Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1207/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış faydanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsi bağlayaraq, Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilini 60.000 manata alıb. Həmin mənzilin üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 02 fevral 2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilib.
2. Tərəflərin arasında bağlanmış 23 yanvar 2018-ci il tarixli alğı-satqı müqaviləsinin 11-ci bəndində müəyyən olunan şərtə əsasən, satıcı Cavabdeh mənzili xx.xx.2018-ci ilədək alıcıya təhvil verməyi öhdəsinə götürüb.
3. Lakin həmin müqavilə üzrə tərəflərin arasında mübahisələr yaranmış, Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, araların da bağlanmış alğı-satqı müqavilənin etibarsız hesab edilməsi, pulun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, Cavabdeh mənzildən çıxarılması, son kirayə haqqının və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilk iddiası təmin edilməmiş, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 44 saylı evin 6 saylı mənzilindən çıxarılması qət edilmişdir.
4. Həmin iş üzrə Cavabdeh apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(10 3)1596/2021 saylı qətnaməsi və Ali Məhkəmənin Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(102)-3577/2021 saylı qərarı ilə təmin edilməmişdir.
5. Bundan başqa, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(005)-578/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
6. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-356/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya sikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(005)578/2020 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.
7. Cavabdeh mübahisəli mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmış, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmurunun 08 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(005)-1914/2020 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı hazırki iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, evin ona təhvil verilmədiyi müddət ərzində əldən çıxmış faydanın əvəzi kimi 15200 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 135 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı 23 yanvar 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayarkən cavabdehə bildirmişdir ki, mənzili almaqda məqsədi mənzili kirayəyə verib pul qazanmaqdır. Müqaviləyə əsasən cavabdeh 23 aprel 2018-ci il tarixədək mənzili iddiaçıya təhvil verməli idi. Həmin müddət başa çatdıqdan sonra cavabdeh özü həmin evdə kirayədə qalıb kirayə pulunu ödəyəcəyini bildirmiş, iki ay ərzində kirayə haqqını ayda 300 manat olmaqla ödəmişdir. Bundan sonra münasibətləri korlanmış, cavabdeh iddiaçıya kirayə pulu ödəməmiş və mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ona qarşı mənzilin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, o isə Cavabdeh mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddi a vermişdir. Son nəticədə Cavabdeh iddiası təmin olunmamış, onun iddiası təmin olunaraq Cavabdeh mənzildən çıxarılması qət olunmuşdur. Qətnamə icraya yönəldildikdən sonra 7 dekabr 2021-ci ildə mənzil ona təhvil verilmişdir. Bu müddət ərzində o xeyli maddi itkilərə məruz qalmış, 01 sentyabr 2018-ci ildən fayda götürəcəyinə ümid etdiyi gəlir əldən çıxmışdır. Əgər 01 sentyabr 2018ci ildən 07 dekabr 2021-ci il tarixədək hər ay həmin mənzili 400 manata kirayəyə versəydi, 38 ay ərzində 38x400=15200 manat məbləğində gəlir əldə edə bilərdi. Buna görə də 15200 manat pulun əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, cavabdeh heç vaxt mənzili k irayəyə götürməmişdir. Onun mənzildən çıxarılması barədə məhkəmə qərarı icraya yönələn kimi o, mənzili boşaltmışdır. Buna görə də hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 2(005)1316/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia rədd edilmişdir.
12. Məhkəmə tərəflərin arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə məhkəmə aktlarının hazırda baxılan iddiaya münasibətdə preyudisiallığını araşdıraraq qeyd etmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi son kirayə haqqının ödənildiyi 2018-ci ilin sentyabr ayından iş üzrə yekun məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haq qı hesablanaraq ödənilməsi tələbi vardır. Hazırda qaldırılmış “əldən çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsi” tələbində isə onun həmin mənzilin digər şəxslərə kirayə verə bilmədiyi üçün cavabdeh tərəfindən ona vurulmuş ziyan kimi əsaslandırmışdır. Bundan başqa məhkəmə cavabdehin iddia tələbinə etiraza münasibətdə qeyd edir ki, hazırki mübahisə üzrə tərəflərin subyektiv tərkibi eyni olsa da, mübahisə predmeti və əsası əvvəlki mübahisədən fərqlidir. Belə ki, 2(005)-1914/2020 saylı mülki iş üzrə qarşılıqlı iddiada iddiaçı cavabdeh tərəfindən ödənilməmiş kirayə borcunun ödənilməsini tələb etdiyi halda, hazırki tələbdə əldən çıxmış fayda üzrə dəymiş maddi ziyan tələbidir.
13. Məhkəmə qeyd edir ki, real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur.
14. Məhkəmə Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, bu maddi hüquq normalarının imperativ şərtlərindən görünür ki, şəxsin ziyan tələbinin əsaslılığının yaranması üçün baş vermiş hadisə müvafiq şərtləri ödəməlidir. Yəni ilk növbədə şəxsin qanunla qorunan hüququnun pozulması halı baş verməlidir. Lakin həm iş materiallarından, həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır. Hətta iddiaçının Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-1914/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Hazırki iş üzrə iddiaçı əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb etsə də, zərərin miqdarını və ya dəyərini sübut etmək üçün müvafiq sənədlər təqdim etməmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin təqsiri üzündən iddiaçının zərərə məruz qalması və faydadan məhrum olması sübut olunmamışdır.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən ziyan tələblərinin əsasını təşkil edən hal əldən çıxmış faydanın olmasıdır. Lakin iddiaçı tərəfindən tələbinin əsasını təşkil edən hallara, yəni digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir. Bu halda iddiaçıya iddia etdiyi ziyanın dəyməsini müəyyən etmək mümkünsüzdür. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə qarşı yönəlmiş ziyan tələbinin əsassız olması təsdiq o lunur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, Mülki Prossesual Məcəlləsinin 76.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması ilə əsaslandırılmışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1316/2022 saylı, 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının faydadan məhrum olunduğunu qeyd etdiyi 01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alğı-satqı müqaviləsinin etibarlı olubolmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq alğı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş kirayə haqqının cavabdehdən alınıb iddiaçıya verilməsi barədə tələb irəli sürmüş, iddia tələbi təmin olunmamışdır. Həmin işdə də iddiaçı cavabdehdən 2018-ci ilin sentyabr ayından məhkəmə aktı icraya yönəldiyi ana qədər aylıq 300 manat olmaqla kirayə haqqının ödənilməsini tələb etmişdir. Qeyd olunan işdə məhkəmələr bu qənaətə gəlmişlər ki, tərəflər arasında kirayə müqaviləsindən irəli gələn münasibətlər olmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh təqsiri üzündən faydadan məhrum olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən mənzilin təhvil verilməməsinə kifayət qədər sübut təqdim edilib və mülki işin materiallarına daxil edilmişdir. Bunlara icra orqanından mənzilin təhvil verilməsi barədə akt, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qətnamələri aiddir. Eyni zamanda cavabdeh öz izahatında qeyd etmişdir ki, həqiqətən də mənzili 38 ay ərzində təhvil verməyib. Amma bütün bu sübutları məhkəmə nəzərə almamış, qiymətləndir məmiş, heç bir münasibət bildirməmiş və sanki Cavabdeh həmin mənzili təhvil verməməsinə dair hər hansı bir sübut yoxdur kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüq uquna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmadığın a görə məhkəmənin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.
42. Belə ki, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyəti olan faktik halları bu qərarın 17-ci paraqraflarında göstərilib.
43. İddiaçı cavabdehlə bağlanmış alğı-satqı müqaviləsi üzrə cavabdehin mənzili təhvil vermək vəzifəsinin vaxtında icra edilməməsi səbəbindən ona dəyən zərərin əvəzinin ödənilməsini tələb edir.
44. Alğı-satqı müqaviləsi əsasında satıcı əşyanı alıcının mülkiyyətinə vermək, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi daşıyır (MM-in 567-ci maddəsi).
45. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu müəyyən edılməlidir.
46. Bu baxımdan, cavabdehin müqavilə öhdəliyini icra etməməsi işin mübahisə olunmayan halıdır. Belə ki, cavabdeh alğı-satqı müqaviləsinin 11-ci bəndində iddiaçıya satdığı mənzili xx.xx.2018-ci ilədək təhvil verməyi öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra etməmiş, iddiaçının tələbi ilə Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(005)-1914/2020 saylı qətnaməsi ilə cavabdehin mənzildən çıxarılması qət edilmiş, cavabdeh həmin qətnamə əsasında mənzildən 03 dekabr 2021-ci il tarixdə çıxmışdır.
47. İddiaçı tələbini cavabdehin müqavilə öhdəliyini lazımınca icra etməməsi ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir (Mülki Məcəllənin 399, 425-ci maddələri). Bu, cəmiyyətdə olan hüquq qaydasını, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
48. Bu məqsədlərə nail olunması müvafiq olaraq müqavilə öhdəliyinin lazımınca icrasını, öhdəliyin pozulmasının qarşısının alınması üçün təminatların yaradılmasını tələb edir və qanunvericilik bu məqsədə nail olmaq üçün mülki hüquq məsuliyyəti müəyyən edir. Mülki Məcəl lənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
49. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
50. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməmişdir və iddiaçının bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ vardır.
51. Zərərin anlayışı Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən edilərək deyilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dö vriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. İddiaçı da iddia ərizəsində iddianın maddi-hüquqi əsası kimi Mülki Məcəllənin 21ci maddəsinə istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, bu norma zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.
53. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
54. Apelyasiya instansiyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişd ir ki, həm iş materiallarından həm də məhkəmə araşdırması zamanı iddia üzrə iddiaçının hər hansı hüququnun pozulmasını təsdiq edən hal aşkar olunmamışdır.
55. Halbuki, yuxarıda qeyd olunduğu kimi cavabdehin müqavilə öhdəliyini icra etməməsi, yəni alğı-satqı müqaviləsinin 11-ci bəndindəki şərtə əsasən mənzili xx.xx.2018ci ilədək təhvil vermək öhdəliyini yerinə yetirməməsi işin mübahisə olunmayan halıdır. Cavabdehin mənzildən müqavilədə göstərilən tarixdən çıxmaması, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmışdır. İddiaçı bu məhdudlaşdırma nəticəsində vurulmuş ziyanın, həmin mənzili kirayəyə verib əldə edə biləcəyi gəlirdən ibarət olduğunu bildirir.
56. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-191 4/2020 saylı qətnaməsində iddiaçının qarşılıqlı iddiada göstərdiyi tələbi mübahisə predmeti olan mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması təsdiq olunur.
57. Halbuki, mənzil bir otaqlı idi və cavabdeh mənzildən çıxmağı vəd etdiyi tarixdən sonra da mənzildə yaşamaqda davam edirdi. Bu halda məhkəmənin «mənzilə dair onunla digər şəxslər arasında hər hansı müqavilənin və ya başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması» barədə gəlinən nəticə, işin hallarına uyğun sayıla bilməz. Habelə birinci instansiya məhkəməsinin «digər şəxslərlə bağlanmış kirayə və ya icarə müqaviləsinin olması müəyyən edilməmişdir» kimi əsaslandırma da ziddiyyətlidir. Çünki kirayə müqavilə sinin bağlanması üçün mənzil boş olmalı idi ki, kirayəçiyə real olaraq təhvil verilsin.
58. Ona görə ki, kirayə müqaviləsinin bağlanması, kirayəyə verənin əşyanı kirayəçinin istifadəsinə vermək, kirayəçinin isə bu istifadəyə görə kirayəyə verənə kirayə haqqı ödəmək öhdəliyi yaradır (Mülki Məcəllənin 675-ci maddəsi).
59. Eyni zamanda kirayəyə verən, Mülki Məcəllənin 676.0.3-cü maddəsinə əsasən üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün məsuliyyət daşıyır.
60. Bu halda iddiaçıdan zərərə məruz qalmasını sübut etmək üçün cavabdehin faktiki yaşadığı və ona təhvil vermədiyi mənzilə dair üçüncü şəxslə bağlanmış kirayə müqaviləsinin tələb olunması əsassız mövqedir.
61. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “01 sentyabr 2018-ci ildən 07 dekabr 2021-ci il tarixədək olan dövrdə mənzilin alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması barədə məhkəmə mübahisələri getmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli qərarı ilə mübahisə üzrə yekun məhkəmə qərarı qəbul olunaraq alğı-satqı müqaviləsinin etibarlı olması müəyyən edilmişdir. Bundan sonra məhkəmə aktı icraya yönəldilmiş, cavabdeh 03 dekabr 2021-ci ildə mənzili boşaldaraq məhkəmə aktını dərhal icra etmişdir”.
62. Apelyasiya instansiyası məhkəməsinin bu dəlili iddianın rədd olunması üçün əsas deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir (b ax: qərarın 47-ci paraqrafı).
63. Alğı-satqı müqaviləsinin etibarsızlıq şərtləri əsasında mübahisələndirilməsi üzrə icraat, iddianın rədd olunması ilə nəticələnmişdir. Bu hal onu ehtiva edir ki, müqavilədə müəyyən olunan xx.xx.2018-ci tarixdən sonrakı bütün dövr ərzində cavabdehin mənzildən istifadə etməsinin hüquqi əsası olmamışdır.
64. İşə baxmış məhkəmələr iddianın hüquqi əsasını yalnız iddiaçının əsaslandırdığı əldən çıxmış fayda kimi araşdırmış və iddiaçının mənzildən kirayə verməklə və başqa şəkildə fayda götürmək imkanına cavabdeh tərəfindən maneə yaratmaması barədə nəticəyə gəlmişdir.
65. Lakin qeyd olunmalıdır ki, müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla yanaşı balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu cəhətdən müqavilə bağlanarkən satıc ı (cavabdeh) mənzilin dəyərini alıb mənzili təhvil verməyi, alıcı (iddiaçı) isə mənzilin dəyərini ödəyib, şərtləşdirilmiş vaxtda mənzili əldə etməkdə ifadə olunan balanslaşdırılmış marağa nail olmalarını əsas götürmüşlər. İddiaçı bu müqaviləni bağlamaqda son nəticədə mənzildən istifadə edib ondan yararlanmaq niyyətində olub.
66. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci madd əsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).
67. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.
68. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilir.
69. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
70. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üç ün heç bir halda məcburi deyil.
71. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
72. Bu baxımdan, verilmiş iddia tələbinin əsassız varlanmanın dispozisiya şərtlərindən başqa hansı normanın əhatəsinə düşdüyü araşdırılmalı idi.
73. Göründüyü apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərl i olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
74. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumun un F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).
75. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Lakin qanunverici məhkəmənin prosessual fəa llıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
77. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyekti v araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
78. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
79. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)-6823/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.