Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1212/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2575/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(011)8343/2021 nömrəli qətnaməsi ilə, İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, 2945-ci məhəllə, 82 nömrəli mənzildən cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 əşyaları ilə birlikdə çıxarılmaları barədə iddiası təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
2. Cavabdeh6 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 aprel 2022-ci il tarixli, 2(103)2575/ 2022 nömrəli qətnaməsi ilə (hakimlər - Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh6 həmin qətnamədən kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2575/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) kassasiya şikayəti qaytarılmışdır.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Cavabdeh6 apellyasiya icraatından məlumatlı olmuş, onun ünvanına göndərilən məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza atmaqla qəbul etmiş (iş v.198), yekun məhkəmə aktının elan olunduğu məhkəmə iclasında şəxsən iştirak etmişdir. Qətnamənin surəti isə 13 aprel 2022-ci il tarixli reyestrlə Cavabdeh6 ünvanına (işdə olan, eləcə də apellyasiya şikayətində yazışmaların aparılmasını istədiyi ünvanına - ünvan 1lmişdir. Cavabdeh6 tərəfindən onun ünvanının dəyişməsi barədə məhkəməyə hər hansı müraciət olunmamışdır. Qanunla müəyyən olunmuş müddət ərzində kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almış və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Cavabdeh isə kassasiya şikayəti ilə uzun müddət sonra - 8 dekabr 2023-cü il tarixdə (1 il 7 ay keçdikdən sonra) məhkəməyə müraciət etmişdir. Həmçinin, icra sənədinin qeydə alınması barədə “El ektron icra” sistemindən çıxarışa əsasən qətnamə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən icraya yönəldilmiş, icra sənədi Bakı şəhər Xətai rayon İcra şöbəsi tərəfindən e3253/2022-1-0 nömrə ilə qeydə alınmış (iş v.172), xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur (iş v.215). Bundan başqa, Cavabdeh6 Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişini xx.xx.2022-ci il tarixdə sənədin kötüyünə şəxsən imza etməklə qəbul etmişdir. Kassasiya şikayəti isə uzun müddət sonra (təqribən 1 il yarımdan çox müddət keçdikdən sonra) verilmişdir. Göründüyü kimi, Cavabdeh6 istər apellyasiya icraatından, istər qətnamə elan olunan zamanı, istərsə də, qətnamə çıxarıldıqdan sonra icra icraatı zamanı bundan məlumatlı olmuş, lakin uzun müddət hərəkətsizlik etmiş, qətnamənin əldə olunması istiqamətində dərhal (ağlabatan müddətdə) hərəkət etməmişdir.
7. Göründüyü kimi, hazırkı kassasiya şikayəti qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə məhkəməyə daxil olmuş, lakin şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə olunmamışdır.
8. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, həmçinin qanunvericliklə müəyyən olunmuş məbləğdən az, yəni 5 manat dövlət rüsumu ödənilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh6 (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin icraata qəbul o lunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olduğu iddiaya birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixdən baxaraq qətnamə çıxartsa da, dövlət rüsumu haqqında qanun qüvvəyə minənə qədər qeyd edilən iddia məhkəməyə verildiyinə görə rüsumun məbləği 10 manat olmuş, bu hal öz əksini qeyd edilən qətnamədə tapmışdır. Ona görə də, o həm apellyasiya məhkəməsində, həmdə kassasiya şikayəti verərkən həmin məbləğin 50 faizi miqdarında – yəni, 5 manat rüsum ödəmişdir. Bundan əlavə, kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 2 aylıq prosessual müddət qətnamə rəsmi surətdə alındıqdan sonra başlanır. Qətnamə 13 aprel 2022-ci il tarixli reyestrlə onun ünvanına göndərilmiş, lakin həmin ünvanda yaşamadığı na dair məlumatla geri qaytarılmışdır. Məhkəmə isə onun yaşayış yerini güya dəyişdirməsi barədə məlumat vermədiyini əsas kimi götürmüşdür. Halbuki, qeyd edilən ünvan mübahisəli ünvan 2 saylı mənzildir və iddia ərizəsində də onun və digər cavabdehlərin həmin mənzildən çıxarılması tələb olunmuşdur. Belə olan halda, onun yaşayış yerini dəyişməsi haqqında məhkəmənin mülahizəsi absurddur. O həmin ünvanı heç vaxt dəyişməmiş və bu günədək də həmin ünvanda yaşayır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 13 0.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Hazırkı kassasiya şikayətində qərardad Cavabdeh6 tərəfində n tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin dövlət rüsumu və şikayətin məzmunu ilə bağlı mövqeləri ilə razılaşmasa da, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddətin ötürülməklə verilməsinə görə qaytarılması əsaslı olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh6 a pellyasiya icraatından məlumatlı olmuş, onun ünvanına göndərilən məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza atmaqla qəbul etmiş, yekun məhkəmə aktının elan olunduğu məhkəmə iclasında şəxsən iştirak etmişdir. Qətnamənin surəti isə 13 aprel 2022-ci il tarixli reyestrlə Cavabdeh6 ünvanına (işdə olan, eləcə də apellyasiya şikayətində yazışmaların aparılmasını istədiyi ünvanına - ünvan 1lmişdir. Cavabdeh6 tərəfindən onun ünvanının dəyişməsi barədə məhkəməyə hər hansı müraciət olunmamışdır.
22. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, Cavabdeh6 Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişini xx.xx.2022-ci il tarixdə sənədin kötüyünə şəxsən imza etməklə qəbul etmişdir. Kassasiya şikayəti isə uzun müddət sonra (təqribən 1 il yarımdan çox müddə t keçdikdən sonra) verilmişdir. Cavabdeh6 istər apellyasiya icraatından, istər qətnamə elan olunan zamanı, istərsə də, qətnamə çıxarıldıqdan sonra icra icraatı zamanı bundan məlumatlı olmuş, lakin uzun müddət hərəkətsizlik etmiş, qətnamənin əldə olunması istiqamətində dərhal (ağlabatan müddətdə) hərəkət etməmişdir.
23. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
24. Beləliklə, kassasiya şikayətinin müddətin keçməsinə görə qaytarılması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı olduğundan, əlavə halların ar aşdırılmasına prosessual qənaət prinsipi baxımından gərək qalmır və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
25. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2575/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.