Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3971/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: payın naturada ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(104)1147/2025 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələ r işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər keçmiş ailə üzvüləridir. Belə ki, Cavabdeh1 iddiaçının keçmiş əri, Cavabdeh2 - qızı, Cavabdeh3 isə oğludur;
3. İddiaçının Cavabdeh1la aralarında olan nikahı xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur;
4. İddiaçı Şəmkir rayonu ərazisində cavabdehlərlə birlikdə 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almışlar. Həmin torpaq sahələri xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, adlarına 0092084, ******* və ******* nömrəli DƏDRX-nin reyestrdən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahələrinin hər birində onun və cavabdehlərin 1/4 hissədə payı vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh lər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhərində yerləşən 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlərlə aralarında bölünməsinə və konkret payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 keçmiş əri, Cavabdeh2 - qızı, Cavabdeh3 isə oğludur. Cavabdeh1la aralarında olan nikah xx.xx.2014cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Şəmkir rayonu ərazisində cavabdehlərlə birlikdə 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almışlar. Həmin torpaq sahələri xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, adl arına 0092084, ******* və ******* nömrəli DƏDRX-nin reyestrdən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahələrinin hər birində onun və cavabdehlərin 1/4 hissədə payı vardır. Hazırda o torpaq sahələrinin ona məxsus olan hissəsini satmaq istəyir. Cavabdehlərə torpaq sahələrinin aralarında könüllü qaydada bölünməsini təklif etməsinə baxmayaraq, onlar buna razı olmamışlar. Ona görə də payının naturada ayrılmasını, mülkiyyətdə olan 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/4 hissəsinin naturada bölünərək ona verilməsini istəyir. Mübahisənin həll olunması üçün hər üç torpaq sahəsi aralarında real bölünməli, hər kəsin payı konkret müəyyən edilməlidir. 7. xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6620 nömrəli Məhkəmə ekspertizasının ekspert rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092085, reyestr nömrəsi **********09, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Seriya MA 0092086, reyestr nömrəsi **********10, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,9512 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzərində, İddiaçı 1/4 hissədə payına mütənasib surətdə naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092084, reyestr nömrəsi **********08, qeydiyyat **********2 nömrəsi ilə qeydə alınmış, Şəmkir şəhərində yerləşən 0,0297 ha kand təsərrüfatı təyin atlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yaranır. Bu isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacaqdır. Bu səbəbdən də 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi mümkün deyildir. Şəmkir şəhəri ərazisində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı 1/4 hissədə payına uyğun naturada ayrıldığı halda bölgü yerin cənubi şərqindən şimali qərbinə doğru istiqamətdə, 0,9512 ha kənd təsərrüfatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payına uyğun ayrı ldığı halda bölgü yerin cənubi qərbindən şimali qərbə doğru istiqamətdə aparılmalıdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müfadiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ələva olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi ilə razıdırlar. İddiaçı müalicə xərclərini ödəmək üçün həmin torpaqları satmaq istəyir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, qeyd olunan torpaq sahələrində istilikxana mövcuddur. Ekspertiza rəyi ilə razı deyillər. Belə ki, torpaq sahələrinin bölünməsi onların istifadə hüquqlarını məhdudlaşdıracaqdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələ binin rədd edilməsini xahiş etdi.
10. Şəmkir Rayon Məhkəməsinin 2(076)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (X qızının payına mütənasib olaraq Azərbaycan Respublik ası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 3- 16-16/2-10/6620 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçı X qızının payının 1/4 hissədə naturada ayrılaraq ona təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 manatının İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim C. Quliyev).
11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlaklar tərəflərin ümumi paylı mülkiyyətindədir və tərəflərin daşınmaz əmlakların dövlət reyestrində qe ydə alınmışdır. Həmin torpaq sahələrində tərəflərin hər birinin 1/4 hissədə paylı mülkiyyət hüququ vardır.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir şəhərində yerləşən 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkündür. Məhkəmə iddia tələbinin 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərlə aralarında bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. Belə ki, 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/6620 saylı rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092084, reyestr nömrəsi **********08, qeydiyyat **********2 nömrəsi ilə qeydə alınmış, Şəmkir şəhərində yerləşən 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yarandığından kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacağından 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi mümkün deyildir.
14. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.6 və 221-ci; Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini və torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, özü üçün torpaq sahəsi almaq qərarına gəlmiş və Cavabdeh1 torpağını satdığını eşitmişdir. 2009-2010-cu illərdə telefon vasitəsi ilə onunla əlaqə saxlamış və Cavabdeh1 Rusiya Federasiyasında olduğunu və övladına toy etmək məqsədilə torpağını satmaq istədiyini öyrənmişdir. Həmin vaxt Cavabdeh1 ailəli olmuşdur. Oğlu isə hərbi xidmətdə idi. Oğlunun razılıq ərizəsini İddiaçı hərbi hissəyə gedərək ordan almışdır. Cavabdeh1la telefonla danışdıqdan sonra belə qərara gəlmişlər ki, 4700 manat pulu həyat yoldaşı İddiaçı versin, Cavabdeh1 Rusiya Federasiyasından gəldikdən sonra isə sənədləşdirmə işlərini həyata keçirsinlər. O, Cavabdeh1 ölkəyə qayıtdığını gec bilmişdir. Hazırda iddiaçı kimi məhkəməyə müraciət edən İddiaçı iddiası əsassızdır. Tərəflərin ailə məsələləri olduğunu bilməmişdir və hazırkı iş üzrə vicdanlı alıcıdır. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi onun vicdanlı alıcı kimi heç bir hüququnu nəzərə almamışdır. Torpağı alarkən hər hansı başqa niyyəti olmamış, yalnız özünə əmlak əldə etmək və torpaqdan təyinatı üzrə istifadə etmək olmuşdur ki, torpağı aldığı vaxtdan təyinatı üzrə istifadə edir. Elə işin bu faktiki halı onu göstərir qətnamədə qeyd olunan maddi hüquq normalarına düzgün istinad edilməmiş, bu da qətnamənin ləğv edilməsi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi işə baxarkən onu üçüncü şəxs kimi işə cəlb etməli və vicdanlı alıcı kimi ona hüquqlarını müdafiə etmək üçün şərait yaratmalı idi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, on iki ildir keçmiş əri ilə boşanıb, birgə yaşamış olduqları evdən çıxmışdır. Paylı mülkiyyətində olan torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını istəyir. Heç kimə torpaq sa tmamışdır. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, əri ilə boşandıqdan sonra əri Rusiya Federasiyasında olduğuna görə torpaqdan öz payını istəyə bilməmişdir. İndi isə torpaqdan özünə düşən payı istəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(104)1147/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Həsənov İslam - sədrlik edən və məruzəçi, Cavadova Günay və Məcidov Rüfət).
19. Birinci instansiya məhkəməsinin m övqeyi ilə ümumən razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi apellyator mübahisə predmeti olan torpaq sahələrini digər paylı mülkiyyətçi Cavabdeh1 satın aldığını bildirərək iddiaya etiraz edir. Ona görə də, torpaq sahələrinə dair paylı mülkiyyətçilərlə (onlardan biri) apellyator arasında etibarlı alqı-satqı müqaviləsi (əqd) olubolmaması aspektində araşdırma aparılmalıdır.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işin halları təhlil olunduqda müəyyən edilir ki, torpaq sahələrinin apellyatora satılması barədə torpaq sahələrinin paylı mülkiyyətçiləri (onlardan biri) ilə onun arasında notariat qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi bağlanmamışdır. Halbuki, mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir.
21. Kollegiya həmçinin qeyd etmişdir ki, digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısın ı alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
22. Kollegiya əsaslandırmasının davamı olaraq bildirmişdir ki, əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında e htimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı («Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyün ə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 iyun 2022-ci il tarixli qərardad).
23. Kollegiya sonda qeyd etmişdir ki, baxılan işdə isə, mübahisəli torpaq sahələrinə dair tərəflərin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hüquqi qüvvəsni saxlayır. Bu halda, iddiaçının həmin torpaqlar üzərindəki mülkiyyət payının naturada ayrılması barədə tələbi qanuni əsaslara söykənir.
24. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 141.2, 144.5, 166.1, 213.2, 213.3, 220, 221 və 223-cü; Mülki Prosessual Məcəlləsinin 5.1, 14.1, 77.1, 88, 101.3, 217.3, 217.4, 384 və 385-ci maddələrinə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Maraqlı şəxs (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2025,2(104)-1147/2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Əsasən apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda olan kassasiya şikayətinin dəlilləri belə əsaslandırılmışdır ki, Maraqlı şəxs özü üçün torpaq sahəsi almaq qərarına gəlmişdir və Cavabdeh1 torpağını satdığını eşitmişdir2009-2010-cu illərdə telefon vasitəsi ilə onunla əlaqə saxlamışdır. Cavabdeh1 Rusiyada oldu ğunu və övladına toy eləmək məqsədi ilə torpağını satmaq istədiyini bilmişdir. Həmin vaxt Cavabdeh1 ailəli olduğunu və oğlunun əsgərlikdə olduğunu bilmişdir. Oğlunun razılıq ərizəsini İddiaçı hərbi hissəyəgedərək ordan almışdır. O, Cavabdeh1la telefonla danışdıqdan sonra belə qərara gəlmişdir ki, 4700 manat pulu həyat yoldaşı İddiaçı vermişdir,Cavabdeh1 Rusiyadan gəldikdən sonra isə sənədləşdirmə işlərini həyata keçirəcəkdirlər. O, Cavabdeh1 RF-dən gəldiyini gec bilmişdir. Buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2025-ci il taixli 2(104)-1147/2025 saylı qətnaməsi ədalətsiz və əsassız olduğundan ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır.
27. Həmçinin hesab edir ki, Gəncə Apellyasiya məhkəməsi sözügedən qərarı ilə tam araşdırma aparmadan işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə bu vəziyyətdə Maraqlı şəxs vicdanlı alıcı kimi tanımalı və şikayəti təmin etməli idi. Bunun üçün məhkəmə qarşısında yetərli əsaslar mövcud olmuşdur. Belə ki, satıcı həmin əmlakı ona verməmişdir. Bu səbəbdən də həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə v ə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
31. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
34. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razıla şmaya əsasən onlar arasında bölünə bilər.
35. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
36. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
37. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə no tariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Maraqlı şəxs s özügedən daşınmaz əşya üzərində qanunla müəyyən olunmuş formada müqavilə bağlamadığından və hüquqlarını dövlət reyestrində qeydə aldırmadığından onun şikayətində irəli sürdüyü dəlillər əsaslı sayıla və təmin oluna bilməz.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yet irilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(104)1147/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.