Məhkəmə qərarları › İş №2(102)-1214/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1214/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1214/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh Niyazi qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1214/21 (Açar sözlər: ipoteka predmeti olmuş mənzilin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, vindikasiya iddiası ) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 ilə, İddiaçı ASC-nin Cavabdeh xxx qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1669/2020 nömrəli, x x xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh xxx kassasiya şikayətinə 12 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehlər cavabdeh “xxxx” MMC-dən Bankın xeyrinə 1.461.043,89 manat məbləğində pul tutulmuş, tələb Cavabdeh Niyazi qızına məxsus olan Şəki şəhəri, Mahmud Əliyev küçəsində, 0.0132 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kv.m yaşayış, 4.3 kv.m qeyri-yaşayış, 210.9 kv.m köməkçi sahədən ibarət 55 saylı fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamə qanunu qüvvəyə minmişdir.

2. İddiaçı ASC xx xxxxxx 2015-ci il tarixində ipoteka predmeti olan evi hərracın qalibi olmaqla əldə etmişdir. a) Birinci i nstansiya məhkəməsində icraat

3. İddiaçı ASC iddia ərizəsi ilə Şəki rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xxx evdən məcburi çıxarılması, onun istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinin boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC xxx evin mülkiyyətçisidir. Bakın adına çıxarış verilmişdir. 5. xxx həmin fərdi yaşayış evini könüllü olaraq boşaltmır.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 203.3.1 və 205.2-ci maddələrinə istinad etmişdir.

7. Şəki Rayon Məhkəməsinin e-2(075)-358/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xxx məcburi qaydada çıxarılmaqla onun istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması, 10 (on) manat dövlət rüsumunun Cavabdeh xxx alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, xx xxxx 2020-ci il tarixli qərardadla artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının nəzərə alınması qət edilmişdir. (hakim Pərviz Hacıyev)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi xx xxxxxx 2015-ci il tarixli, 05/02 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla iddiaçının mülkiyyətindədir, Cavabdeh xxx isə həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququ qalmayıb.

9. Məhkəmə işin müəyyən ed ilmiş hallarına və mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin təsbit etdiyi qaydalara əsasən belə qənaətə gəlmişdir ki, İddiaçı ASC həmin fərdi yaşayış evinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin xxx iddiaçıya məxsus fərdi yaşayış evini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindək i icraat

11. Cavabdeh Niyazi qızı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

12. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, yaşadığı evin satılmasından cavabdehin xəbəri olmayıb, bunu mübahisələndirsə də, məhkəmə bunu nəzərə almayıb.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1669/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-358/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq qeyd etmişdir ki, id diaçı bank artıq mübahisəli mənzilin qanuni mülkiyyətçisi olduğundan iddia tələbi əsaslıdır və ona görə də təmin edilməsi düzgün olmuşdur.

15. Apellyasiya instansiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavab deh Niyazi qızı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətində qeyd edilib ki, apellyasiya instansiyası evin bankın adına necə keçməsini aydınlaşdırmayıb. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının əsasları

18. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hes ab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

21. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

24. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

25. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsus yaşayış sahəsin boşaldılması barədədir.

26. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, xxx ev mülkiyyət hüququ əsasında İddiaçı ASC-yə məxsusdur, cavabd eh isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.

27. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

28. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla ə ldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

29. Məhkəmə kollegiyası evin bankın adına necə keçməsinin apellyasiya instansiyası tərəfindən aydınlaşdırılmaması barədə kassasiya şikayətini dəlilini əsasız sayır. Belə ki, ipoteka predmeti olmuş evin bankın mülkiyyətinə keçməsinin qanunuliyi ilə bağlı məsələ nə iddianın, nə də apellyasiya baxışının predmeti olmayıb. Buna görə də iddianın predmeti olmayan həmin halın aydınlaşdırılmamasına istinad edilməsi düzgün deyil.

30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin o lunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: xxx kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1669/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar