Məhkəmə qərarları › İş №2(3-1)-51/2026

Ali Məhkəmə Qərardad — İş №2(3-1)-51/2026

16.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(3-1)-51/2026 16.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət (Açar sözlər: qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat və məhkəmə aktı

1. İddiaçının v əkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 N-li qərarına əlavə edilmiş siyahıdan X3, X7 və X4 adlarının çıxarılması və Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 N-li qərarı əsasında X3, X7 və X5 adlarına verilmiş sənədlərin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadı ilə ərizənin yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi, İddiaçı inzibati orqanların qərarları (inzibati aktları) ilə bağlı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmə hüququnun izah olunması, İddiaçı tərəf indən xx.xx.2026-cı il tarixdə X10 ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, şikayətçi – cavabdehin nümayəndəsi ilkin iddia ərizəsində Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarına əlavə edilmiş siyahıdan X3, X7 və X4 adlarının çıxarılması və həmin şəxslərə verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Yəni, ilkin iddia predmeti publik hüquq münasibətlərinə aid inzibati xarakterli dəyişiklik və ləğv tələbindən ibarət olmuşdur. İşin materiallarından görünür ki, şikayətçinin mübahisələndirdiyi qərar, yəni Şərur rayon Aqr ar İslahat Komissiyasının 04 saylı qərarı publik hüquq sahəsində qəbul edilmiş inzibati aktdır. Buna görə də məhkəmə belə hesab etmişdir ki, iddiaçının ilkin iddia ərizəsində irəli sürdüyü tələblər mülki-hüquqi xarakter daşımır, publik hüquq sahəsinə aid inzibati xarakterli mübahisədir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi inzibati tələb xarakteri daşıdığından, onun mülki məhkəmə icraatı qaydasında icraata qəbul edilməsi mümkün deyildir və iddiaçının müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İİ. Şikayət və ona etirazın dəlilləri a) Şikayətinin dəlilləri

4. Məhkəmənin qərardadı ilə razılaşmayan iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayət verərək Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-92)-67/2026 nömrəli qərardadının ləğv edilməs i, iddia ərizəsinin icraata qəbul olunmaqla yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikаyət оnunlа əsаslаndırılmışdır ki, Naxçıvan MR Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 N-li qərarı ilə X3, X7 və X5 adına Şərur rayonu Mahmudkənd kəndində yerləşən ümumi sahəsi 2548,70 m² torpaq sahəsi rəsmiləşdirilmişdir. Həmçinin bu torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN2 83B şəhadətnamə verilmişdir. O, X3, X7 və X5 adlarına olan əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması barədə Naxçıvan MR İN yanında ƏMDX-nin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi verərkən onların aqrar islahat komissiyasının qərarı əsasında bu torpaq sahəsinə hüquqlar əldə etdiyini bilmişdir. Onların bu torpaq sahəsinə heç bir hüquqları olmadığı halda əsassız olaraq bu torpaq sahəsinə hüquqları tanınmışdır. X3 1993-cü ildə bu evə gəlin gəlmiş və cəmi 1 həftə yaşadıqdan sonra Bakı şəhərinə köçüb getmişdir. Adı çıxarışda göstərilən X8 isə xx.xx.1997-ci tarixində vəfat etmişdir. Həmçinin aqrar islahat zamanı bu şəxslər Bakı şəhərində daimi pasport qeydiyyatında olmuşlar. Yəni bu üç şəxs aqrar islahat gedən zaman nə bu kənddə daimi pasport qeydiyyatında olmuş, nə də ki, faktiki olaraq yaşamamışlar. “Torpaq İslahatı haqqında” AR qanununun 12-ci maddəsinə görə sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozu n ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qayıb olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. Qanunun bu normasından açıq aydın görünür ki, həmin bu şəxslərin bu torpaq sahəsindən hər hansı bir pay almaq hüquqları olmamışdır. Lakin onlar hansısa qeyri-qanuni yollarla bu torpaq sahəsindən pay əldə etmişlər. Ona görə də hesab edir ki, həmin bu qərarın bu şəxslərə aid olan hissədə ləğv edilməsi zəruridir. Həmin xahiş ilə cavabdeh orqana müraciət etmişdir. Belə ki, X6 ləğv olunduğu üçün yerli icra hakimiyyətləri onların hüquqi varisi kimi çıxış edirlər. Lakin ərizə ilə əlaqədar ona cavab verilməmişdir. Bundan sonra o iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-92)-67/2026 nömrəli qərardadı ilə idda ərizənin icraata qəbul edilməsindən imtina olunmuşdur. Hesab edir ki, məhkəmənin bu qərardadı qanunve riciliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, işin hallarından da görsənir ki, mübahisənin predmeti 1998-ci il tərtib edilmiş siyahıda düzəlişlərin edilməsi və bunun əsasında qəbul edilmiş sonrakı sənədlərin ləğvidir. İnzibati məhkəmələr xx.xx.2011-ci il tarixindən fəaliyyətə başladıqlarına görə və həmçinin AR İnzibati Prosessual Məcəlləsi də 2011-ci ildə qüvvəyə mindiyinə görə inzibati məhkəmələr 2011-ci ilə qədər yaranan mübahisələrə baxmırlar. Həmin mübahisələrə aidiyyəti üzrə rayon məhkəmələri baxır. Bundan başqa “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə adiyyatına dair” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasib ətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, b u halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İşin hallarından da görsənir ki, həmin bu qeydiyyat inzibati akt əsasında aparılmamışdır. Ona görə də hesab edir ki, bu iddiaya mülki icraat qaydasında baxılmalıdır.

6. Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadı ilə şikаyət təmin edilməyərək, mülki işlə birlikdə bаxılmаsı üçün Naxçıvan MR Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İİİ. Tətbiq edilən hüquq b) “İnzibati icraat haqqında” Azərbaycan Resp ublikasının Qanununun 1ci maddəsi

8. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. c) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiy yətinə dair 10 aprel 2015-ci il tarixli qərarı

9. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (q anunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Bənd 15.4. Məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. d) Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamənin, «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu

11. Azərbaycan Respublikasında Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X6 aparmış, X1 inzibati orq an kimi fəaliyyət göstərmiş və qəbul etdikləri qərarlar fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinə təsir edən inzibati akt kimi hüquqi nəticələr yaratmışdır. e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

12. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.

13. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.

14. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şik ayəti təmin etməmək hüququ vardır.

15. Maddə

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İV. Məhkəmə kollegiyasının mövqeyi

16. Kollegiya iş materiallarını, şikayət dəlillərini və birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İlk növbədə qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan açıq şəkildə görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən hüquqi sənəd Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarıdır. Həmin qərar aqrar islahatların həyata keçirilməsi çərçivəsində qəbul edilmiş və müəyyən şəxslərə torpaq paylarının ayrılması ilə bağlı hüquqi nəticələr doğurmuşdur. X6 dövlət tərəfindən yaradılmış və torpaq islahatının həyata keçirilməsi sahəsində publik səlahiyyətlərə malik olmuş orqanlar kimi fəaliyyət göstərmişdir. Bu baxımdan onların qəbul etdikləri qərarlar fərdi hüquqi aktlar olmaqla inzibati akt xarakteri daşıyır və həmin aktlar fiziki şəxslərin hüquq və vəzifələrinin yaranmasına, dəyişdirilməsinə və ya xitamına səbəb olur. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən inzibati aktların qəbul edilməsi, dəyişdirilməsi və ya l əğv edilməsi ilə bağlı fəaliyyət inzibati icraatın predmetini təşkil edir və bu fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilir. Həmin maddədə inzibati orqan anlayışı geniş şəkildə müəyyən edilmiş və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş qurumlar da inzibati orqan hesab edilmişdir. X6 da torpaq islahatının həyata keçirilməsi barədə normativ hüquqi aktlara əsasən fəaliyyət göstərmiş və torpaq paylarının verilməsi barədə qərarlar qəbul etmək səlahiyyətinə malik olmuşlar. Buna görə də həmin komissiyaların qərarları inzibati akt hesab olunur.

19. İddiaçının tələblərinin mahiyyətinə diqqət yetirildikdə aydın olur ki, iddiaçı Aqrar İslahat Komissiyasının qərarına əlavə edilmiş siyahıdan müəyyən şəxslərin adlarının çıxarılmasını və həmin şəxslərə verilmiş sənədlərin etibarsız hesab edilməsini tələb edir. Bu isə mahiyyət etibarilə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın müəyyən hissədə dəyişdirilməsi və ya ləğv olunmasına yönəlmiş tələbdir. Belə tələblər publik hüquq münasibətlərindən irəli gəlir və inzibati mübahisə xarakteri daşıyır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti haqqında” qərarının 5.1-ci bəndində izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və ya hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, dəyişdirilməsi, ləğv edilməsi və ya etibarsız sayılması ilə bağlı yaranan münasibətlərdən irəli gəlir və belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının tə ləbi də məhz inzibati aktın müəyyən hissədə etibarsız sayılması və dəyişdirilməsi ilə bağlı olduğundan bu mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid edilir.

21. Eyni zamanda həmin Plenum qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəmələrə aid olan iddia ərizəsi ümumi məhkəməyə təqdim edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalıdır və iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi normaları tətbiq etməklə iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını müəyyən etmiş və iddianın yolverilməzliyinə görə onun icraata qəbul edilməsindən imtina etmişdir.

22. Şikayətin dəlillərinə gəlincə əvvəla, id diaçının nümayəndəsi tərəfindən qeyd edilmişdir ki, “mübahisənin predmeti 1998-ci ildə tərtib edilmiş siyahıda düzəlişlərin aparılması və həmin siyahı əsasında verilmiş sonrakı sənədlərin ləğv edilməsidir”. Kollegiya bununla bağlı qeyd edir ki, mübahisənin predmeti formal olaraq siyahıda dəyişiklik edilməsindən ibarət kimi təqdim edilsə də, mahiyyət etibarilə iddiaçı tərəfindən mübahisələndirilən hüquqi sənəd Aqrar İslahat Komissiyasının qərarı və həmin qərara əlavə edilmiş siyahıdır. Həmin siyahı müstəqil hüquqi sənəd deyil, inzibati orqan tərəfindən qəbul edilmiş qərarın tərkib hissəsi olmaqla həmin qərarın hüquqi nəticələrinin formalaşmasına xidmət edir. Buna görə də həmin siyahıya dəyişiklik edilməsinə dair tələb faktiki olaraq inzibati orqanın qəbul etdiyi inzibati aktın müəyyən hissə sinin dəyişdirilməsi və ya etibarsız sayılması tələbi kimi qiymətləndirilməlidir. Bu isə öz mahiyyətinə görə publik hüquq münasibətlərindən irəli gələn inzibati mübahisədir.

23. İddiaçı tərəf şikayətə həmçinin qeyd etmişdir ki, “...inzibati məhkəmələr yalnız xx.xx.2011-ci ildən fəaliyyət göstərdiyinə görə 2011-ci ildən əvvəl yaranmış mübahisələrə inzibati məhkəmələr baxmır və həmin işlərə rayon məhkəmələri tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalıdır”. Kollegiya qeyd edir ki, bu mövqe hüquqi baxımdan düzgün hesab edilə bilməz. Çünki məhkəmə aidiyyəti mübahisənin yarandığı tarixə görə deyil, iddianın məhkəməyə təqdim edildiyi zaman qüvvədə olan prosessual qanunvericiliyə əsasən müəyyən edilir. İnzibati məhkəmə icraatı institutu yaradıldıqdan və İnzibati Prosessual Məcəllə qüvvəy ə mindikdən sonra inzibati aktların mübahisələndirilməsi ilə bağlı bütün iddialara inzibati məhkəmələr tərəfindən baxılması nəzərdə tutulur. Bu səbəbdən inzibati aktın qəbul edilmə tarixinin 2011-ci ildən əvvəl olması həmin mübahisənin mülki məhkəmə icraatında baxılması üçün əsas yaratmır.

24. Digər tərəfdən, şikayətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə istinad edilərək Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın inzibati akt olmadığı və bu səbəbdən mübahisənin mülki məhkəmə icraatına aid olması iddia edilir. Lakin qeyd olunan Plenum qərarının həmin müddəası mübahisənin mahiyyətindən asılı olaraq tətbiq edilir. Həmin bənddə göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdə aparılmış qeydiyyatı əks etdi rən sənəddir və özü inzibati akt hesab edilmir. Bununla belə, mübahisənin məhkəmə aidiyyəti iddia tələbinin hüquqi təbiətindən və qeydiyyata əsas olmuş hüquq müəyyənedici sənədlərin xarakterindən asılı olaraq müəyyən edilməlidir. Hazırkı işdə isə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdlərə (məsələn, alqı-satqı, bağışlama və ya vərəsəlik şəhadətnaməsi kimi sənədlərə) əsaslanmır. Əksinə, həmin qeydiyyatın hüquqi əsası Aqrar İslahat Komissiyasının qəbul etdiyi qərardır. X6 torpaq islahatlarının həyata keçirilməsi məqsədilə dövlət tərəfindən yaradılmış və qanunla səlahiyyət verilmiş inzibati orqanlar olmuşdur. Onların qəbul etdikləri qərarlar fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb olan fərdi inzibati aktlar kimi hüquqi nəticə doğurmuşdu r. Buna görə də həmin qərarların qanuniliyinin mübahisələndirilməsi inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə hesab olunur.

25. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın özü deyil, məhz həmin qeydiyyata əsas olmuş inzibati akt – Aqrar İslahat Komissiyasının qərarı mübahisələndirilir. Bu halda mübahisənin hüquqi təbiəti mülki-hüquqi əqd ilə bağlı deyil, inzibati aktın qanuniliyinin yoxlanılması ilə bağlıdır. Nəticə etibarilə belə tələblərə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. Bu səbəbdən iddiaçının nümayəndəsi tərəfindən irəli sürülən arqumentlər işin mahiyyətini dəyişdirmir və birinci instansiya məhkəməsinin iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması barədə gəldiyi nəti cəni təkzib etmir. Buna görə də iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qanuni və əsaslı hesab olunmalı, verilmiş şikayət isə təmin edilməməlidir.

27. Beləliklə məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz. Birinci instаnsiyа məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəldiyindən verilmiş şikayət təmin edilməməli, Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(110)-67/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar