Məhkəmə qərarları › İş №2(102)-1203/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1203/2019

25.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1203/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1203/2019 25 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciiltarixli 2(103)4832/2018 nömrə li qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim F.Babayev) 05.02.2018-ci il tarixli 2(004)-973/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş mənzildən əşyaları ilə birlikdə çıxarılması” tələbinə dair ilk iddiası təmin olunaraq, cavabdeh X2 Bakı şəhəri, **************** saylı evin ******saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, Cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “mənzilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, D1 bağlanmış hesab edilməsi və mübahisəli mənzilə pay hüququnun müəyyən edilməsi” tələbinə qarşı qarşılıqlı iddiasının təmin edilm əməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 28.09.2018-ciiltarixli 2(103)-4832/2018 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(004)-973/2018 nömrəli qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, iş üzrə ekpsertizaə xərci 179 manatın Cavabdeh alınaraq MEM-nin hesabına köçürülməsiqət edilmişdir. İlk iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciil tarixli qətn aməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Yasamal rayonu, ************** saylı mənzilinin məcburi boşaldılması və zəbt edildiyi müddət ərzində istehlak edilmiş kommunal xidmətlərə görə yaranmış borcun onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Yasamal rayonu, *************** saylı evin ***** saylı mənzilindən özünün əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı mənzilə pay hüququnun müəyyənləşdirilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ********* saylı evin **** saylı mənzilinə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************ saylı evin ***** saylı mənzilinə dair “Statistika” MİK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair alqı-satqı müqaviləsinin X9 ilə bağlanmış hesab edilməsi və mübahisəli mənzilə pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ca vabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyasının əsaslandığı dəlillər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, məhkəmənin istinad etdiyi qanun və normativ hüquqi aktlar əslində iddiaçının mənzildən çıxarılma tələbinin təmin olunması üçün əsaslı olmadığı halda, Cavabdeh mənzildən çıxarılması barədə düzgün olmayan və onun mənzil hüquqlarının pozulmasına səbəb olan qərar qəbul edilmişdir. Əvvəla, işdən göründüyü kimi mübahisəli yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus deyildir. Mübahisəli mənzil “Statistika” MİK tərəfindən inşa olunmuş, onun balansındadır. Tərəflər arasında bağlanmış 12.07.2015-ci il tarixli Kooperativ mənzil istehlakı haqqında müqavilədə *********** ünvanda payçının vəs aiti hesabına inşa ediləcək yaşayış binasının **** saylı mənzilinin payçı İddiaçı verməyi öhdəsinə götürməsi və İddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənməsi kimi işin halları isə iddiaçının həmin mənzilə yalnız sahiblik hüquqlarının yaranma faktını ehtiva edir. Məhkəmənin fikrincə, ailə qanunvericiliyi əsasında yaşayış binasının mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvünün” əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayıpş sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq hüququ yoxdursa, ondan həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasınd a yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Lakin məhkəmənin gəldiyi nəticə həmin mənzildə yaşayan Cavabdeh münasibətdə tətbiq oluna bilməzdi. Mübahisəli mənzil cavabdehin valideynləri və iddiaçı tərəfindən birgə alınmışdır. Belə ki, həmin mənzilin alınması üçün Cavabdeh atası tərəfindən İddiaçı 34500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Mənzil müqaviləsinin iddiaçının adına rəsmiləşdirilməsi Cavabdeh iddiaçının tələbi ilə mənzildən çıxarılması üçün əsas deyildir. Əslində göstərilən əsaslara görə qeyd edilən mənzil Cavabdeh keçmiş əri olan üçüncü şəxs D1 adına rəsmiləşdirilməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciiltarixli 2(103)-4832/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddianın, yəni mənzilin yarı hissəsinin Cavabdeh adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili İsmayılov Mübariz İslam oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili Kazımov Əlizadə Şəfi oğlu kassasiya şikayətinə etiraz edərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X9məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.09.2018ciiltarixliqətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.02.2018-ci il tarixli 2(004)-973/2018 nömrəli qətnaməsinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması, iş üzrə ekpsertizaə xərci 179 manatın Cavabdeh alınaraq MEM-nin hesabına köçürülməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, işdə olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-2826/ 217 saylı 02 iyun 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, ************* saylı evin ***** saylı mənzilindən istifadə hüququna xitam verilmişdir. Cavabdeh iddiaçı X3 qarşı onun 03 oktyabr 2011-ci il təvəllüdlü X5 və 27 yanvar 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, ************* saylı evin ***** saylı mənzilinə köçürülməsi barədə qarşılıqlı iddiası təmin edilməmiş, apellyasiya instansiyasında həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 12 iyul 2015-ci il tarixli, 11 saylı Kooperativ Mənzil İstehlak Haqqında Müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Statistika” MİK ünvan 1 ünvanında “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının ****-cu mərtəbəsində ümumi sahə si 90 kv.m. olan iki otaqlı **** saylı mənzili “Payçı” İddiaçı təhvil verməyi üzərinə götürmüşdür. İşdə olan 12 iyul 2015-ci il tarixli aktdan görünür ki, “Statistika” MİK-də 55 saylı mənzilin payçısı X1 bu aktı tərtib edərək, 55 saylı mənzilin alqı-satqısından razılaşdırılmış 77000 manatdan mənzilin yeni payçısı İddiaçı 65000 ödəmiş və 12000 manat mənzilə borcu qaldığını təsdiqləmişlər. İddiaçı mənzilin qalıq məbləğini 30 avqust tarixinə kimi ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 503-1207/15 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müqavilə əsasında ünvan 2 ünvanında “Statistika” MİK tərəfindən inşa edilən yaşayış binasında 2 otaqlı, 90,0 kv.m, ***** saylı mənzilə üzv olub və mənzilin dəyərini tam ödəmişdir. İşdə olan qarşılıqlı iddiaçı tərəfi ndən təqdim olunmuş 05 iyul 2015-ci il tarixli sözləşmənin kserosurətindən görünür ki, Cavabdeh və D1 üçün Yasamal rayonunda satılan “Statistika” MİK Dadaş Bünyadzadə ****, ***** mənzilin alınmasına görə X13 iddiaçıya 34500 manat pul vermişdir. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 29 iyun 2017-ci il tarixli 14956 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 5 iyul 2015-ci il tarixli sözləşmədə “aldım” sözü qarşısındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisənin 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməsi qənaətinə gələrək həmin Məcəllənin müddəalarını tətbiq etmişdir. İlk iddia üzrə cavabdehin yaxud onun keçmiş ərinin mübahisəli mənzilə dair hər hansı şəxslə yaxud qurumla müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu da təsdiq olunmamışdır. Onun qeyd olunan mənzildə faktiki yaşaması isə, qarşılıqlı iddia tələbində göstərdiklərini tələb etməyə subyektiv hüquqlarının yaranması demək deyildir. Əksinə, mübahisə li mənzillə bağlı ilk iddiaçı ilə “Statistika” MİK arasında 12 iyul 2015-ci il tarixdə müqavilə bağlandığı, mənzilin də ilk iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Qarşılıqlı iddiaçı isə, ilk iddiaçının keçmiş gəlini olmuşdur. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının ilk iddia üzrə bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər ilk iddianın rədd edilməsi üçün əsas olmamaqla yanaşı, ilk iddiaçının da mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli mənzilın sifarişçisi, pay haqqı ilə məxsus olduğu, mübahisəli mənzilə mülkiyyət hüququ əldə etməyə «gözlənti» hüququ olan qarşılıqlı iddiaçının keçmiş qayınatası İddiaçı mənzil üzərindəki hüquqlarını poza bilər. Belə ki, Cavabdeh qeyd olunan mənzilin sah ibi İddiaçı ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, Cavabdeh bu istəyi keçmiş qayınatası İddiaçı bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından ilk iddianın təmin edilməsi əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk iddia ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və ilk iddianın təmin edilməməsi üçün əsas olmadığından qarşılıqlı iddia da əsaslı hesab edilə və təmin edilə bilməz. Çünki, mübahisəli mənzillə bağlı ilk iddiaçı ilə “Statistika” MİK arasında 12 iyul 2015-ci il tarixdə bağlanmış müqavilənin etibarsızlığı üçü n Mülki Məcəllədə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir. Buna görə də, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin “Statistika” MİK ilə qarşılıqlı iddiaçının keçmiş əri X9 arasında bağlanmış hesab edilməsinin ümumiyyətlə qanuni əsası da mövcud deyildir. Qarşılıqlı iddia tələbinin qeyd olunan hissələri əsassız olduğundan Cavabdeh mübahisəli mənzil üzərində pay hüququ da tanına bilməz. Qarşılıqlı iddiaçı mübahisəli mənzilin alınmasına və təmirinə atasının vəsait xərclədiyini iddia etməsi isə qarşılıqlı iddianın əsaslı olmasına dəlalət etmir. Çünki, həmin hallar həqiqət olsa belə, qarşılıqlı iddianın təmin olunması, ilk iddianın rədd olunması üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3 0 və 113-cü, Mülki Məcəllənin 157-ci maddəsi və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 25 oktyabr 2010-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.09.2018-ciiltarixli 2(103)-4832/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar