Məhkəmə qərarları › İş №2(102)-1208/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1208/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil2 Tapdıq oğlunun və digər Cavabdeh2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5380/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) qarşı “kənar şəxslərin mənzildən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və uşaqları X1 əşyaları ilə birlikdə daimi istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılaraq ailə üzvləri ilə birlikdə istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır k i, o, 1987-ci ildən X2 nöqsansız olaraq çalışmış və polis əməkdaşı kimi torpaqların alınması uğrunda döyüşmüşdür. Müsbət xarakterizə olunmağı, həmçinin ailəsi ilə birlikdə yaşayış şəraitlərinin qənaətbəxş olmaması nəzərə alınaraq Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 6 saylı xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülmüşdür. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1996-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzil müvəqqəti olaraq 5 nəfər ailə tərkibi ilə onun istifadəsinə verilmiş və həmin mənzilə qeydiyyata götürülmüşdür. Həmin mənzil istifadəsinə verildikdən sonra yüngül təmir işləri apararaq ora köçmək istədikdə cavabdehlərin ona veril ən mənzili zəbt etdiklərini görmüşdür. Onlara mənzilin sərəncam əsasında ona verildiyini və buna dair müvafiq sənədləri onlara göstərsə də, onlar mənzildən çıxmayacaqlarını bildirmişlər. Cavabdehlərin məlum Qarabağ hadisələri nəticəsində məcburi köçkün düşmələrini və onların mənzilində müvəqqəti olaraq məskunlaşdıqlarını və tezliklə mənzilini tərk edəcəklərini nəzərə alıb müvəqqəti olaraq mübahisəni davam etdirməmişdir. Sonra həmin mənzil Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 355 saylı xx xxxx 2013cü il tarixli sərəncamına əsasən 6 nəfərlik ailə üzvləri ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. Lakin, buna baxmayaraq, o, çətin yaşayış şəraitində yaşasa da, cavabdehlərin könüllü olaraq çıxmamaları səbəbindən ona verilmiş mənzilinə köçə bilmir. Halbuki, cavabdehlər onun mənzilini kirayə verərək pul qazanır, hətta mənzilinin bir hissəsini qanunsuz olaraq digər şəxslərə satmışlar. Hətta mənzilini zəbt edən cavabdehlərin müvafiq yaşayış yeri ilə təmin olunmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də etmiş və həmin komitənin 01/16152 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzilini zəbt edən Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 Qobupark-2 yaşayış kompleksinə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmi n olunmasını tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş № 2(005)-972/2020) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzildən çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa yaşayış sahəsinə köçürülmələrinin təmin olunmasının Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 6 saylı xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən mənzil növbəsinə götü rülmüşdür. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1996-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzil müvəqqəti olaraq 5 nəfər ailə tərkibi ilə onun istifadəsinə verilmiş və həmin mənzilə qeydiyyata götürülmüşdür. Həmin mənzil istifadəsinə verildikdən sonra ora köçmək istədikdə cavabdehlərin ona verilən mənzili zəbt etdiklərini görmüşdür. Onlara mənzilin sərəncam əsasında ona verildiyini və buna dair müvafiq sənədləri onlara göstərsə də, onlar mənzildən çıxmayacaqlarını bildirmişlər. Sonra həmin mənzil Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 355 saylı xx xxxx 2013-cü il tarixli sərəncamına əsasən 6 nəfərlik ailə üzvləri ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin müvafiq yaşayış yeri ilə təmin olunmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də etmiş və həmin komitənin 01/16152 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzilini zəbt edən Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 Qobupark-2 yaşayış kompleksinə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mən zildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsinə dair təqdim etdiyi ərizə ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı mənzilə dair subyektiv hüququ və özlüyündə mənzilə dair məhkəməyə müraciət etmək hüququ Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamı ilə əmələ gəlmişdir. Həmin vaxtadək mübahisəli mənzilə dair iddiaçıya mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı hüquq verilmədiyindən onun hazırki iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, həmin sərəncamın 3-cü bəndində bu sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına m övcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən verilən ərizə əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib o lmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov, iş № 2(103)-5380/2020) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-972/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 6 saylı xx xxxxxx 1994-cü il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülmüşdür. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyəti Başçısın ın xx xxxxxxx 1996-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 72,1 m², yaşayış sahəsi 57 m² olan 3 otaqlı mənzil müvəqqəti olaraq 5 nəfər ailə tərkibi ilə onun istifadəsinə verilmiş və həmin mənzilə qeydiyyata götürülmüşdür. Həmin mənzil istifadəsinə verildikdən sonra ora köçmək istədikdə cavabdehlərin ona verilən mənzili zəbt etdiklərini görmüşdür. Onlara mənzilin sərəncam əsasında ona verildiyini və buna dair müvafiq sənədləri onlara göstərsə də, onlar mənzildən çıxmayacaqlarını bildirmişlər. Sonra həmin mənzil Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 355 saylı xx xxxx 2013-cü il tarixli sərəncamına əsasən 6 nəfərlik ailə üzvləri ilə birlikdə onun daimi istifadəsinə verilmişdir. İddiaçı cavabdehlərin müvafiq yaşayış yeri ilə təmin olunmaları ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət də etmiş və həmin komitənin 01/16152 saylı xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, mənzilini zəbt edən Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 Dövlət tərəfindən Qaradağ rayonu, Qobupark-2 yaşayış kompleksində ailə tərkibinə uyğun 2 otaqlı mənzil təklif olunmuş, lakin Cavabdeh1 Qobupark-2 yaşayış kompleksinə köçməkdən imtina edərək qohumlarının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə mənzillə təmin olunmasını tələb etmişdir. Apelyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi ilə bağlı İddiaçı mənzilə dair subyektiv hüququ və özlüyündə mənzilə dair məhkəməyə müraciət etmək hüququ nun Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013-cü il tarixli 355 nömrəli Sərəncamı ilə əmələ gəlməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraq larının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. X4 Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadl ığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə münasibətdə qeyd edir ki, həmin vaxtadək mübahisəli mənzilə dair iddiaçıya mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı hüquq verilmədiyindən onun hazırki iddia ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Həmin sərəncamın 3-cü bəndində bu sərəncamın 1-ci bəndinə uyğun olaraq İddiaçı adına mövcud vəziyyətdə texniki pasportun tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyyə olunmuşdur. Apelyasiya instansiya məhkəməsi cavabdehin birinci instansiya məhkəməsinin subyektiv hüququn yaranması əsası ilə bağlı gəldiyi nəticənin Mülki Məcəllənin 178.1-ci maddəsinə zidd olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin istinad olunan norması daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının hüquqi əsaslarını müəyyən edir. Halbuki birinci instansiya məhkəməsi mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququn olması əsası kimi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2013cü il tarixli 355 nömrəli Sərəncamını göstərmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv mənada hüququnun 2013-cü ildən yaranmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Mülki Məcəlləsinin 152.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5380/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5380/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı i ştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5380/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və Cavabdeh2 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmay araq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında ola n, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillər i ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur və «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə ziddir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Kollegiya cavabdehin iddia tələbində göstərilən və birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunan halların həqiqətə uyğun olmamasına dair dəlilinə münasibətdə hesab edir ki, qeyd olunan halların əsassız olmasına dair hər hansı sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən apellyasiya şikayətinin qeyd olunan dəlili qətnamənin həmin hissədə ləğvi üçün əsas deyildir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5380/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-c i il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar