Məhkəmə qərarları › İş №2-2(108)-71/2025

Ali Məhkəmə Qətnamə — İş №2-2(108)-71/2025

13.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(108)-71/2025 13.02.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X2 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin vəkil-nümayəndəsi Vəkil və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “görülmüş iş və xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-3 44/2025 nömrəli 2025-ci il 12 noyabr tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 33 nömrəli “Forma-2” aktlarına əsasən, sifarişçi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında podratçı Culfa Tikinti Quraşdırma İdarəsi tərəfindən 2022-ci ilin noyabr-dekabr aylarında “Culfa şəhərində abadlıq işləri” adı altında ümumi dəyəri 24.487,4 manat olan tikinti-təmir işləri icra olunmuş, görülmüş işlərin dəyəri sifarişçi tərəfindən podratçıya ödənilməmişdir. İş üzrə məhkəmə i craatı Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra - Komitə) Culfa Rayon İdarəsi (bundan sonra - iddiaçı) 2025-ci il 1 avqust tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti, hazırkı adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra cavabdeh) arasında qanunvericiliyə uyğun olaraq görülmüş iş və xidmətlər nəticəsində yaranmış 24.488,0 manat borcun və ödənilmiş 164,00 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin (birinci müavinin) 2023-cü il 22 iyun tarixli 180-Vİ FR nömrəli Fərmanına əsasən, Komi tənin rayon (şəhər) idarələri, o cümlədən Komitənin tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləmiş Culfa Rayon İdarəsi Komitənin tabeliyindən çıxarılaraq özəlləşdirməyə açıq elan edilmiş, bu məqsədlə özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin idarə olunması və əmlakının qorunub saxlanılması üçün Naxçıvan MR İqtisadiyyat Nazirliyinin sərəncamına verilməsi tapşırılmış, bu əsasda idarənin təsərrüfat fəaliyyəti 2023-cü ilin əvvəlindən dayandırılmışdır.

4. İddiaçı ilə cavabdeh arasında 2022-ci ildə qarşılıqlı razılaşma əsasında görülən iş və xidmətlər nəticəsində cavabdehin iddiaçıya yaranmış 24.488,0 manat borcu ödənilməmiş, iddiaçı tərəfindən dəfələrlə edilən şifahi və yazılı müraciətlərə baxmayaraq məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi mümkün olmamış, xx.xx.2025- ci il tarixli 2 nömrəli təklif (pretenziya) məktubuna cavab verilməməsi nəticəsində qanunvericiliyə uyğun olaraq məsələnin məhkəmə qaydasında həll edilməsinə hüquqi əsas yaranmışdır.

5. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.1, 5.3, 6.1.1, 6.1.7, 6.1.8, 6.1.9, 14.1, 443.6, 1096.1 və 1096.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 4-cü maddələrinə istinad etmişdir.

6. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-344/2025 nömrəli 2025-ci il 12 noyabr tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməyərək rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. (hakim Qabil Məmmədov)

7. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. Tərəflər arasında qarşılıqlı öhdəliyin mövcudlluğu ilə bağlı qarşılıqlı razılaşmanı təsdiq edən müqavilə məhkəməyə təqdim olunmamışdır.

8. İş materiallarında iddiaçı tərəfindən əlavə edilmiş iş və xidmətlərin göstərilməsinə dair “Forma-2” aktları olsa da, həmin aktlarda müvafiq iş və xidmətlərin kimə göstərilməsi öz əksini tapmamış və bununla bağlı qaimə, təhvil-təslim aktı və ya başqa bir sənəd məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin təhvil-təslim aktı olmamasını "tikilmə ilə bağlı sadəcə göstəriş verilməsi ilə” əlaqələndirməsi öz təsdiqini yazılı sübutlarda tapmadığından məhkəmə tərəfindən bu hal əsaslı hesab edilmir.

9. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetm ə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

10. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini sübut edəcək mötəbər sübutları təqdim etmədiyindən, tələbi əsaslı hesab edilə bilmədiyindən təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş 163,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinin İ və İİ hissələrinə, 125-ci maddəsinin Vİİ hissəsinə, 127-ci maddəsinin İİ və Vİİ hissələrinə, Mülki Məcəllənin 385.1, 386.1 və 389.1ci, Mülki-Prosessual Məcəllənin 9.1, 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 107, 108.1-108.1.1, 108.2, 112.1-112.1.1, 119.1, 217.3, 217.4, 218.1, 220.4 və 220.5-ci, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may tarixli və Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007ci il 26 iyul tarixli Qərarlarına, həmçinin Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (səhvən xx.xx.1997-ci il tarixli 2 nömrəli y azılmışdır) Qərarına istinadla əsaslandırmışdır.

12. İddiaçı tərəfdən 2025-ci il 10 dekabr tarixdə apellyasiya şikayəti verilərək e-22(123)-344/2025 nömrəli 2025-ci il 12 noyabr tarixli qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri

13. Mülki Məcəllənin 1096.1-ci maddəsi üzrə - mülki hüquq pozuntusu (delikt) anlayışına əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Mülki Məcəllənin 1097-ci maddəsi üzrə - mülki qanunvericiliyin müəyyən edilmiş normalarını pozan əməli təqsirli olaraq törətmiş şə xs həmin hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı üzrə - zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, mülki hüquqda subyektiv hüququn pozulması qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozlmuş və ya mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

16. Hazırkı iş üzrə məhkəm ənin qəbul etdiyi qətnamənin əsaslandırma hissəsində Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyin yaranması istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olması müəyyən edilir. Ancaq digər əsaslar əsasında öhdəliyin yaranması hallarının olubolmaması aşkar edilmir. İddiaçı tərəfindən iddia tələbinin sübutu kimi təqdim edilən, cavabdeh tərəfin mülki öhdəliyinin yarandığını müəyyən edən “Forma-2” aktı mötəbər sübut kimi qəbul edilmir və səbəb kimi “Forma-2” aktının cavabdehlə hər hansı hüquqi əlaqəsinin olmadığı göstərilir. Halbuki cüzi bir məhkəmə araşdırması ilə həmin sənədlərin bank sahəsində fəaliyyətlə bağlı iş və xidmətləri göstərdiyi aşkar şəkildə müəyyən edilə və ya müvafiq aidiyyəti təşkilatlardan bu barədə məlumatların əld ə edilməsi təmin edilə bilərdi. Nəzərə alınmalıdır ki, qanunvericilikdə öhdəliklərin yaranması yalnız müqvilə hüququ ilə müəyyən edilmir və Mülki Məcəlləyə əsasən digər əsaslarla da müəyyən edilir. Məhkəmə qətnaməsi qəbul edilərkən maddi hüquq normalarının tələbləri, o cümlədən işin faktiki halı nəzərə alınmamışdır.

17. Mülki-Prosessual Məcəllənin 14.1 və 14.2-ci maddələri üzrə - məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərəait yaradır, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə - iddiaçı tərəfindən iddia edilən borcun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi, mülki mübahisən in yaranmasının əsas obyekti olan iş və xidmətlərin görülməsinin müəyyən edilməsi üçün prosessual hərəkətlərin təmin edilməsi, ekspertiza təyin edilməsi, müvafiq ekspert rəylərinin alınması zərurəti məhkəmə tərəfindən nəzərə alınmamışdır.

19. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması üzrə - iddianın əsasını irəli sürülən iddia tələbinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində yalnız müqavilə hüququ əsasında yaranan öhdəliklər əsas götürülür ki, bu da mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə ziddir.

20. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəm iyyəti olan halların sübut edilməməsi üzrə - qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehdən tələb edilən borcun yaranmasına sübut olacaq yeganə dəlil kimi müqavilə hüququna görə yaranan öhdəliklərin göstərilməsi digər mülki əsaslarla öhdəliklərin yaranması prinsipi ilə ziddiyət təşkil edir. İddiaçı tərəfin iddia edilən borcunun yaranması səbəbinin öyrənilməsi, mülki hüquq pozuntusunun yaranmasında cavabdehin təqsirinin müəyyən edilməsi yalnız müvafiq təşkilatların rəyləri və məhkəmə ekspertizasının təyin edilməsi ilə mümkün ola bilərdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

22. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, apellyasiya şik ayətini müdafiə edir. Komitə tərəfindən onlara göstəriş verilmişdir ki, bu bina Culfa şəhərində tikilməlidir. Onlar da podratçı olaraq işləri görmüşlər. Tikinti 2021-ci ildə Komitənin Culfa Rayon İdarəsində başlanmış və 2022-ci ilin dekabr ayına kimi davam etmişdir. Bundan əvvəl görülən işlərin vəsaitini onlar Komitədən almışlar. Görülən işlərə dair “Forma-2”lər tərtib olunmuşdur. Həmin “Forma-2”lərin bir nüsxəsi onlarda, bir nüsxəsi isə Komitədədir. Həmin “Forma-2”lər onlar tərəfdən Komitəyə təqdim olunmuş, Komitə də onlara noyabr ayına kimi vəsaiti ödəmiş, Naxçıvanda rəhbərlik dəyişiləndən sonra pulu verməmişdir. Onlara bildirilmişdir ki, qalan vəsaiti bankdan tələb edin. Onların tələb etdikləri pul 2022-ci ilin noyabr-dekabr aylarını əhatə edir. “Forma-2” aktlarını imzalayan X1 işçisidi r. İşi təhvil götürən həmin şəxs olmuşdur. Aktı imzalayan digər şəxslər isə özü, idarədə baş mühasib işləyən Həsən Rəcəbov və texniki işçi kimi işləmiş Nümayəndə1 Hüseyn oğludur. Bank tərəfindən tikinti ilə bağlı iddiaçıya müraciət olunmamış, bank iddiaçıya bina tikmələri barədə sifariş verməmiş, bu barədə iddiaçının və Komitənin bankla müqavilələri olmamışdır, binanın banka verilməsinə dair heç bir sübut yoxdur. Həmin bina dövlət sifarişi əsasında tikilmiş, bu işi onlardan heç kim təhvil almamış və iş yarımçıq qalmışdır. Heç bir təhvil-təslim aktı yoxdur. İddianın təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.

23. Cavabdehin vəkil-nümayəndəsi Vəkil izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Cavabdeh "xxxx" ASC-nin hüquqi varis idir. Onun bazası əsasında yaradılmışdır. Bank ilə iddiaçı arasında heç bir hüquqi nəticə verən müqavilə, təhvil-təslim aktı olmamış, bank tərəfindən binanın tikintisi üçün sifariş də verilməmişdir. İddiaçının nümayəndəsi də etiraf edir ki, sifarişlər Komitə tərəfindən olmuş, ödənişlər də Komitə tərəfindən ödənilmişdir. “Forma-2” aktlarının da bankla heç bir bağlılığı və hüquqi əhəmiyyəti yoxdur. Söhbət hansı binadan gedir, onlar bilmir. Ümumiyyətlə, onlar bu iş üzrə cavabdeh deyil, onlar hətta, belə bir təklif vermişlər ki, “sənədləri təqdim edin, ödəniş edək”, lakin sənədləri təqdim etməmişlər. Apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

24. Cavabdehin tərəfində mübahisə pre dmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Komitənin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, məhkəmədə işin həm hüquqi, həm də faktiki tərəfi araşdırılır. İddia tələbinin hüquqi tərəfinə baxdıqda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi və digər qanunvericilik aktlarına müvafiq olaraq tikinti icraatı qaydalarında dövlət və maliyyə vəsaiti hesabına hər hansı bir obyekt tikildiyi zaman müvafiq sənədlər hazırlanmalıdır ki, onlardan biri də smeta sənədlərinin hazırlanmasıdır. Faktiki iş üzrə sənədlərdən məlum olur ki, burada tikinti icraatı qaydaları qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamışdır. Bununla əlaqədar olaraq aidiyyəti vəzifəli şəxslər də məsuliyyətə cəlb olunmuşdur. Mülki qanunvericilik tərəfdən məsələyə münasibətdə görürlər ki, bi rinci instansiyada olan məhkəmə gedişində işin halları üzrə prosedurlar maddi hüquq normalarına uyğun olaraq aparılmamışdır. İşin faktiki hallarına görə həmin yerdə özəl bir obyekt olan və dövlət mülkiyyətində olmayan bir obyektdə iş görülmüşdür. İddiaçının “Əsasnaməsi”ndən də aydın görünür ki, idarə müstəqil hüquqi şəxsdir və onun balansında dövlət mülkiyyəti olmasına baxmayaraq idarə təsərrüfat hesablıdır. Öz fəaliyyəti nəticəsində əldə olunan gəliri hesabına idarənin fəaliyyətini və onun işini təşkil edir. Buradan aydın olur ki, birinci instansiya məhkəməsində müvafiq işin aidiyyəti üzrə görülməsi üçün müəyyən ekspertizalar təyin oluna və o işin faktiki olaraq kim tərəfindən görülməsi halları təsdiq oluna bilərdi. Həmin orada olan mal və materiallar və yaxud da xidmətlərdən hazırkı hü quqi şəxs istifadə edir və ümumi mülki əsaslarla onun öhdəlikləri yaranmış olur. Bu baxımdan idarənin iddiasını haqlı hesab edir. İddiaçı ilə müqavilənin kimlə bağlanmasına münasibətdə onu deyə bilər ki, hüquqi tərəf aşkar olunmamışdır. Məhkəmə gedişatında hüquqi tərəf yoxdursa, işin faktiki tərəfi də araşdırılır. Hüquqi tərəf ondan ibarətdir ki, burada iki hüquqi şəxs arasında olan münasibətlərdən söhbət gedir. Hər iki hüquqi şəxs eyni məsuliyyət daşıyırlar. Birtərəfli qaydada bu məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Burada eyni zamanda cavabdehin də öz öhdəlikləri var. Lakin bugünkü iddia tələbi bundan ibarət deyil, həmin görülmüş işlərin və xidmətlərin ödənilməsidir. Bu da mülki əsaslarla müəyyən olunur. “Forma 2” sənədlərindən aşkar görünür ki, iş aidiyyəti üzrə harada görülmüşd ür. Ona görə də düşünürlər ki, iddia tələbi doğrudur. Müqavilə yoxdur, lakin “Forma 2” sənədləri müqavilə əsasında hazırlanır. “Forma 2” sənədlərindən onu görür ki, sifarişçi qismində Komitənin adı keçir. Komitə ilə iddiaçı arasında olan “Forma 2” sənədlərində cavabdeh öhdəlik götürməmişdir. Pulun ödənilməməsi vəzifəli şəxslərin hər iki tərəfdən məsuliyyətsizliyindən yaranan bir haldır. Həmin bina "xxxx"ın hər hansı göstərişi əsasında tikilməmiş, "xxxx" tərəfindən Komitəyə hər hansı bir təhvil-təslim aktı, ödəniş cədvəli, qaimə verilməmişdir. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən komissiya yaradılmışdır, həmin komissiyanın fəaliyyəti ondan ibarətdir ki, həmin illərdə, 2022-ci il də daxil olmaqla görülən işlər araşdırılsın. Həmin sənəddə o işlərin "xxxx"da da görülməsi görünür və göstərilr ki, həmin pullar qeyri-qanuni olaraq dövlət mülkiyyətində olmayan əmlaka sərf olunduğu üçün Komitə tərəfindən ödənilməsi dayandırılmalıdır. “Forma 2” sənədində Komitə sifarişçi kimi göstərilmişdir, halbuki o işləri görən iddiaçıdır. Onlar həmin “Forma 2” sənədini mötəbər sübut kimi hesab edirlər. O sənədə əsasən idarə tərəfindən işin, xidmətlərin faktiki olaraq görüldüyü bilinir. Burada onların hüquqları pozulmuş, onların adından qanunsuz əqd bağlanmış, ancaq hüquqlarını pozan şəxsə qarşı hər hansı bir mülki iddia tələbi qaldırılmamış, sadəcə ümumi ifadə olunmuşdur. Tikilən binanın "xxxx"a alındığını sübut edən bir sənəd təqdim edə bilmirlər. Komitə tərəfindən həmin bina təhvil alınmamışdır. “Forma 2” sənədinə Komitənin işçisi Zahid Qasımov tərəfindən imza çəkilmiş, lakin Komitə tərəfindən təsdiq olunmamışdır. 2022-ci ilin noyabr ayına qədər ödənişi Komitə etmişdir. Komitə ilə "xxxx", eləcə də iddiaçı arasında hər hansı bir müqavilə, layihə sənədləri yoxdur. Bu binanın dövlət sifarişi əsasında tikilməsinə dair onda heç bir dəlil yoxdur. Onlar sübut edə bilmirlər ki, bu binanı "xxxx"a tikmişlər. Bunu məhkəmə qaydasında həll edib, sübut etmək istəyirlər. Bu da işin faktiki halları ilə mümkündür. Cavabdeh tərəf də heç bunun əksini sübut edə bilmir. İddianın təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir.

25. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Apellyasiya baxışının hədlə ri

26. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

27. Mülki Məcəllə; Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu M əcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

28. Mülki-Prosessual Məcəllə; Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilm əli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çək dikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilmə sinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə

393. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə

405. Kassasiya şikayəti vermə müddəti 405.0. Apellyasiya ins tansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;... Maddə

406. Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

29. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərar “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair 2025-ci il 23 may tarixli Qərar “Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. Qeyd edilən hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir”.

30. Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 2 6 iyul tarixli Qərarı - “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur... (§68) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

32. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

33. Hazırkı işdə iddia üzrə mübahisə iddia çının görülmüş iş və xidmətlər nəticəsində yaranmış 24.488,0 manat borcun və ödənilmiş 164,00 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlıdır.

34. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya r iayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.

35. Həmçinin “subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir”. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” 2025-ci il 23 may tarixli Qərarı).

36. Göstərilən hüquqi mövqelərə əsaslanaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehə qarşı “görülmüş iş və xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etməkdə maddi-hüquqi mənada subyektiv hüquqa malik olmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş yeganə sübut olan xx.xx.2022-ci il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 33 nömrəli “Forma-2” aktlarından aşkar şəkildə məlum olur ki, məhz icra hakimiyyəti orqanı olan sifarişçi Komitənin sifarişi əsasında həmin Komitənin tabeliyində olmuş podratçı - iddiaçı (əvvəlki adı Culfa Tikinti Quraşdırma İdarəsi) tərəfindən 2022-ci ilin noyabr-dekabr aylarında “Culfa şəhərində abadlıq işləri” adı altında ümumi dəyəri (7817,80+16.669,60) 24.487,4 manat olan tikinti -təmir işləri icra olunmuş, işlərin qəbulunun rəsmiləşdirilməsini ifadə edən həmin “Forma-2” aktları iddiaçı idarənin rəisi, mühasibi və icraçısı, həmçinin sifarişçinin nümayəndəsi X4 imzaları və iddiaçının möhürü ilə təsdiq edilmiş, lakin Komitənin möhürü ilə təsdiq olunmamışdır. (İ c, i/v.83-88).

37. Mülki Məcəllənin 752.1-ci maddəsində verilmiş anlayışa görə podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış muzd ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podratın mahiyyəti ondan ibarətdir ki, sifarişçinin sifarişi əsasında podratçı tərəfindən müəyyən işlər görülməli və sonda mütləq görülən işin nəticəsi sifarişçiyə təqdim edilməlidir.

38. Hazırkı mübahisə ilə bağlı iddiaçı ilə cavabdeh, eləcə də sifarişçi Komi tə ilə cavabdeh arasında hər hansı şifahi, sadə və ya notariat qaydasında təsdiq olunmuş yazılı formada müqavilə bağlanmamış, cavabdehin iddiaçının qarşısında zərər vurulması, əsassız varlanma ilə bağlı öhdəliyinin əmələ gəlməsi üçün hüquqi və faktiki əsas olmamış, cavabdehin iddiaçıya heç bir müqavilə və ya müqavilədən kənar öhdəlik hüquq münasibəti yaranmamışdır.

39. Apellyasiya şikayətinin qətnamənin 15-ci bəndində göstərilən, həmçinin iddiaçının və üçüncü şəxs Komitənin nümayəndələrinin izahatlarında göstərdikləri “podrat işlərinin icra olunduğu binanın "xxxx" ASC-nin Culfa rayon filialı üçün inşa olunduğunu, buna görə də 2022-ci ilin noyabr-dekabr ayları üzrə görülmüş işlərin nəticələrinin qəbulu aktları üzrə pul vəsaitinin (muzdun) həmin bankın hüquqi varisi olan cavabdeh tərəfindən ödənilməli olması” dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya baxışında iddiaçının nümayəndəsi həmin binanın dövlət sifarişi əsasında tikildiyini, bu binanın Culfa şəhərində tikilməsi barədə Komitə tərəfindən onlara göstəriş verildiyini, tikintinin 2021-ci ildə başlandığını və 2022-ci ilin noyabr ayınadək icra olunmuş işlər üzrə pul vəsaitinin Komitə ilə iddiaçının nümayəndələrinin birgə tərtib etdikləri “Forma-2” aktları əsasında Komitə tərəfindən iddiaçıya ödənildiyini, bank tərəfindən tikinti ilə bağlı iddiaçıya müraciət olunmadığı və sifariş verilmədiyini, bu barədə iddiaçının və Komitənin bankla müqavilələri, binanın banka verilməsinə dair heç bir sübutun olmamasını göstərmişdir.

40. Həmçinin Komitənin nümayəndəsi izahatında göstərmişdir ki, bu binanın dövlət sifarişi əsasında tikilməsinə dair onda heç bir dəlil yoxdur. “Forma 2” sənədində Komitə sifarişçi kimi göstərilmiş, lakin həmin bina Komitə tərəfindən təhvil alınmamışdır. Tikintiyə görə 2022-ci ilin noyabr ayına qədər ödənişi Komitə etmişdir. Komitə ilə "xxxx", eləcə də iddiaçı arasında hər hansı bir müqavilə yoxdur. Lakin həmin binanın "xxxx"a tikilməsini və həmin banka alındığını sübut edə bilmirlər.

41. Cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulması ilə bağlı hər hansı mötəbər sübut isə təqdim edilməmiş və belə bir hal müəyyən olunmamışdır.

42. Kollegiya şikayətin Mülki-Prosessual Məcəllənin 97.1-ci maddəsi üzrə “iş və xidmətlərin görülməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi, müvafiq ekspert rəylərinin alınması zərurətinin məhkəmə tərəfindən nəzərə alınmaması” dəlillə ri ilə bağlı bildirir ki, sifarişçı Komitənin sifarişi əsasında iddiaçı (podratçı) tərəfindən 2022-ci ilin noyabr-dekabr aylarında müəyyən işlər görülmüş, icra olunmuş işlərin nəticəsi sifarişçinin və podratşının nümayəndələrinə təqdim edilmiş, sonuncuların imzaları və iddiaçının möhürü ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 10 nömrəli və xx.xx.2023-cü il tarixli 33 nömrəli “Forma-2” aktlarına əsasən tərəflərin razılaşdıqları qayada həmin işlər qəbul edilmişdir.

43. Qeyd olunan “Forma-2” aktlarında aydın şəkildə göstərilən yerinə yetirilmiş işlərin həcmi və dəyəri mübahisələndirilməmiş, iş üzrə xüsusi bilik tələb olunan hansısa sualların məhkəmə tikinti-texniki və ya məhkəmə-mühasibat ekspertizaları təyin olunmaqla izah edilməsinə heç bir ehtiyac olmamışdır.

44. Mülki-Prosessual Məcəllə nin “Apellyasiya şikayətinin forması”nı tənzimləyən “Əlavə 2”-nin 6 və 7-ci hissələrində “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” nəzərdə tutulmuş və qeyd edilmişdir ki, “Bu hissələrdə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir”. Lakin apellyator tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsində Mülki Məcəllənin 1096.1 və 1097-ci, Mülki-Prosessual Məcəllənin 14.1 və 14.2-ci maddələrinə istinad olunsa da, düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni i fadə edən izah verilməmişdir. Ona görə də kollegiya tərəfindən həmin dəlillərin hüquqi qiymətləndirilməsi aparılmır.

45. Beləliklə, apellyasiya şikayətinin dəlillərinə və işdə iştirak edən nümayəndələrin izahatlarına münasibətdə kollegiya vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına əsasən, “Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur... (§68)

46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin h alları başqa sübutlarla təsdiq oluna bilməz. (MülkiProsessual Məcəllənin 77.1 və 81-ci maddələri).

47. Kollegiya tərəfindən apellyasiya şikayətində göstərilən digər dəlillər, həmçinin işdə iştirak edən şəxslərin apellyasiya baxışı zamanı izahatlarında göstərdikləri hazırkı işin predmetinə aidiyyəti olmayan digər fikirlər onların subyektiv mülahizələri kimi dəyərləndirilir. 48. “Dövlət rüsumu haqqına” Qanunun 8.6-cı maddəsinə görə apellyasiya,... şikayətinin,... verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddiaçı tərəfdən isə apellyasiya şikayəti verilərkən 81,75 manat dövlət rüsumu ödənilməli olduğu halda, 164,00 manat, yəni 82,25 manat artıq dövlət rüsumu ödənilmişdir (İİ cild, i/v. 175).

49. Mülki-Prosessual Məcəllənin 114.1-114.1.1-ci maddələrinin məzmununa görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, həmin artıq ödənilmiş dövlət rüsumu qaytarılır.

50. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi podrat müqaviləsi ilə bağlı xüsusi maddi hüquq normasına istinad etməsə də, ümumən maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “görülmüş iş və xidmətlərə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasını rədd etməkdə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin iddiaçıya münasibətdə ləğvinin əsasını təşkil edə bilməz.

51. Birinci instansiya məhkəməsinin fakt lar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (Mülki Prosessual Məcəllnin 385.2-ci maddəsi).

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki; - iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti təmin edilməməli; - e-2-2(123)-344/2025 nömrəli 2025-ci il 12 noyabr tarixli qətnamə dəyişdirilmədən saxlanılmalı, - apellyasiya şikayəti verilərkən ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı - X9 vasitəsi ilə ödənilmiş 81,75 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, artıq ödənilmiş 82,25 manat iddiaçıya qaytarılmalıdır. Nəticəvi hissə

53. Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392, 393, 402.1, 405.0405.0.1 və 406.1-c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-344/2025 nömrəli 2025-ci il 12 noyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ********** nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı - X9 vasitəsi ilə ödənilmiş 81,75 (səksən bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Artıq ödənilmiş 82,25 (səksən iki manat iyirmi beş qəpik) manat Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinə qaytarılsın. Qətna mədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetlərinə yerləşdirildiyi gündən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı gündən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar