Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh () qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən əmlakını geri almaq tələbi (vindikasiya iddiası), qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh () qarşı əmlak tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6634/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil xx.xx.2015-ci ildən Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətindədir. İddiaçı Əzizağa oğlu (bundan sonra – iddiaçı) özünə məxsus əşyaları yerləşdirməklə həmin mənzilə köçmüş və orada yaşamışdır.
2. Cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə sonuncunun vəsatətinə əsasən, işə mahiyyəti üzrə baxılanadək o və ailə üzvlərinin, habelə onlara məxsus əşyaların mübahisəli mənzildən çıxarılmasının Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə 16 noyabr 2021-ci il tarixli, e-2(002)-3158/2021 saylı qərardad qəbul edilmiş və qərardad tam icra olunm uşdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)3158/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ünvan 2 ünvanda yerləşən 30 saylı mənzildən (bundan sonra mübahisəli mənzil) öz əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə müraciət edərək, 83000 manat məbləğində pulun, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək orta aylıq əmək haqları, məzuniyyət və son haqq-hesab pullarının, ödənilmiş 369 manat dövlət rüsumunun, dəyəri 5000 manat olan bir ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla, cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan “LG” markalı bir ədəd televizorun, dəyəri 550 manat olan “Samsung” markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter masasının və dolabının, bir ədədinin dəyəri 1500 manat - cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, dəyəri 800 manat olan iki ədəd “LG” markalı tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrodalğalı sobanın, dəyəri 900 manat olan “Samsung” markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyanın, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan “Tefal” markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd sobanın (duxovka), dəyəri 1500 manat olan bir ədəd divan dəstinin (yazı masası ilə birlik də), dəyəri 3500 manat olan bir dəst yataq mebelinin (1 ədəd çarpayı, iki ədəd dolabça, bir ədəd güzgülü siyirtmə, bir ədəd şifonyer), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd masa, 8 ədəd miz, bir ədəd bar, bir ədəd qorka, bir ədəd güzgülü siyirtmə), dəyəri 2000 manat olan bir ədəd güzgülü qarderobun, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suveniriər, yorğanlar, döşəklər, ədyallar, pokrıvallar) cavabdehdən alınıb ona verilməsi, tələb etdiyi əşyalar mövcud olmadıqda və ya yararsız hala salındıqda dəyərlərinin, 10000 manat mənəvi zərərin, gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi şdir.
5. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə tanışlığı 2006-cı ildən başlamış, cavabdehin sahibi olduğu 13 mərtəbəli binada geniş təmir və inşaat işləri görmüşdür. İşlərə görə əvvəldən əmək haqqı və ya ödəniş şərtləri konkret razılaşdırılmamış, cavabdeh yalnız gündəlik zəruri xərcləri qarşılamışdır. İşlər davam etdikcə cavabdeh iddiaçıya qarşılıqlı etimad münasibətləri çərçivəsində gələcəkdə mənzil veriləcəyini vəd etmişdir. İddiaçı, cavabdehin tapşırığı ilə yalnız təmir işləri aparmaqla kifayətlənməmiş, binadakı kirayə haqlarının toplanması, lift, istilik, su və elektrik sahələrində yaranan problemlərin aradan qaldırılması, kirayəçilərlə münasibətlərin tənzimlənməsi kimi inzibati işləri də yerinə yetirmişdir. Bunun müqabilində isə əmək haqqı və digər ödənişlər edilməmişd ir. Cavabdeh iddiaçının bu xidmətlərindən illərlə istifadə etmiş, lakin ona qarşı heç bir maddi öhdəlik yerinə yetirməmişdir. Bundan əlavə, cavabdehin təşviqi və razılığı ilə mübahisəli mənzili 83.000 manat qarşılığında almış, lakin sənədləşmə cavabdehin adına rəsmiləşdirilmişdir. Mənzil alınarkən əvvəlki sahibi tərəfindən içərisindəki mebel və əşyalar iddiaçıya hədiyyə edilmişdir. Buna baxmayaraq, cavabdeh daha sonra bu mənzili öz adına rəsmiləşdirərək iddiaçını mənzildən çıxarmış, içəridə olan əşyaların da iddiaçıya məxsus olduğunu qəbul etməmişdir. Cavabdehin əməyindən sui-istifadə faktı yalnız şəxsi münasibətlər səviyyəsində qalmamış, Əmək Müfəttişliyi tərəfindən də rəsmi araşdırmaya cəlb olunmuşdur. Bundan başqa, cavabdeh, onu faktiki olaraq özünə məxsus olan, lakin rəsmən fiziki şəxs X1 adında olan "xxxx" MMC-yə ofisiant köməkçisi, ofisiant və mühafizəçi kimi sənədləşdirmişdir. Belə olan halda, o, Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Şikayəti araşdırılaraq həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022- ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun əmək haqqlarının verilməsi ilə bağlı cavabdehə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin heç biri 2006-cı il tarixdən bu günə kimi onun nə əmək haqqını vermiş, nə də əvəzində əldə etdiyi mənzili geri qaytarmışdır. Cavabdeh tərəfindən ona məxsus olan müxtəlif dəyərli əşyalar da mənzildə saxlanmış və onların geri qaytarılması mümkün olmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi hüquqları p ozulduğundan iddia tələbinin təmin olunması vacibdir.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya etiraz edərək göstərmişdir ki, iş üzrə 9 məhkəmə iclası keçirilmiş və kifayət qədər araşdırma aparılmışdır. Eyni zamanda mübahisəli mənzilə baxış da həyata keçirilmiş və müəyyən edilmişdir ki, mənzillər (cavabdeh eyni şəxsdən iki mənzil, o cümlədən mübahisəli mənzili almışdır) Cavabdeh tərəfindən əvvəlki mülkiyyətçidən əşyalarla birlikdə alınmışdır. Həmin əşyaların iddiaçıya aid olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, cavabdeh Azərbaycanda olmadığı müddətlərdə müəyyən işlərinin görülməsini iddiaçıya etibar etmişdir. Buna görə də, cavabdeh mülkiyyətində olan mübahisəli mənzili iddiaçıya müvəqqəti yaşamaq üçün verm işdir. Lakin iddiaçı, cavabdehin etibarından sui-istifadə edərək sonuncuya, habelə onun yaxınlarına və ailə üzvlərinə məxsus daşınmaz əmlaklardan əldə olunan külli miqdarda vəsaiti mənimsəmiş, yığdığı kommunal pulları qanunsuz olaraq ələ keçirmişdir. Həmin vəsaitləri sonradan cavabdeh ödəmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)798/2024 saylı qərardadına əsasən əmlak tələbi digər (əmək mübahisəsi, həmin mübahisədən doğan mənəvi ziyanın vurulması) tələblərdən ayrılmışdır. Hazırkı mülki iş üzrə iddia predmetini əmlakın, əmlak mövcud olmadıqda isə dəyərinin cavabdehdən tutulması tələbi təşkil edir. X2 yuxarıda qeyd edilən əmək mübahisəsi üzrə tələblərə münasibətdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyindən və hazırkı tələblər üzrə üçüncü şəxs olmadığından, öncəki məhkəmə iclaslarında iştirak etmiş Adil Həsənovun adı iddia ərizəsindəki tərəflərin siyahısından çıxarılmışdır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1530/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim K.Əsədov)
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə mübahisələndirilən hüquq münasibətində tərəfin müvafiq sübutları təqdim etməməsi onun haqsız olması prezumpsiyasını ehtiva edir.
10. Belə ki, Elşən Ələkbərov (mənzilin əvvəlki sahibi) ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, özün ə məxsus olan mübahisəli mənzili İddiaçıla anlaşaraq ona satmaq qərarına gəlmişdir. Aralarında olan yaxşı münasibətlərə görə alqı-satqı zamanı mənzildən heç bir əşya və mebel götürülməmiş, İddiaçı hədiyyə edilmişdir. Lakin alqı- satqı zamanı notariusda İddiaçı mənzili Cavabdeh adına rəsmiləşdirmişdir və 1.600 manat dövlət rüsumu ödəmişdir. Ona sual veriləndə ki, mənzili niyə öz adına keçirmir, İddiaçı cavab verərək bildirmişdir ki, aralarında bir mübahisəyə görə evi girov qoyur, sonra öz adına keçirəcək. O, səhhəti ilə bağlı məhkəməyə gələ bilməmiş, üzrlü hesab edilməsini xahiş etmişdir.
11. Məhkəmə Elşən Ələkbərovun ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində adı, sayı və digər xüsusiyyətləri göstərilməklə mənzildə olan əşyaların üçüncü ş əxsə hədiyyə edilməsi barədə qeyd-şərt mövcud deyildir. Elşən Məmmədov mənzildə olan əşyaların və mebellərin adını, sayını, digər xüsusiyyətlərini bildirməmişdir. X4 İddiaçıla hansı müddətdə tanış olduqlarını, aralarında yaxşı münasibətlərin hansı zəmində yarandığını bildirməmişdir. Elşən Məmmədov alqı-satqı müqaviləsi bağlanarkən rəsmiləşdirmənin başqa şəxsin adına aparıldığını öyrəndiyini, bununla maraqlandığını, verdiyi sual əsnasında mənzilin alınmasında iştirak edən şəxslə mənzili alan şəxs arasında mübahisə olduğunu, mənzilin girov müqaviləsi bağlanmadan girov qoyulduğunu öyrəndiyini qeyd etsə də, bunlara rəğmən mənzili alan şəxsin mənzili mənzildə yerləşən əşyalar və mebellərlə birlikdə alıbalmaması, əşyalar və mebellərin üçüncü şəxsə hədiyyə edilməsinin alıcıda narazıçılıq yaradıb- yaratmayacağı, mənzili əşyaları ilə birlikdə bəyənib alması ilə, ümumiyyətlə mənzillə bağlı gələcəkdə mübahisə yaranıb-yaranmayacağı və sair bu kimi suallarla maraqlanmaması ərizənin təzadlı olduğunu ehtiva edir. X3 xəstə olmasını, səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsini təsdiq edən sübutları həmin ərizəyə əlavə etməmişdir. Bundan əlavə, mənzilə yerində baxış zamanı, müəyyən edilmişdir ki, mənzildə olan mebellər iddiaçının iddia ərizəsində qeyd edilən siyahıdakı mebellər deyildir. Mebellər mənzilin ölçülərinə uyğun yığılmışdır, onların ölçüsü və dizaynı (görünüşü) sırf bu mənzilə uyğundur. İçərisində avadanlıq quraşdırılmış mənzillərin alğı-satqısı ilə bağlı müasir adətlər onu göstərir ki, mənzillərdən otaqların ölçüsünə uyğun özünəməxsus tərzdə yığılmış mebellər mənzillə birlikdə, mə nzilin tərkib hissəsi, dəyər yaradan əşyalar kimi satılır. Hətta alğı-satqı müqavilələrinin standart şərtlərində də qeyd olunur ki, mənzil alıcının görüb bəyəndiyi vəziyyətdə satılır.
12. Yuxarıda qeyd olunanların məcmusuna əsasən məhkəmə qeyd edilən ərizəni obyektiv, həqiqəti əks etdirən mötəbər sübut hesab etməmişdir.
13. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktlarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, e-2(002)- 3158/2021 saylı qətnaməsi qanun qüvvəsini almış, icraya yönəldilmiş və həmin qətnamə üzrə verilmiş icra sənədi icra olunmuş, icra sənədi üzrə icraata xitam verilmişdir. Başqa sözlə, İddiaçı və ailə üzvləri, onlara məxsus əşyalarla birlikdə mübahisəli mənzildən çıxarılmışlar. Qeyd olunan mənzildə iddiaçıya aid heç bir əşya qalmamışdır.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1530/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, icra mərhələsində iddiaçıya yalnız şəxsi geyim əşyalarını götürmək imkanı verilmiş, qiymətli əşyalar mənzildə qalmışdır. Yerində müayinə aktı və digər sənədlər bu faktı təsd iqləyir. Məhkəmə bu halları nəzərə almadan qərar qəbul etmişdir. Bundan əlavə, Əmək Müfəttişliyi tərəfindən cavabdeh barəsində inzibati xəta tərkibi müəyyən edilmişdir. Bu qərar prejudisiyal faktdır və cavabdehin əmək hüquqlarını pozduğunu təsdiq edir. Cavabdeh iddiaçının əməyindən və maddi vəsaitindən uzun müddət istifadə etmişdir. Bu isə Mülki Məcəllənin 386 və 387-ci maddələri ilə qadağan edilmiş əsassız varlanma hallarına aiddir. İddiaçının hüquqlarının uzun müddət pozulması, əmlakının mənimsənilməsi nəticəsində mənəvi zərərə məruz qaldığı açıq-aşkar sübut olunmuşdur. Məhkəmə yalnız cavabdehin mövqeyinə üstünlük vermiş, iddiaçının təqdim etdiyi sübutlara lazımi qiymət verməmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın rədd olunmasının səbəbləri tam və əsaslı şəkildə göstərilməmişdir. Məhkəmə iş üzrə sübutları obyektiv və tam araşdırmamış, hüquqi normaları düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya instansiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması xahiş edilir.
17. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, hüquqlarını təmsil etdiyi şəxs rəsmi iş adamıdır və mülkiyyətində kifayət qədər əmlakı var. Artıq əmək mübahisəsi hissəsində iş ayrılaraq Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin iddiaçının evdən çıxarılmasına dair qətnamə də icra olunmuş və iddiaçı özünə məxsus olan bütün əşyaları özü ilə aparmışdır. Ümumiyyətlə, icra prosesi zamanı iddiaçıya qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Mənzilin rəsmi qaydada mülkiyyətçisi cava bdehdir. İddiaçının 2006-cı ildən 2021-ci ilə qədər cavabdehə bir çox xidmətlər göstərməsi və bunun müqabilində hazırkı vaxtadək heç bir xidmət haqqı verilməməsi də inandırıcı deyil. Cavabdeh uzun müddət Moskva şəhərində yaşamış, əksinə həmin müddət ərzində iddiaçı cavabdehə xeyli zərər vurmuşdur. Cavabdeh Bakıya qaytıdıqdan sonra bu barədə iddia da qaldırmış, lakin sonradan tələbini geri çəkmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6634/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrliyi və məruzəsi ilə), Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzildən çıxarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin icrası mərhələsində iddiaçıya mənzildən çıxarılarkən özünə məxsus olan əşyaları götürməsi üçün lazımi şərait yaradılmış və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı da iddiaçının iddia ərizəsində qeyd etdiyi əşyaların mübahisəli mənzildə olmadığı müəyyən edilmişdir. İddiaçı və onun nümayəndəsi icra mərhələsində iddiaçının sadəcə şəxsi geyim əşyalarını götürə bildiyini qeyd etmiş, lakin icra işindən şikayət verməmişdir.
21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.8, 385.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6634/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji mə zmunda əsaslandırılmış və göstərilmişdir ki, işin faktiki halları tam və düzgün araşdırılmamış, sübutlara hüquqi qiymət verilməmişdir. Əmək haqqı tələbi ayrıca icraata ayrılaraq Suraxanı Rayon Məhkəməsinə göndərilsə də, pul tələbinə məhkəmələr tərəfindən münasibət bildirilməmişdir. Həmçinin iddiaçının əşyalarının mənzildə qalması və əşyaların verilməməsi faktı düzgün qiymətləndirilməmişdir. Əmək hüquqları pozulmuş, əmək haqqı və məzuniyyət kompensasiyası verilməmişdir. Əmək müfəttişliyi tərəfindən verilmiş protokollar və məktublar işə əlavə edilsə də, buna qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti nə etiraz apelyasiya şikayətinə etirazla eyni məzmunla əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istə r müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuna və işin faktiki halları üzrə təqdim olunmuş sübutlara tam uyğundur. Bu baxımdan qətnamənin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzildən çıxarılan iddiaçı icra mərhələsində sadəcə şəxsi geyim əşyalarını götürə bildiyini qeyd etmiş, lakin icra işindən şikayət verməmiş, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı da iddiaçının tələb etdiyi əşyaların mübahisəli mənzildə olmadığı müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qəna ətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6634/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.