Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1205/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılma, işin hallarının sübutlara əsasən qiymətləndirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazi rliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4591/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh1 1992-ci ildə güzəştli şərtlərlə mənzillə təmin edilərək ona - ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,3 kv.m sahəsi olan 65 saylı mənzil verilmiş və bu barədə Yasamal rayon İcra Hakimiyyəti başçısı nın xx.xx.1992-ci il tarixli 529/1 nömrəli sərəncamına əsasən, 24 noyabr 1992-ci il tarixli 003335 nömrəli order (daimi) verilmişdir. Mənzil xx.xx.2000-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.
2. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir.
3. Bakı Qarnizonu üzrə mənzil komissiyasının N yanvar N-ci il tarixli 22 nömrəli protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 3 nömrəli N yanvar N-ci il tarixli kirayə müqaviləsi əsasında hərbi qulluqçu polkovnik Cavabdeh1 ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, oğlanları - Cavabdeh3, Cavabdeh5 və qızı Cavabdeh4) ilə birlikdə mübahisəli ünvanda yerləşən 3 otaqlı, 51,1 kv.metr yaşayış sahəsi verilmişdir.
4. Həmin mü qavilənin 5.4-cü bəndinə əsasən, aşağıdakı hallarda kirayə müqaviləsi məhkəmə qaydasında kirayəverənin tələbi ilə ləğv edilə bilər. 5.4.1 Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə, 5.4.2 kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 5.4.3 kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4 kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5 yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.4.6 Azərbaycan Respublikasının qanunvericiliyində və Mənzil Məcəlləsində nəzərdə tutulan digər hallarda.
5. Cavabdeh1 N nömrəli h ərbi hissəyə verdiyi N yanvar N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq MN Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.
6. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Bəşarət Temir yaşayış yeri üzrə mübahisəli ünvana pasport qeydiyyatına alınmışlar.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 11 avqust 2022-ci il tarixli əmrinə əsasən polkovnik Cavabdeh1 Azərbaycan Ordusundan ehtiyata göndərilərilməsi ilə əlaqədar olaraq, Milli Müd afiə Universitetinin rektorunun 28 sentyabr 2022-ci il tarixli əmri ilə, həmin tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
8. Cavabdeh1 ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli, xəbərdarlığa əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə xidməti münasibətlərinə xitam verildiyindən yaşadığı mənzili xx.xx.2022-ci il tarixdən sonra 30 gün müddətində boşaldaraq Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə təhvil vermələri tələb olunmuşdur. 9. 11.10.2022-ci il tarixli 3 nömrəli protokola əsasən, Cavabdeh1 ilə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi arasında bağlanmış N yanvar N-ci il tarixli 3 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
10. Cavabdeh1 ünvanlanmış 11 oktyabr 2022-ci il tarixli xəbərdarlığa əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaşadığı mənzili xx.xx.2022-ci il tarixədək boşaldaraq Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinə təhvil verməsi xahiş olunmuşdur.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏD Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 adına Bakı şəhəri Xətai rayonu R.Məmməfov küçəsi ev 12, 65 saylı mənzil, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 529/1 nömrəli sərəncamına, 003335 nömrəli orderə, xx.xx.2000-ci il tarixli 103 nömrəli forma 2 arayışına, Cavabdeh2 razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il ildə qeydiyyatdan keçmişdir,. Lakin Bakı şəhəri 36 saylı DNK-nın 4Ə-3-513 re yestr nömrəli xx.xx.2003-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkilşdirilmişdir. Cavabdeh1 adına Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 5d, 5 saylı mənzil 4Ə-01-46 reyestr nömrəli xx.xx.2011-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (bundan sonra cavabdehlər və ya ad və soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi polkovnik X1 i lə Cavabdeh1 arasında N yanvar N-ci il tarixli 3 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi, Şəfayət Mehdiyev küçəsi, ev 136 “A” mənzil, 1 ünvanından Cavabdeh1 və ünvan 3 13 (Müdafiə Naziriyinin inzibati bina) ünvanından Cavabdeh2 pasport qeydiyyatından çıxarılması, Cavabdeh1 ailə üzvləri (Cavabdeh2, oğlanları - Cavabdeh3, Cavabdeh5 və qızı Cavabdeh4) Bakı şəhəri, Yasamal rayonu, “Qırmızı Şərq-1” hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi ev 136 “A”, mənzil 1 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m. yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçki vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçki vəzifədə qalmanın xitamı yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Mübahisəli mənzilin könüllü boşaldılması ilə bağlı Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi Cavabdeh1 iki dəfə 26 sentyabr və 11 oktyabr 2022-ci il tarixdə 30 gün müddətində mənzili boşaldaraq Müdafiə Nazirliyinin mənzil orqanlarına təhvil verilməsi barədə xəbərdarlıq göndərmişdir. Lakin, Cavabdeh1 mənzilin boşaltmaqdan imtina edərək xəbərdarlığa imza etmiş, mübahisəli mənzildə təmir işlərinin aparmasını bildirmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən (kirayəçi kirayə verənin razılığı olmadan yaşayış sahəsinin əsaslı təmirini və bununla bağlı hər hansı işləri apara bilməz. Cavabdeh1 xüsusi təyinatlı yaşayış sahəsində təmir işləri aparmaqla Əsasnamənin tələblərinin kobud şəkildə pozmuşdur. Komissiya tərəfindən mənzildə yerli baxış keçirilmiş və əsaslı təmir işlərinin aparılmaması müəyy ən edilmişdir. Əsaslı təmir işlərinin aparılmasına ehtiyac olarsa onda kirayə verən kirayəçini və onun ailə üzvlərini təmir işlərinin aparıldığı müddət ərzində başqa yaşayış sahəsinə köçürülməli idi. Lakin, əsaslı təmir işlərinin aparılmasına ehtiyac olmadığından cavabdehlər başqa yaşayış sahəsinə köçürülməmişlər. İşin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır.
14. Cavabdehlər məhkəməyə yazılı etiraz təqdim edərək etirazlarını onunla əsaslandırmışlar ki, həmin xidməti 3 otaqlı 51,1 kv.m. sahəyə malik mənzil hərbi qulluqçu Cavabdeh1 və onun 5 nəfər ailə üzvünə Bakı qarnizonu üzrə mənzil komissiyasının N yanvar N-ci il tarixli 22 nömrəli protokolu əsasında xüsusi təyinatlı yaşay ış sahəsinin N yanvar N-ci il tarixli 3 nömrəli kirayə müqaviləsi əsasında verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64-cü maddəsinin tələbinə uyğun olaraq kirayəyə verən üzərinə düşən bu vəzifəni yerinə yetirmədiyindən xidməti mənzili özləri təmir etmək məcburiyyətində qalmışlar. Cavabdeh1 təxminən 40 min manata yaxın pul xərcləyərək evi təmir etdirmişdir. Kirayəyə verənin təmir xərclərindən xəbəri olmaması haqda iddia ərizəsində göstərilənlər tam əsassızdır. Ona görə də, iddiaçı mənzilin təmirinə çəkdikləri 40.000 manat həcmində xərcləri ödəməlidir. Bundan başqa Cavabdeh1 2-ci Qarabağ müharibəsində hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqa nizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçudur və uzun müddət Türkiyənin tibb müəssisələrində müalicə olunması barədə müvafiq sənədləri də vardır. Göstərdiyi qəhrəmanlığa görə Dövlət başçısı tərəfindən orden və medallarla təltif edilmişdir. Həmçinin, həmin mübahisəli mənzildə cavabdeh olan və 44 günlük Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq göstərmiş daha 2 hərbçi yaşayır.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, ona həmin xidməti mənzilin açarları 2020ci ilin iyun ayında verilmişdir. Mənzili aldıqdan sonra 2-3 ay sonra təmir etdirmişdir. 2020-ci ilin avqust ayından həmin xidməti mənzildə yaşamağa başlamışdır. Sənədləşmə gec olmuşdur. İddiaçı 2015-c i ildə raport yazmış, bu müraciəti təmin edilməmişdir. 2017-ci ildə də eyni qaydada raport yazmış, yenə də təmin olunmamışdır. Daha sonra 2020-ci ildə raport yazmış. Bu isə təmin edilmişdir. Ailə üzvlərinin sayı 5 nəfərdən ibarətdir, adam başına düşən sahə 16 kv.metr təşkil edir. O, da polkovnik olduğu üçün 16 kv.metr də əlavə verilməli imiş. Beləliklə, ona verilməli olan mənzilin sahəsi 96 kv.metr olmalı olsa da, verilən mənzil 47 kv.metr təşkil etmişdir. İddiaçı da mənzilin genişləndirilməsi ilə bağlı müraciət etsə də, tərtib olunan 60 nəfərlik siyahıdan cəmi 47 nəfərin təminatı yaxşılaşdırılmış, onun müraciətinə isə baxılmamışdır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-1589/2023 nömrəli, 03 may 2023-cü il tarixli qətnaməsi ilə (haki m Gülnar Babazadə) iddia qismən təmin edilmiş, Cavabdeh1 – ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzilindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1la Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti kirayə müqaviləsinə Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qaydasında sözügedən müqavilənin ləğv edilməsinə bir zərurət qalmamışdır. Belə ki, müqaviləyə inzibati orqan tərəfindən artıq xitam verilmiş, həmin protokol-qərar mübahisələndirilməmişdir.
18. Eyni zamanda, xüsusi təyinatlı yaşayış sahəsini n kirayə müqaviləsinin ləğv edilməsi və xitam verilməsi əsasları bir-birindən fərqləndirilmiş və Mənzil Məcəlləsində dairəsi dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi qanunvericilikdə müəyyən edilmiş əsaslardan hər hansı birinə aid edilmir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh1 vaxtilə, yəni 1992-ci ildə dövlət tərəfindən hərbi qulluqçulara verilən güzəştdən istifadə edərək mənzillə təmin olunmasını, sonradan həmin mənzili özgəninkiləşdirməsini, onunla olan qulluq münasibətlərinə və bu əsasla da, N yanvar N-ci il tarixli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə xitam verilməsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 - ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən Bakı şəhəri Yasamal rayonu Qırmızı-Şərq -1 hərbi şəhərciyi Şəfayət Mehdiyev küçəsi 136A saylı evin 1 saylı mənzilindən çıxarılmalıdır.
20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82, 92, 98.1, 98.2, 99.1-99.2, 100.1, 100.2, 100.3, 101.1, 101.2, 102.1, 102.2, 103.1-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.75.11-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin ver ilməsi halları və Qaydası”na və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kirayəyə verən üzərinə düşən vəzifəni yerinə yetirmədiyindən xidməti mənzili əsaslı təmir etdirmək məcburiyyətində qalıb. Mənzilə təxminən 40.000 manata yaxın pul xərcləyərək evi təmir etdirib. Mənzil isə təmirsiz, yaşayış üçün yararsız vəziyyətdə verilmişdir. Mənzilin təmir olunacağı ilə bağlı dəfələrlə iddiaçını məlumatlandırıb, yazılı şəkildə mənzildə yaşamaq üçün şəraitin olmaması ilə bağlı məlumat verib. Xidməti mənzilin ona verilməsi səbəbi aydınlaşdırılmamışdır. Çünki, Müdafiə Nazirliyi qeyd olunan xidməti mənzili qanunsuz yollarla vermişdir. Həmçinin, məhkəmə tərəfindən mənzildən çıxarılma barəsində qətnamə qət olunarkən məhkəməyə etdiyi müraciətdə qeyd olunan mənzilə dair çəkilmiş xərclərin tutulması nəzərə alınmalı idi.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4591/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiya məhkəməsi birinci in stansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddia Cavabdeh1 ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə başqa yaşayış sahəsi verilmədən mübahisəli mənzildən çıxarılması hissəsində əsaslıdır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğundur.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətin dəlillərindən görünür ki, cavabdeh mənzilin təmirinə çəkilmiş xərcin iddiaçıdan tutulmasını xahiş edir. Halbuki həmin tələb hazırkı məhkəmə baxışının predmeti deyil, həmin hal Cavabdeh1 tərəfindən bununla bağlı ayrıca müstəqil iddianın qaldırılması üçün əsasdır. Belə ki, işə baxılarkən cavabdeh tərəfindən qarşılıqlı iddia verilməmişdir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidməti tərəfindən verilmiş məlumatlara əsasən cavabdehlər başqa yaşayış sahəsinə malikdirlər. Belə ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolundakı 5D saylı evin 5-ci mənzili xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil 2 otaqlı olmaqla ümumi sahəsi 48,8 kvm-dir. Cavabdeh əvvəllər həmin mənzildə yaşamış, bu mənzil xidmət yerinə uzaq olduğuna görə o, xidmət yerinə yaxın ərazidə müvəqqəti yaşayış sahəsi ilə təmin olunmaq üçün iddiaçıya müraciət etmiş və xahişi təmin olunmaqla müvəqqəti olaraq mübahisəli yaşayış sahəsi ilə təmin olunmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1-99.2, 100.1, 100.2, 100.3, 101.1, 101.2, 102.1, 102.2-ci maddələrinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1, 1.13, 5.2, 5.7-5.11-ci bəndlərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 866 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş e tmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və onun qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Belə ki, cavabdehə və ailə üzvlərinə kirayə müqaviləsi əsasında ayrılmış mənzildə 40 min manatdan artıq məbləğdə təmir xərci çəkilmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi həmin xərci nəzərə almamışdır. Halbuki, qeyd edilən məbləğ mənzilin dəyərinin kifayət qədər artırılmasına gətirib çıxarır ki, həmin hal da artıq qeyd edilən mənzildə cavabdehin mülkiyyət hüquqlarının yaranmasına səbəb olur. Hazırda cavabdehin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ona kirayə müqaviləsi əsasında mənzil ayr ılmışdır. Lakin cavabdehə ayrılan mənzilin verilməsi ilə rəsmiləşdirilməsi arasında müəyyən müddət vaxt keçmiş və həmin dövr ərzində cavabdeh tərəfindən 40.000 manatdan çox vəsait sərf edilərək təmir işləri aparılmışdır. Lakin apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi kirayə müqaviləsi bağlandığı andan verilməlidir. Lakin hazırda mənzil bir neçə müddət əvvəl verilmiş və sonradan cavabdeh tərəfindən aparılmış təmir işləri nə Müdafiə Nazirliyi nə də baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi ümumiyyətlə heç bir sübuta düzgün qiymət verməmiş, cavabdeh tərəfindən mübahisəli mənzilin təmirinə xərc çəkilib-çəkilmədiyini araşdırmamışdır. Bu hallar məhkəmə tərəfindən araşdırılsa idi müəyyən olunar dı ki, qeyd edilən təmir işləri cavabdeh tərəfindən aparılmışdır və həmin yüksək məbləğdə təmir xərci əsaslı təmir sayılmaqla həmin mənzilə cavabdehin mülkiyyət hüququ tanınmalı idi. Həmçinin, apellyasiya instansiya məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat vermədən işə baxmış və qətnamə qəbul etmişdir. Bu mövqeyini sonradan soruşduqda onunla əsaslandırmışdır ki, onun elektron kabinetim var və oradan məhkəmə iclasını izləyə bilərəm. Lakin, o elektron məhkəmə informasiya sistemində olan elektron kabinetindən istifadə qaydasını bilmir. Yoxlama aparılarsa, onun həmin müddətlərdə elektron kabinetdən istifadə etmədiyi açıq aydın görünər. Apellyasiya məhkəməsi tələsik qətnamə çıxarmaqla hüquqlarını kobud surətdə pozmuş, ona nə SMS, nə də rəsmi bildiriş göndərməm işdir. Bu isə, məhkəmə iclaslarının çəkişmə prinsipi qaydasında aparılmamasına və sübutlarını təqdim edə bilməməyinə, apellyasiya şikayətini lazımi qaydada müdafiə edə bilməməyinə gətirib çıxarmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
30. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
32. Maddə
92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq- mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.
33. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
34. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
35. Maddə 99.1-99.2. Xüsusi təyinatlı yaşay ış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
36. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.
37. Maddə 100.3. Ki rayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
38. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.
39. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin ki rayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu.
40. Bənd 2.1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.
41. Bənd
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
42. Bənd
12. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan R espublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.
43. Bənd 12.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddət li həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış ev inin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həmdə müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən f ərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə.
44. Bənd 1.1. Həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnaməni n 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar.
45. Bənd 1.13. Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır.
46. Bənd 5.2. Bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təsdiq edilir.
47. Bənd 5.7-5.
11. Yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış rayonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarn izon rəisi tərəfindən təstiq edilmiş siyahı xüsusi təyinatlı yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəm əsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
64. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Ka ssasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 66. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normal arına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4591/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and