Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1213/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağladığı halda əmək müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tə rkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)3361/2023 nömrəli və 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5390/2023 nömrəli qətnamələrindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 17 may 2022-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MTK-ya əlavə iş yeri olaraq baş mühasib vəzifəsinə qəbul olunmuşdur.
2. İşçi İddiaçı 11 noyabr 2022-ci il tarixdə işəgötürən Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən 11 dekabr 2022-ci il tarixədək onun “Baş mühasib” vəzifəsindən azad edilməsini xahiş etmişdir.
3. İşçi İddiaçı 14 noyabr 2022-ci il t arixdə təkrarən MTK-ya ərizə ilə müraciət edərək, həmin tarixdən işdən azad edilməsini xahiş etmiş, sənədləri təhvil-təslim etməyə hazır olduğunu, bundan sonrakı proseslərə məsuliyyət daşımayacağını, şirkətin asan imzasını poçt vasitəsilə təqdim etdiyini bildirmişdir. 4. 14 noyabr 2022-ci il tarixli əmək müqaviləsi ilə İddiaçı "xxxx" MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. 5. 11 və 14 noyabr 2022-ci il tarixli ərizələrə 11, 14 və 15 noyabr 2022-ci il tarixlərində cavab verən MTK-nın rəhbərliyi, işçinin şirkət üçün yaratdığı vergi borclarını qaydaya saldırmasını, əks təqdirdə məsuliyyətə cəlb olunacağını, vergi borclarını qaydaya salmağın və vergi orqanı ilə məsələnin həll edilməsinin, hesablanan vergi borcunun geri qaytarılmasının onun vəzifə öhdəliyi olmasını xatırlatmaqla, iş dən çıxarılmağa dair ərizəsini qəbul etməmişdir.
6. Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad edilmişdir. Əmr belə əsaslandırılmışdır ki, İddiaçı vəzifəsindən sui-istifadə edərək, 2019, 2020, 2021ci ilin vergi hesabatlarına artıq məbləğlərdə (əlavə kvadrat yazmaqla) dəqiqləşmə hesabatı verib, şirkətə borc yaratmışdır. Gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırmışdır. Şirkətə məxsus asan imza telefonunu isə kuryerlə göndərmişdir. Ən əsası odur ki, şirkətin üzərinə 422700 manat borc yazdırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cava bdeh MTK tərəfindən qanunsuz verilmiş 28 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, yenidən işə bərpa edilməsi, məcburi iş buraxmağa gora orta aylıq əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, 50 manat mediasiya xərcinin və vəkilə çəkdiyi 2000 manat məbləğində xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin may ayında Cavabdeh MTK-da Baş mühasib vəzifəsində çalışmağa başlamış, ilk vaxtlar rəhbərliklə aralarında heç bir problem yaranmamışdır. Cavabdehin direktoru Tofiq Aslanov bildirmişdir ki, vergi orqanında müəyyən problemləri mövcuddur, lakin, tezliklə bu problemləri həll edəcəklər. X4 öz vəzifə səlahiyyətlərini aşaraq, iddiaçıya qarşı şər və böhtan atması, barəsində əsa ssız olaraq müəyyən qurumlara həqiqəti əks etdirməyən və heç bir təsdiqini tapmayan məlumatlar göndərməsi nəticəsində aralarında müəyyən problemlər yaranmışdır. Belə ki, çalışdığı MTK-da 2021-ci ilin noyabr ayında, yəni, iddiaçının şirkətdə rəsmi olaraq çalışmağa başladığı tarixdən 6 ay əvvəl Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yoxlama keçirilməyə başlanmış, yoxlama nəticəsində Cavabdeh MTK-nın 422700 manat məbləğində vergi borcunun olması müəyyən edilmişdir. Yoxlama müddətində rəhbərliyin tapşırığına əsasən iddiaçı vergi işçisi olan Orxan adlı şəxslə 2 dəfə görüşmüş, yoxlama üçün lazım olan sənədləri ona təqdim etmiş və rəsmi məktub əsasında görüşlərin nəticəsi barədə Tofiq Aslanova məlumat vermişdir. 10 noyabr 2022-ci il tarixdə Tofiq Aslanov tərəfindən vergi orqanının əməkdaşı Orxan Niftəliyev barəsində həqiqəti əks etdirməyən ittihamlara əsaslanan və bütünlüklə şər-böhtandan ibarət olan şikayətlərini onun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiklərini bildirmişlər. Həmin zaman iddiaçı buna etiraz etmiş, ittihamların çox ağır və həqiqəti əks etdirmədiyini, qeyd olunan halların heç birinə şahidlik etmədiyini, sözügedən müraciətə imza edə bilməyəcəyini və işdən çıxmaq istədiyini bildirmişdir. Sonradan qeyd olunan məktub şirkətin adından müvafiq qurumlara göndərilmişdir. Daha sonra, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 11 noyabr 2022-ci il tarixdə direktor Tofiq Aslanova ərizə ilə müraciət etmiş, sonuncu onunla razılaşmış və yerinə başqa mühasib də gətirmişdir. İddiaçı mühasibat işlərinin aparılma qayda sını və görüləcək işləri yeni mühasibə izah etmişdir. 14 noyabr 2022-ci il tarixdə yeni işə götürən - "xxxx" MMC ilə əmək müqaviləsi bağladığından, onunla Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsinə həmin gündən xitam verilməsi barədə təkrar ərizə ilə rəhbərliyə müraciət etmişdir. Lakin, rəhbərlik tərəfindən ona cavab verilmişdir ki, vergi işçisi ilə əlbir olub şirkət üçün 422700,44 manat məbləğində vergi borcu yaratdığına, vəzifə öhdəliklərini yerinə yetirməməklə vergi orqanı ilə məsələni həll etmədiyinə, ona görə də cinayət məsuliyyətinə cəlb olunacağına dair və s. məzmunlu cavablar verilməklə öz ərizəsinə əsasən işdən çıxarılmasından imtina edilmişdir. Qeyd olunanlara baxmayaraq, Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli əmri ilə heç bir əsas mövcud olmadan Əmək Məcəlləsinin 7 0-ci maddəsinin "xxxx" bəndi il əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 14 noyabr 2022-ci il tarixdə başqa işəgötürən ilə əmək müqaviləsi bağlamış və həmin tarixdən də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət etməsinə baxmayaraq Cavabdeh MTK qeyd olunanları nəzərə almamış, yenidən ona şər və böhtan xarakterli məktublar ünvanlamışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)1835/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 384/22 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MTK-da baş mühasib vəzifəsinə bərpa edilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 2019, 2020, 2021-ci illər üzrə vergi hesabatlarına artıq məbləğdə dəqiqləşmə hesabatı verməsi, şirkətə vəzifəsindən sui-istifadə etməklə vergi borcu yaratması hər hansı bir sübutla təsdiq olunmamış, cavabdeh bu barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.
11. Cavabdehin vəkilinin izahatından aydın olmuşdur ki, MTK vergi borcunun müəyyən edilməsinə dair Aktı, yəni vergi orqanının hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iclasında işə baxılarkən MTK üçün vergi borcunun hesablanmasında İddiaçı təqsirli olması, əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini pozması müəyyən edilməmişdir.
12. İddiaçının gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırması barədə əmrdə göstərilənləri də əsaslı hesab etmək olmaz. Belə ki, işçinin barəsində işdən çıxarılmaya dair əmr verilmədən, ondan təhvil-təslim edilməsinin tələb olunması əsaslı deyildir. Hansı ki, iddiaçı 14 noyabr 2022-ci il tarixli ərizəsində əmr verilərkən təhvil-təslim etməyə hazır olduğunu MTK-nın sədrinə bildirmişdir. Eləcə də, 28 noyabr 2022-ci il tarixli əmrdən sonra da iddiaçıdan təhvil-təslim etməsi tələb olunmamış, onun hesabında hər hansı bir mal- material və yaxud təhvil veriləsi hər hansı bir sənəd qalması göstərilməmişdir. Ona görə də məhkəmə təhvil-təslim etməkdən imtina barədə əmrdə göstərilənləri əsaslı hesab etməmiş və nəticəyə gəlmişdir ki, bu halda da işçi tərəfindən əmək müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklər pozulmamışdır.
13. Əmrin digər hissəsi nə, yəni asan imzanın kuryerlə göndərilməklə şirkətin kommersiya sirrinin pozulmasına istinad edən cavabdeh idarə, konkret olaraq hansı sirrin pozulmasını əsaslandırmamış, bu hərəkətə görə ona ziyan dəyməsini göstərə bilməmişdir. Yəni, asan imza kuryer vasitəsi ilə göndərilmiş və cavabdeh idarə tərəfindən qəbul edilmişdir. Həmin hərəkətləri ilə iddiaçının əmək müqaviləsi ilə şərtləşdirilmiş hansı öhdəliklərini pozması və bunun nəticəsində MTK-ya ziyan vurulması göstərilməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
14. İş materiallarından göründüyü kimi İddiaçı sonuncu iş günü 11 noyabr 2022-ci il tarixdə işə getmiş və növbəti iş günü 14 noyabr 2022-ci il tarixi olduğundan yeni işəgötürənlə bağlamış olduğu əmək müqaviləsinin surətini və asan imza telefonunu kuryerlə şirkətə çatdırmışdır. 15. 28 noyabr 2022-ci il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması konkret göstərilməmişdir. İşçinin 11 noyabr 2022-ci il tarixdən sonra işə çıxmaması, başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla 14 noyabr 2022-ci ildən işdən azad olunması barədə ərizə verməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh idarə verdiyi əmrdə onu üzürlü səbəb olmadan işə gəlməməsinə görə işdən azad etməmiş, bu barədə əmrdə heç nə göstərməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, mübahisənin həllində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilm əz, həmin əmrin genişləndirici təfsiri mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin məzmunundan göründüyü kimi Əmək Məcəlləsinin 10-cu maddəsində, eləcə də, işçi ilə bağlanmış əmək müqaviləsinin şərtlərində vergi orqanlarının yoxlaması nəticəsində müəyyən edilmiş cərimələrin və vergi öhdəliklərinin silinməsi və yaxud sair qaydada aradan qaldırılması iddiaçının vəzifə öhdəliyi kimi nəzərdə tutulmamışdır. İşəgötürən vergi borcunun yaranmasında qanunsuz olaraq iddiaçını təqsirli bilmiş və mövcud olmayan intizam pozuntusuna görə ona intizam tənbehi vermişdir.
17. Həmçinin, iddiaçının MTK-da işə çıxmamasına görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, nəticədə mülkiyyətçiyə hər hansı bir ziyan dəyməsi h alı müəyyən edilməmiş, işəgötürən 28 noyabr 2022-ci il tarixli əmrində bu barədə heç nə göstərməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İş materiallarında olan Cavabdeh MTK-nın işçilərin davamiyyət cədvəlindən görünür ki, iddiaçı həftədə iki gün 2-ci və 5-ci günlər işə çıxmışdır. Eləcə də, əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, 17 noyabr 2022-ci il tarixdə X1 Cavabdeh MTK-da mühasib vəzifəsinə qəbul olunmuş və onunla əsas iş yeri kimi müddətsiz əmək müqaviləsi bağlanmışdır. Yəni MTK işə yeni mühasib qəbul etdiyi üçün İddiaçı işə çıxmaması idarədə işin normal ahənginin pozulmasına səbəb olmamışdır.
18. Cavabdeh idarənin 28 noyabr 2022-ci il tarixli əmrində iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin "xxxx" bəndinə əsasən, yəni heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə işdən azad olunması göstərilməmiş, əmrdə həmin bəndə istinad olunmamışdır. Eləcə də, İddiaçı idarəyə vergi borcu yaratmaqla maddi ziyan vurmasına əsaslanan işəgötürən işdən çıxarmağa dair əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinin heç bir bəndinə istinad etməmişdir.
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan cavabdeh idarənin 28 noyabr 2022ci il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv edilməlidir.
20. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı 14 noyabr 2022-ci il tarixdə Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək digər işəgötürən olan "xxxx" MMC-də baş mühasib vəzifəsinə qəbul olduğunu və onunla bağlanmış əmək müqaviləsinin 14 noyabr 2022-ci ildən ləğv olunmasını xahiş etmişdir. İşdən göründüyü kimi MTK 11 noyabr 2022-ci ildən işə başqa mühasib dəvət etmiş və 17 noyabr 2022-ci ildə həmin şəxslə əmək müqaviləsi bağlamışdır. Yəni İddiaçı mühasib kimi ehtiyac olmasa da, əmək müqaviləsini işçinin ərizəsinə əsasən ləğv etməkdən imtina etmişdir.
21. İş materiallarından göründüyü kimi, iddiaçıya intizam tənbehi verən işəgötürən “intizam tənbehinin verilməsi qaydaları”nı nəzərdə tutan Əmək Məcəlləsinin 187-ci maddəsinin də tələblərini pozmuşdur. Belə ki, işəgötürən həmin maddənin 1-ci bəndinin tələblərini pozaraq intizam tənbehi verməmişdən əvvəl iddiaçıdan yazılı izahat verməsini tələb etməmiş, MTK-da Səyyar vergi yoxlama Aktı 16 sentyabr 2022-ci ildə tərtib olunmuş, işəgötürən isə həmin vergi ak tına görə iddiaçıya 2 ay 11 gün sonra intizam cəzası vermiş və qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.
22. İddianın digər hissələrinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı 14 noyabr 2022-ci ildən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla, əmək haqqı aldığından onun məcburi iş buraxmağa görə əmək haqqı tələbi təmin edilməməlidir. Eləcə də, iddiaçı vəkilə xidmət haqqı olaraq 2000 manat ödənməsinə dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71-ci maddəsinə, 84-cü maddəsinin 1 və 2-ci bəndlərində, 84-cü maddəsinin 2-ci bəndinə, 186-cı maddəsinin 2-ci bəndinə, 187-ci maddəsinin 1 və 2-ci bəndlərinə, 300-cü maddəsinə, “Poçt xi dməti haqqında” Qanunun 8 və 20-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. Cavabdeh Mənzil-Tikinti Kooperativi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və Cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli 384/22 nömrəli əmrinin qüvvədə qalması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3361/2023 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e2(008)-1835/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə mübahisələndirilən hissədə razılaşmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5390/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəh əri Sabunçu Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(008)-1835/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddia rədd olunan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmuş, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 500 manat məbləğində pul vəsaitinin Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MTK tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli əmri mübahisələndirmiş, bu hissədə iddia təmin edilmiş, həmin hissədən verilmi ş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə dəlilə münasibətdə qeyd etmişdir ki, bu hissədə iddiaçının tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə iddianın rədd edilməsi qanuni olmamışdır. Belə ki, məhkəmə ona görə belə qənaətə gəlmişdir ki, iddiaçı 14 noyabr 2022-ci ildən başqa işəgötürənlə əmək müqaviləsi bağlamaqla əmək haqqı almışdır.
31. Əmək Məcəlləsinin 300-cü maddəsinə istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi əsasları və qaydalarının pozulması aşkar edildikdə əmək mübahisəsini həll edən məhkəmə tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı öd ənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi imperativ norma olaraq təsbit edilmiş, bu qaydadan istisna nəzərdə tutulmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin qanuni əsası mövcuddur. Eyni zamanda bu tələbi məntiqi baxımdan da əsaslı və ağlabatandır. Nə qədər ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilmişdir, deməli işə götürənlə işçi arasındakı əmək münasibətləri hüquqi müstəvidə davam edən olmuşdur və iddiaçının tələb etdiyi əmək haqqı onun qazanılmış hüququ olmuşdur. Buna görə də, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.
33. İddiaçının hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə tələbi üzrə məhkəmə göstərmişdir ki, iddiaçının hazır kı fərdi əmək mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İş materiallarından da görünür ki, iddiaçı işə birinci instansiyası məhkəməsinə baxılarkən vəkillər tərəfindən təmsil olunmuşdur. Vəkil xidmətlərinin dəyəri ilə bağlı “Universal” vəkil bürosu tərəfindən 22 noyabr 2022-ci il tarixli mədaxil qəbzi təqdim edilmişdir. Qəbzdən görünür ki, iddiaçı əmək mübahisələrinə dair mülki iş üzrə və cinayət işi üzrə xidmət göstərilməsi üçün 2000 manat məbləğdə ödəniş etmişdir. Apellyasiya məhkəməsi ödəniş qəbzini mötəbər sübut qismində qəbul etmişdir. Bununla belə, həmin qəbzdə ödənişin təyinatının sırf hazırkı mübahisə olması görünməməklə, iddiaçının başqa hansı mübahisələrinin olması, hüquqi yardımın konkret hansı işlərin görülməsi ilə bağlı razılaşdırılması görünmür. İşdən də görünür ki, vəkillər iddiaçını bu iş üzrə yalnız birinci instansiya məhkəməsində təmsil etmişlər. İşin bu halları baxımından apellyasiya məhkəməsi hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması barədə tələbi qismən əsaslı hesab etməklə, bu məqsədlə 500 manat məbləğdə pulun tutulmasının ədalətli və ağlabatan olduğu qənaətinə gəlir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
34. Cavabdeh ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3361/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12,71, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi, Mülki Prosessual Məcəllənin 167.1.6, 217.3cü maddələrinin tələbləri pozulmuşdur.
36. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının işdən azad edilmə səbəbini geniş şəkildə qeyd etmiş və əsaslandırmışdır. Məhkəmə tərəfindən MTK-nin sözügedən prosesdə iştirakı üçün hər hansısa bildiriş göndərilməmişdir. Cavabdehin vəkili Vəkil3 ona təqdim edilən sübutları və şahidlərin dindirilməsi barədə vəsatətləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə işin reallığını bilmədən qətnamə qəbul etmişdir. İddiaçı 14 noyabr 2022-ci il tarixdə tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazmışdır. Bundan sonra həmin işçinin tutduğu vəzifədən azad edilməsi barədə 28 noyabr 2022-ci il tarixli əmr verilmişdi r. Lakin iddiaçı vəzifədən kənarlaşdırılma əmrinin verilməsinə baxmayaraq, hələ də MTK-ya məxsus olan hüquqi sənədləri təhvil-təslim etməmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə bir neçə dəfə rəhbərliyə məlumat vermədən özbaşına hərəkətlər etmiş, onunla Cavabdeh MTK arasında bağlanmış əmək müqaviləsi müddətsiz olaraq bağlanılsa da, sonradan heç kimə bu barədə məlumat vermədən sözügedən əmək müqaviləsində dəyişiklik edərək, onu müddətli ilə əvəz etmişdir. Bundan əlavə, iddiaçı işə başladıqdan 10 gün sonra Cavabdeh MTK-nin direktor vəzifəsini icra edən X2 əmək müqaviləsini götürərək gizlətmişdir. Həmin dövrdə, iddiaçının bu hərəkətləri (hərəkətsizlikləri) müəmmalı olaraq qalsa da, baş verənlərdən sonra bütün bu olanların öncədən planlanmış və qərəzli şəkildə etdiyi aydın olmuşdur. Belə ki, iddiaçı MTK-da baş mühasib vəzifəsini icra etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Azərbaycan Respublikasının vergi orqanının işçisi olan Orxan Niftəliyev adlı şəxslə əlbir olaraq, 2019, 2020 və 2021-ci ilin vergi hesabatlarına artıq məbləğdə (əlavə kvadrat yazmaqla) dəqiqləşmə hesabatı verərək şirkət üzərində 422700,44 məbləğində saxta borc yaratmış, baş vermiş hadisədən sonra şirkətə məxsus sənədləri də götürərək, təhvil-təslim etməkdən boyun qaçırmışdır. Məhkəmə nəzərə almamışdır ki, əvvəl baş mühasib vəzifəsini icra edən Leyla Əliyeva iddiaçıya təhvil-təslim edərkən hər hansısa vergi borcu olmamışdır. Göründüyü kimi iddiaçının məhkəmə prosesi zamanı dedikləri formal xarakter daşımış, reallığı əks etdirməmişdir.
37. Cavabdeh ASC başqa kassasiya şikayəti də verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5390/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi, Mülki Prosessual Məcəllənin 14.1, 77, 82.3-cü maddələrinin tələbləri pozulmuşdur.
39. Həmin kassasiya şikayətinin məzmunu ilk qətnamədən verilən kassasiya şikayətinin məzmununa oxşar olmuşdur.
40. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
41. Kassasiya şikayətinə qarşı yazılı etir az verilməmişdir. Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət e tməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlə bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əs asən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 70-ci maddəsinin "xx xx" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etməkdən ibarət intizam tənbeh verə bilər. 187-ci maddəsinin 1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddəsinin 2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqd an sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
47. İlk olaraq işəgötürənin işçi barəsində qəbul edilən 28 noyabr 2022-ci il tarixli əmrin qanunsuz olmasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşır.
48. Həmin əmrin məzmunundan müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi üçün 3 əsasa istinad olunmuşdur:
1. İşçinin vəzifəsindən sui-istifadə edərək vergi hesabatlarına dəqiqləşmə hesabatı v erib, şirkətin üzərinə əsassız olaraq 422700,44 manat borcun yazılması;
2. Gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırması və
3. Şirkətə məxsus ASAN imza telefonunun kuryerlə işəgötürənə göndərməsi.
49. Məhkəmə kollegiyasının mövqeyinə görə əmrdə göstərilən əsaslara dair mötəbər sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə verilmədiyindən mübahisələndirilən əmr qanunsuz olmuşdur.
50. Belə ki, cavabdeh iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) üzündən vergi orqanı tərəfindən MTK-ya əsassız vergi borcu hesablanmasını göstərmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib olunan 16 sentyabr 2022-ci il tarixli Aktla cavabdeh MTK-ya 281773,62 manat vergi borcu və 140926,82 manat maliyyə sanksiyası hesablansa da, həmin aktın və müvafiq olaraq hesablanmış borcun qanunsuz olması, bu borcun yaranmasında iddiaçının təqsirli olmasına dair hər hansı sübut cavabdeh tərəfindən məhkəmələrə təqdim olunmamışdır.
51. Həmçinin apellyasiya məhkəməsinin də göstərdiyi kimi, iddiaçının gördüyü işləri təhvil-təslim etməkdən boyun qaçırması əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, MTK tərəfindən bu əmr qəbul edildiyi tarixdən əvvəl iddiaçı ilə əmək münasibətlərinə xitam verilməmiş və işlərin təhvil-təslimi tələb olunmamışdır.
52. Eyni ilə, MTK-ya aid ASAN imza iddiaçı tərəfindən cavabdehə poçt vasitəsi ilə göndərilsə də, bunun nəticəsində işəgötürənə hər hansı bir ziyan v urulması (kommersiya sirrinin pozulması, ASAN imzadan səlahiyyətsiz şəxslər tərəfindən istifadə olunması, onun itməsi və s.) müəyyən olunmadığından, bu hal da Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin dispozisiya şərtlərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi.
53. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, mübahisəli əmr qəbul edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuş, yəni intizam tənbehi verilməmişdən əvvəl işçidən yazılı izahat alınmamış, intizam tənbehinin verilməsi üçün qanunvericiliklə müəyyən olunan bir aylıq müddət keçmişdir.
54. Xüsusən qeyd olunmalıdır ki, cavabdeh apellyasiya və kassasiya şikayətlərində işin bu hallarına münasibətdə hər hansı dəlil irəli sürməmişdir.
55. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh MTK-nın 28 noyabr 2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan, həmin əmrin ləğvinə dair iddiaçının tələbi əsaslı olmuşdur.
56. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçını əvvəlki vəzifəyə işə bərpa etməklə, apellyasiya məhkəməsi isə qətnaməni qeyd olunan hissədə dəyişdirilmədən saxlamaqla yanaşı, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə, maddi hüquq normalarını pozmuşdur.
57. Belə ki, iddiaçı iddia ərizəsində də göstərmişdir ki, o, 11 və 14 noyabr 2022-ci il tarixlərdə işəgötürənə ərizə verərək, aralarında bağlanılan əmək müqaviləsinə öz təşəbbüsü ilə ləğv edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin müəyyən olunmuşdur ki, iddiaçı 14 noyabr 2022-ci ildə artıq başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır.
58. Yəni, iddiaçının artıq 14 noyabr 2022-ci ildən cavabdehlə əmək münasibətlərini başa vurması niyyətində olmuş, işəgötürən isə başqa əsasla olsa belə, əmək münasibətlərinə xitam vermişdir.
59. Göstərilənləri, xüsusən iddiaçının 14 noyabr 2022-ci ildən "xxxx" MMC ilə əmək müqaviləsi bağlanmağını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işə bərpa olunması tələbi əsassız olmuş və apellyasiya məhkəməsi həmin tələbi təmin etməklə, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin, 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur.
60. Belə olan halda, iddiaçının tələbi qismən təmin olunmaqla, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə (işçinin ərizəsi əsasında) xitam verilməsi vəzifəsi cavabdeh MTK-nın üzərinə qoyulmalıdır.
61. Məhkəmə kollegiyası həmçinin izah edir ki, mübahisənin bu qaydada həlli iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Belə ki, iddia işəgötürənin əmrinin qanunsuz olmasına yönəldilmiş, sonrakı tələblər isə ondan asılı olmuşdur. Məhkəmə mübahisəli əmrdə istinad olunan əsası qanunsuz hesab etməklə, iddianın dəlillərinə və müəyyən olunan işin faktiki hallarına uyğun olaraq onun dəyişdirilməli olmasını qət edə bilər.
62. Daha sonra, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işə bərpa tələbi əsassız olduğundan, Əmək Məcəlləsinin 300-cu maddəsinin 1-ci hissəsinə istinad etməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair apelly asiya instansiyası məhkəməsinin ikinci icraatında qəbul edilən qətnamədə gəlinən nəticə də əsassız olmuşdur.
63. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddianı tam təmin edərkən maddi hüquq normalarını səhv təfsir etmişdir. Bu səbəbdən, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
64. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) və iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödədiyi vəsaitin 500 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2(103)-3361/2023 nömrəli qətnaməsi və 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5390/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-nın İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsinə dair 28 noyabr 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi ilə (işçinin ərizəsi əsasında) xitam verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci və hüquqi yardıma görə ödə nilmiş vəsaitin əvəzi olaraq 500 (beş yüz) manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.