Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1202/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1202/2025 (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və əmrin ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-747/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-də mağaza müdiri vəzifəsinə təyin olunmuşdur.
2. İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli izahatda aşağıdakılar qeyd olunmuşdur: “... xx.xx.2024-cü il sayım nəticəsində 39.339 manat əskik gəlib. Hesab edirəm ki, mənim maksimim hədiyyəmi nəzərə almadan 12.000-dir. Bu da 5.000 sağlam sayılmayan məhsul, 3.800 depo məhsullar, 3.500,2 göyərti. Yerdə qalan isə ümumi işlədiyim dövürdə çəki məhsullarının itki faizidir və müştəri oğurluqlarıdır. Yerdə qalan əksiyi öz üzərimə düşəni ödəməyə hazıram”.
3. Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. İş üz rə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil Cavabdehnə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Əmək və Məşğulluq altsistemində (ƏMAS) iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin etibarsız hesab edilməsi, cavabdeh MMC tərəfindən iddiaçının işə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 50 manat, vəkil orderi üçün 330 manat, cəmi 380 manat məbləğində pulun cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci ildə 20K nömrəli əmrlə cavabdeh MMC-də mağaza müdiri və zifəsinə qəbul edilmiş, xx.xx.2023-cü ildə 72K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra xx.xx.2023-cü ildə 12K nömrəli əmrlə cavabdeh MMC-nin tərkibində "xxxx" MMC-də mağaza müdiri vəzifəsinə qəbul edilmiş və xx.xx.2023-cü ildə 243K nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli 317K nömrəli əmrə əsasən cavabdeh MMC-nin “Bizim Market”də (Əhmədli qəsəbəsi Sarayeva küçəsi 8c (indiki Megastore)) mağaza müdiri vəzifəsinə qəbul edilmişdir. İddiaçı marketi təhvil alan zaman “Bizim Əhmədli 1” mağazasında şirkət daxili sayım keçirilərkən əskik məhsullar olduğu qeyd edilmişdir. xx.xx.2024-cü ildə marketin daxilində sayım keçirilərkən aydın olur ki, mağazada əskik var. İddiaçının öz araşdırması nəticəsində aydın olmuşdur ki, mağazada olan sayımda ə skik olan məhsullar və sayımda səhv sayılan məhsullar sistemə səhv yerləşdirilib. Üstəlik heç bir səbəb olmadan 10.000 manatlıq məhsullar sayımda sayılmamışdır. İddiaçı iş prosesi zamanı heç bir əksiyin olmadığını sübut etsə də, qəbul etməyərək mağazada 22.000 manat əksiyin olduğunu qeyd edərək ona “12.000 manat pulu sən ödəməlisən, ödəmədiyin təqdirdə səni Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edəcəyik” deyə bildiriblər. İddiaçı “marketdə aksik yoxdur, yenidən sayım keçirilsin” desə də, xx.xx.2024-cü ildə heç bir səbəb olmadan Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə işdən azad edilmişdir. Əmək və Məşğulluq Altsistemində (ƏMAS) yerləşdirilmiş əmrlin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də uyğun deyil. İddiaçı işlədiyi 6 il müddətində haqqında heç bir tənbeh tədbiri gör ülməmişdir. Bütün marketlərdə sayım nəticəsində iddiaçının adında heç bir əskik olmadan təhvil vermişdir. Yalnız son 6 ay müddətinə işlədiyi marketdə 22.000 manat maddi ziyan həqiqəti əks etdirmir.
6. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(008)- 4979/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilmiş, cavabdeh MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrinin ləğv edilməsi, Əmək və Məşğulluq altsistemində (ƏMAS) iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 199K nömrəli əmrin qeydlərinin sistemdən silinməsi, iddiaçının MMC-də “mağaza müdiri” vəzifəsinə işə bərpa edilməsi, mediasiya xərci üçün ödənilmiş 50 manat və vəki llə bağlanan müqavilə üçün ödənilmiş 330 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2024-cü il tarixli əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunsa da, əmək müqaviləsinin ləğv edilməsinin əsası, yəni iddiaçı tərəfindən törədilmiş pozuntunun konkret nədə ifadə olunması göstərilməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı verdiyi izahatda törədilmiş pozuntunun iddiaçının fəaliyyət göstərdiyi dövrdə mağazada olan malların sayında əskikliyin olmasından ibarət olduğunu bildirmiş dir.
8. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Həmçinin, əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Cavabdehin nümayəndəsi əmrin elektron sistemə uyğun tərtib edildyini qeyd etsə də, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmri tərtib olunarkən yalnız Əmək Məcəlləsinin tələbləri əsas götürülməlidir.
9. Məhkəmə yekun olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmrin qanuni sayılmasını istisna edir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respub likası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76. 79. 83, 84, 186, 187, 189, 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əmək funksiyalarını kobud şəkildə pozulması onun verdiyi izahatla, “Təhvil-təslim haqqında Tam Sayım” aktının imzalanması ilə tam təsdiq olunur. İddiaçı tərəfindən işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurması və bununla da üzərinə düşən əmək vəzifələrini yerinə yetirməməsi açıq aşkardı r və təqdim olunmuş sübutlarla tam təsdiq olunur. İddiaçı verdiyi izahatla və imzaladığı aktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Hazırda onun bu halları inkar etməsi və qəbul etməməsi, özünü məsuliyyətdən yayındırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, iddiaçı hazırkı vaxtadək işəgötürənə vurduğu ziyanı ödəməmişdir. Eyni zamanda iddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını elə təşkil etməli idi ki, həmin təşkiletmə işəgötürənə maddi ziyanın vurulması ilə nəticələnməsin. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əskikliyin ya ranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir. Bu səbəbdən həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən o, işəgötürənə vurulmuş maddi ziyana görə məsuliyyət daşıyır. Maddi ziyanın vurulması müxtəlif formalarda özünü büruzə verə bilər. Bu, işçilərin malların oğurlanmasında və iddiaçının buna lazımi qaydada nəzarət etməməsinə, iddiaçı tərəfindən bilavasitə malların çatışmazlığına şərait yaradılması və sair. İddiaçı mağazanın fəaliyyətinə məsul olan şəxs olmuşdur və bu səbəbdən yaranmış hər çatışmazlığa görə maddi məsuliyyət daşıyırdı. Aparılmış audit nəticəsində iddiaçının işlədiyi dövr ərzində mağazada malların çatışmazlığı halı öz təsdiqi ni tapdığı üçün, şirkət onunla əmək münasibətlərini davam etdirilməməsində tam haqlı olmuşdur. Eyni zamanda iddiaçı yaranmış maddi ziyanı ödəməkdən də imtina etdiyi üçün, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün bütün əsasları olmuşdur. Beləliklə Əmək Məcəlləsinə əsasən işəgötürənin iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək hüququ olduğu üçün, qəbul edilmiş əmr tam qanuni və əsaslıdır. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən guya ona işə gəlməməsi və gözləməsi bildirilmişdir. Bu tamamilə absurt və həqiqətə uyğun olmayan bir iddiadır. Hətta cavabdeh məktubla iddiaçıya müraciət edərək işə gəlməməyi ilə bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim etməmişdir. Həmin məktubu da iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. Qeyd edilməlidir ki, işçi işə gəlmirsə bunun səbəblərini işəgötürənə bildirməli və əgər həmin səbəblər üzürlü səbəblərdirsə işəgötürən tərəfindən nəzərə alınmalıdır. Lakin iddiaçı hər hansı bir üzürlü səbəb olduğunu təsdiq edən müraciət etməmiş və iddiasını əsaslandıran sübutları təqdim etməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-747/2024 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhramzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmuşdur. Həmin normada işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən əlavə, bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilməsi təsbit edilmişdir.
15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən normada konkret hansı hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. İş materiallarında olan sənədlərlə isə iddiaçı tərəfindən yol verilmiş pozuntular təsdiq edilmişdir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə verdiyi izahatla və xx.xx.2024-cü il tarixdə imzaladığı a ktla işlədiyi dövr ərzində işəgötürənə maddi ziyan vurulmasını təsdiq etmiş və qəbul etmişdir. Eyni zamanda iddiaçı ilə maddi məsuliyyət haqqında müqavilə imzalanmış və əmək müqaviləsinə əsasən onun əmək vəzifələri olmuşdur. Həmin əmək vəzifələrinə görə iddiaçı mağazada malların satışını təşkil etməlidir. Lakin iddiaçı göründüyü kimi üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş, işlədiyi dövr ərzində böyük məbləğdə əskikliyin yaranmasına şərait yaratmış və bu hallar da işəgötürənə maddi ziyan vurmaqla nəticələnmişdir.
16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının verdiyi izahatı, xx.xx.2024-cü il tarixli “Təhvil-təslim haqqında tam sayım” aktı və auditor rəyi ilə iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapmış və bu səbəbdən də həmin hallar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Əmək Məcəlləsinin 84-cü maddəsini səhv təfsir etmişdir. Bununla yanaşı, iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə təmin olunmamalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76, 79, 83, 84, 186, 187, 189, 300-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia tələbində göstərilənlərə uyğun əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edərək müqaviləyə xitam versə də, 72-ci maddədə sadalanan hallardan heç birinə istinad etməmişdir. Həmin maddədə, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar göstərilmişdir ki, əmrdə həmin əsaslardan hər hansı birinə istinad yoxdur. Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, əmr məhkəmə tərəfindən etibarsız hesab edilməli olduğu halda, işə baxan apellyasiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmişdir.
20. Kassasiya şikayə tinin digər dəlilinə görə, cavabdehin iddiaçı tərəfindən maddi ziyan vurulması ilə bağlı prokurorluq orqanına etdiyi müraciətə dair sonuncunun rədd qərarı, hazırkı iş üzrə preyudisial əhəmiyyət daşısa da, işə baxan məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
21. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsind ə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
22. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
23. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv e dilməsinin zəruriliyini əsaslandırmalıdır.
24. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) q əsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
25. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
26. Maddə 80. ( 1-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
27. Maddə 84. (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bən di, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
28. Maddə 84. (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
29. Maddə 186. (1-ci hissə) İşçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütünlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibət lərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
46. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görədə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
47. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Ona görə ki, işdə olan sübutlarla iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunur.
48. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
49. Hazırkı iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, həmin halların kobud pozuntu olması aydınlaşdırılmalıdır.
50. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü ildə Cavabdeh MMC-də “mağaza müdiri” vəzifəsinə keçmişdir. Bundan əvvəl xx. xx.2023-cü ildə "xxxx" MMC-yə məxsus “Bizim-Əhmədli 1 (303)” mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 4.819,16 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil alınmışdır. xx.xx.2024-cü ildə "xxxx" MMC-yə məxsus “Grandmart Əhmədli 1 (403)” mağazasının təhvil-təsilim zamanı tam sayım nəticəsində yaranmış fərqin və məbləği 39.339,50 manat təşkil etmiş və iddiaçı tərəfindən imzalanaraq təhvil verilmişdir. Bunun nəticəsində cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü ildən xitam verilmişdir.
51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. İzah olunmalıdır ki, məhkəmə işi n düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
56. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş ü zrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-747/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.