Məhkəmə qərarları › İş №2(102)-1204/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1204/2019

04.03.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1204/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1204/2019 04 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh2, vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ciiltarixli 2(103)9421/2018 nömrəli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayo n Məhkəməsinin (hakim Z.Axundova) 06.06.2018-ci il tarixli 2(003)-2211/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı (28.04.2011-ci il təvəllüdlü X4 və 07.05.2012-ci il təvəllüdlü X5 ilə birlikdə) Bakı şəhəri, *************** yerləşən Cavabdeh1 sahibliyində olan evə köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) 05.10.2018-ciiltarixli 2(103)-9421/2018 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(003)-2211/2018 nömrəli qətnaməsinin Cavab deh2 münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 01.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları 28.04.2011-ci il təvəllüdlü X4 və 07.05.2012-ci il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh1 sahibliyində olan, Bakı şəhəri, **************** yaşayış məntəqəsinin ərazisində yerləşən yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən m əhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi işə baxarkən heç bir sübut və fakt olmadan qanunsuz olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanması qənaətinə gəlmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının köçürülməsini iddia etdiyi ev özbaşına tikili olmaqla qeydiyyata alınmamışdır. Mübahisəli evin inşa olunduğu torpaq sahəsi 18.06.1991-ci il tarixli ******** qəsəbə XDS-in İcraiyyə Komitəsinin 10 saylı sərəncamına əsasən fərdi ev tikmək məqsədilə X6 verilmiş, həmin torpaq sahəsinin bir hissəsi 2007-ci ildə Cavabdeh2 tərəfindən onun bibisi oğlu X1. D1 həmin sahədə özü üçün ev tikdirmiş, özü Rusiya Federasi yasında işlədiyindən, evin sahibsiz qalmaması məqsədilə həmin zamanlar Bakıda kirayədə yaşayan dayısının ailəsinə müvəqqəti yaşamaq üçün vermişdir. Bundan sonra Cavabdeh2 vaılideynləri ilə həmin evə müvəqqəti yaşamaq üçün köçmüşdür. İddiaçı da cavabdehin bibisi oğluna məxsus həmin evə köçmüşdür. Lakin apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verməmiş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. M əhkəmə iclasında iştirak edən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 05.10.2018-ci iltarixliqətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin etməyərək, hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 06.06.2018-ci il tarixli 2(003)-2211/2018 nömrəli qətnaməsinin Cavabd eh2 münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 19.06.2010-cu ildə rəsmi nikaha daxil olaraq Bakı şəhəri, ************ yerləşən, cavabdehlərin yaşadığı ünvansız evə(özbaşına tikiliyə) gəlin kimi köçmüş və cehiz əşyalarını da həmin evə aparmaqla birgə nikah dövründə orada yaşamışdır. Tərəflərin birgə nikahından 28.04.2011 -ci il təvəllüdlü X4 və 07.05.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan nikah Xaçmaz rayon Məhkəməsinin 14.06.2017 -ci il tarixli 2(067)-2181 saylı qətnaməsi ilə ləğv edilmiş və azyaşlı uşaqlar İddiaçı yanında saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli 2(067)-5482/2017 saylı qətnaməsi ilə Cavabdeh2 uşaqların saxlanması üçün hər ay hər uşağa görə 85 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşaqları ilə birlikdə həmin ünvanda nikahları pozulanadək yaşamış, lakin sonradan Cavabdeh2 təzyiqi ilə uşaqları ilə birlikdə məcbur olub həmin ünvandan Xaçmaz rayonunda yerləşən valideynlərinə məxsus evə qayıtmışdır. Hazırki şəraitdə iddiaçının mübahisəli yaşayış sahəsindən başqa daimi yaşayış yeri yoxdur. Ev özbaşına tikilidir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzi mləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiy yətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə t ələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının və Cavabdeh2 aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirir ki, mübahisəli ev ona deyil, valideynlərinə məxsusdur. Özü yeni ailə quraraq kirayədə yaşayır. Lakin imkanı olsa kirayədə yaşamaz və öz evi olmadığı halda keçmiş arvadına necə yaşayış sahəsi verə bilər. Göründüyü kimi, onun iddia tələbinə bu cür etirazı anlaşılan deyildir. Çünki, bir tərəfdən mübahisəli evin ona aidiyyətinin olmadığını bildirir, digər tərəfdən isə iddiaçının həmin evə köçürülməsinə qarşı çıxaraq bundan narahat olur. Cavabdeh2 evin məxsus olduğunu bildirdiyi valideynlərindən biri olan iş üzrə digər cavabdeh, iddiaçının keçmiş qaynanası Cavabdeh1 isə ümumiyyətlə məhkəmədə iştirak edərək iddia tələbinə və iddiaçının həmin evə köçürülməsinə etiraz etməmiş, qətnamədən apellyasiya şikayəti də verməmişdir. Belə olan halda, Cavabdeh2 yaşamadığını və aidiyyəti olmadığını bildirdiyi bir evə, keçmiş arvadının və iki azyaşlı övladının köçürülməsinə əslində niyə bu qədər etiraz etməsinin əsl səbəblərini açıqlamaması, özbaşına da olsa, həmin evə onun da bilavasitə aidiyyəti olduğunu təsdiq edir. İkincisi, Cavabdeh2 mübahisəli özbaşına tikilinin valideynlərinə məxsus olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, iddia tələbinə etirazının əsası kimi istinad etdiyi həmin halı sübut etmək yükü artıq onun üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddiaçının davamlı olaraq uzun müddət keçmiş əri, qaynanası və uşaqları ilə birgə həmin evdə yaşamasını təkzib etmir. Bu hal ona dəlalət edir ki, iddiaçının da qeyd olunan özbaşına tikilinin saxlanmasında bu və ya digər formada rolu, əməyi və zəhməti olmuşdur. Üçüncüsü, iddiaçı və cavab dehlər mübahisəli evdə (özbaşına tikilidə) uzun müddət yaşamışlar. Evin hər hansı bir sənədinin olmaması iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, qeyd olunduğu kimi həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə azyaşlı uşaqları və cavabdehlərlə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də yaşamaq hüququ yaranmışdır. İddiaçının uşaqları ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehlərin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun və azyaşlı uşaqlarının hüquqlarının pozulmasına səbəb olardı. Kassasiya kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 vermiş olduğu kassasiya şikayətinin dəlillərini ehtimallarla əsasl andırmış, məhkəmə qətnaməsinin hansı pozuntular ilə qəbul edilməsini göstərə bilməmişdir. Odur ki, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.10.2018-ciiltarixli 2(103)-9421/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbu ledildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar