Məhkəmə qərarları › İş №2(3-1)-34/2026

Ali Məhkəmə Qətnamə — İş №2(3-1)-34/2026

25.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-34/2026 25.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın, evə (tikililərə) çəkilmiş xərcin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması tələbinə dairmülki iş üzrə (Açar söz: birgə nikah dövründə əldə olunmuş əmlakın, evə (tikililərə) çəkilmiş xərcin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın, evə (tikililərə) çəkilmiş xərcin bölünməsi və qızıl-zinət əşyalarının qaytarılma sı tələbinə dair mülki üzrə Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları və birinci instansiya məhkəməsində icraat

1. Mülki iş materiallarının işdə iştirak edən şəxslərin izahatları ilə qarşılıqlı tədqiqi nəticəsində tərəflərin xx.xx.2015-ci ildə nikaha daxil olması və onlar arasında bağlanmış nikahın Babək Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulması müəyyən edilmişdir.

2. İddiaçı 22 aprel 2025-ci ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının, bu mümkün olmadıqda isə 6194 ( altı min bir yüz doxsan dörd) manat dəyərinin, birgə nikah dövründə əldə olunmuş əmlakın və Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən 11255 (on bir min iki yüz əlli beş) manat xərcin birgə nikah dövründə qazanılmış hesab edilməklə dəyərinin yarısı olan 5675.50 (beş min altı yüz iyirmi yedi manat əlli qəpik) manat pulun və iş üzrə ödəmiş olduğu 50 manat mediasiya xərci, 89 manat dövlət rüsumunun alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddiasını əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə 02 oktyabr 2015ci il tarixdə Babək rayon Nəhəcir kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyində nikahları rəsmiləşdirib, ailə qurmuşlar. Həmin nikahdan iki övladı doğulmuşdur. Lakin aralarında olan nikah Naxçıvan MR Babək Rayon Mə hkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(079)-384/2024 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Onlar ailə quran vaxt o, Nəhəcir kəndinə Səxavətin atası evinə gəlin köçmüşdür. Həmin vaxt valideynləri tərəfindən ona verilən cehiz əşyaları da gəlin köçdüyü evə gətirilib yığılmışdır. Beləliklə onlar 6 il həmin evdə yaşamışdır. O evdə yaşaya-yaşaya Cavabdeh Babək rayon Dövlət Notariat Kontorunda 08 avqust 2008-ci il tarixdə, 4Ə/-263 qeydiyyat nömrəli alqı-satqı müqaviləsi əsasında Babək rayonu, Hacıvar kəndində 0.04 ha həyətyanı torpaq sahəsi alıb, adına rəsmiləşdirmiş olduğu torpaq sahəsinin üzərində inşa olunmuş iki otaq və bir salonu təmir edərək əlavə sanitar qovşaq tikib, priketdən hasara aldıraraq 20 metrlik su artezyanı vurduraraq həmin evə köçüb, 13 aprel 2024-cü il tarixədək həmin ev də yaşamışdır. Onlar Hacıvar kəndinə köçəndə onun cehiz əşyalarını da gətirib həmin evə yığmışdır. Sözügedən evdə birgə nikah dövründə yaşadığıqları müddətdə Səxavətin adına 29 iyun 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 2500 manata "Falat Harley 200" markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motosiklet almışdırlar. Hazırda Səxavət birgə nikah dövründə inşa etdikləri evdə yaşayır, motoskleti idarə edərək su artezyanı qazan qurğu ilə artezyan qazıb qazanc əldə edir. Artıq boşandıqları üçün istəyir ki, Səxavətin hazırda yaşadığı Hacıvar kəndindəki evdə qalan cehiz və qızıl-zinət əşyaları ona geri qaytarılmaqla həmin evdə sonradan tikilmiş tikililərə və təmirinə çəkilən xərc olaraq 5000 manatın yarısı olan 2500 manat, adları və dəyəri aşağıda göstərilən birgə nikah dövründə əldə e tdikləri əşyaların dəyərinin yarısı, qızıl-zinət və valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları alınıb ona qaytarılsın.

4. Cavabdeh tərəfindən məhkəməyə verilən etiraz ərizəsində evin nikahdan əvvəl özünün tikdiyi, nikah dövründə orada tikinti işlərinin aparılmadığı, birgə nikah dövründə 1500 manata alınmış motosikletin 2500 manat olmadığı, qızıl-zinət əşyalarının isə 13 aprel 2024-cü ildə polis idarəsindən gəldikdən sonra iddiaçının bacısı, qardaşının arvadı və anası ilə evi əl sumkaları ilə tərk edərkən özü ilə aparıldığı bildirilmişdir.

5. Babək Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qərardadı ilə mülki işə iddiaçının tələbin həcminin azaldılması barədə ərizəsi nəzərə alınaraq Cavabdeh qızıl-zinət və mobil telefonun və yaxud onların dəyəri olan 3850 (üç min səkkiz yüz əlli) manat, Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən xərc olaraq 5000 (beş min) manat, “Harley 200” markalı, 67 A-316 dövlət qeydiyyat nişanlı motosikletin dəyəri olan 2500 (iki min beş yüz) manat və su artezyanı qazan qurğunun dəyəri olan 3000 manat olmaqla ümumilikdə 10500 (on min beş yüz) manatın yarısı olan 5250 (beş min iki yüz əlli) manat pulun, o cümlədən 50 manat mediasiya xərci və 89 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi həcmində baxılması qərara alınmışdır.

6. Mülki iş üzrə 21 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh adına xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydə alınmış "Falat Harley 200" markalı 67-A-316 dövlət qeydiyyat nişanlı motorskletin hazırki bazar qiymətinin nə qədər olduğu, Cavabdeh mülkiyyətində olan Naxçıvan MR Babək rayonu Hacıvar kəndində 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən tikilinin hasarlanmasına, evə bitişik sanitar qovşağın (hamamın) kürsü (sokol) hissəsindən sonrakı tikintisi və təmirinə, salon otağının divarlarının gəclənməsinə və yerinin betonlanmasına, digər otağın divarlarının gəclənməsi və alçılanmasına, həmin otağın tavanının alçıpanının vurulmasına, üzlənməsi və boyanmasına (əgər boyanmışdırsa), həmin otağın yerinin betonlanmasına, zirzəminin divarının suvaqlanmasına, yerinin betonlanmasına və nəfəsliyinə (ventilyasiya pəncərəsi) nə qədər vəsait sərf edildiyini (ümumilikdə və ayrı-ayrılıqda hərtərəfli təsvir edilməkə) müəyyənləşdirmək məqsədilə mülki iş üzrə daşınar əşyanın ("Falat Harley 200 " markalı 67-A-316 dövlət qeydiyyat nişanlı motorskletin) və tikiliyə çəkilmiş xərcin qiymətləndirilməsinin təşkil edilməsi barədə qərardad qəbul edilmiş, qiymətləndirmənin aparılması X2 MMC-nə həvalə edilmiş, məhkəmə tərəfindən qiymətləndirmənin aparılması və rəy verilməsi üçün 1 ay vaxt müəyyən edilmişdir. 27 oktyabr 2025-ci il tarixdə qiymətləndirmə rəyi daxil olduğundan iş üzrə icraat təzələnmişdir.

7. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə prosesi zamanı ərizə ilə müraciət edərək iddia tələbindən su artezyanı qazan qurğu və ya onun dəyəri olan 3000 manat dair hissədə imtina etdiyini bildirmiş, məhkəmənin qərardadı ilə iddia tələbinə həmin hissədə xitam verilmişdir.

8. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində iddiaçının qardaşı olduğunu, bacısına şər-böhtan atıldığı üçün 2024-cü i lin aprel ayının 13-ü evdən çıxdığını, qardaşı Yusif Əzimovun ona zəng edib bu məsələ barədə məlumat verdiyini, həmin vaxt tərəflərin mübahisə etdiyini və Səxavətin “mən bu adamla yaşaya bilmərəm” dediyini, buna görə bacısını və uşaqları götürüb evdən çıxdıqlarını, bacısının evdən çıxarkən əlində heç bir çanta və ya paket götürmədiyini, hətta bacısının telefonunun belə orada qaldığını, həmin vaxt evdə qardaşının, Nemət və Səxavətin olduğunu bildirmişdir.

9. Məhkəmə iclasında Şahid3 verdiyi ifadəsində hadisə günü Səxavətin onu şəhərə aparmasını istədiyini, iddiaçının qardaşının da onlarla gəldiyini, daha sonra Səxavətin zəng edib uşaqların evdə olduğunu, lakin yoldaşının evdə olmadığını bildirdiyini, buna görə də geri qayıtdıqlarını, iddiaçının ilk əvvəl oradan nəsə götürmək imkanının olmad ığını, çünki onun ağladığını, lakin polis şöbəsinə gedib-qayıtdıqdan sonra götürmək imkanın olduğunu, belə ki, ilk olaraq onların evinə getdikdən sonra polis əməkdaşlarının gəldiyini, daha sonra onlarla birlikdə polis şöbəsinə getdiklərini, özünün də onlarla getdiyini, oradan çıxdıqdan sonra yenə həmin Hacıvardakı Səxavətin evinə getdiklərini, iddiaçının qardaşına “paketləri yığın, sən bacını apar, mən də Səxavəti apararam” dediyini, iddiaçının qardaşı arvadının da orada olduğunu, Gövhərin adamlarının əşyaları sellofan paketlərə yığdıqlarını, göy rəngli paketlərin görünən olmadığını, əşyaları iddiaçının özünün otağa keçib yığdığını, həmin vaxt balkonda oturduqlarından paketlərə nə yığıldığını görmədiyini, paketlərdən ikisini iddiaçının özü, birini isə onun qardaşının arvadının götürdüyünü, 3-4 ədəd paket olduğunu, həmin vaxt tərəflərin arasında qızıl söhbətinin olmadığını, cavabdeh tərəfdən heç kimin paketləri yoxlamadığını bildirmişdir.

10. Birinci instansiya məhkməsində işə mütəxəssis cəlb edilərək fotoşəkillər tədqiq edilərək 1,2,3,5 nömrəli fotoşəkillərdə əks olunan komplekt qızıl dəstin - 01 ədəd tək üzük, 01 cüt sırğa, 01 ədəd qolbaq və 01 ədəd boyunbağının Türkiyə istehsalı, 585 əyar, çəkisinin ən az 25 qram olması, bu modellərin heç birinin üzərində brilliyant qaşın olmaması, 2009-2010-cu ildən bazarda satışda olması, hazırda bir qramının qiymətinin 145 manat olması, 1 nömrəli fotoşəkildə əks olunan tək qaş üzüyün çəkisinin təqribən 5 qram, 750 əyar, İtaliya istehsalı olması, hazırda bir qramının qiymətinin 185 manat təşkil etməsi, briliyant qaşların üzüklərdə min imum 0.10 sot ölçüdə olması, 4 nömrəli fotoşəkildə əks olunan halqa sırğanın çəkisinin 3.5-4.5 qram olması, Türkiyə istehsalı, 585 əyar və hazırda bir qramının qiymətinin 145 manat olması müəyyən edilmişdir.

11. Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh boyunbağı, qolbaq, üzük və sırğadan ibarət Türkiyə istehsalı 585 əyar 25 qram qızıl dəst və ya onun dəyəri olan 2500 (iki min beş yüz) manat, 750 əyar İtaliya istehsalı 5 qram brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri olan 600 (altı yüz) manat, 1 ədəd 585 əyar, 3.5-4.5 qram aralığında qızıl halqa sırğa və ya onun dəyəri olan 200 (iki yüz) manat, “Redmi Note 12” markalı telefon və yaxud onun dəyəri olan 300 (üç yüz) manat pulun alınaraq İddiaçı ödənilm əsi, Babək rayonu Hacıvar kəndində cavabdehin mülkiyyətində yerləşən 0.04 ha. yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən özbaşına tikilinin yaxşılaşdırılmasına çəkilən xərcin yarısı olan 1847.6 manat (bir min səkkiz yüz qırx yeddi manat altmış qəpik), “Harley 200” markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motosikletin dəyərinin yarısı olan 500 (beş yüz) manat olmaqla ümumilikdə 2347.6 manat (iki min üç yüz qırx yeddi manat, altmış qəpik) pulun alınaraq İddiaçı ödənilməsi, həmçinin Cavabdeh 96.31 (doxsan altı manat, otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi və 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcinin Cavabdeh alınaraq X1 AZ98NABZ******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsi ilə bağlı cavabdeh tərəf 1 ədəd 3 qram 585 əyar boyunbağıdan başqa iddia olunan digər əşyaların mövcudluğunu mübahisələndirməmişdir. Bu hal tərəflərin məhkəmədə bildirdikləri ilə yanaşı, cavabdehin iddia ərizəsinə yazılı etirazının məzmunu ilə də təsdiq olunur. Həmin etirazda qeyd olunur ki, «…qeyd olunan qızıl-zinət əşyaları iddiaçının özü tərəfindən götürülmüşdür. Cavabdehin iddiaya qarşı etirazı tələb olunan əşyaların mövcudluğu ilə deyil, iddiaçının həmin əşyaları özü ilə aparması ilə bağlıdır. Beləliklə, iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğu (1 ədəd 3 qram 585 əyar boyunbağıdan başqa) cavabdehin audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahat və fotoşəkillərlə tam sübut a yetirilmiş sayılmalıdır. İş üzrə iddiaçı qızıl-zinət əşyaların dəyərini göstərsə də, həmin əşyaların istehsal yerini, ölçüsünü, çəkisini və dəyərini müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşə mütəxəssis cəlb edilərək fotoşəkillər tədqiq edilərək 1,2,3,5 nömrəli fotoşəkillərdə əks olunan komplekt qızıl dəstin - 01 ədəd tək üzük, 01 cüt sırğa, 01 ədəd qolbaq və 01 ədəd boyunbağının Türkiyə istehsalı, 585 əyar, çəkisinin ən az 25 qram olması, bu modellərin heç birinin üzərində brilliyant qaşın olmaması, 2009-2010-cu ildən bazarda satışda olması, hazırda bir qramının qiymətinin 145 manat olması, 1 nömrəli fotoşəkildə əks olunan tək qaş üzüyün çəkisinin təqribən 5 qram, 750 əyar, İtaliya istehsalı olması, hazırda bir qramının qiymətinin 185 manat təşkil etməsi, briliya nt qaşların üzüklərdə minimum 0.10 sot ölçüdə olması, 4 nömrəli fotoşəkildə əks olunan halqa sırğanın çəkisinin 3.5-4.5 qram olması, Türkiyə istehsalı, 585 əyar və hazırda bir qramının qiymətinin 145 manat olması müəyyən edilmişdir. Bununla da, məhkəmə hesab edir ki, boyunbağı, qolbaq, üzük və sırğadan ibarət hazırda qramının qiyməti 145 manat olan 25 qram Türkiyə istehsalı 585 əyar qızıl dəst, brilyant ağ qaşlı 750 əyar İtaliya istehsalı qramının qiyməti 185 manat olan 5 qram brilyant qaşlı nişan üzüyü, 1 ədəd 585 əyar, 3.5-4.5 qram aralığında qramının qiyməti 145 manat olan qızıl sırğa İddiaçı məxsusdur və Cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. Bununla da, iddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Cavabdeh yazılı etirazında qızıl-zin ət əşyalarının iddiaçının 2024-cü ilin aprelində evdən çıxarkən apardığına, daha sonra izahatında isə qızı Rəfiqənin ora getdikdə özü ilə xəbərsiz apardığına istinad etmiş, sözügedən halları təsdiq edən sübutları isə məhkəməyə təqdim etməmişdir. Həmçinin sözügedən ziddiyyətli izahatlar da məhkəmədə tələb olunan qızılzinət əşyalarının iddiaçının saxlancında olmadığına dair daxili inam formalaşdırmışdır. İddiaçı tərəfindən Səxavətin qızı Rəfiqəyə hədiyyə etdiyi iddia edilən 585 əyar, 3 qram qızıl boyunbağının da digər qızılların içində olduğu iddia edilsə də, onun mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla birlikdə cavabdeh məhkəmədə verdiyi izahatında qızı Rəfiqəyə boyunbağı almadığını bildirmiş və beləliklə həmin əşyanın mövcudluğu, iddiaçının sahibliyind ən çıxması və cavabdehin sahibliyində olması sübuta yetirilməmişdir. Məhkəmə iddianın əmlaka dair hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR DİN DYPİ tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş məktubda qeyd olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “Falat Harley 200” markalı, 67-A-316 dövlət qeydiyyat nişanlı motosiklet əldə etmişdir və hazırda mülkiyyətindədir. Sözügedən hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə tərəflərin 2015-2024-cü illər ərzində nikahda olmasını, "Falat Harley 200" markalı 67-A-316 dövlət qeydiyyat nişanlı motorskletin xx.xx.2020- ci il tarixdə alqı-satqı müqaviləsi əsasında nikah dövründə tərəflərin birgə təsərrüfatının nəticəsində əldə olunmasını nəzərə alaraq həmin əşyanı ər-arvadın birgə mülkiyyəti hesab etmişdir. İddia tələbinin Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən xərc olaraq 5000 (beş min) manatın yarısına dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı şahid ifadələri və yazılı sübutlar, həmçinin həmin sübutlarla birlikdə qiymətləndirilmiş tərəflərin izahatları əsasında Naxçıvan MR Babək rayonu Hacıvar kəndində cavabdehin mülkiyyətində yerləşən 0.04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin üzərində yerləşən özbaşına tikilinin hasarlanması, evə bitişik sanitar qovşağın (hamamın) kürsü (sokol) hissəsindən sonrakı tikintisi və təmiri, salon otağı nın divarlarının gəclənməsi və yerinin betonlanması, digər otağın divarlarının gəclənməsi və alçılanması, həmin otağın tavanının alçıpanının vurulması, üzlənməsi və boyanması, həmin otağın yerinin betonlanması, zirzəminin divarının suvaqlanması, yerinin betonlanması və nəfəsliyinin quraşdırılması ilə bağlı işlərin ər-arvadın əməyinin və xərclərinin nəticəsi olması müəyyən olunmuşdur. Belə ki, ər-arvad münasibətlərinin pozulduğu 2024-cü ilin aprel ayına qədər həmin evdə uşaqları ilə yaşamış, tikilinin yuxarıda sadalanan yaxşılaşdırmalarının edildiyi dövrdə iddiaçı uşaqları saxlamaq və s. şəkildə ev təsərrüfatı ilə məşğul olmuş, yaxşılaşdırmalar cavabdehin gəlirləri hesabına ərsəyə gəlmişdir. Cavabdeh yazılı etirazında nikah dövründə tikiliyə heç bir yaxşılaşdırma aparılmadığına istinad etsə də, bunun əsaslılığına dair sübutları təqdim etməmişdir. Əksinə aparılmış yerində müayinədən sonra mütəxəssis verdiyi rəydə Babək rayonu Hacıvar kəndində cavabdehə məxsus torpaq sahəsinə “GOOGLE EARTH” proqramı vasitəsilə baxış keçirilməsi nəticəsində 2016-cı ildə həyətin şimal-şərq, 2018-ci ildə cənubqərb hissəsində hasar tikildiyini, 2017-ci ildə isə tikiliyə bitişik hamam tikilisinin inşasına başlanıldığı qeyd olunmuşdur. Sözügedən əmlakların qiymətləndirilməsi təşkil edilmiş və X2 tərəfindən verilmiş NQM 033-10/25 nömrəli “Daşınmaz əmlak və motosikletin dəyərinin müəyyən edilməsi haqqında” rəylə o nəticəyə gəlmişdir ki, "Falat Harley 200" markalı, istehsal ili 2011 olan motorskletin dəyəri 1000 manat, daşınmaz əmlakın təmiri, materiallara və xidmətlərə çəkilən xərc isə 3 695.20 manat təşkil edir. Təyin edilməsi və keçirilməsi zamanı prosessual pozuntu aşkar edilmədiyindən məhkəmə qiymətləndiricinin rəyini sübut kimi qəbul edilən hesab etmişdir.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 213.2, 213.5, 223.3, 225.1, 397.1, 567-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 34.1, 34.2-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına, Azərbaycan Respublıkası Konstitusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsin ə dair 21 dekabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndinə istinad etmişdir. İİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti verərək qızıl-zinət əşyalarının çəkisi, qramı və orta bazar dəyərinin müəyyən olunması üçün xüsusi bilik tələb edən ekspertizasının təyin olunması barədə qərar qəbul edilməsini və həmin rəy əsasında Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsinin dəyişdirilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən boyunbağı, qolbaq, üzük və sırğadan ibarət Türkiyə istehsalı 585 əyar, 25 qram qızıl dəst və ya onun dəyəri olan 2500 (iki min beş yüz) manat və 750 əyar İtaliya istehsalı 5 qram brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri olan 600 (altı yüz) manat hissəsi ilə razılaşmır. Belə ki, iddiaçının idda tələbində göstərdiyi qızıl-zinət əşyalarının qramı qətnamədə göstərilənlərlə heç bir fərqlilik təşkil etmir. Eyni zamanda sözügedən qızıl-zinət əşyalarının ümumi dəyəri iddia tələbində 3500 (üç min beş yüz) manat göstərilsə də, qətnamədə yekun olaraq idda tələbindən 200 (iki yüz) manat fərqi ilə 3300 (üç min üç yüz) manat qeyd edilmişdir. Bildirir ki, tərəfindən 2015-ci ildə cavabdehə alınan boyunbağı, qolbaq, üzük və sırğadan ibarət Türkiyə istehsalı qızıl dəstinin və İtali ya istehsalı brilyant qaşlı nişan üzüyün cəmi qramı 11 qram təşkil edirdi ki, həmin qızıl-zinət əşyaları alınan zaman 1085 manat pul ödənilmişdir. Lakin məhkəmə qızıl-zinət əşyalarının çəkisinin və qiymətinin müəyyən edilməsi üçün yalnız zərgərlik fəaliyyəti ilə məşğul olan mütəxəsisi cəlb etmiş və mütəxəsis tərəfindən həmin qızıl-zinət əşyalarının yalnız fotoşəkillərinə baxmaqla qızıl-zinət əşyalarının qramı və çəkisi düzgün qeyd olunmamış, yəni qızıllara şişirdilmiş qram, çəki və orta bazar qiymətinə uyğun olmayan qiymət müəyyən etmişdir ki, bu da nəticədə iddiaçının idda tələbində göstərdiyi qızıl-zinət əşyalarının qramı, çəkisi və qiyməti orta bazar qiyməti ilə düzgün gəlmir və nəticədə iddiaçının iddia tələbində göstərdiyi qramı, çəkisi və qiymətlə demək olar ki, eynilik təşkil edir. Məhkəmə iclasında mütəxəsis tərəfindən qızıl-zinət əşyalarının çəkisi və qiyməti ilə bağlı öz fikrini bildirərkən, tərəfindən öz etirazını bildirsə də, məhkəmə tərəfindən buna məhəl qoyulmamışdır. Nəticədə qətnamə rəsmi qaydada ona təqdim olunan zaman məhkəmənin qızıl-zinət əşyaları ilə bağlı qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəldiyi ona aydın olmuşdur. Halbuki məhkəmə tərəfindən qızıl-zinət əşyalarının çəkisi, qramı və orta bazar qiyməti ilə bağlı daha peşəkar əlavə mütəxəsis təyin edib sözügedən qızıl-zinət əşyalarınının çəkisini, qramını və orta bazar dəyərini düzgün qiymətləndirməli idi. Qızıl zinət əşyaları mövcud olmasa da iş materiallarında fotoşəkillər kifayət qədər məlumat vericidirsə xüsusi bilik tələb edən ekspert (mütəxəsis) tərəfindən qızıl-zinət əşyalarının qramı, çəkisi və orta bazar qiyməti müəyyən edilə bilər. Məhkəmə tərəfindən yalnız fotoşəkillərə əsaslanan mütəxəsis fikrinə üstünlük verilməsi və xüsusi bilik tələb edən məsələnin ekspert rəyi olmadan həll edilməsi ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Ancaq görünür ki, məhkəmə bu məsələdə təəsüf ki, doğru mövqe tutmamış və iş üzrə obyektiv nəticəyə imkan verəcək prossesual qanunvericiliyin təqdim etdiyi prossesual hüquqlardan sonuna kimi istifadə etməyib ekspert təyin etməməklə yalnız mütəxəsisə həvalə etməklə işə dair obyektiv qərar qəbuluna imkan yaranmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh apellyasiy a şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunlu izahat vermiş, Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsinin qismənqızıl-zinət əşyalarının dəyəri hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirərək, Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Ailə Məcəlləsi 19. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 20. 34.1-cü maddəsinə əsasən nika ha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 21. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi 22. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 23. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olun muş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. d) Azərbaycan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 1/2024 saylı Qərarı 34. 3.8-ci bəndinə əsasən prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 35. 3.9-cu bəndinə əsasən ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) o nların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 36. 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 37. 9.5-ci bəndində göstərilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci madd əsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. İV. Apellyasiya baxışının hədləri

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə Cavabdeh Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsinin qismən qızıl-zinət əşyalarının dəyəri hissəsində ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etdiyindən, qətnamə apellyasiya şikayəti həddində-yəni mübahisələndirilən hissələrdə yoxlanılmışdır. V. Məhkəmə kollegiyasının mövqeyi

43. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci insta nsiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

44. Kollegiya ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının, bu mümkün olmadıqda isə 6194 (altı min bir yüz doxsan dörd) manat dəyərinin, birgə nikah dövründə əldə olunmuş əmlakın və Babək rayonu, Hacıvar kəndində yerləşən fərdi yaşayış evinə çəkilən 11255 (on bir min iki yüz əlli beş) manat xərcin birgə nikah dövründə qazanılmış hesab edilməklə dəyərinin yarısı olan 5675.50 (beş min altı yüz iyirmi yedi) manat (əlli) qəp ik pulun və iş üzrə ödəmiş olduğu 50 manat mediasiya xərci, 89 manat dövlət rüsumunun alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qızıl-zinət əşyalarının fotoşəkilləri tədqiq edilmiş, zərgərlik sahəsində xüsusi biliyə malik mütəxəssislər cəlb olunmuş və həmin fotoşəkillər əsasında əşyaların əyarı, təxmini çəkisi, istehsal mənşəyi və mövcud orta bazar dəyəri barədə rəy verilmişdir.

45. Babək Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, qızıl-zinət əşyalarının naturada qaytarılması və ya onların müəyyən edilmiş dəyərinin ödənilməsi, həmçinin motosikletin və daşınmaz əmlaka çəkilmiş xərclərin yarısının cavabdehdən tutulması qət edilmiş, qətnamədən narazı qalan cavabdeh yalnız qızıl-zinə t əşyalarının çəkisi və dəyərinə dair hissəni mübahisələndirərək apellyasiya şikayəti vermiş, şikayətinin yeganə dəlili kimi həmin əşyaların real çəkisinin və orta bazar dəyərinin müəyyən olunması üçün məhkəmə ekspertizasının təyin edilməli olduğunu, mütəxəssis rəylərinin kifayət qədər obyektiv və əsaslı olmadığını göstərmişdir.

46. Beləliklə, apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin qızıl-zinət əşyalarının dəyərinə dair hissəsinin qanuniliyi və əsaslılığı təşkil edir.

47. İş materiallarından görünür ki, iddiaçı qızıl-zinət əşyalarının və digər əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu göstərərək onların naturada qaytarılmasını, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qızıl-zinət əşy alarının mövcudluğu məsələsi hərtərəfli araşdırılmış, cavabdehin yazılı etirazı və məhkəmə iclasında verdiyi izahatları ilə iddia edilən əşyaların mövcudluğu faktiki olaraq mübahisələndirilməmiş, yalnız həmin əşyaların iddiaçı tərəfindən aparıldığı iddia edilmişdir. Cavabdeh tərəfindən isə bu halı təsdiq edən hər hansı mötəbər və yol verilən sübut məhkəməyə təqdim olunmamışdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz iddia və etirazlarının əsasını təşkil edən halları sübuta yetirməlidir. Cavabdeh birinci instansiya məhkəməsində iş baxılarkən qızıl-zinət əşyalarının iddiaçının özündə olmasını bildirsə də, bununla bağlı sübutetmə yükünü yerinə yetirməmiş, əksinə iş materiallarında olan fotoşəkillər, tərəflərin izahatları və mütəxəssis rəyləri həmin əşyaların mövcudluğunu və onların xüsusiyyətlərini təsdiq etmişdir. Hazırki halda isə cavabdeh tərəfindən verilən apellyasiya şikayətində qət olunan zinət əşyalarının alınmaması və iddiaçının evdən çıxarkən özü ilə aparması cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

49. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən zərgərlik sahəsində bilik və təcrübəyə malik mütəxəssislər cəlb edilmiş, fotoşəkillər tədqiq olunaraq qızıl məmulatlarının əyarı, təxmini çəkisi, istehsal mənşəyi və hazırkı bazar qiyməti müəyyən edilmişdir. Mütəxəssislər tərəfindən verilmiş rəylər məhkəmə iclasında elan olunmuş, tərəflərə sual vermək və etiraz bildirmək imkanı yaradılmışdır. Cavabdeh həmin mərhələdə rəylərin əsassızlığına dair konkret, alternativ hesablamalar və ya başqa m ütəxəssis rəyi təqdim etməmiş, yalnız ümumi xarakterli etirazla kifayətlənmişdir.

50. Kollegiya cavabdehin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsində toplanmış sübutlar əsasında baxır və bir qayda olaraq, yeni sübutları qəbul etmir. Yeni sübutlar yalnız o halda qəbul edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim olunmasının mümkün olmaması əsaslandırılsın və bu mümkünsüzlük tərəfdən asılı olmayan səbəblərlə bağlı olsun.

51. Bu baxımdan, apellyasiya şikayətində qeyd olunan “məhkəmə tərəfindən yalnız fotoşəkillərə əsaslanan mütəxəsis fikrinə üstünlük verilməsi və xüsusi bilik tələb edən məsələnin ekspert rəyi olmadan həll edilməsi ədalətli məhk əmə araşdırması prinsipinə ziddir” kimi dəlillərə münasibətdə apellyasiya instansiyası hesab edir ki, cavabdeh qeyd olunan halları birinci instansiya məhkəməsindəki icraat zamanı mübahisələndirməmiş, ekspertiza keçirilməsi ilə bağlı şifahi və ya yazılı vəsatət verməmişdir. Bu səbəbdən şikayətdə qeyd olunan halların birinci instansiya məhkəməsinə təqdim edilməməsi üzrlü səbəblərlə əsaslandırılmadığından, həmin hissəyə münasibətdə apellyasiya instansiyası tərəfindən qiymət verilə bilməz.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.4-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqd im edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

53. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

54. Məhkəmə kollegiyası hesab edir ki, fotoşəkillər əsasında qızıl məmulatlarının xarakterik xüsusiyyətlərinin müəyyən edilməsi mümkün olmuş, mütəxəssis rəylərində əks olunan nəticələr iş üzrə digər sübutlarla uzlaşmışdır. İş materiallarına nəzər salan zaman mütəxəssis rəylərində mübahisələndirilən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı işə cəlb olunan mütəxəssislər rəylərinin ilkində qızıl-zinət əşyaları nın orta bazar dəyəri ilkin tələbdən artıq olmuş, digər rəydə isə tələblə uzlaşan rəy verilmişdir. Birinci instaniya məhkəməsi hər iki rəyi, işdəki digər sübutlarla birlikdə kompleks şəkildə dəyərləndirərək yekun nəticəyə gəlmişdir.

55. Kollegiya həmçinin cavabdehin diqqətinə çatdırır ki, Mülki prosessual qanunvericilik ekspertiza təyin edilməsini məcburi deyil, zəruri hallarda tətbiq olunan prosessual vasitə kimi nəzərdə tutur. Hazırkı iş üzrə toplanmış sübutların məcmusu qızılzinət əşyalarının əyarı, təxmini çəkisi və orta bazar dəyəri barədə nəticəyə gəlmək üçün kifayət etmiş, ekspertiza təyin edilməsinə obyektiv zərurət yaranmamışdır.

56. Apellyatorun şikayətində qeyd etdiyi “qızıl-zinət əşyalarının çəkisi, qramı və orta bazar dəyərinin müəyyən edilməsi üçün xüsusi bilik tələb edən eks pert (mütəxəsis) cəlb olunub yenidən qiymətləndirilməli olduğuna, mütəxəsis tərəfindən qoyulan qızıl zinət əşyalarının real çəkisi, qramı və orta bazar dəyəri obyektiv olduğuna şübhə doğurduğuna, məhkəmə tərəfindən qızıl-zinət əşyalarının dəyərinin müəyyən olunması üçün ekspert cəlb olunmalı olduğuna, lakin heç bir ekspert rəyi alınmadan qərar qəbul olunduğuna, nəticədə mütəxəssisin şişirdilmiş qiymət müəyyən etməsinin ona qarşı artıq pul öhdəliyinin müəyyən edilməsinin maddi hüququn əmlakın real dəyərinə əsaslanan məsuliyyət prinsiplərinin pozulması olduğuna, məhkəmə tərəfindən yalnız fotoşəkillərə əsaslanan mütəxəsis fikrinə üstünlük verilməsi və xüsusi bilik tələb edən məsələnin ekspert rəyi olmadan həll edilməsinin ədalətli məhkəmə araşdırması prinsipinə zidd olduğuna” dair dəlillərə münasibətdə kollegiya qeyd edir ki, qızıl-zinət əşyalarının çəkisi, əyarı və orta bazar dəyərinin müəyyən edilməsi məsələsi həqiqətən də xüsusi bilik tələb edən haldır. Lakin mülki prosessual qanunvericiliyin tələblərinə görə xüsusi bilik tələb edən hər bir halda mütləq məhkəmə ekspertizasının təyin olunması zəruri sayılmır, belə zərurət yalnız iş üzrə mövcud sübutlar həmin halların müəyyən edilməsi üçün kifayət etmədikdə yaranır.

57. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən zərgərlik sahəsində xüsusi biliyə malik mütəxəssislər cəlb edilmiş, işdə olan fotoşəkillər tədqiq edilmiş, qızıl məmulatlarının əyarı, təxmini çəkisi, istehsal mənşəyi və mübahisəyə baxılan dövrdə mövcud olan orta bazar qiyməti müəyyən edilmişdir. Mütəxəssislər rəylərini əsaslandırmış, h esablamaların hansı göstəricilər əsasında aparıldığını izah etmiş, tərəflərə suallar vermək və etiraz bildirmək imkanı yaradılmışdır. Cavabdeh tərəfindən isə həmin rəylərin qeyri-obyektivliyini təsdiq edən alternativ ekspert rəyi, yazılı maliyyə sənədi, alış qəbzi və ya digər mötəbər sübut təqdim olunmamışdır.

58. Kollegiya hesab edir ki, fotoşəkillər əsasında məmulatların növü, əyarı və bazar dəyəri barədə mütəxəssis tərəfindən nəticəyə gəlinməsi işin hallarına uyğun olmuşdur. Qızıl məmulatlarının faktiki olaraq təqdim edilməsi mümkün olmadığından onların real çəkisinin laborator şəraitdə ölçülməsi obyektiv olaraq mümkünsüz olmuş, mövcud sübutlar çərçivəsində qiymətləndirmə aparılmışdır. Bu isə məhkəmənin sübutların qiymətləndirilməsi üzrə daxili inamına əsaslanmaq hüququnu istisna etmir.

59. Apellyasiya şikayətində göstərilən “şişirdilmiş qiymət” barədə iddia isə ehtimala əsaslanır və konkret hesablamalarla, bazar araşdırması ilə və ya alternativ mütəxəssis rəyilə təsdiq edilməmişdir. Əksinə, mütəxəssislərin verdiyi qiymətlərə nəzər saldıqda aydın olur ki, tələb olunan qızıl-zinət əşyalarının qiymətləri mütəxəssislər tərəfindən daha yüksək qiymətləndirilmiş, lakin məhkəmə tərəfindən iddia tələb çərçivəsində təmin olunmuşdur.

60. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış sübutların məcmusu qızıl-zinət əşyalarının təxmini çəkisi və orta bazar dəyəri barədə nəticəyə gəlmək üçün kifayət etmiş, əlavə ekspertiza təyin edilməsinə prosessual zərurət yaranmamışdır. Birinci instansiya məhkəməsi sübutları hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessua l hüquq normalarını pozmamışdır.

61. Bu səbəbdən apellyasiya şikayətinin göstərilən dəlilləri əsassız hesab edilir və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün hüquqi əsas müəyyən olunmur.

62. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş q ətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Babək Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli, 2(079)-335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar