Məhkəmə qərarları › İş №2(102)-1212/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1212/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1212/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)1035/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" İKB (hazırkı Cavabdeh ASC) tərəfindən İddiaçı istehlak məqsədilə 60 ay müddətinə, illik 25 faiz olmaqla 46.000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsindən yaranmış öhdəliyin təmin üsulu kimi İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 11 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı "xxxx" İKB-nin xeyrinə 35.305 manat əsas borcun və dövlə t rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzinin tutulması, tələbin İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kv.m ümumi, 100,6 kv.m yaşayış, 95,8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 221.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı "xxxx" İKB-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçıya olan bor cu tam ödənildikdən sonra vəsaitin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nin apellyasiya şikayəti və cavabdehlər İddiaçı və Nümayəndə1 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi – “cavabdeh İddiaçı "xxxx" İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcu tutulsun” hissəsində dəyişdirilmiş, əsas kredit borcu 27.779,24 manat məbləğində müəyyən edilmiş, qətnamə – “cavabdeh İddiaçı dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmi ş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı "xxxx" İKB-yə ödənilsin, tələb cavabdehlər İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196,4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin ev 221.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına İddiaçı "xxxx" İKB-yə olan borcu ödənilsin, ipoteka predmeti açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdeh İddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi cavabdeh İddiaçı qaytarılsın və iddia qalan hissədə təmin edilməsin” hissəsində d əyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmişdir. 7. “X1 Mərkəzi” MMC tərəfindən ipoteka predmetinin satılması ilə bağlı hərrac 07 aprel 2021-ci il tarixə, həmin baş tutmadığı üçün təkrar hərrac 28 aprel 2021-ci il tarixə təyin edilmiş və hərrac təşkilatının tələbkar Cavabdeh ASC-yə ünvanlanladığı 30 aprel 2021-ci il tarixli bildirişlə ASC-yə kredit borcu olan şəxsin əmlakının keçirilən hərraclar zamanı satılmadığı barədə məlumat verilmiş, əmlakın 140888 manata alınması üçün müqavilə bağlanılmas ı təklif edilmiş, 03 iyun 2021-ci il tarixədək əmlakı almadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı bildirilmişdir.

8. Cavabdeh ASC 20 may 2021-ci il tarixli məktubla ipoteka predmetini qəbul edilməsinə razılığını bildirsə də, müddət başa çatana kimi heç bir hüquqi hərəkət etməmişdir. 9. “X1 Mərkəzi” MMC-nin 11 iyun 2021-ci il tarixli məktubu ilə iş icra şöbəsinə qaytarılmışdır.

10. İcra məmurunun 06 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli icra sənədi apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2014-cü il tarixli 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi) yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia belə əsaslandırılmışdır ki, 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi icraya yönəldilmiş, icra vərəqəsi icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş, 15 mart 2021 və 07 aprel.2021-ci il tarixlərdə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, tələbkar onu əldə etməmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinə icra məmuru 06 fevral 2023-cu il tarixli qərarı ilə icra vərəqəsini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3cü və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.

13. Cavabdeh ASC birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, “X1 Mərkəzi” MMC-nin hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi barədə 30 aprel 2021-ci il tarixdə Cavabdeh ASC-yə məktub göndərilmiş, həmin təklif məktubuna cavab olaraq ban k, 20 may 2021-ci il tarixli məktub ilə ipoteka predmetinin əldə edilməsi ilə İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin - 140888 manat olmaqla qısa müddət ərzində yuxanda göstərilən əmlakın balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. Lakin, bundan sonra MMC əmlakın balansa götürülməsi ilə bağlı sənədlərin hazırlanması barədə Bankın məktubuna cavab verməmişdir. Sonradan məlum olmuşdur ki, 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilmədiyinə görə hərrac təşkilatı sənədlər toplusunu 07 fevral 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmış və bu barədə banka heç bir rəsmi məlumat verilməmişdir. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ip oteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Bank ipoteka ilə yüklü edilmiş əmlakın balansa götürülməsinə razılıq bildirilmiş, lakin hərrac təşkilatı sənədlərin hazırlanıb protokolun imzalanmasından qəsdən yayınmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, 2(004)4637/2023 nömrəli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilmiş, Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə İddiaçı arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-10263-14 saylı ipot eka müqaviləsinə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır.

16. Məhkəmə qe yd etmişdir ki, ipoteka saxlayan ipoteka razılığını bildirsə də, heç bir hüquqi hərəkət etməmiş, predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. Beləliklə, ipoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən ipoteka qoyanın daşınmaz əmlakın ipotekasına xitam verilməsi barədə iddiası əsaslı hesab edilməlidir.

17. Məhkəmə iddia tələbinin 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir.

18. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə borcun tutulması və həmin tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.

19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ipoteka müqaviləsinin bağlanılmasına əsas olmuş kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli, 11G-1-0-263-14 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Qeyd olunanlara əsasən ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.

20. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 43.3, 43.4, 43.5, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli Qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Cavabdeh ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət barədə 30 aprel 2021-ci il tarixdə banka təklif məktubu gönd ərilmiş, bank öz növbəsində təklif məktubuna cavab olaraq KBD-8420 saylı 20 may 2021-ci il tarixli məktub ilə ipoteka predmetinin əldə edilməsi ilə bağlı razılığını bildirmiş və müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. Bundan sonra, hərrac təşkilatı sənədləri icra etməyərək icra şöbəsinə geri qaytarmışdır. Cavabdeh ASC “X1 Mərkəzi” MMC-yə qarşı hərrac yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin hərrac təşkilatına həvalə edilməsinə dair iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan halda bank vəsatət ilə məhkəməyə müraciət edərək hazırkı işin icraatının Bakı Kommersiya Məhkəməsindəki işə baxılıb yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. Lakin vəsatət təmin edilməmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-1035/2024 nömrəli qətnaməsi ilə (hakim V.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Mərdanova və S.Bəhrəmzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş qətnamə ilə ipoteka predmetinə tutma yönəldilməsi müəyyən edilmişdir. İcra şöbəsi tərəfindən hərracın təşkil edilməsi “X1 Mərkəzi” MMC-yə sifariş edilmişdir. MMC tərəfindən təşkil edilmiş hərraclar baş tutmadığından ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə 30 aprel 2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan Cavabdeh ASC-yə 140888 manata təklif edilmişdir. 20 may 2021-ci il tarixli məktubla “İpoteka haqında” Qanuna müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmiş, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. 11 iyun 2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra icra şöbəsi tərəfindən 11 noyabr 2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

25. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı Cavabdeh ASC cavabdeh “X1 Mərkəzi” (“X2”) MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqısatqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması tələbinə dair” iddia qaldırmış, Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 22(113)-418/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qü vvəsini almışdır.

26. Göründüyü kimi, ipoteka saxlayan ipoteka razılığını bildirsə də, heç bir hüquqi hərəkət etməmiş, ipoteka predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. İpoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən məhkəmə haqlı olaraq ipoteka predmeti olan daşınmaz əmlakın ipotekasına xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi qənaətinə gəlmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini “İpoteka haqqında” Qanununun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) 43.1, 43.5, 43.6, 43.7, 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 20 14-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

28. Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-1035/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 442-ci, “İpoteka haqqında” Qanunun 34.1.1-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

30. Belə ki, borclu 11 iyun 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Bank ipoteka ilə yüklü edilmiş əmlakın balansa götürülməsinə razılıq bildirilmiş, lakin hərrac təşkilatı sənədlərin hazırlanıb protokolun imzalanmasından qəsdən yayınmışdır.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansi ya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 36. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifay ət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayan ın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sü butlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Hazırkı kassasiya şikayətinin dəlilləri ipoteka predmetinin təkrar hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka saxlayanın əmlakı həmin hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına razılıq verməsin in “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiqini istisna etməsindən ibarətdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin icraatında olan işlər üzrə fərqli hüquqi yanaşmalar olduğu üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 dekabr 2022-ci il tarixli qərardad qəbul edilmişdir.

42. Həmin Qərardada əsasən: - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günün sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. - İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. - “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətd ir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.

43. Qərardadda Ali Məhkəmənin tərkibi ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə qaydası ilə bağlı qeyd etmişdir ki, qanunverici hərracdan əmlakın əldə edilməsinin əsas qaydası kimi hərracın nəticələrinə dair müqavilə qüvvəli yekun protokolun imzalanmasını nəzərdə tutmuşdur. Belə ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qanunverici “İpoteka h aqqında” Qanunun 42.6-cı maddəsi ilə ipoteka predmetinin hərracdan əldə edilməsi üçün də eyni qaydanı müəyyən etmişdir. Xüsusi ilə vurğulanmalıdır ki, hərracdan ipoteka predmeti olan və yaxud olmayan əmlakın əldə edilməsi qaydası qanunvericilikdə aydın şəkildə tənzimlənsə də, “İpoteka haqqında” Qanunun ilkin redaksiyasında ipoteka saxlayanın təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka predmetini əldə etməsi qaydası müəyyən edilməmişdir. Lakin sonradan həmin qanuna edilmiş dəyişikliklə belə əldə etmə də əmlakın hərracdan əldə edilməsinə dair müəyyən edilmiş ümumi qaydaya uyğun nizamlanmışdır. Belə ki, “İpoteka haqqında” Qanuna 2021-ci il 25 may tarixli 327-VİQD nömrəli Qanunla əlavə edilmiş yeni 43.7-1-ci maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka pre dmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayır və bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Əmla kın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mü lkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir.

44. Beləliklə, hazırkı işdə ipoteka saxlayan olan kassator hərrac baş tutmamış elan olunduqdan sonra 30 gün müddətində ipoteka predmetinin əldə edilməsinə dair razılığını bildirsə də, bu razılığın reallaşdırılması istiqamətində tədbirlər görmədiyindən, yəni qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq protokol imzalanmadığından, ipotekaya xitam verilməsi barədə apellyasiya instansiyası m əhkəməsinin qənaəti “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olmuşdur.

45. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qeyd olunan qərardadında həmçinin izah olunmuşdur ki, hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.

46. Hazırkı işdən müəyyən olunur ki, Cavabdeh ASC tərəfindən cavabdeh “X1 Mərkəzi” (“X2”) MMC-yə qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin qoyulması” tələbinə dair iddia ilə məhkəməyə müra ciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 01 may 2024-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı ilə bankın müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

47. Həmin məhkəmə aktlarına görə, hərrac təşkilatının “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi ilə müəyyən olunmuş müddət ərzində protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması müəyyən edilməmişdir.

48. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hə rtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-1035/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar