrin etibarsız hesab olunmasına baxmayaraq, iddiaçıya həmin müqavilələr üzrə ödənilmiş kompensasiyaların da MMC tərəfindən geri alınmadığı işin mübahisəsiz halıdır.
95. Bu baxımdan iddiaçının MMC-yə qarşı tələbinə qiymət verilərkən, yalnız birinci müqavilələr və ikinci müqavilələr üzrə iddiaçıya verilən əmla k və pul kompensasiyalarının fərqi deyil, mübahisəli ev üzərində iddiaçının və digər mülkiyyətçilərin payları, xx.xx.2018ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin şərtləri və iş üzrə müəyyən edilmiş digər bütün diqqətəlayiq hallara məcmu şəkildə qiymət verilməlidir.
96. Qeyd edilənləri nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı işin faktiki halları əlaqəli və mötəbər sübutlarla müəyyənləşdirilməklə və həmin hallara tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
97. Yuxarıda göstərilənlərə əsasə n və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5764/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.