Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(3-1)-17/2026 10.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlakın ümumi birgə mülkiyyət hesab olunmaqla ikidə bir payının müəyyən edilməsi, mirasın faktiki qəbulu və miras əmlaka payların müəyyən olunması tələbinə dair mülki iş üzrə (Açar söz: Mirasın faktiki qəbulu və miras əmlaka payların müəyyən edilməsi tələbi) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2, İddiaçı4 və Cavabdeh iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əmlakın ümumi birg ə mülkiyyət hesab olunmaqla ikidə bir payının müəyyən edilməsi, mirasın faktiki qəbulu və miras əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdairəsi tərəfindən verilmiş 962 nömrəli, 16 oktyabr 2024-cü il tarixli arayışın surətində qeyd olunur ki, mərhum X4 aşağıdakı vərəsələri vardır:
1. X8 - vəfat edib;
2. X1 - vəfat edib;
3. Əri İddiaçı1 - 1954-cü il təvəllüdlü;
4. Oğlu Cavabdeh - 1977-cı il təvəllüdlü;
5. Oğlu İddiaçı2 - 1977-ci il təvəllüdlü;
6. Oğlu İddiaçı4 - 1983-cü il təvəllüdlü;
7. Qızı İddiaçı3 - 1982-ci il təvəllüdlü;
2. Naxçıvan şəhər Nikah Evininn xx.xx.2024-cü il tarixli çıxarışına əsasən X9 xx.xx.1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
3. Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı1 ilə X9 arasında 09 dekabr 1977-ci il tarixdə nikah bağlanmışdır.
4. AZ-İ 279258 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 18 sentyabr 1968-ci il tarixdə, AZ-İ 702560 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X11 08 fevral 2017-ci il tarixdə, AZ-İ 702198 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X9 11 yanvar 2020-ci il tarixdə vəfat etmişdir.
5. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlara əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Əhmədov X12 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar.
6. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 81.34 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3739 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi: **********40-05101-093041, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017).
7. Naxçıvan şəhər 3 saylı Notariat ofisinin Naxçıvan şəhəri,Babək məhəlləsi ev 15 mənzil 57 ünvanında qeydiyyatda olan İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli, 264 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş olunmuş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlər ofisə təqdim olunmadığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.”
8. Naxçıvan şəhər 3 saylı Notariat ofisinin Naxçıvan şəh əri,Babək məhəlləsi ev 15 mənzil 57 ünvanında qeydiyyatda olan İddiaçı1, İddiaçı3 və İddiaçı4 ünvanladığı xx.xx.2024-cü il tarixli, 309 nömrəli məktubunda qeyd olunmuşdur ki, “xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X2 miras qalmış Naxçıvan şəhər,Babək məhəlləsi,ev 15,mənzil 57 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmisiniz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-сı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər.Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sizin sənədlərə baxıldıqda mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxıldığından məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.”
9. Naxçıvan MR Dövlət Energetika Xidməti, Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, Naxçıvan şəhəri ünvan 6 ünvanında xx.xx.2015-ci il tarixdə quraşdırılan sayğac nömrəsi 70425912 olan smart tipli elektrik sayğacın müqaviləsi mərhum X4 adına bağlanmışdır. Ödənişlər onun övladı İddiaçı2 tərəfindən ödənilir və son ödəniş xx.xx.2024-cü il tarixinə qədər borcu yoxdur.
10. Naxçıvan Regional “ASAN xidmət” mərkəzi Kommunal (Qaz) Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, Naxçıvan şəhər, ünvan 6-də sayğac nömrəsi 26088069 olan smart tipli qaz sayğacı müqaviləsi X9 adına bağlanmışdır və xx.xx.2020-cu ildə vəfat etmiş, ödənişlər övladı İddiaçı2 tərəfindən ödənilmiş, sayğac göstəricisi- 2369 m³-dək borcu yoxdur.
11. Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər Sukanalizasiya idarəsi Naxçıvan Regional "ASAN xidmət" mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışda bildirilir ki, Naxçıvan şəhəri Babək məhəlləsi ev15\57 ünvanında 12 oktyabr 2017-ci il tarixdə 18843 mexaniki tipli su sayğacının müqaviləsi mərhum Əhmədova Həqiqət adına bağlanmışdır. Həmin tarixdən ödənişlər övladı İddiaçı2 tərəfindən ödənilir və 974m³-a borcu yoxdur. İİ. Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın İddiaçı1 ilə mərhum həyat yoldaşı X4 birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla həmin əmlakda onun 1/ 2 pay hüququnun müəyyən olunması, mərhum həyat yoldaşı X2 qalmış miras əmlakın ikidə bir hissəsinə münasibətdə isə onun və övladları İddiaçı2, İddiaçı3, və İddiaçı4 tərəfimdən mirasın qəbul edilməsi faktının müəyyən olunmaqla paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X9 ilə 1977-cı ildə evlənib həmin ildə nikahlarını rəsmi qeydiyyata aldırmışlar. Birgə nikahdan üç övladları doğulmuşdur. Həmçinin göstərmək istəyirlər ki, həyat yoldaşının birinci nikahdan bir övladı vardır-xx xxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh, xx xxx 1977- ci il təvəllüdlü İddiaçı2, xx xxx 1982-ci il təvəllüdlü İddiaçı3, xx xxxxxx 1983-cü il təvəllüdlü İddiaçı4. Həyat yoldaşı Həqiqət 11 yanvar 2020-ci ildə vəfat etmişdir. Naxçıvan ş əhəri, ünvan 1 ünvanında yerləşən həmin daşınmaz əmlak onun və mərhum həyat yoldaşı X9 ilə birgə nikah dövründə qazandığı əmlakdır, yəni onun və mərhum həyat yoldaşı X4 ümumi birgə mülkiyyətidir. O və mərhum həyat yoldaşı X9 iddia olunan daşınmaz əmlak üzərində bərabər paylara malikdir, yəni həmin əmlakın ½ hissəsi onun payıdır. Mərhum həyat yoldaşı X6 məxsus ½ hissəni o və digər iddiaçılar olan üç övladı Ravil, Pərvanə və Zamiq faktiki olaraq həmin hissəyə sahiblik edərək birlikdə qəbul etmişdir. Daha doğrusu iddia olunan əmlakın bütünlükdə 3/4 hissəsi ona, 1/4 hissəsi isə iddiaçıya çatır. Həqiqətin vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 yerləşən miras qalmış evi faktiki olaraq o və üç övladı Ravil, Pərvanə və Zamiq qəbul edərək birlikdə həmin evdə yaşayıb əml akı idarə etmişlər. Ögey oğlu Cavabdeh isə anasının ölümündən əvvəl 1995-ci ildə ailə qurub öz ailəsi ilə bərabər Bakı şəhərinə köçərək orada yaşayır. Hətta anasının uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkərək vəfat etdiyini bildiyi halda anasının yasına belə gəlməmişdir. Evin bütün komunal xərclərinin ödənilməsi mərhum Həqiqət Əhmədovanın adına olsa da, həmin mənzildə yaşadıqlarına görə bu xərclər onlar tərəfindən ödənilmişdir. Daşınmaz əmlakın icbari sığortası da onlar tərəfindən ödənilmişdir. Hazırda həmin evə o və övladları sahiblik edir və onların istifadəsindədir. Göstərdiyi faktlar ərizəsinə əlavə etdiyi sübutlarla da təsdiq olunur. Həmçinin göstərmək istəyir ki, mirasın onların tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə verdi yi ərizə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən baxılmamış saxlanılaraq ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın onun və üç övladı tərəfindən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər Naxçıvan şəhəri, ünvan 8 ünvanında yaşayan Şahid2 və ünvan 9şayan Şahid5 təsdiq edə bilərlər. Göstərilən miras evi qəbul etsələr də üzürlü səbəbdən müvafiq rəsmləşdirmə aparıb adına sənədləşdirə bilməmişlər. Bildirir ki, miras paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər 3 №-li Notariat ofisinə müraciət etmişlər. Notariat ofisi tərəfindən 16 oktyabr 2024-cü il tarixli, 264 nömrəli və 12 dekabr 2024-cü il tarixli, 309 nımrəli məktublarla qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduqları tövsiyyə olunmuşdur.
14. Cavabdeh 30 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, birgə iddiaçılardan olan İddiaçı1 o körpə ikən mərhum anası X9 ilə ailə həyatı qurmuş, bir müddət sonra isə eyni anadan ögey qardaşları və bacısı dünyaya gəlmişlər. İddiaçının real niyyətinin məhkəməyə daha aydın olması üçün İddiaçı1 mənəvi xüsusiyyətlərinin bildirilməsini məqsədəmüvafiq hesab edir. Bəhsi keçən şəxsin mərhum anasının sağlığında həm anasına, həm də ona fiziki və psixoloji olaraq məişət zorakılığı əməlini törətdiyini, onların dəfələrlə qorxudan qonşuya sığındığını, evə içkili gəlib dava saldığını, anasının çörək sexində işləyərək min bir zəhmətlə işləyib qa zandığı puluna göz dikdiyini, sırf mərhumla dava etdiyinə görə özünü doğma atası hesab etməyinə baxmayaraq atası olmadığını mərhəmətsizcəsinə ona deyib travma yaratdığını və s. saysız insanlıqla bir araya sığmayan hərəkətləri etdiyini bildiyi halda indi ümumi mülkiyyət hüququnun tanınmasını xahiş etməsini və “ləyaqətli” vərəsə kimi anasından qalmış miras əmlakdan pay istəməsini acı bir təəssüf hissi ilə qarşılamaqla bərabər, Naxçıvan şəhəri, ünvan 10 ünvanında yerləşən evin birgə nikah dövründə alınmasına baxmayaraq məhz həmin evin alınma pulunun mərhum anasına babası tərəfindən verilmiş başqa bir evin satılması hesabına qarşılandığını qəti bir dillə bəyan edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenu munun Qərarının 3.13-cü bəndində təsbit ounmuş “Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər” müddəasını rəhbər tutaraq mübahisəli evin alınmasının məhz mərhum anası X4 özgəninkiləşdirdiyi mülkiyyətinin satılmasından əldə etdiyi şəxsi vəsaiti hesabına alınması faktının məhkəmə tərəfindən qiymətləndirilməli olduğunun vacibliyini ifadə edir. İddiaçı1 həmin əmlakda yarı pay hüququnun tanınmasının həm onun ə sassız varlanmasına, həm də vərəsələrin paylarını əhəmiyyətli dərəcədə azaltmaqla vərəsəlik hüquqlarının pozulmasına səbəb olacağını bildirməklə bu tələbin təmin olunmasının yolverilməzliyini bir daha məhkəmənin diqqətinə çatdırır. Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunmasını və bütün vərəsələr arasında bərabər bölünməsini xahiş edir. İş üzrə ən vacib məqam isə mərhum anası X4 ölməsi faktı ondan gizlədildiyi halda birgə iddiaçılar tərəfindən məhkəməyə yalan bəyan verilməsi, üstəlik də anasının sağlığında ona göstərdiyi qayğı və dəstəyin gizlədilməsidir. Belə ki, birgə iddiaçıların iddia ərizəsində ədalət mühakiməsini yanıltmaq üçün heç çəkinmədən “Ögey oğlum Cavabdeh isə anasının ölümündən əvvəl 1995-ci ildə ailə qurub öz ailəsi i lə bərabər Bakı şəhərinə köçərək orada yaşayır. Hətta anasının uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkərək vəfat etdiyini bildiyi halda anasının yasına belə gəlməmişdir” ifadələrini dəhşətə gələrək oxuduğunu və bunun heç bir halda həqiqəti əks etdirmədiyini qəti bir dillə ifadə edir. Həqiqətdə mərhum anasının sağlığında Türkiyə Respublikasında birlikdə yaşadığını, onun müalicə dövründə yanında olduğunu bəyan etməklə (bu faktı təsdiq edən fotoşəkillər qoşma qismində əlavə olunmuşdur), ögey “atasının Türkiyə Respublikasında yaşadığı evə gəldikdən sonra mübahisə yaratdığını, bu səbəbdən də onun anasının yanından məcbur qalıb ayrılmalı olduğunu və 2019-cu ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasına qayıtdığını, o qayıtdıqdan bir ay sonra isə Covid 19 pandemiyası ilə əlaqədar bütün xarici gedişlər dayandırıldığından Türkiyəyə daha geri qayıda bilmədiyini bildirir. Naxçıvana gəldikdən sonra da anası ilə əlaqə yaratma cəhdləri telefonlarına cavab verilmədiyindən, qısa zaman sonra isə nömrəsi bloka atıldığından nəticəsiz qalmışdır. Anası ilə artıq əlaqə saxlaya bilməyəcəyini, hər halda ögey atasının bir şəkildə onu buna razı saldığını düşünərək, bir tərəfdən də övladlıq qüruruna yedirməyərək daha onunla əlaqə saxlamadığını, həmin müddət ərzində birgə iddiaçıların da öz növbələrində ona anasının rəhmətə getdiyini demədiklərini, hətta ciddi-cəhdlə bu acı xəbəri ondan gizlətdiklərini ürək ağrısı ilə qeyd edir. Mərhumdan qalan evlə olduqca qısa məsafədə yaşayan qayınanasının belə ölüm faktından xəbərinin olmadığını diqqətə çatdırır. Yuxarıda qeyd etdiyi faktın mərhum anası X4 ölüm xəbərinin ona bildirilməməsi kimi deyil, birbaşa olaraq ondan qəsdən gizlədilməsi kimi qiymətləndirilməli olduğunu ifadə edir, anasının ölüm xəbərini məhkəmə prosesindən çox qısa müddət əvvəl İddiaçı1 ona zəng edərək “anan ölüb, ondan qalan evi gəl mənim adıma sənədləşdirək, sənin payının da pulunu verim” deməsilə öyrəndiyini (bu telefon danışığının bir qisminin səs yazısı mövcuddur) və dünyasının altüst olduğunu bəyan edir. İddiaçıların bunu etmələrinə müqabil onun mülki qanunvericiliklə təsbit olunmuş hüququndan istifadə edərək onların “ləyaqətsiz vərəsə” elan olunmaları üçün hüquq mübarizəsi aparmaq yerinə yalnız mərhumdan qalmış əmlakın bütün vərəsələr arasında bərabər bölünməsini və onun da vərəsə kimi ona çatası payını almasını istədiyini bir daha vurğulayır və konstitusion h üquqlarının müdafiəsinin təminatçısı kimi təmsil etdiyi məhkəmə hakimiyyətinin ədalətli qərar qəbul edəcəyinə dair sonsuz inamını ifadə edir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən xahiş edir, iş üzrə yuxarıda qeyd etdiyi halların öz təsdiqini tapması üçün qoşma qismində şəxsiyyət vəsiqələrinin şəklini əlavə etdiyi Şahid3, X7 və Şahid4 məhkəmədə şahid qismində dinlənilmələri, qoşma qismində əlavə etdiyi fotoşəkillərin sübut qismində qiymətləndirilməsi, mərhum anası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olun ması və bütün vərəsələrin miras əmlakda bərabər paylarının müəyyən olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş edir.
15. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahatında mərhum Həqiqət xanımla qonşu olduqlarını, onun xəstə olduğunu, xəstəxanada olduğunu, gəlinlərinin Həqiqət xalaya çox gözəl baxdığını, Rəfaili əvvəllər gördüyünü, yoldaşının Rəfailə zəng edib anan ölüb gəl dediyini, o zaman gəlmədiyini, yoldaşının əvvəllər daima Rəfaillə əlaqə saxladığını, nömrəsini yoldaşının bildiyini, özünün haqqın tərəfində olduğunu, cavabdehin anasının xəstəxanada olduğunu, digər oğullarının orada olduğunu, ölümündən sonra cənazəni götürdüklərini, Rəfailin heç bir hal baş verdikdə orada olmadığını, ölümündən sonra o evdə Abbas və Zamiqin yaşadığını, Pərvanənin evi təmir etdiyi ni, 1 ildən sonra evi hazır edib çıxıb getdiyini, kimsə Rəfailin ora gəldiyini deyə bilməyəcəyini, heç anasının ölümündən sonra da o evə gəlmədiyini bildirmişdir.
16. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 izahatında Həqiqət xanımla qonşu olduqlarını, 1997-ci ildən orada yaşadıqlarını, Rəfaili görmədiyini, tanımadığını, görsə belə tanımayacağını, Abbası, Ravili tanıdığını, özünün Rəfaili tanımadığını, ilk dəfə gördüyünü, Həqiqət xanımla qapı qonşu olduqlarını, yasdan sonra Pərvanənin gəlib orada 1 il yaşadığını, Abbas və Zamingilin evi təmir etdiklərini əşyalar aldıqlarını bildirmişdir.
17. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında Mirvarinin o zamanlar onu Rəfailin babasıgilin evin uçotuna saldığını, sonra özünün çıxıb getdiyini, onu uçotdan çıxardıqlarını, o zamanlar növbəyə durub ev aldıqlarını, evləri pulsuz verdiklərini, özünə 20-ci binadan, onlara isə 15-ci binadan ev verdiklərini, evi aldıqları zaman Həqiqətin evli olduğunu, uşaqları olduğunu, özünün hal hazırda o evdə yaşamadığını, köçdüyünü, Həqiqətin öldüyünü bilmədiyini, yasda iştirak etmədiyini, bir məlumatının olmadığını bildirmişdir.
18. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 izahatında özünün yasda iştirak etmədiyini, yasa getmədiyini, ölümünü eşitmədiyini, yasdan xəbərinin olmadığını, Rəfailin sonralar zəng edib ona anam ölüb mənim xəbərim yoxdur dediyini bildirmişdir.
19. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 izahatında qonşu olduqlarını Həqiqət xalanın rəhmətə getdikdən sonra Pərvanənin və Zamiqin də orada yaşadığını, ev ilə maraqlandığını, özünü n Bakıda yaşadığını, yasda o səbəbdən iştirak etmədiyini, Həqiqətin ölümündən sonra orada Rəfaili görmədiyini, sonralar orada Ravilin, Abbasın yaşadığını başqalarını görmədiyini bildirmişdir.
20. Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X2 Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış əmlakın iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən qəbul edilməsi faktı müəyyən olunmaqla hər birinin payının ¼ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə rədd olunması, İddiaçı1 tərəfindən "xxxx" ASCnin Naxçıvan Filialı vasitəsilə 2727 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. 2
1. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, istər iddia tələbi, istərsə də iddia tələbinə etiraz üzrə mübahisələndirilən ilkin hal miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmamasıdır. Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli, 2/30 nömrəli qərarının və Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 18 fevral 1993-cü il tarixli, 61 nömrəli qərarının surətlərindən aydın olur ki, Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin 19 yanvar 1984-cü il tarixli,2/30 nömrəli qərarında Naxçıvan şəhəri, ünvan 1 X4 adına müvafiq orderlə qeydə alınmışdır. Naxçıvan Şəhər XDM İK-nin 1993-cü il tarixli, 61 nömrəli qərarında isə Naxçıvan şəhəri, ünvan 1 X4 adına pulsuz mülkiyyətinə verilmişdir. Buradan belə aydın olur ki, miras əmlak mərhum X6 birgə nikah dövründə mülkiyyətinə verilsə də, ər-arvadın birgə nikahları dövründə ailənin birgə büdcəsi hesabına əldə edilməmişdir. Əmlak pulsuz olaraq miras qoyanın mülkiyyətinə verildiyindən sözügedən əmlak ər-ravadın ümumi əmlakı hesab edilməməlidir və İddiaçı1 həmin əmlakda ½ hissədə pay hüququnun müəyyən edilməsi qanuni və əsaslı deyildir. Həmin hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə miras qoyan X4 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmışdır. Araşdırılmış sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mərhum X4 vəfatından sonra həmin miras əmlak dörd vərəsə-iddiaçılar tərəfindən qəbul edilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 miras qoyandan qalan evdə yaşamaqla, ondan qalan daşınar və daşınmaz əmlaklara sahiblik etməklə mirası faktiki qəbul etmişdir. Digər vərəsə Cavabdeh izahatından, iddiaçıların izahatından mərhum anasının vəfatından sonra həmin əmlakın formal olaraq-notarial qaydada ərizə verməklə qəbul etməməsi aydın olmuş, faktiki olaraq miras əmlakı qəbul etməsi isə sübuta yetirilməmişdir. Belə ki, cavabdeh miras əmlakda payını tələb etsə də, həmin miras əmlakı faktiki qəbul etməsinə dair hər hansı sübut təqdim etməmiş, bu halı anasının vəfat etməsinə dair məlumatı olmadığını bildirməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdehin bildirdiyi bu hal inandırıcı deyildir. Ona görə ki, cavabdeh anasının ağır xəstə olması barədə məlumatlı idi və bu halı təsdiq edən sübutu-yəni anasının xəstəxanada ol arkən onunla birlikdə çəkilmiş şəklini təqdim etmişdir. Cavabdehin anasının səhhəti ilə maraqlanmaq bir övlad olaraq mənəvi borcu-vəzifəsi idi ki, özünün bildirdiyinə görə 5 il əvvəl vəfat edən anasının səhhəti ilə, onun sağalması və ya sağalmaması ilə maraqlanmamışdır. Məhkəmə cavabdehin, onun qohumlarının bir şəhərdə yaşamasını nəzərə alıb valideyninin vəfatı barədə məlumatının olmamasına dair qeyd etdiyi halları inandırıcı hesab etməmişdir. Ona görə də hesab etmişdir ki, cavabdeh anasından qalan miras əmlakı qəbul etmədiyindən ona pay verilə bilməz.
22. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2 və 1243.2-ci maddələrinə, Azərbaycan SSRİ Nikah və Ailə Məcəllə sinin 23-cü maddəsinə, Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarına, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarına, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kol legiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarına istinad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
23. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsinin ləğv edilərək, mərhum anası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olunması və bütün vərəsələrin miras əmlakda bərabər paylarının müəyyən olunmaqla, onun miras əmlakda payının 1/5 hissədə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 onun ögey atasıdır. O, dəfələrlə anasına və ona fiziki və psixoloji olaraq məişət zorakılığı törətmiş, anasının onunla ünsiyyət qurmasına maneəçilik törətmişdir. Anasının ölümü ondan gizlədilmişdir. Anasının ölümü barəsində faktiki olaraq, hazırki məhkəmə mübahisəsi zamanı (ögey atasının ona zəngi əsasında) xəbər tutması məhkəmə tərəfindən yetərincə araşdırılmamışdır. Ögey atası ilə olan səs yazısına hüquqi qiymət verilməmişdir. AR Mülki Məcəlləsinin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirməni n səbəbini üzrlü sayarsa, uzada bilər. Göründüyü kimi, mülki qanunvericilik mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü gecikdirildiyi halda müddətin uzadılmasını mümkün hesab edir. Tərəfindən qanunvericilik tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət obyektiv səbəblər üzündən (ögey atasının qərəzli mövqeyi, anasının ölümünün ondan gizlədilməsi), yəni üzrlü səbəbdən gecikdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ögey atasının ona olan qərəzli münasibəti, nəticə etibarilə, anasının ölümünün ondan gizlədilməsi məsələsi yetərincə araşdırılmamışdır. Bu hallar məhkəmənin qısaca “inandırıcı deyil” ifadəsi ilə məhdudlaşmışdır. Halbuki, iş üzrə ifadə verən şahidlər tərəfindən də onun yasda iştirak etməməyi təsdiq olunur, bu hal dolayısı olaraq, an asının ölümündən xəbərinin olmadığını bir daha təsdiq edir. Eyni zamanda bildirir ki, şahid qismində ifadə verən Şahid1 izahatı həqiqəti əks etdirmir. Onun yoldaşı onun nömrəsini bilmədiyi halda necə zəng edə bilərdi. O, xx.xx.2019-cu il tarixdə ölkəyə giriş etmiş, növbəti çıxışı 2025-ci ildə olmuşdur. Tərəfindən məhkəməyə təqdim edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli məktubu ilə onun xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar əsasında bu hal öz təsdiqini tapır. Anası isə 11 yanvar 2020-ci ildə Türkiyədə vəfat etmişdir. Anasının qəbri Türkiyədədir, o zamanlar pandemiya vaxtı olduğu üçün gedə bilməmiş, anası vəfat etdikdə heç kəs ona məlumat verməmişdir. İndi aydın olur ki, bunu gizlət məkdə iddiaçıların məqsədi anadan qalan miras əmlakda pay almağının qarşısını almaq idi. O, atasız böyümüş, ögey atasından ancaq zorakılıq görmüşdür. Anası ilə çox əziyyətlər çəkmişdir. Hazırda onu doğmaca anasından qalan mirasdan məhrum etmək istəyirlər. O, qeydiyyatdan çıxsa havada qalacaqdır, başqa yerdən gəliri yoxdur, bu səbəbdən ona düşən payın müəyyən edilməsini zəruri hesab edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda izahat vermiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsinin ləğv edilərək, mərhum an ası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olunması və bütün vərəsələrin miras əmlakda bərabər paylarının müəyyən olunmaqla, onun miras əmlakda payının 1/5 hissədə müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iddiaçı Nov ruzov X13 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Konstitusiyası 30. 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. b) Azərbaycan Respublikası Mülki Məcəlləsi
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə 113 3.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və ha rada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. d) “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarı
45. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. e) “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarını n Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı
46. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. V. Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. Bu Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
51. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə nin tam ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
52. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
53. Hazırkı işin faktiki hallarından göründüyü kimi, iddiaçıların ilkin tələbi mərhum X4 mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən miras qalmış daşınmaz əmlakın İddiaçı1 ilə mərhum həyat yold aşı X4 birgə nikah dövründə qazanılmış əmlak hesab olunmaqla həmin əmlakda onun ikidə bir pay hüququnun müəyyən olunması, digəri isə mərhum həyat yoldaşı X2 qalmış miras əmlakın ikidə bir hissəsinə münasibətdə onun və övladları İddiaçı2, İddiaçı3, və İddiaçı4 tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunmaqla paylarının müəyyən edilməsindən ibarət olmuşdur (bax bənd 12).
54. Birinci instansiya məhkəməsi ilk olaraq miras əmlakın ər-arvadın birgə nikahı dövründə əldə edilmiş əmlak olub-olmaması məsələsinə aydınlıq gətirmiş və hesab etmişdir ki, miras əmlak mərhum X6 birgə nikah dövründə mülkiyyətinə verilsə də, ərarvadın birgə nikahları dövründə ailənin birgə vəsaiti hesabına əldə edilməmişdir. Əmlak pulsuz olaraq miras qoyanın mülkiyyətinə verildiyindən sözügedən əmlak ər-ravadın ümumi əmlakı hesab edilməməlidir və İddiaçı1 həmin əmlakda ½ hissədə pay hüququnun müəyyən edilməsi qanuni və əsaslı deyildir. Həmin hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir.
55. Birinci instansiya məhkəməsi tələbin digər hissə ilə bağlı olaraq miras qoyan X4 vərəsələrinin mirasın faktiki və formal əsaslarla qəbul edib-etməmələrini iş materiallarında olan sübutlarla araşdırmış, araşdırılmış sübutlarla, həmçinin tərəflərin izahatları ilə müəyyən etmişdir ki, mərhum X4 vəfatından sonra həmin miras əmlak dörd vərəsə-yəni iddiaçılar tərəfindən qəbul edilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 miras qoyandan qalan evdə yaşamaqla, ondan qalan daşınar və daşınmaz əmlaklara sahiblik etməklə mirası faktiki qəbul etmişlər. Digər vərəsə Cavabdeh və iddiaçıların i zahatından mərhum anasının vəfatından sonra həmin əmlakın formal olaraq-notarial qaydada ərizə verməklə qəbul etməməsi aydın olmuş, faktiki olaraq miras əmlakı qəbul etməsi isə sübuta yetirilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh anasından qalan miras əmlakı qəbul etmədiyindən ona pay verilə bilməz.
56. Kolegiya ilk növbədə diqqəti ona çəkir ki, apellyatorun şikayətində iki əsas tələb irəli sürülmüşdür. Bunlardan birincisi mərhum anası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olunması, ikincisi isə bütün vərəsələrin miras əmlakda bərabər paylarının müəyyən olunmaqla, onun m iras əmlakda payının 1/5 hissədə müəyyən edilməsi barədə yeni qətnamənin qəbul olunmasıdır. Lakin kollegiya hesab edir ki, apellyatorun miras əmlakın mərhumun ayrıca mülkiyyəti hesab olunması dəlilinə hüquqi qiymət verilməsi üçün ilk növbədə onun mirası qəbul edib-etməməsi və pay hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.
57. Məhkəmə kollegiyası cavabdeh tərəfindən mirasın qəbul olunub-olunmaması və pay hüququnun mövcudluğu ilə bağlı hissəyə münasibətdə tədqiq olunmuş iş materiallarına əsaslanmaqla qeyd edir ki, mülki işin müəyyən olunmuş hallarına əsasən mərhum X9 11 yanvar 2020-ci il tarixdə vəfat etmiş, onun mülkiyyətində Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak qalmışdır. Miras açıldıqdan sonra həmin əmlak üzrə qanun üzrə vərəsələr sırasında əri İddia çı1 və övladları İddiaçı2, İddiaçı3, İddiaçı4, habelə birinci nikahdan olan oğlu Cavabdeh olmuşdur.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
59. İş materialları və məhkəmədə araşdırılmış sübutlar göstərir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 mərhumun vəfatından dərhal sonra mübahisəli daşınmaz əmlakda yaşamış, həmin əmlakı idarə etmiş, kommunal xərcləri ödəmiş, əmlakın saxlanılması və qorunması ilə bağlı real və davamlı hərəkətlər etmişlər. Elektrik, qaz və su ödənişlərinin məhz İddiaçı2 tərəfindən mütəmadi həyata keçirilməsi bu halı açıq şəkildə təsdiq edir. Yəni Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında da göstərildiyi kimi, miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlal ət edir.
60. Kolelgiya qeyd edir ki, yuxarıda sadalanan hallar Mülki Məcəllənin 1243.2-ci maddəsinin mənasında mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirilməlidir ki, birinci instansiya məhkəməsi də məhs bu nəticəyə gəlməkdə haqlı olmuşdur.
61. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, Cavabdeh mərhumun vəfatından sonra nə mübahisəli əmlaka faktiki sahiblik etmiş, nə də mirası qəbul etdiyini təsdiq edən hər hansı hüquqi əhəmiyyətli hərəkətlər həyata keçirmişdir. Cavabdehin mirası qəbul etməməsi, həmçinin qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməməsi iş materialları ilə təsdiqini tapır. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh verilən sualları cavablandırarkən də mərhum anasının ölümündən sonra ondan qalmış mirası nə qanuni, nə də faktiki əsaslarla qəbul etmədiyini bildirmişdir.
62. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülən əsas arqumentlərdən biri onun mərhum anasının ölümündən xəbərsiz olması ilə bağlıdır. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu dəlil əsaslı və inandırıcı hesab edilə bilməz. Belə ki, cavabdehin mərhumun ağır xəstə olması barədə məlumatlı olduğu, bu halı təsdiq edən sübutların iş materiallarında mövcud olduğu, habelə cavabdehin özü tərəfindən təqdim edilmiş sübutlardan anasının səhhəti ilə bağlı məlumatlı olması aydın şəkildə görünür. Bundan əlavə, cavabdehin yaxın qohumlarının eyni şəhərdə yaşaması, ailə münasibətlərinin mövcudluğu və digər obyektiv hallar onun mərhumun vəfatından xəbərsiz olması ehtimalını zəiflədir. Bu hal real olaraq mö vcud olmuş olsa belə, cavabdeh apellyasiya baxışı zamanı sualları cavablandırarkən anasının ölümünü 2025-ci ilin fevral ayında öyrəndiyini qeyd etmiş, lakin yenə də mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etmədiyini bildirmişdir.
63. Apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülən “birinci instansiya məhkəməsi ögey atasının ona qərəzli münasibətini və nəticə etibarilə anasının ölümünün ondan gizlədilməsi halını yetərincə araşdırmamış, bu məsələyə yalnız “inandırıcı deyil” ifadəsi ilə münasibət bildirmişdir” məzmunlu arqumenti apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslı hesab edilmir.
64. Əvvəla qeyd edilməlidir ki, məhkəmə sübutlara qiymət verərkən yalnız ifadələrin mövcudluğunu deyil, onların məntiqi ardıcıllığını, bir-biri ilə uyğunluğunu, digər sübutlarla təsdiq olunub-olunmamasını və iş üzrə formalaşmış ümumi faktiki vəziyyətlə uzlaşmasını da nəzərə alır. Birinci instansiya məhkəməsi də bu prinsiplərə riayət edərək cavabdehin göstərdiyi hallara hüquqi qiymət vermişdir.
65. Cavabdehin yas mərasimində iştirak etməməsi faktının özlüyündə anasının ölümündən xəbərsiz olması anlamına gəlmədiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən xüsusi olaraq vurğulanmalıdır. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş şahidlərdən Şahid1 ifadəsində cavabdehin anasının vəfat etməsi barədə ona telefon vasitəsilə məlumat verildiyini, lakin buna baxmayaraq cavabdehin gəlmədiyini açıq şəkildə bildirmişdir (bax bənd 15).
66. Apellyasiya şikayətində cavabdehin istinad etdiyi Şahid4 izahatı isə subyektiv xarakter daşıyır və yalnız cavabdehin özünü n dediklərini eşitdiyini bildirməsi ilə məhdudlaşır. Bu ifadə cavabdehin anasının ölümündən obyektiv olaraq xəbərsiz olmasını sübut etmir və digər şahid ifadələri ilə təkzib olunur.
67. Cavabdehin ögey atasının guya cavabdehin anasının ölümünü ondan qəsdən gizlətməsi barədə iddia isə konkret, inandırıcı və obyektiv sübutlarla təsdiqlənməmişdir. Bu iddianı sübut edən nə yazılı sübutlar, nə də üçüncü şəxslərin qərəzli və ziddiyyətli ifadələri mövcud deyil. Əksinə, iş materialları ilə təsdiq olunur ki, cavabdeh mərhum anasının xəstə olması barədə məlumatlı olmuş, 2019-cu ildə sonuncu dəfə anasını xəstə olarkən ziyarət etmiş və bu halı təsdiq edən sübutları özü məhkəməyə təqdim etmişdir.
68. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdehin göstərdiyi halları “inandırıcı deyil” kimi qiym ətləndirməsi formal xarakter daşımır, əksinə, iş üzrə toplanmış sübutların məcmusuna əsaslanan hüquqi nəticədir. Məhkəmə həmin nəticəyə gələrkən şahid ifadələrini, tərəflərin izahatlarını və faktiki vəziyyəti müqayisəli şəkildə təhlil etmişdir.
69. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin ögey atasının ona qərəzli münasibəti və anasının ölümünün ondan gizlədilməsi barədə iddialarını yetərincə araşdırmış, bu iddiaların sübuta yetirilmədiyi qənaətinə əsaslı şəkildə gəlmişdir. Apellyasiya şikayətində bu hissədə göstərilən arqumentlər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır.
70. Cavabdehin şəxsi həyatı, ailədaxili münasibətləri, atasız böyüməsi və ögey atası ilə bağlı iddialar mübahisənin predmeti olan miras hü quq münasibətləri ilə birbaşa əlaqəli deyil və hüquqi qiymətləndirmə üçün əsas təşkil etmir. Həmçinin, qeydiyyatdan çıxarılacağı təqdirdə yaşayış yeri və gəlir mənbəyi ilə bağlı irəli sürülən arqumentlər mülkiyyət və miras hüququnun müəyyən edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz. Eyni zamanda baxılan mübahisənin predmeti deyil.
71. Cavabdeh şikayətinin dəlillərində həmçinin qeyd etmişdir ki, “AR Mülki Məcəlləsinin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göründüyü kimi, mülki qanunvericilik mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü gecikdirildiyi halda müddətin uzadılmasını mümkün hesab edir. Tərəfindən qanunvericilik tərəfindən mirasın qəbul edilməsi üçü n müəyyənləşdirilmiş müddət obyektiv səbəblər üzündən (ögey atasının qərəzli mövqeyi, anasının ölümünün ondan gizlədilməsi), yəni üzrlü səbəbdən gecikdirilmişdir.” Kollegiya cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab olunaraq uzadılması ilə bağlı müraciət olunmamışdır. Belə olan halda cavabdehin bu dəlili apellyasiya baxışında əsaslı sayıla və qiymətləndirmə obyekti ola bilməz.
72. Beləliklə kollegiya mülki işin araşdırılmış hallarına əsaslanmaqla iş üzrə Cavabdeh mərhum anası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın onun tərəfindən vərəsə kimi nə formal, nədə qeyri-formal üsulla qəbul olunmadığına dair birin ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
73. Belə olan halda isə kollegiya hesab edir ki, apellyatorun şikayətinin digər dəlili olan mərhum anası X2 miras qalmış Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən evin bütövlüklə (tam şəkildə) miras əmlak hesab olunması, yəni birgə nikah dövründə əldə olunmuş ər-arvadın ümumi əmlakı deyil, mərhumun ayrıca mülkiyyəti hesab olunması hissəsində dəlillərinə qiymət verilməsinə (birinci instansiya məhkəməsi həmin hissədə onsuz da mübahisəli əmlakın birgə nikah dövründə əldə olunmaması qənaətinə gəlmişdir) zərurət qalmır. Çünki bunun üçün ilk növbədə cavabdehin miras kütləsində pay hüququnun olması vacibdir.
74. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın ər-ravadın ümumi əmlakı hesab olunmaması və İddiaçı1 həmin əmla kda ½ hissədə pay hüququnun müəyyən edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən kollegiya həmin hissədə hər hansı araşdırma aparmamışdır.
75. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı q ətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
77. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402.1, 403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2(078)-993/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak e dən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.