Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1212/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Əliyev Əzizağa Əbil oğlu, cavabdeh x2-nin vəkili Dünyamalılı İradə Şəms qızı, cavabdeh x3, onun və üçüncü şəxsin vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər x2, x3 və üçüncü şəxs x4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 27 f evral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi ilə (yanlışlığın aradan qaldırılması barədə 01.10.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) ilk iddianın təmin edilməsi, 71 saylı mənzilə dair MMC ilə x3 arasında 11.05.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, x3nın 71 saylı mənzildən çıxarılaraq, həmin mənzilin x1 təhvil verilməsi; 14 saylı mənzilə dair MMC ilə x5 arasında 08.10.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilə dair MMC ilə x4 arasında 26.07.2013-cü il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, 14 saylı mənzilin boşaldılaraq x1 təhvil verilməsi, qarşılıqlı və müstəqil iddiaların rədd edilməsi qət edilmi şdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşad Şamayev) 28 dekabr 2018-cu il tarixli qətnaməsi ilə x2, x3 və x4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 28 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai rayon məhkəməsinin eyni tarixdə qəbul etdiyi xüsusi qərardadla mülki işə məhkəmə baxışı zamanı MMC-nin vəzifəli şəxslərinin hərəkətlərində dələduzluq (Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan) və vəzifə saxtakarlığı (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayətlərinin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikası Baş Prokuroru na xəbər verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 01 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən, məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, 2(102)-4503/2019 saylı mülki iş) hazırki iş üzrə Cavabdeh x2 və üçüncü şəxs x4 kassasiya şikayətləri qismən, cavabdeh x3 kassasiya şikayəti tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12257/2018 nömrəli iş üzrə 28 dekabr 2018-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), A.Hüseynov və A.İmanov, 2(103)11172/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Mə hkəməsinin 28 avqust 2018-ci il tarixli qətnamə (yanlışlığın aradan qaldırılması barədə 01.10.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1, ilk iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Xətai rayon məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında x2 tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 155,6 kvadrat metr olan 3 otaqlı 71 saylı mənzilə dair MMC ilə x3 arasında bağlanılmış 11.05.2009-cu il tarixli Müqavilənin etibarsız hesab edilməsi, x3nın 71 saylı mənzildən çıxarılması, 71 saylı mənzilin ona (iddiaçıya) təhvil verilməsi, x2 ilə x5 arasında ünvan 1 ünvanında MMC tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sah əsi 191,4 kvadrat metr olan 4 otaqlı 14 saylı mənzilə dair bağlanmış 08.10.2008-ci il tarixli Müqavilənin etibarsız hesab edilməsi, eyni zamanda 14 saylı mənzilə dair MMC ilə x4 arasında bağlanılmış 26.07.2013-cü il tarixli Müqavilənin etibarsız hesab olunması, 14 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh x3 x2-yə və ilk iddia üzrə iddiaçı x1a qarşı qarşılıqlı iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət edərək x1 ilə x2 arasında 71 saylı mənzilə dair bağlanmış 10.08.2009-cu il tarixli “Müqavilənin” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs x4 x2-yə və x1a qarşı müstəqil iddia ilə məhkəməyə müraciət edərək x1 ilə MMC arasında 14 saylı mənzilə dair bağl anmış 10.08.2009-cu il tarixli Müqaviləni etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, x1 iddiasının rədd edilməsini, x3nın və x4nun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdeh x3 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, x3na aid hissədə ləğv edilməsini, iddiaçı x1 iddiasının rədd edilməsini, x3nın qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Üçüncü şəxs x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, üçüncü şəxs x4 aid hissədə ləğv edilməsini, iddiaçı x1 iddiasının qismən, x4 aid hissədə rədd edilməsi, üçüncü şəxs x4nun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası nın iclasında cavabdeh x2-nin vəkili Dünyamalılı İradə Şəms qızı, cavabdeh x3, onun və üçüncü şəxsin vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətlərini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əliyev Əzizağa Əbil oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya i nstansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. x1 iddiasının təmin edilməsi, qarşılıqlı və müstəqil iddiaların rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı x1 MMC arasında mübahisəli mənzillərə dair 10.08.2009-cu il tarixdə müqavilələr bağlanmış, lakin sonradan x1 iştirakı olmadan, ona məxsus qeyd edilən mənzillərə dair MMC ilə x3, x5 və x4 arasında əvvəlki və sonrakı tarixlərə tarixlərə müqavilələr bağlanmışdır. Mübahisəli mənzillər x1 məxsus olmuşdur və onunla bağlanmış müqavilələr ləğv edilmədən MMC ilə digər şəxslər arasında əvvəlki tarixlərə olsa belə x1 iradə ifa dəsi olmadan qeyd edilən müqavilələr bağlana bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi, x4 münasibətdə dəyişdirilmədən saxlanılmalı, qətnamə x3na münasibətdə ləğv edilməklə iş x3ya münasibətdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən qətnamə T.Əhmədova münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, x5 14.07.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə aşağıdakı məzmunda ifadə vermişdir: «… 08.10.2008-ci il tarixdə mənimlə x2 arasında müqavilə bağlandı. Şirkətin adından səlahiyyətli şəxs kimi müqaviləyə direktor x6 imza edərək şirkətin möhürünu vurdu. xxxx qismində isə mən imza etdim. Müqavilə imzalanaraq möhür vurulduqdan sonra mən üzərimdə gətirdiyim 114840 manat pulu sayaraq nağd şəkildə x6a verdim. Həmçinin x6 mənə 114.840 manat pulun MMC-yə ödənilməsi barədə kassa mədaxil qəbzini verdi… 2008-ci ildən 2013-cü ilədək binada tikinti işləri zəif aparıldığından 2013-cü ildə mənzilimi satmaq qərarına gəldim… 2013-cü il tarixdə x6 mənimlə əlaqə saxlayaraq səhv etmirəmsə x4 adlı şəxsin mənim mənzilimi 100000 manat dəyərində almaq istədiyini, bunun üçün də MMC-nin ofisinə gəlməyimi bildirdi. Mən əslində mənzili 114.840 manata almağıma baxmayaraq 100000 manata satmağa qərar verdim. Bundan sonra 2013-cü ildə x2 tərəfindən verilmiş müqavilənin əslini də götürərək ofisə getdim. Ofisdə x6la görüşdüm. Hə min vaxt x4 adlı şəxs də orada idi. Bundan sonra mən 08 oktyabr 2008-cü il tarixdə aldığım mənzilin x4 (soyadını unutmuşam) adlı şəxsin adına rəsmiləşdirilməsi, mənzildən imtina etməyim barədə ərizə yazdım. Daha sonra x4 100000 manat pulu ofisdə mənə verdi. Mən pulu sayıb götürdüm və ərizəni, 08 oktyabr 2008-cü il tarixli müqavilənin, qəbzin əsllərini MMCnin direktoru x6a verdim. Bundan sonra ofisdən çıxıb getdim. Bundan sonrasından isə mənim məlumatım olmamışdır. Əlavə olaraq bildirirəm ki, mənzilə görə məndə MMC-nin müqaviləsi, qəbzi və sair sənədlər qalmamışdır, mən mənzili satarkən bütün sənədləri MMC-nin ofisinə təhvil vermişəm…» Göründüyü kimi, x5 ifadəsində aşkar şəkildə həm 08.10.2008-ci il tarixli müqaviləni şəxsən və məhz həmin tarixdə imzaladığını, həm də 26.07.2013-cü il tarixd ə (ifadəsindən belə aydın olur) imtina ərizəsi yazaraq, müqavilə və xxxxnı MMCyə təhvil verib, x4dan 100000 manat alaraq mənzili sonuncuya satdığını göstərmişdir. x5 ifadəsində 08.10.2008-ci il tarixli müqaviləni sonradan imzalaması, mənzili başqa şəxs vasitəsi ilə satması və buna uyğun başqa məzmunda ifadə verməmişdir. Halbuki, iş materiallarında olan “sərhəddən keçmə barədə məlumatlardan” görünür ki, S.Şıxaliyev 14 saylı mənzilə dair onunla MMC arasında müqavilə bağlanan 08.10.2008ci il tarixdə Azərbaycan Respublikasında olmamışdır. Belə ki, həmin məlumatlara əsasən, x5 13.09.2008-ci il tarixdə “Bakı-Tümen” sərnişin qatarı ilə ölkədən çıxış etmiş, 16.11.2008-ci il tarixdə isə əks istiqamətli sərnişin qatarı ilə ölkəyə girişi qeydə alınmışdır. Göstərilən tarixlər arasında x5in ölkəyə hər hansı girişçıxışı müəyyən olunmamışdır. Həmçinin, 14 saylı mənzil x4a satıldığı tarixdə, yəni 26.07.2013-cü ildə də S.Şıxaliyev Azərbaycanda olmamış, o, 01.07.2013-cü ildə Şıxlı sərhəd-keçid məntəqəsindən keçməklə ölkəni tərk etmiş və yalnız 27.07.2013-cü il tarixdə həmin sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəyə qayıtmışdır (iş v. 138-139). Göründüyü kimi, 14 saylı mənzillə bağlı «sonradan bəyənmə» halları istisna olunur və həmin mübahisəyə Mülki Məcəllənin 357-ci maddəsinin tətbiqi yolverilməzdir. Belə ki, həmin norma bağlanmış etibarsız əqddin sonradan səlahiyyətli şəxs tərəfindən bəyənilməsi nəticəsində əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malik olmasını ehtiva edir. Sonradan verilən razılığın (bəyənmənin) mahiyyəti ondan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd hü quqi qüvvəyə minir. Bəyənmə əqdin zəruri elementi kimi tərəflər üçün hüquq və nəticələr doğurur. Hazırki işdə isə x5 qətiyyətlə 08.10.2008-ci il tarixli müqavilənin məhz həmin tarixdə və məhz onun özü tərəfindən bağlandığını bildirir ki, bu da bir tərəfdən faktiki və fiziki cəhətdən mümkün deyil, digər tərəfdən isə Mülki Məcəllənin 357-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır. Deməli, həmin müqavilə əhəmiyyətsiz əqddir. Məhkəmə kollegiyası qeyd edir ki, 08.10.2008-ci il tarixli müqaviləni həmin müqavilənin tərəfləri mübahisələndirməsələr də, həmin əqd əhəmiyyətsiz olduğu üçün məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Müqavilənin ləğvindən fərqli olaraq, onun etibarsız hesab edilməsi barədə mübahisəni həm də müqavilə tərəfi olmayan, lakin həmin müqavilə ilə hüquq və vəzifələrinə toxunulan şəxs (şəxslər) də aça bilər. Ona görə də müqavilənin tərəfləri olan MMC ilə x5 arasında bu halla bağlı hər hansı etirazın olub-olmamasının, əqdi hər iki tərəfin bəyənib-bəyənməməsinin, habelə müqavilə üzrə hər hansı ödəniş edilibedilməməsinin hazırki iş üçün heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, 14 saylı mənzilə dair MMC ilə iddiaçı x1 arasında 26.03.2018-ci il tarixdə «Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə» 310 saylı müqavilə bağlanmışdır. «Müqavilənin predmeti» adlanan 1- ci bənddən görünür ki, tərəflər arasında bağlanmış həmin müqavilənin predmetini MMCnin 10.08.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 191,4 kv.m olan 14 saylı mənzili t ikinti normalarına uyğun şəkildə iddiaçıya təhvil verməsi təşkil edir. Bundan başqa, 26.03.2018-ci il tarixli 310 nömrəli kassa mədaxil orderinin qəbzi ilə müəyyən olunur ki, iddiaçı 14 saylı mənzildə quraşdırılmış sayğaclara görə (işıq, qaz, su və siqnalizasiya) MMC-yə 1.200 manat məbləğində ödəniş etmişdir. Kollegiya hesab edir ki, 14 saylı mənzil mübahisəli olsaydı MMC iddiaçı ilə həmin məzmunda müqavilə bağlamaz, eləcə də sayğaclara görə iddiaçıdan 1.200 manat ödəniş tələb edib almazdı. Bu hal bir daha onu göstərir ki, 14 saylı mənzi mübahisəli olmamış və yalnız iddiaçı x1 hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra həmin mənzilə dair x5 və x4un adına tərtib olunmuş müqavilələr ortaya atılmışdır. Təsadüfi deyildir ki, MMCnin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarıl mışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, x1la MMC arasında mübahisəli mənzillərə dair 10.08.2009-cu ildə müqavilələr bağlanmışdır. Lakin sonradan x1 iştirakı olmadan, ona məxsus qeyd edilən mənzillərə dair MMC ilə x3, x5 və x4 arasında əvvəlki və sonrakı tarixlərlə müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1.). Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə al ındığı andan əmələ gəlir (maddə 178.2.). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (maddə 178.8.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, x4 adına müqavilə bağlanmış mənzil x1 məxsus olmuş, onunla müqavilə ləğv edilmədən MMC-nin həmin mənzilə dair x5 və x4 x1 iradə ifadəsi olmadan müqavilə bağlamağa səlahiyyəti olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi x4 kassasiya şikayətinə münasibətdə qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini x3ya münasibətdə aşağıda göstərilənlərə əsasən ləğv etməyi əsaslı hesab edir. İş materiallarından görünür ki, 71 saylı mübahisəli mənzillə əlaqədar x3 göstərmişdir ki, onunla MMCarasında 71 saylı mənzilə dair müqavilə 11.05.2009-cu il tarixdə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xxxx olan MMC 71 saylı mənzili xxxx olan ona təhvil verməlidir. Müqavilənin 2.2.1 -ci bəndinin tələbinə əsasən o, mənzilin hər bir kv.metri üçün 1.038 manat olmaqla, ümumi olaraq 161.500 manat mə bləğində pulu MMC-yə ödəməlidir. Həmin məbləği MMC-yə ödəmişdir. MMC tərəfindən verilmiş “Maliyyə arayışf’ndan da görünür ki, mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Müqavilə və “xxxx” MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, qanuni əsaslarla ona satılmış mənzil MMC-nin keçmiş direktoru x6 tərəfindən x1 satılmışdır. Mənzil onun mülkiyyətində ola-ola, həmin mənzilin başqa bir şəxsə satılması qanunsuz və əsassızdır, mülki qanunvericiliyin tələblərinə ziddir. x1 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə bir neçə əsas nəzərdə tutulmuşdur. Həmin müqavilənin bağlanması ilə onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mübahisəli mənzil onun mülkiyyətindədir, o, həmin mənzili təmir etdirmiş və uzun müddətdir ki, həmin mənzildə yaşayır. İş materiallarında olan “xxxx” olan MMC ilə “xxxx” olan x1 arasında bağlanmış 10.08.2009-cu il tarixli müqavilədən görünür ki, MMC 71 nömrəli mənzili x1 verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 168.048 manat məbləğində müəyyən edilmişdir. MMC tərəfindən verilmiş “xxxxndan” görünür ki, 71 saylı mənzilin dəyəri x1 tərəfindən MMC-yə tam ödənmişdir və onun MMC-yə borcu yoxdur. “xxxx” olan MMC ilə “xxxx” olan x1 arasında bağlanmış 10.08.2009-cu il tarixli müqavilədən görünür ki, MMC 14 nömrəli mənzili x1 verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 183.744 manat məbləğində müəyyən edilmişdir. MMC tərəfindən verilmiş “xxxxndan” görünür ki, 14 saylı mənzilin dəyəri x1 tərəfi ndən tam ödənmişdir və onun MMC-yə borcu yoxdur. MMC ilə x1 arasında 26.03.2018-ci il tarixdə bağlanmış 310 saylı “xxxx” görünür ki, MMC x1 10.08.2009-cu il tarixli müqaviləyə əsasən satdığı 14 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil vermişdir. MMC tərəfindən verilmiş 26.03.2018-ci il tarixli “Kassa mədaxil orderindən” görünür ki, 14 saylı mənzildə quraşdırılmış sayğaclara və siqnalizasiyaya görə 1.200 manat məbləğində pul x1 tərəfindən MMC-ya ödənilmişdir. “xxxx” olan MMC ilə “xxxx” olan x3 arasında bağlanmış 11.05.2009-cu il tarixli müqavilədən görünür ki, MMC 71 saylı mənzili xxxxya verməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə mənzilin dəyəri 161.500 ABŞ dolları məbləğində müəyyən edilmiş, xxxx həmin məbləğdən 127.500 ABŞ dollarını xxxxya əvvəlcədən ödəyir, qalan 34.000 ABŞ dollarını isə 11.12.2015-ci il tarixədək tam ödəməyi öz öhdəsinə götürür. MMC tərəfindən verilmiş 09.08.2016-cı il tarixli “xxxxndan” görünür ki, 71 saylı mənzilin dəyəri x3 tərəfindən MMC-yə tam ödənilmişdir və onun MMC-yə borcu yoxdur. MMC tərəfindən verilmiş 09.08.2016-cı il tarixli “Kassa mədaxil orderindən” görünür ki, x3 tərəfindən 71 saylı mənzilə görə 10.000 manat məbləğində pay ödənişi ödənilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 01 iyul 2009-cu il tarixli qərarı ilə hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyası işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi yenidən işə baxarkən x3ya münasibətdə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl etməmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanında x2 tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 191,4 kv/m olan 4 otaqlı 14 saylı və eyni binanın 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 155,6 kv/m olan 3 otaqlı 71 saylı mənzillərə dair x2 həm iddiaçı, həm də cavabdeh x3 ilə müqavilə bağlanmışdır. İş materiallarından göründüyü kimi x3 ilə müqavilə 2009-cu ilin may ayında, x1la isə müqavilə 2009-cu ilin may ayında, x1la isə müqavilə 2009-cu ilin avqust ayında bağlanmışdır. Apellyasiya instansiy ası məhkəməsi heç bir mötəbər sübut olmadan belə nəticəyə gəlmişdir ki, x3 ilə müqaviə sonradan əvvəlki tarixə bağlanmışdır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, hazırki işdə məhkəmənin müəyyən etməli olduğu məsələlər, ilk növbədə mənzillərin kimin mülkiyyətinə verilməsi, daha sonra mənzillərlə bağlı daha əvvəl kiminlə müqavilə bağlanmasıdır. Əgər həmin halları müəyyən etmək mümkün deyildirsə, mənzillə əlaqədar kimi birinci olaraq iddia irəli sürməsi işin nəticəsi üçün əhəmiyyət kəsb edir. Mübahisəli 71 saylı mənzillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasyia məhkəməsinin müəyyən etdiyi hallara görə MMC cavabdeh x3 ilə ilkin olaraq binanın 5-ci mərtəbəsində yerləşən 17 saylı mənzilə dair müqavilə bağlamış, lakin sonradan müqavilə 71 saylı mənzil üzrə 11 may 2009-cu il tarixə rəsmiləşdirilmişdir. 71 saylı mənzil x3nın mülkiyyətinə təhvil verilmiş, sonuncu həmin mənzili təmir etdirməklə yaşamağa başlamışdır. Həmin mənzilə dair iddiaçı x1 arasında müqavilə isə 10.08.2009-cu il tarixdə bağlanmışdır. Apellyasyia məhkəməsinin müəyyən etdiyi hallardan ay dın olur ki, Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən şərtlərdən birincisi cavabdeh x3 münasibətdə müəyyən edilmişdir, yəni mənzil onun mülkiyyətinə verilmişdir. Belə olan halda Mülki Məcəllənin 452.1-ci maddəsinin tələblərinə görə 71 saylı mənzilə dair digər şəxslərin tələbləri əsaslı ola bilməz. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını, x3nın mübahisəli mənzili təmir etməklə orada yaşamasını, onunla mənzilə işıq, su, qaz verilməsinə dair aidiyyatı təşkilarlarla müqavilə bağlanmasını, x3nın müqaviləsinin x1 müqaviləsindən əvvəl bağlanmasını nəzərə almadan qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi x3ya münasibətdə ləğv edilməli və iş x3ya münasibətdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İş yenidən baxılarkən qərarda göstərlənlərə əməl edilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Əhmədov Tapdıq Əlirza oğlunun kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər x3 və x2-nin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 oktyabr 2019-cu il tarixli qətnaməsi x3na münasibətdə ləğv edilsin. İş x3ya münasibətdə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qətnamə x4na münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1212/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1212/2020
27.02.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver