Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1206/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər:kredit müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)6952/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları “X1” ASC ilə Cavabdeh1 arasında 11 iyul 2011-ci il tarixli, 24N/11 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 60 ay müddətinə 67.000 manat kredit verilmişdir. Tərəflər arasında 17 dekabr 2013-cü il tarixdə əsas kredit müqaviləsinə əlavə Sazişə əsasən kreditin müddəti 13 dekabr 2018-ci il tarixədək uzadılmış, kreditin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilmiş və 31 oktyabr 2018-ci il tarixdə bağlanmış əlavə Sazişə əsasən Bank tərəfindən Cavabdeh1 verilmiş kreditin məbləği tarixi və faizi illik maksimum 28 faiz dərəcəsi ilə 13 dekabr 2023cü il tarixədək 1.000.000 manat olmaqla dəyişdirilmişdir. 05 noyabr 2018-ci il tarixdə Bankla borclu Cavabdeh1 arasında 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən borclu Cavabdeh1 24 ay müddətinə illik 11 faiz ödəmək şərtilə 117.385 manat kredit verilmişdir. “X1” ASC ilə Cavabdeh3 arasında 11 iyul 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən sonuncuya məxsus mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 18 dekabr 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ********** saylı çıxarış verilmiş, sonradan 31 oktyabr 2018-ci il tarixdə ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər arasında saziş bağlanmış, ipoteka yüklülüyünün müddəti dəyişdirilərək 13 dekabr 2023-cü ilədək müəyyən edilmiş və bu barədə ********** saylı çıxarış verilmişdir. “X1” ASC-in məhkəməyə təqdim etdiyi maliyyə arayışında da Cavabdeh1 01 ma rt 2021-ci il tarixə, 05 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 91.294,17 manat əsas, 10.744,92 manat faiz borcu olmaqla, cəmi 102.039,09 manat borcunun olması qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh1 11 iyul 2011-ci il tarixli, 24N/11 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 05 noyabr 2018-ci il tarixli, 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən 91.294,17 manat əsas, 10.744,92 manat faiz olmaqla, cəmi 102.039,09 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının tutulması, tutmanın digər Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Mo ntin yaşayış sahəsi, M.Məmmədzadə küçəsi, 3 “A” saylı evin 8 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun mənzilin hərracdan satışı hesabına əldə olunmuş vəsait hesabına Banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 133.000 manat müəyyən edilməsi, mənzilə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandıraraq qeyd etmişdir ki, Bank ilə Cavabdeh1 arasında 11 iyul 2011-ci il tarixli, 24N/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 05 noyabr 2018-ci il tarixli, 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, 05 noyabr 2020-ci il tarixədək, illik 11 faiz ödəmək şərtilə 117.385 manat məbləğində kredit verilmişdir. (11 iyul 2011-ci il tarixli, 24N/11 saylı əsas kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 31 oktyabr 2018-ci il tarixli Sazişə əsasən kredit müqaviləsinin müddəti artırılaraq 13 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir). Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank ilə Cavabdeh3 arasında bağlanmış 11 iyul 2011-ci il tarixli, 24Nİ/11 saylı ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan mənzil Banka ipoteka qoyulmuşdur. (11 iyul 2011-ci il tarixli, 24Nİ.11 saylı ipoteka müqaviləsinə edilmiş 31 oktyabr 2018-ci il tarixli Sazişə əsasən tərəflər arasında bağlanmış 11 iyul 2011-ci il tarixli, 24Nİ/11 saylı ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş kredit müqaviləsinin müddəti dəyişdir ilərək 13 dekabr 2023-cü il tarixədək müəyyən edilmişdir). İpoteka müqaviləsi 02 noyabr 2018-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış seriya RX №1396894. qeydiyyat №**********). Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq Banka ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddəaləri pozulmuşdur. Borclu Cavabdeh1 01 mart 2021-ci il tarixə 05 noyabr 2018-ci il tarixli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 91.294,17 manat, faiz borcu üzrə 10.744,92 manat, cəmi 102.039,09 manat təşkil edir. "xxxx" MMC-nin 30 iyul 2021-ci il tarixli mütəxəsis rəyinə əsasən, ipoteka predmeti olan Cavabdeh3 məxsus mənzilin likvid dəyəri 164.000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq espertizasının 10 mart 2022-ci il tarixli, 9/8878 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 05 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 05 noyabr 2020-ci il tarixə Cavabdeh1 Banka 91119,56 manat əsas, 7592,26 manat faiz borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(011)-90/2022 saylı qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia qismən təmin edilmiş, 05 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 91.119,56 manat əsas, 7.592,26 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı olmaqla, cəmi 98.711,82 manat pulun və iddia ərizəsinin verilməsi üçün 29,10 manat dövlət rüsumunun borclu Cavabdeh1 tutul ub “X1” ASC-nə ödənilməsi, tutmanın ipoteka qoyan Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov Rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində yerləşən, 3 “A” saylı evin 8 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin likvid dəyərinin 164.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, həmin mənzilin satılmasından əldə edilmiş vəsaitdən “X1” ASC-nə olan 98.740,92 manat pulun ödənilməsi, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsi, 3 “A” saylı evin 8 saylı mənzilindən çıxarılmaları və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu i ddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini, habelə ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissələri də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəldilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmi n yaşayış sahəsinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 739.2-ci maddələrinə, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 39.3.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xihakş etmişdir. Cavabdeh apellyasiya şikayətini- qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspertiza rəyinin düzgün olmaması, əsas məbləğində borcu qəbul etdiyini, lakin faizlərin çox olması, ekspertiza rəyinin düz gün olmaması, ipoteka qoyulmuş mənzilin dəyərinin düzgün müəyyən olunmaması, mənzildən çıxarılması barədə tələbin yeni mülkiyyətçi tərəfindən verilməli olması və sair kimi dəlillərlə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)6952/2022 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində kredit borcu üzrə faizləri mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli, 9/8878 saylı rəyi) müəyyən olunmuşdur ki, cavabdehin 05 noyabr 2020-ci il tarixə Banka olan əsas borcu 99.119,56 manat, faiz borcu isə 7.592,26 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi digər sübutlarla yanaşı, həmçinin ekspertiza rəyinə əsaslanaraq kredit borcunun məbləğini dəqiqləşdirmiş və bu səbəbdən də iddianı faizlərin tutulması hissədə qismən təmin etmişdir (halbuki, iddiaçı 10.744,92 manat faiz tələb etmişdir). Cavabdeh i sə apellyasiya şikayətində yenidən ekspertizanın keçirilməsinə zərurət olduğunu qeyd etmiş, lakin ekspertiza rəyinin əsassızlığı, faizlərin daha az olması və sair bu istiqaimətdə hər hansı əsaslandırma aparmamış, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etməmişdir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalıdır və sar). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Kollegiya daha sonra qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin az müəyyən olunmasını, onun dəyərinin daha çox olmasını göstərmişdir. Məhkə mə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuş və birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüş, cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın likvid dəyərinin daha artıq olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kollegiya öz hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 317.1, 385.1, 442, 739-cu maddələrinin, Mülki Prosessual Məcəllənin 77.1, 80-cı maddələrinin, habelə “İpoteka haqqında” Qanunun 33-cü maddəsinin tələblərinə istinad etmişdir. Kassasiya i nstansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)-6952/2022 saylı qətnamənin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, b u şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Hesab etmişdir ki, qeyd olunan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları düzgün deyil. O, qeyd etmişdir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən məcburi çıxarılmaları indiki halda müəyyən e dilə bilməz. Çünki, ipoteka predmetinə tutma yönəldikdən və onun satılmasından sonra mənzilin gələcək mülkiyyətçisi bu mənzildə yaşayan şəxsləri çıxarmadan, ipoteka predmeti olmuş mənzili elə həmin şəxslərə kirayə verilməsi barədə müqavilə bağlaya bilər. Gələcək mülkiyyətçinin bu mənzil ilə bağlı və bu mənzildə yaşayan şəxslər ilə bağlı hansı qərar qəbul edəcəyini indiki mərhələdə birdəfəlik həll edilməsini düzgün hesab edilərdi. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamışdır. Kassasiya şikayətinə dair etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinl ənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliy yət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Bo rc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən məhkəmə aktının əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin hüquqi mövq eyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ipoteka predmetindən çıxarılmaları üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə k i, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, mənzilin açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini, habelə ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, borc tələbini kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəltməkdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən “İpoteka haqqında” Qanunun 59.3-59.3.2-ci maddələrinin mənasına görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab ed ir və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2022-ci il tarixli, 2(103)-6952/2022 saylı qətnaməsi mübahisələndi rilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.