Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və vəkili nun iştirakı ilə, İddiaçı “X6 Azərbaycan" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-11205/2019 nömrəli qətnaməsindən iddiaçı “X6 Azərbaycan" QSC və vəkili Vəkil2 tərəfindən və Cavabdeh və vəkili Vək il1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 172.635,45 manat əsas kredit borcunun, 26.686,30 manat faiz borcunun, 75.191,64 manat cərimə borcunun, ümumilikdə 274.513,39 manat məbləğində kredit borcunun və 11 manat poçt xidmət xərclərinin, 30 manat iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borcludan tutulmasının təmin edilməsi, cavabdehin mənzilə olan istifadə hüquqlarının xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) 2(004)-92/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “X6 Azərbaycan” QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsi üzrə əsas borc qismində 172.635,45 manat, faiz borcu qismində 26.686,30 manat, cərimə qismində 2.000 manat, habelə 30 manat məbləğində dövlət rüsumunun və 11 manat çəkilmiş poçt xərclərinin əvəzi, cəmi 201.362,75 manat (iki yüz bir min üç yüz altmış iki manat yetmiş beş qəpik) məbləğində pul vəsaitinin tutulması, t utmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil 347.000 (üç yüz qırx yeddi min) manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, həmin mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh «X6 Azərbaycan» QSC-nə olan borcu ödənilməsi, mənzilin satışından əldə edilən məbləğ «X6 Azərbaycan» QSC-nin tələblərindən artıq olduqda, satışdan əldə olunmuş pul vəsaitinin tələbdən artıq hissəsinin Cavabdeh qaytarılması, həmin mənzil satıldıqdan sonra 1 ay müddətində XXX mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi və mənzil boşaldılması, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsini n (hakimlər Z.Əliyev, F.Talışınski, R.Eyvazov) Mülki Kollegiyasının hazırki iş üzrə xx xxxxxx 2019-cu il tarixli 2(103)-11205/2019 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı «X6 Azərbaycan» QSC və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qisməncərimə borcunun təmin olunmamış hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tar ixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin cərimə hissəsinə münasibətdə apelyasiya məhkəməsinin dəlilləri əsassız olmaqla, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, kredit üzrə cərimə məbləği tərəflər arasında bağlanmış və sərbəst iradə ifadəsi olan müqavilənin şərtlərinə uyğun hesablanmışdır. Məhkəmə tələb edilən cərimə məbləğini 37 dəfədən də az məbləğdə, 2000 manat həddində təmin etməklə, Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini düzgün tətbiq etməmiş, kreditorun əmlak mənafelərini nəzərə almamışdır. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, on un banka etdiyi ödənişlərin çox hissəsi nəzərə alınmamış və iddia olunan borc məbləği şişirdilmiş, bunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlər verilməsinə baxmayaraq təmin edilməmiş, bununla da onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ondan tələb edilən faiz məbləği müqavilənin müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq xx.xx.2019-cu il tarixədək hesablanmışdır. Dəbbə pulu məbləği azaldılsa da, həmin məbləğlə də razı deyildir. İpoteka predmetinin ilkin satış qiyməti ətraflı araşdırılmamış, əmlak qiymətləndirilərkən onun təmiri, şəraiti, yerləşmə ərazisi və s. nəzərə alınmamışdır. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının nümay əndəsi X2 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdirlər. Cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gə ldiyi nəticələrə əsasən iddiaçı borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 445.4 739.1 və 741-ci maddələrinə əsasən cavabdehdən kredit borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinadən işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə 04-xx xxxxx 2019-cu il tarixləri üzrə hesablanmış faiz borcunun tutulmasına dair cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, bankın müqavilə müddəti başa çatdığı tarixdən əsas borcun illik 5% miqdarında məbləğ tələb etmək hüququ qanunda nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən gəldiyi nəticəyə görə isə kredit borcu ipoteka ilə yüklü edilmiş mənzilə yönəldikdə və əşya hərracda satıldıqda ipoteka qoyanın həmin yaşayış sahəsi üzərinə mülkiyyət hüquqlarının itirildiyi, bu səbəbdən də satışdan ən geci bir ay ərzində mənzili tərk etməli olduğu qanunda nəzərdə tutulmuşdur. Başqa sözlə, hərracda məcburi satılma yolu ilə əşya cavabdehin mülkiyyətindən çıxdığı məqamından onun tərkib hissəsi olan mənzildən istifadə hüququ da aradan qalxır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi Cavabdeh tələb edilən 75.191,64 manat məbləğində cərimənin tənasübsüz yüksək məbləğ sayaraq, hə min məbləğin azaldılaraq cavabdehdən iddiaçının xeyrinə cərimə qismində 2.000 manat məbləğində pul vəsaiti tutulmasını da məqbul hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixdə kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh illik 12% hesablanmaqla 72 ay müddətinə 255.000 man at məbləğində kredit verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2016-cı il tarixdə 1 saylı əlavə razılaşma ilə kreditin ödəniş şərtləri dəyişdirilmiş və yeni ödəniş cədvəlinə əsasən, borc alan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməli əsas borc məbləği 176.005,84 manat, faiz məbləği 45.315,91 manat, cəmi borc 221.321,75 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş borcu qalmışdır. İddiaçı müqavilə üzrə 172.635,45 manat əsas borcu, 26.686,30 manat faiz borcu və 75.191,64 manat cərimə borcunun, ümumilikdə 274.513,39 manat məbləğində kredit borcu olduğunu iddia etmiş, cavabdeh tərəf isə borcun olmasını inkar etməsə də, iddiaçı tərəfindən borc məbləğinin şişirdildi yini bildirməklə iddiaya etiraz etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən onun banka etdiyi ödənişlərin çox hissəsi nəzərə alınmamış və iddia olunan borc məbləği şişirdilmiş, bunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlər verilməsinə baxmayaraq təmin edilməmiş, bununla da onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilləri üzrə araşdırma aparmamış, iddiaçı tərəfindən iddia olunan borc məbləğlərinə cavabdehin etdiyi ödənişlərin nəzərə alınıb alınmamasını yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlərin təmin edilməsinin mümkünlüyünü müzakirə etməmişdir. Kollegiya qeyd edir ki, borc məbləğləri mü bahisəsiz qaydada iş materialları ilə təsdiq olunduqda bu barədə ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq zərurəti yaranmır. Lakin hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlər iddia olunan borc məbləğlərinin mübahisəsiz qaydada iş materialları ilə təsdiq olunmamasına dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini n dəlillərindən biri olan cavabdehdən tələb edilən faiz məbləğinin müqavilənin müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq xx.xx.2019-cu il tarixədək hesablanması ilə bağlı hüquqi mövqeyi də düzgün olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilə üzrə son ödəniş tarixinin xx xxxxx 2017-ci il olmasına baxmayaraq, iddiaçı xx.xx.2017-ci il tarixə olan faiz borcunu hesablayaraq xx.xx.2017-ci il tarixdə iddia qaldırmış, başqa sözlə, iddia qaldırılanadək keçən 7 ayın illik 5% borcu 13 gün üzrə müqavilə faizi ilə hesablanmış faiz borcunu əhatə etdiyi üçün faiz borcunun artıq tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi faizlə bağlı nəticəsi də mütəxəssis rəyinə, hər hansı hesablanmaya əsaslanmadan ehtimal üzərində qurul muş, həmçinin məhkəmə iddiaçı tərəfindən müqavilə müddətindən sonrakı dövr üzrə illik 5%-in tutulması barədə tələb irəli sürmədiyini nəzərə almamışdır. Halbuki, MPM-nin 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin qərarın 3.2-ci bəndində qeyd edilmişdir ki, qətnamədə Azərbaycan Respublikasının MPM-də göstərilən qaydalarda araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmi r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qərarda həmçinin göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan so nra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən on un zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı göstərilənlərə də düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmələr “xxxx” MMC tərəfindən aparılmış məhkəmə-qiymətləndirmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 84/E nömrəli rəyinin məzmununda göstərilənlərə diqqət yetirməyərək onlara işin araşdırılmış halları baxımından hüquqi qiymət verməmişlər. Belə ki, sözügedən rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil fərdi yaşayış evi kimi göstərilərək onun hazırkı dövr üçün real bazar dəyəri 347.000 manat təşkil etməsi qeyd edilmişdir. Lakin işin materi allarından görünür ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil heç də fərdi yaşayış evi olmamaqla çoxmənzilli binada yerləşir. Rəydən görünür ki, vətəndaş yerli baxış keçirilməsinə şərait yaratmadığı üçün həmin evin hansı vəziyyətdə olması barədə məlumatları olmadığı üçün, yalnız təqdim edilən sənədlər üzrə vizual rəy verilmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüv vəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunl uğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Kollegiya hesab edir ki, tam əsaslandırılmamış rəy əsasında apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin qiyməti barədə nəticəsi də qanuni sayıla bilməz və bununla bağlı mübahisəni obyektiv həll etmək üçün ipoteka predmetinin yenidən, tərəflərin iştirakının təmin edilməklə qiymətləndirilməsinin həyata keçirilməsinin zəruriliyi müzakirə edilməli idi. Həmçinin kollegiya qeyd edir ki, kassatorların hər ikisi də apellyasiya instansiyası məhkəməsinin cərimə ilə bağlı hüquqi mövqeyi ilə razılaşmamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra ed ilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması gös tərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu ş ərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər ( əldə çıxmış fayda) başa düşülür Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məs uliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. İşin materiallarından görünür ki, hazırki iş üzrə kreditorun gəliri, kredit müqavilələri üzrə əsas borca görə hesablanmış faizlərdən ibarətdir və müqavilə üzrə öhdəliyin borc alan tərəfindən yerinə yetirilməməsi nəticəsində kreditor həmin gəlirdən (faizdən) məhrum olur ki, bu da kreditorun məruz qaldığı mümkün zərər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh tələb edilən 75.191,64 manat məbləğində cərimənin tənasüb süz yüksək məbləğ olmasını sadalanan qanunvericilik normalarının tələbləri baxımından əsaslandırmamış, cərimə hissəsində tənasüb müəyyənləşdirilərkən iddiaçının (kreditorun) həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Baxmayaraq ki, iddiada göstərilən faiz və cərimə tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə tənzimlənir və cərimə borcu da müqaviləyə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli idi. Kollegiya qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətlərinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)11205/2019 saylı qətnaməsi ləğv edilsin və iş ye nidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1209/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1209/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver