Məhkəmə qərarları › İş №2(102)-1211/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1211/2022

19.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1211/2022 19.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2509/2021 nömrəli, 28 sentyabr 2021ci il tarixli qətnaməsindən cavabdeh Bayramova (Dadaşova) Gülyaz Hacağa qızı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızına qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəvai küçəsi, 4-cü döngə, 12 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 nömrəli, 26 may 2021-ci il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-25092021 nömrəli, 28 sentyabr 2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2935/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızı (Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişd ir. Kassasiya şikayəti MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-nin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, Mənzil Məcəlləsinin 30.4-cü, Mülki Məcəllənin 180.1, 180.2-ci, Tikinti və Şəhərsalma Məclləsinin 3.0.20-ci, Mülki prosessual Məcəllənin 9, 76, 77, 78, 88 və 185.2-ci maddələrinin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə ki fayətlənmiş, şikayətdə iddiaçının və cavabdehin birinci instansiya məhkəməsində verdikləri izahatların məzmunu göstərilmiş bununla da kassasiya şikayətinin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, ha zırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-in 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və MPM-nin 407.1, 408.1.1 və 408.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dadaşova (Bayramova) Gülyaz Hacağa qızının Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2509/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəb ul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar