Məhkəmə qərarları › İş №2(102)-1215/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1215/2019

12.02.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1215/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-1215/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2( 005)-xx/18) İddiaçı cavabdehlər Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Xəlilov, iş № 2(103)-xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhk əməyə müraciət edərək, İmişli Rayon X5 Məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə Cavabdeh1 (bundan sonra – RTŞ) müdiri Ramiz Əmirov tərəfindən verilmiş 72 saylı, 11.08.2017-ci il tarixli əmrin ləğv edilməsi, 20.07.2015ci il tarixdən İmişli rayon X5 Məktəbinin direktoru vəzifəsinə daimi olaraq keçirilməsi, Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, K-197/1 saylı əmrinin ləğv edilməsi, ötən dövr üçün onunla əmək müqaviləsinin bağlanması vəzifəsinin İmişli RTŞ-yə həvalə edilməsi, işə bərpa edilməsi və 12.08.2017-ci il tarixdən sonra alınmamış əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16.04.2015-ci il tarixdə İmişli rayon X5 məktəbində daimi əsaslarla məşqçi müəllim vəzifəsinə qəbul edilmiş və İmişli RTŞ-n in 20.04.2015-ci il tarixli, 40 saylı əmri ilə məktəbdə vakant olan direktor vəzifəsinin icrası 20.04.2015-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq ona həvalə olunmuşdur. Təyin olunduğu müddətdə ona həvalə edilən vəzifəni qüsursuz icra etdiyindən indiyədək həmin vəzifədə qalaraq əmək funksiyalarını yerinə yetirmişdir. Lakin Təhsil Nazirinin 03.07.2017-ci il tarixli K-197/1 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə İmişli RTŞ üzrə verilmiş 11.08.2017-ci il tarixli, 72 saylı əmrlə vəzifədən azad edilmişdir. Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydalarına əsasən məktəbdənkənar müəssisələrin direktoru ilə əmək müqaviləsinin bağlanması və ləğv edilməsi yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əmri ilə həyata keçirildiyindən Təhsil Naziri tərəfindən iddiaçı ilə başlanmış əmək müqaviləsinə hər hansı bir əsasla xitam verilməsi qanunsuz olub. Bundan başqa, Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, H197/1 saylı əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə xitam verildiyi göstərilsə də, işəgötürənin qənaəti əsassız olaraq işçinin yol verdiyi nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə barəsində intizam tənbehinin tətbiqi ilə əlaqələndirilib. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili E.Qanbayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, nümayəndələri üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı və vəkili E.Qanbayevin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesa b edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İmişli RTŞ-nin 16.04.2015-ci il tarixli əmri ilə İddiaçı İmişli rayon X5 məktəbinin məşqçi müəllimi vəzifəsinə müddətsiz olaraq işə götürülmüşdür. İmişli RTŞ-nin 40 nömrəli, 20.04.2015-ci il tarixli müvəqqəti həvalə edilmə barədə əmri ilə İmişli rayon X5 məktəbinin məşqçi müəllimi X2 ərizəsi nəzərə alınaraq müvəqqəti icra etdiyi direktor vəzifəsindən 20.04.2015-ci il tarixdən azad edilmiş, lakin yenə də həmin vəzifənin icrası 20.04.2015-ci il tarixdən tədris ilinin sonunadək müvəqqəti olaraq iddiaçıya həvalə edilmişdir. İmişli RTŞ-nin 34 nömrəli, 03.04.2017-ci il tarixli əmri ilə, X5 məktəbində vakant olan direktor vəzifəsinin icrası 3 ay müddətinə həmin müəssisəsinin müəllimi İddiaçı müvəqqəti olaraq həvalə edilmişdir. İmişli RTŞ-nin 62 nömrəli, 30.06.2017-ci il tarixli əmri ilə, İddiaçı iyul 2016-cı ildən iyul 2017ci ilədək iş ili hesabına 07.07.2017-ci il tarixdən 36 təqvim günü müddətinə əmək məzuniyyəti verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, 126 nömrəli əmri ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq edilmişdir. Həmin qaydalara əsasən, direktor vəzifəsinə yalnız pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilə və azı 5 il pedaqoji staja malik hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan və müvafiq müsabiqədən keçmiş şəxslər təyin edilə bilər. Azərbaycan Respublikası Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, K-197/1 nömrəli əmri ilə İmişli X5 Məktəbinin direktoru İddiaçıla bağlanmış əmək müqaviləsinə müddəti bitdiyinə görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən 03.07.2017-ci il tarixdən xitam verilmişdir. İmişli RTŞ-nin 63 nömrəli, 03.07.2017-ci il tarixli əmri ilə X5 məktəbində vakant olan direktor vəzifəsinin icrası 3 ay müddətinə həmin müəssisəsinin müəllimi İddiaçı müvəqqəti olaraq həvalə edilmişdir. Azərbaycan Res publikası Təhsil Nazirinin “Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdən kənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması barədə” 02.08.2017-ci il tarixli, 233 №-li əmrinin 98-ci bəndinə görə İmişli rayon Uşaq-Gənclər İdman Məktəbi və İmişli rayon Uşaq-Gənclər Şahmat Məktəbi birləşdirilmiş və onların bazasında İmişli Rayon UşaqGənclər İdman-Şahmat Məktəbi yaradılmışdır. İmişli RTŞ-nin 72 nömrəli, 11.08.2017-ci il tarixli müvəqqəti həvalə və əmək müqaviləsinin ləğvi barədə əmri ilə, Azərbaycan Respublikası Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, K-197/1 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə İmişli X5 məktəbin məşqçi müəllimi İddiaçı müvəqqəti olaraq ona həvalə edilmiş direktor vəzifəsini icra etməkdən 12.08.2017-ci il tarixdən azad edilmiş, vakant olan direktor vəzifəsinin icrası digər şəxsə müvəqqəti həvalə edilmişdir. İddiaçı müvəqqəti icra etdiyi direktor vəzifəsindən azad olunmasını qanunsuz hesab edərək Təhsil Nazirliyinə və Cavabdeh1nə qarşı aşağıdakı tələblərlə məhkəməyə müraciət etmişdir: -İmişli Rayon X5 Məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə Cavabdeh1 11.08.2017-ci il tarixli əmrinin ləğv edilməsi; -20.07.2015-ci il tarixdən İmişli rayon X5 Məktəbinin direktoru vəzifəsinə daimi olaraq keçirilməsi; -Təhsil Nazirinin 03.07.2017-ci il tarixli, K-197/1 saylı əmrinin ləğv edilməsi; -ötən dövr üçün onunla əmək müqaviləsinin bağlanması vəzifəsinin İmişli RTŞ-yə həvalə edilməsi; -işə bərpa edilməsi və 12.08.2017-ci il tarixdən sonra alınmamış əmək haqqının ödənilməsi. Birinci instansiya məhkəməsi Azərbaycan Respub likası Əmək Məcəlləsinin 73-cü maddəsini tətbiq etməklə iddianı əsassız saymış və təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı Şahmat məktəbində vakant olan direktor vəzifəsini müvafiq əmrlə müvəqqəti olaraq icra etmiş, daimi direktor seçilmək üçün müsabiqədə iştirak etməmiş, müvəqqəti vəzifədə olma müddətinin bitməsi ilə həmin vəzifədən azad edilmişdir. Məhkəmə, həmçinin nəzərə almışdır ki, sonradan Təhsil Nazirinin müvafiq əmri ilə İmişli rayon Uşaq-Gənclər İdman Məktəbi və İmişli rayon Uşaq-Gənclər Şahmat Məktəbi birləşdirilmiş, onların bazasında İmişli Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılmış, məktəbə yeni direktor təyin olunmuşdur. İddiaçı direktor vəzifəsinə müvəqqəti təyin edildiyindən, həmin vəzifəyə müvəqqəti təyin olunma müddəti bitdiyindən, habelə həmin dövrdə direktor vəzifəsinə daimi təyin edilmə yalnız müsabiqə yolu ilə mümkün olduğundan Təhsil nazirinin bununla bağlı mübahisələndirilən əmri qanuni olmuşdur. Həmçinin İmişli RTŞ-nin sonrakı əmri Təhsil nazirinin əmrindən irəli gəlmişdir. Mübahisələndirilən əmrin əsası kimi birmənalı olaraq Əmək Məcəlləsinin 73-cü maddəsinə (müddətli əmək müqaviləsinə xitam verilməsi) istinad edildiyindən apellyasiya instansiyası məhkəməsi iddiaçının direktor vəzifəsini icra etdiyi dövrdə öz vəzifə səlahiyyətləri ni lazımınca icra edib-etmədiyi, işində nöqsanlara yol verib-vermədiyi ilə bağlı işin mahiyyətinə təsir etməyən hər hansı araşdırma aparılmasına zərurət görməmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etm əli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, lakin cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl et mişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar