Məhkəmə qərarları › İş №2(102)-1214/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1214/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1214/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X8inə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X8inə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6047/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2002-ci il tarixdə “Respublika Təcili və X2 Mərkəzi” X5 işə qəbul edilmiş, Azərbaycan Respulikası “TƏBİB” X8 “Respublika Təcili və X2 Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1-2168/2024 əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verdiyinə görə) xitam verilmişdir. 2. “Respublika Təcili və X2 Mərkəzi” PHŞ HİK-nin xx.xx.2024-cü il tarixli, 645 nömrəli protokolunda göstərilir ki, əmək fəaliyyəti zamanı vəzifə öhdəliklərinin icrası ilə əlaqədar yol verdiyi kobud səhvləri nəticəsində RTTTYM PHŞ-nin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir. Protokolda qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə vətəndaş X3 başın təpə nahiyyəsindən zədə almış azyaşlı övladına ilkin tibbi yardım göstərilməsi üçün birbaşa 5 saylı bölməyə müraciət etmiş, lakin övladına ilkin tibbi yardım göstərilməmişdir. Nəticədə uşaq köməksiz vəziyətdə qaldığı üçün valideyni tərəfindən heç bir tibbi müdaxilə olunmadan bölmədən aparılmışdır. Beləliklə bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarət düzgün həyata keçirilməmiş və tibbi xidmət düzgün təşkil olunmamışdır. Facebook sosial şəbəkəsində qeyd olunan məsələ geniş ictimaiyyətə yayılmış, nəticədə vətəndaşlar tərəfindən RTTTYM PHŞ və TƏBİB tənqid edilmiş, ictimai qınağa səbəb olmuş, RTTTYM PHŞ-nin qanuni mənafeyinə giddi xələl gəlmişdir.

3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X8inə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “Respublika Təcili və X2 Mərkəzi” X6 “İddiaçı vəzifədən azad edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1-2168/2024 nömrəli əmrinin ləğv edilməsi, onun “Respublika Təcili və X2 Mərkəzi” X6 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək ona məcburi iş burax maya görə əmək haqqının ödənilməsi, “Respublika Təcili və X2 Mərkəzi” X5n vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.380 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci ildə Təcili və X2 Mərkəzində işə qəbul olunmuşdur. Daha sonra isə həmin müəssisədə böyük həkim vəzifəsində işləmişdir. xx.xx.2024-ci il tarixdə növbəti iş günü iş yerinə gələrkən əmək müqaviləsinə xitam verildiyi və son haqq-hesabın gün ərzində bank hesabına köçürüləcəyi bildirilmişdir. O, əmək müqaviləsinə necə, hansı səbəbdən xitam verilməsi ilə bağlı soruşanda, yalnız rəhbərliy in tapşırığına əsasən əmək müqaviləsinə xitam verildiyi qeyd edilmişdir. Həmin gün ona təqdim edilmiş xx.xx.2024-ci il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmrin surətindən məlum olmuşdur ki, onun ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “Respublika Təcili və X2 Mərkəzi” X8in iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-ci il tarixli 18-188/3-1-2168/2024 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, əmək müqaviləsinə xitam verilərkən ona heç bir məlumat verilməmişdir. Heç bir araşdırma aparılmadan, şər və böhtan xarakterli məlumatlar əsasında əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, həmin əmrin Əmək Məcəlləsinin imperativ tələblərinin pozulması il ə tərtib edildiyi, yəni həmin əmrdə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin zəruriliyi barədə heç bir əsaslandırma aparılmadığı, eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununun Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, cavabdehin xx.xx.2024-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərdən hər hansı birinin baş verdiyi göstərilməmiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Məlum olduğu kimi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün qanunvericinin həmin Məcəllənin 71-ci maddəsinə əsasən müəyyən etdiyi dispozitiv hallardan ən azı birinin baş verməli olduğunu şərtləndirmişdir. Həmçinin cavabdehin xx.xx.2024-ci il tarixli əmri Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair imperativ tələblərə də cavab vermir. Belə ki, əmrdə müəssisənin adı tam hüquqi ünvanı, imzalayan şəxsin ata adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyd edilməyib. Qeyd olunanlarla yanaşı cavabdehin yuxarıda göstərilən qanunsuz hərəkətləri ona mənəvi zərər vurulmasına da səbəb olmuşdur. Belə ki, cavabdehin qanunsuz olaraq onun əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini özünün işgüzar nüfuzuna ciddi xələl gətirdiyi qənaətinə gəlmiş və bu hal onun şuurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bunun da nəticəsində onun səhhətində kəskin baş ağrıları ona fiziki iztirab verməyə başlamışdır. Hesab edir ki, cavabdehin vurduğu mənəvi zərərə görə də 1000 manat tutularaq ona öd ənilməlidir.

6. Cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı qanuni əsaslarla işdən çıxarılmışdır. xx.xx.2024-cü il tarixdə saat 13:20 radələrində stansiyaya əmisi və babası vasitəsilə 2 yaşlı uşaq gətirilmişdir. Uşağın təpə nahiyyəsində zədə olmuş və qan axmışdır. Həmin vaxt xəstəyə tibbi yardım göstərilməmişdir, həmin şəxslər başqa xəstəxanaya müraciət etməyə məcbur qalmışlar. Onların yaxınlaşdığı tibb bacısı da işdən çıxarılmışdır. Daha sonra isə bu hadisə ilə bağlı facebook sosial şəbəkəsində məlumat yayılmış, xəstəxanalar tənqid atəşinə tutulmuşdur. Hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, Həmkarlar İttifaqına təqdimat verilmişdir. Qeyd edir ki, iddiaçı iş yerində böyük həkim kimi təcili tibbi yardımın işini düzgün t əşkil edilmədiyinə görə işdən azad edilmiş, hansı ki, böyük həkim olaraq bu, onun vəzifəsi idi. Ondan başqa dörd nəfər də həmin hadisəyə görə cəzalandırılmışdır. Belə ki, onlardan iki nəfər işdən azad edilmiş, digər ikisi isə şiddətli töhmət almışdır. xx.xx.2024-cü il tarixdə təcili yardıma müraciət edən şəxsə hansı xəstəxanada tibbi yardım göstərilməsinə və uşağın kimliyinə dair sənədləri və təcili yardım stansiyasında olan video görüntüləri məhkəməyə təqdim edə bilmir. Hesab edir ki, iddiaçı öz işini düzgün qurmadığına görə cavabdeh tərəfindən düzgün olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 nömrəli, 3 iyul 2024cü il tarixli qətnaməsi ilə (hakim V. Hacıyev) iddia tələbi qismən təmin olunaraq xx.xx.2024cü il tarixli 18-1-88/3-1-2168/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “Respublika Təcili və X2 Mərkəzi” X6 5 saylı Bölmənin “böyük həkimi” vəzifəsinə bərpa edilməsi; xx.xx.2024cü il tarixdən başlayaraq işə bərpa olunduğu günədək iddiaçıya məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 200 manat kompensasiya, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat, ödənilmiş 50 manat mediasiya xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 580 (beş yüz səksən) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hərəkətləri nəticəsində işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə cavabdeh (işəgötürən) tərəfi ndən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hadisənin videogörüntüləri, müraciət edən uşağın və valideyni barədə rəsmi sənədlər, uşağa tibbi yardım göstərən tibb müəssisəsinin (həkimin) adı, göstərilən tibbi yardımın nədən ibarət olmasını və sair təsdiq edən sənədlər işəgötürən tərəfindən məhkəməyə təqdim edilməmiş, heç bir araşdırma aparılmadan, iddiaçının təqsiri müəyyən edilmədən, yalnız “facebook” sosial şəbəkəsində olan heç bir sübuta söykənməyən yazıları və orada olan şəxslərini tənqidi yazılarını əsas götürməklə, işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız və qanunsuz olmuşdur. İddiaçının böyük həkim kimi öz əmək funksiyalarını yerinə yetirməməsi və əmək müqaviləsinin tələblərini pozması halı aşkar edilm əmişdir. İşəgötürən bölmədə böyük həkim İddiaçı tərəfindən nəzarətin düzgün həyata keçirilmədiyini və tibbi xidmətin düzgün təşkil olunmadığını qeyd etsə də, nəzarətin düzgün həyata keçirilməsinin və tibbi xidmətin düzgün təşkilinin nədən ibarət olmasını məhkəmə iclasında işəgötürənin nümayəndəsi əsaslandıra bilməmiş və işəgötürənin əmrində bunun məhz nədən ibarət olması əsaslandırılmamışdır. İşçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin düzgünlüyünü və qanuniliyini əsaslandırmaq işəgötürənin vəzifəsidir. Həmçinin, cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq iddiaçıya mənəvi ziyan da vurulmuşdur. İddiaçı mənəvi iztirab və sarsıntılar keçirmiş, həkimə müraciət etmiş, müayinə və müalicə almışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 68.2, 18 6.2(ç), 70(ç)-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyul 2024-cü il tarixli 2(004)-2876/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının əmək müqaviləsinə tam qanuni və əsaslı surətdə xitam verilsə də, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmi n edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qeyd edəcəkləri həqiqətən də, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eləcə də, 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsi üçün əsaslar olduğunu göstərir. İddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsasında dayanan hadisədən də göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsindən bir neçə gün əvvəl, 15 mart 2024-cü il tarixdə azyaşlı uşaq yaxın qohumları tərəfindən təcili və X2 üçün müəssisəyə gətirilmiş, uşağın başı yarıldığına görə qan itirməsinin qarşısının alınması üçün ona təcili tibbi müdaxilənin edilməli olduğu bildirilmişdir. Bu zaman ona qanunsuz formada tibbi yardımın edilməsinin mümkünsüz olduğu bildirilmiş buna görə də azyaşlının ailə üzvləri o nu başqa tibb müəssisəsinə aparmışlar. Bu barədə azyaşlının qohumu sosial media hesabı vasitəsilə paylaşım etmiş, təcili və X2 mərkəzi tərəfindən əsassız formada azyaşlı körpəyə tibbi müdaxilə olunmaması qeyd edilmişdir. Göründüyü kimi əsas fəaliyyət istiqaməti insanlara təcili tibbi müdaxilə tələb olunan hallarda ilkin tibbi yardımın təmin olunmasından ibarət olan müəssisədə azyaşlı körpəyə ilkin tibbi müdaxilə edilməmiş, qohumlarının müraciəti cavabsız saxlanılmışdır. Bu da müəssisənin təyinatına zidd davranışın nümayiş etdirildiyini, nəticədə müəssisənin fəaliyyətinin normal ahənginin pozulduğunu və mərkəzin mənafelərinə ciddi zərər vurulduğunu təsdiq edir. Müvafiq paylaşım sosial media istifadəçiləri tərəfindən müəssisənin fəaliyyəti ilə bağlı kəskin tənqidi təsəvvürün formalaşaraq i şgüzar nüfuzlarının zədələnməsinə səbəbiyyət vermişdir. İddiaçı barədə Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndinə əsasən işə nəzarətin düzgün həyata keçirilməməsi, tibbi xidmətin düzgün təşkil edilməyərək kobud pozuntuya yol verilməsinə görə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi məqsədilə müəssisədəki Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət olunmuşdur. Həmin iclas barədə tərtib olunmuş protokolda da iddiaçı tərəfindən işə nəzarətin düzgün həyata keçirilmədiyi və tibbi xidmətin düzgün təşkil olunmadığı qeyd olunmuşdur. İş materiallarında olan və tərəflərindən təqdim olunmuş “Bölmənin böyük həkiminin vəzifə borcu”nun məzmunundan göründüyü kimi bölmənin böyük həkimi təcili tibbi yardım briqadalarının göstərdikləri tibbi yardımın keyfiyyətinə cavabdehdir. Bölmə nin idarə edilməsində iştirak edir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6047/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər C. Musayeva (sədrlik edən və məruzəçi), F. Babayev və N. Nəbizadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2876/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobu d şəkildə pozmasıdır. Yəni əmək müqaviləsinin göstərilən maddə əsasında ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalı, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

14. Hadisənin baş verməsi işin mübahisələndirilməyən hallarına aid olsa da, iş materiallarına əsasən iddiaçının özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması, işə nəzarəti düzgün həyata keçirməməsi, tibbi xidməti düzgün t əşkil etməməsi, həmçinin tibb bacısının ona birbaşa tabeçiliyi faktını müəyyən etmək mümkün olmamışdır. İşçi-iddiaçının hərəkətlərində əmək vəzifələrinin kobud pozulması halı aşkar edilməmiş, baş vermiş hadisə ilə onun hərəkətləri və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, yəni məhz onun göstərdiyi səhlənkarlığı nəticəsində əmələ gəlmiş olması halı öz təsdiqini tapmamışdır. Halbuki bu halda, belə bir pozuntunun həqiqətən baş verdiyini və kobud xarakter daşıdığını, nəticəsində zərərə uğradığını sübut etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

15. İşdən daha sonra görünür ki, iddiaçı ilə olan əmək müqaviləsinin ləğv olunması barədə işəgötürən-cavabdehin 9 yanvar 2023-cü il tarixli 28 nömrəli əmrində əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər, hadisənin obyektiv formada araşdırmasını (zərərçəkənin izahatı, müəssisəsini tərk etmə səbəbləri və s.), əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsini, bunun nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsini təsdiq edən materiallar göstərilməmişdir ki, bu da həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsaslarından biridir. Belə ki, qanuni əsaslar olmadan və ya işdən azad edilmənin müəyyən edilmiş qaydası pozulmaqla işdən çıxarılan işçi əvvəlki işinə bərpa edilməlidir.

16. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respub likasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1118.1-ci, Əmək Məcəlləsinin 2.1, 3.5, 10, 70 “ç”, 71.2, 72, 80.1, 80.2, 186.2, 191.1, 191.2, 194.1, 194.2, 195 “b”, 196.5, 292.2, 300.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh “Respublika Təcili və X2 Mərkəzi” X6 (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının vəzifə borclarını yerinə yetirməməsi ilə bağlı apellyasiya ş ikayətinin dəlillərinə heç bir münasibət bildirmədən qətnamə qəbul etmişdir. Bu zaman məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması, işə nəzarəti düzgün həyata keçirməməsi, tibbi xidməti düzgün təşkil etməməsi, həmçinin tibb bacısının ona birbaşa tabeçiliyi faktını müəyyən etmək mümkün olmamışdır. İşçi-iddiaçının hərəkətlərində əmək vəzifələrinin kobud pozulması halı aşkar edilməmiş, baş vermiş hadisə ilə onun hərəkətləri və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması, yəni məhz onun göstərdiyi səhlənkarlığı nəticəsində əmələ gəlmiş olması halı öz təsdiqini tapmamışdır. Halbuki məhkəmə iş materiallarında olan vəzifə borcları ilə tərəflərin məhkəmədəki izahatlarını nəzərə alaraq düzgün qiymətləndirsə idi, iddiaçının əmək funksiyalarını hansı hissədə lazımi qaydada icra etmədiyini və işi düzgün təşkil etmədiyini müəyyən edə bilərdi. Hər iki instansiya məhkəmələrində iddiaçı oxşar izahatlar vermiş, işinin sənədlər və hesabatlar təşkil etməkdən ibarət olduğunu, həkimlərin işinə müdaxilə etmək hüququ olmadığını vurğulamaqla məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki vəzifə borclarında böyük həkimin bölmədə göstərilən tibbi fəaliyyətin keyfiyyətinə görə cavabdeh olduğu- buna görə məsuliyyət daşıdığı qeyd olunmuşdur. Bu isə iddiaçının özünün vəzifə borclarından məlumatsız olduğunu, buna görə də əmək funksiyalarının lazımi qaydada icra olunmadığını bir daha sübut edir. Böyük həkimin izahatından sanki həkim in deyil, kargüzarın əmək funksiyalarını yerinə yetirdiyi təsəvvürü formalaşır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, uşağa dərhal X2 göstərilməli idi və hər bir tibb işçisi ilkin tibbi yardım göstərmək öhdəliyinə malikdir. Uşağın kimliyinin müəyyənləşdirilməməsi tibbi yardım göstərməmək üçün səbəb ola bilməz, çünki təxirəsalınmaz vəziyyətdə olan uşağa tibbi yardım dərhal göstərilməli idi. Ən azından qanaxma dayandırılmalı və xəstə müvafiq tibb müəssisəsinə yönləndirilməli idi. Xanım isə nəzarət funksiyasını yerinə yetirməyib, tibbi yardım göstərilməyib və operativ bölməyə məlumat verilməyib.

20. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “e” bəndinin düzgün tətbiq edilmədiyi, Mülki Prosesual Məcəlləs inin 88-ci maddəsinin tələbi pozularaq tərəflərin izahatlarını düzgün və obyektiv formada qiymətləndirmədiyi qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə etiraz verərək göstərmişdir ki, iddiaçı həm birinci, həm də apellyasiya instansiya məhkəməsində qeyd etmişdir ki, ümumiyyətlə stansiyaya belə bir uşağın, xəstənin müraciət etməsindən məlumatı olmamışdır və ola da bilməzdi. Belə ki, tibb bacısı Cəfərova Validə vermiş olduğu izahatında da qeyd etmişdir ki, həmin uşağın müraciət ilə bağlı heç kimə məlumat verməmişdir. Çünki iddiaçının vəzifə öhdəliklərində xəstə müraciətləri qəbul etmək, xəstəyə müdaxilə etmək kimi vəzifələri yoxdur. Bu öhdəliyin olmamasını cavabdeh də bildiyindən, şikayətdə yalnız iddiaçının təcili tibbi yardım briqadala rının göstərdiyi “tibbi yardımın keyfiyyətinə cavabdehdir” adlı mücərrəd ifadədən istifadə etmişdir. Halbuki hazırki işdə heç bir keyfiyyətsizlikdən söhbət gedə bilməz. Çünki müraciət edərkən cəmi 45 saniyə gözləmiş və xəstəxananı tərk etmiş xəstəyə hansı xidmət göstərilə bilərdi? Tibbi yardım mövcud olmalıdır ki, orada keyfiyyətdən söhbət gedilə bilsin. Hazırkı situasiyada vətəndaşlar həkimin çağırılmasını və uşağa müdaxilə olunmasını gözləmədən stansiyanı tərk etdiklərindən onlara heç bir tibbi xidmət göstərilməmişdir. Tibbi xidmət göstərilsə idi, burada keyfiyyət araşdırma mövzusu ola bilərdi. Həmin zaman stansiyada səyyar həkimin olub-olmaması da iddiaçının vəzifə öhdəliklərinə aid deyildir. İş planının tərtib edilməsi və təsdiq üçün göndərilməsi bölmə müdirinin vəzifəsidir. İddiaçı apellyasiya instansiya məhkəməsində verdiyi izahatında da ətraflı şəkildə qeyd etmişdir ki, o, ancaq kartalara baxır. Hətta növbədə olan gün onun həkimlərin işinə, onların tibbi fəaliyyətinin təşkilinə müdaxilə etmək hüququ yoxdur, buna görə onu işdən atarlar. O, bir gün əvvəlin kartalarına baxır, seminarlar təşkil edir, polislərdən gələn arayışları götürür. Gün ərzində çağırışların qəbulu, həkimlərə ötürülməsi, stansiyada həkim olmadıqda başqa stansiyadan ora həkim göndərilməsi, həkimlərin ünvanda olan fəaliyyətində yaranan mübahisəli məsələlərə operativ şöbə nəzarət edir. Kassasiya şikayətinə baxdıqda şikayətin böyük hissəsinin tibb bacısı Cəfərova Validənin öz vəzifələrini yerinə yetirməməsinə istinad edilmiş, sonra da həmin xanıma nəzarətin iddiaçıya yüklənilməsinə çalışaraq səbəbli-əl aqə qurulmağa çalışılmışdır. Tibb bacısının vəzifə borclarından görünür ki, onunla böyük həkim arasında heç bir tabelik münasibətləri mövcud deyildir. Kassasiya şikayətində cavabdeh həmçinin böyük həkimin vəzifələri sırasında yer alan “Təcili tibbi yardım briqadalarının müalicə diaqnostik fəaliyyətinə rəhbərlik edir”, “Profilaktik, diaqnostik və müalicə işlərinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görür” cümlələrinə istinad etmişdir. Lakin elə bu vəzifələr cavabdeh tərəfindən qəbul edilmiş əmrin qanunsuz olmasını və iddiaçının dediklərini təsdiqləyir. İzahlı lüğətdə verilən mənaya görə diaqnostika-“Tibbin, xəstəliklərin əlamətlərindən, diaqnoz qoyma üsul və prinsiplərindən bəhs edən şöbəsidir”. Bu izahdan da görünür ki, iddiaçının heç bir xəstəyə müdaxilə etməsi, qapıda duru b insanları gözləməsi, kimlərəsə nəzarət kimi vəzifəsi mövcud olmamışdır. Onun vəzifəsi kimi kassasiya şikayətində qeyd edilmiş öhdəliklərini pozması halına rast gəlinmir, çünki o, onun üçün ayrılmış otağda öz vəzifə borclarını yerinə yetirir. Təcili və X2 stansiyasının təchizat otağının tibb bacısının vəzifə borclarının 3-cü bəndində qeyd edilmişdir ki, “tibb bacısı tabeçilik qaydasında stansiyanın baş direktoru, bölmənin müdirinə, böyük tibb bacısına bilavasitə tabedir”. Vəzifə borclarının 14-cü bəndinə əsasən “stansiyada azad briqada olmadıqda, bilavasitə bölməyə müraciət etmiş xəstə və zərərçəkənə həkimə qədər yardım göstərir və operativ şöbəyə məlumat verərək başqa bölmədən birqada tələb edir”. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

22. Maddə 70 “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

24. Maddə 72 “e”. Əmək fəaliyyəti z amanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

25. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

26. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

27. Maddə 195 “b”. Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam madd i məsuliyyət daşıyır.

28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərd ə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə

23. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.

39. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin baxış predmeti iddianın təmin edildiyi hissə olmuşdur. İşin hallarına əsasən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasındakı mübahisə əmək hüquq münasibətlərindən irəli gəlir. İddiaçı Azərbayc an Respulikası “TƏBİB” X8 “Respublika Təcili və X2 Mərkəzi” X5 5 saylı bölmənin böyük həkimi vəzifəsində işləmiş, işəgötürənin xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1-2168/2024 əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş kobud pozuntuya yol verdiyinə görə) xitam verilmişdir. İşəgötürən iddia etmişdir ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir.

41. İşəgötürən tərəfindən iddiaçının işdən azad edilməsinə əsas olan hadisə kimi xx.xx.2024-cü il tarixdə valideyni ilə ilkin tibbi yardım göstərilməsi üçün birbaşa 5 saylı b ölməyə gəlmiş, başın təpə nahiyyəsindən zədə almış azyaşlı uşağa bölmədə olan tibb bacısı tərəfindən təcili tibbi yardımın göstərilməməsi, bu hadisənin uşağın yaxınları tərəfindən “Facebook” sosial şəbəkəsi vasitəsi ilə yayılması nəzticəsində RTTTYM PHŞ və TƏBİB-in tənqid edilməsi, hadisənin ictimai qınağa səbəb olması göstərilmişdir.

42. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu hadisənin baş verməsi işin mübahisələndirilməyən hallarına aid olsa da, baş vermiş hadisə ilə iddiaçının əmək müqaviləsindən irəli gələn öhdəlikləri, onun hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməmiş, yəni məhz onun göstərdiyi səhlənkarlıq nəticəsində əmələ gəlmiş olması halı öz təsdiqini tapmamışdır.

43. Kassasiya şikayətində qeyd olunur ki, iddiaçının vəzifə borclarında böyük həkim kim i bölmədə göstərilən tibbi fəaliyyətin keyfiyyətinə məsuliyyət daşıdığı qeyd olunmuş, baş vermiş hadisə iddiaçının bu vəzifəsini icra etmədiyini sübut edir.

44. Kollegiya kassasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, işəgötürənin istinad etdiyi hadisə zamanı 5 saylı bölmədə çağırışa getdikləri üçün həkim olmadığı, xəstə yaxınları ilə ünsiyyətdə olmuş tibb bacısının isə bu barədə iddiaçıya məlumat vermədiyi işin mübahisəsiz halı olmuş, tibb bacısı başından zədə almış uşağa ilkin tibbi yardımın göstərilməsi və başqa bölmədən briqada tələb etməklə bağlı vəzifəsini icra etmədiyinə görə işəgötürən bu hadisə ilə bağlı iddiaçını işdən azad etmişdir. Halbuki baş vermiş bu pozuntunu nə bölmənin işinin düzgün təşkil edilməməsi, nə də tibbi fəaliyyətin keyfiyyətsizliyi kimi qiymətləndirmək olmaz. Belə ki, işəgötürən tərəfindən həmin gün həkimlərin üzürsüz səbəbdən bölmədə olmaması, bölmənin fəaliyyəti ilə bağlı əvvəllər də şikayətlər olması və ya bölmədə tibbi heyət tərəfindən keyfiyyətsiz tibbi yardım göstərilməsi sübut edilməmişdir.

45. Qeyd edilməlidir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilərək işçinin işdən azad edilməsi üçün onun yol verdiyi kobud səhvlər və hüquq pozuntuları məhz özünün əmək funksiyası və öhdəlikləri ilə bağlı ola bilər. Rəhbər inzibati vəzifə tutan şəxslərin tabeliyində olan işçilər tərəfindən əmək vəzifələrinin icrası zamanı yol verilmiş pozuntulara görə qeyd edilən normaya istinad edilməklə işdən azad edilməsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunma sı ilə qorunması prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

46. Kollegiya qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)-6047/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar