Məhkəmə qərarları › İş №2(102)-1215/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1215/2023

28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1215/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh (üçüncü şəxslər Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Nizami Rayon Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin torpaq sahəsindən köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4830/2022 saylı, 10 noyab r 2022-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərancamına əsasən:

2. İddiaçı Mənzil Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu,Q.Qarayev prospekti,Ə.Hacıyev,T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmiş;

3. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış ti kililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK-nə həvalə edilmiş;

4. Sifarişçiyə tapşırılmışdır ki, ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin, həmin sənədlərin Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. Layihə təşkilatı, layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üç əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsasdır. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinə uyğun olan Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterser vis» müdiriyyəti sifarişçi ilə torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində icarə hüququnun qeydiyyata alınmasını təmin etsin. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 73-cü maddəsi ilə tənzimlənir

5. Həmin Sərəncam üzrə tərtib olunmuş istifadəyə verilən torpaq sahəsinin ayrıc aktına əsasən, mü bahisələndirilən qaraj iddiaçının istifadəsinə verilən torpaq sahəsinin hüdudları daxilindədir.

6. İddiaçı MTK tərəfindən Bakı Şəhər Nizami Rayon İcra hakimiyyətinə ünvanlanmış 20 aprel 2021-ci il tarixli,06 iyul 2021-ci il tarixli,26 iyul 2021-ci il tarixli,06 yanvar 2022-ci il tarixli və Nizami Rayon Bələdiyyəsinə ünvanlanmış 30 aprel 2021-ci il tarixli məktubların məzmununa əsasən, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərəncamın icrası ilə əlaqədar həmin ünvandakı Teymur və Nümayəndə1 verilmiş qarajlar üzrə müqavilələrin ləğv olunması və qarajların yerləşdiyi ərazilərin təmizlənərək İddiaçı MTK-nə verilməsi xahiş olunmuşdur. 7. 16 dekabr 2021-ci il tarixli AN seriyalı,0955223 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı X5 Bakı şəhəri, Ni zami rayonu. T.Abbasov küçəsində yerləşən 8 saylı binanın önündəki sahəsi 18.kv.m olan qarajı 40000 Cavabdeh satmışdır.

8. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş qeyri-yaşayış sahəsi olan qarajın texniki pasportuna əsasən, xx.xx.2021-ci il tarixdən həmin qaraj Cavabdeh istifadəsindədir.

9. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/M 11-184/22 saylı rəyinə əsasən, İddiaçı MTK-nın sifarişi ilə həmin əmlak qiymətləndirilmiş və dəyəri 6000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən cavabdehə məxsus 18 kv.m sahəsi olan qeyriyaşayış binasını n iddiaçıya ayrılan torpaq sahəsindən köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan İddiaçı MTK iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən cavabdehə məxsus 18 kv.m sahəsi olan qarajın dəyərinə görə cavabdehə 6000 manat məbləğində pul ödənilməklə həmin qarajın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına əsasən, paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilən, istismar müddətini başa vuran, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların sökülərək onların yerində ç oxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016-cı il tarixli sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, İ.Əliyev, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2451-ci məhəllənin torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Sərəncamların icrası ilə əlaqədar iddiaçı tərəfindən həmin ünvanda yaşayan 104 mənzil üzrə sakinlərin qəzalı vəziyyətdə olan evlərindən köçürülmələri, onların yeni tikilən binalardan yeni mənzillərlə təmin olunmaları işlərini yekunlaşdırmışdır. Hazırda isə, iddiaçı tərəfindən həmin ünvanda inşası tamam olan binaların həyətində yenidənqurma və tamamlama işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə iddiaçıya ayrılan torpaq sahəsində, yəni həmin ünvanda inşa olunan 1 saylı binanın yaxınlığında 3 ədəd qaraj olmuşdur. Həmin qarajlar müvəqqəti istifadə olunması üçün digər şəxslərə, o cümlədən cavabdehə verilmişdir. İddiaçı həmin qarajların köçürülməsi ilə bağlı sakinlərə müraciət etmişdir. Hüseynov Teymur və Abbasov Həbib adlı şəxslər qarajın köçürülməsinə, sökülməsinə razılıq vermiş və həmin qarajlar sökülərək köçürülmüşdür. Cavabdehin atası Nümayəndə1 heç bir hüququ olmadığı halda MTK-dan qaraja görə ya 24 kv.m qeyri-yaşayış sahəsi ya 4 ədəd qaraj, ya da 40 000 manat pul tələb etmişdir. İddiaçı 2021-ci ilin ap rel ayından başlayaraq ona ayrılan torpaq sahəsində yerləşən və müvəqqəti istifadə edilməsi üçün sakinlərə verilən qarajların köçürülməsi ilə əlaqədar Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciətlər etmişdir. Sonuncu dəfə isə iddiaçı 06 yanvar 2022-ci il tarixli 10 nömrəli məktubla Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciət edərək, mübahisəli qarajın köçürülməsi və onun yerləşdiyi ərazinin təmizlənərək iddiaçıya təhvil verilməsinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra məlum olmuşdur ki, əslində həmin qaraj cavabdehə məxsus olmamışdır, xx.xx.2021-ci il tarixli ******* AN-İ nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı X5 tərəfindən guya 40 000 manata cavabdehə satılmışdır. Alqı-satqı müqaviləsində göstərilən məbləğ simvolik olaraq yazılmışdır. Əslində həmin qarajın heç 5 000 manat dəyəri yoxdur. Həmin əqd yalnız qarajın guya 40 000 manat dəyər təşkil etməsi və həmin pulun iddiaçıdan alınmasına cəhd üçün bağlanmışdır. Bundan sonra, mübahisəli qaraj cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə bir il müddətinə sığortalanmış və cavabdehə bu barədə daşınmaz əmlakın icbari sığorta Şəhadətnaməsi verilmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə mübahisəli qaraj Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsində 04/1292 inventar nömrəsi ilə qaraj kimi qeydə alınmış və cavabdehə texnik pasport verilmişdir. Nəticədə, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı 15 Aprel 2014-cü il tarixli sərəncamı və həmin sərəncamda qismən dəyişiklik edilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı 26 Fevral 2016- cı il tarixli sərəncamın icrasını həyata keçirə bilməmişdir. Yəni, 2451 saylı məhəllə ünvanda inşası tamam olmuş binaların həyətində yenidənqurma və tamamlama işlərini apara bilmir. Bu isə iddiaçı tərəfindən inşa edilmiş kompleksdəki payçıların haqlı etiraz və narazılığına səbəb olmuşdur. Mübahisəli qaraj və həmin ərazidəki digər qarajlar Nizami Bələdiyyəsinin qərarına əsasən sakinlərin adına sənədləşdirilmişdir. Mübahisəli qaraj X2 adına sənədləşdirilmişdir. Bələdiyyə qərarlarında göstərilmişdir ki, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa, Nizami Bələdiyyəsinin tələbi ilə azad edilməlidir.

13. Cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, sözügedən qaraja dair dövlət qeydiyyatı idarəsindən onlara texniki pasport verilmişdir. Həmin te xniki pasportun surətini məhkəməyə təqdim etmişdir. Mülkiyyətlərində olan əmlakı 6000 manat dəyərində qiymətləndirməkləri cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Qarajın dəyəri 2 otaqlı mənzilin dəyərinə bərabərdir, buna görə də, 40000 manat tələb etmişlər.

14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 aprel 2022-ci il tarixli, 2(007)- 1017/2022 saylı qətnaməsi (hakim F.Mirzəyev) ilə iddia təmin edilərək, cavabdehə iddiaçı tərəfindən 6000 manat verilməklə ünvan 4 ünvanda yerləşən cavabdehə məxsus 18 kv.m sahəsi olan qarajın sökülməsi qət edilmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq, hazırkı cavabdehin özünə məxsus olan qaraja görə dəyərindən dəfələrlə artıq pul tələb etməs i cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə cavabdehin əmlaka görə MTK-dan əsassız olaraq real olmayan qiymət tələb etməsində və ya şərtlər irəli sürməsində və sair hərəkətlərdə ifadə olunur. Cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Cavabdeh öz hüquqlarından iddiaçıya ziyan vuran şəkildə sui-istifadə edir.

16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13-cü maddəsinin İİİ hissəsinə, 29-cu maddəsinin İV hissəsinə, 43-cü maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə, 152.1-ci maddəsinə, 16.1-ci maddəsinə, 152.6-cı maddəsinə, 560.1-ci maddəsinə, 560.2-ci maddəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zam anı “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndinə, “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndinə, həmin Qərarın 65-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdı r ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından ləğv edilməlidir, əks halda bu qətnamənin qanuni qüvvə alması onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olacaqdır. Qeyd edir ki, birinci instansiya məhkəməsi işə düzgün hüquqi qiymət verməmişdir, iddiaçının iddia ərizəsində qeyd etdiyi rəqəmləri əsas götürməklə qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə çıxararkən, qət etdi hissəsində iddiaçının sifarişi ilə qiymətləndirilmiş həmin əmlakın 6000 manat müəyyən edilməsinə istinad etmişdir. Həmin qiymətləndirmənin qərəzli olması, sifarişçinin istəyinə uyğun qiymətləndirilməsi aşkardır. Buna baxmayaraq, məhkəmə yalnız həmin qərəzli sübuta əsaslanmışdır. Tərəflərindən məhkəməyə təqdim olunmuş rəsmi notarial qaydada təsdiq olunmuş 16 dekabr 2021-ci il tarixli AN se riyalı, ******* nömrəli alqı-satqı müqaviləsində göstərilmiş qiymətə münasibət bildirməmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş qiymətləndirmə ekspertizasına əsasən, “Yeni Dövr” qiymətləndirmə Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, YDQM №103-082/2022 saylı qiymətləndirmə rəyinə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə müəyyən olunmuşdur ki: 1. ünvan 4 ünvanında 18 kv.m sahədən ibarət cavabdehə məxsus qaraj mövcuddur, baxış zamanı qarajın faktiki olaraq 24 kv.m olduğu müəyyən edilmişdir.

2. Qarajın bir hissəsi daş, bir hissəsi metal konstruksiyadan ibarətdir. Qarajın sol hissəsinin divarı ümumiyyətlə mövcud deyil, həmin hissədə divar rolunu qonşuluqda yerlə şən qeyri-yaşayış binasının arxa divarı əvəzləyib. Belə ki, mülkiyyətçinin oğlu tərəfindən verilmiş məlumata əsasən qarajın sahəsinin genişləndirilməsi işləri aparılarkən divar ləğv edilərək, qonşuluqda yerləşən qeyri-yaşayış binasına bitişdirilmişdir. Qarajın qiriş hissəsindən başlayaraq sol tərəfinin daşıyıcı rolunu yerə betonla bərkidilmiş dəmir dayaqlar həyata keçirir. Qarajda aparılan təmir-tikinti işləri tikinti normalarına zidd aparılıb, qarajın əsaslı təmir-tikinti işlərinin aparılmasına ehtiyac var.

3. Qarajın faktiki sahəsi nəzərə alınmaqla bazar dəyəri 7.150 AZN təşkil etmişdir

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 10 noyabr 2022-ci il tarixli, 2(103)-4830/2022 saylı qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və mə ruzəçi), X7 və X8) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir.

21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sökülməsi tələb olunan qarajın həm sahəsi, həm də qiyməti düzgün qiymətləndirilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qarajın sahəsini 18.kv.metr, dəyərini isə 6000,0 manat müəyyən edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 164 saylı xx.xx.2014-cü il tarixli sərəncamına əsasən, iddiaçının xx.xx.2014cü il tarixli, 06 saylı müraciəti nəzərə alınaraq, Nizami rayonu, Q.Qarayev prospekti, Ə.Hacıyev, T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2453-ci məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökül ərək, yerində yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən iddiaçıya həvalə edilmişdir. İddiaçı ədalətli kompensasiya təklif etməmiş, eyni zamanda cavabdehlə razılıq əldə olunmamışdır.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 560.1, 560.1, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 384.0.2, 372.6, 372.7-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi izahatında və apellyasiya şikayətində bildirmişdir ki, qarajın dəyəri 2 otaqlı mənzilin dəyərinə bərabərdir, buna görə də 40 000 manat tələb etmişdir. Görünən odur ki, əsl ində cavabdehi ona məxsus qarajın mülkiyyət hüququ maraqlandırmır, məqsədi onun dəyərindən daha çox pul əldə etməkdir. Məhkəmə kollegiyası qarajın tələsik xx.xx.2021ci il tarixdə bir il müddətinə sığortalanması, daha sonra 2xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsində 04/1292 inventar nömrəsi ilə qaraj kimi qeydə alınması yalnız iddiaçıdan çox pul almaq məqsədilə edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, qarajın bir hissəsi başqa bir obyektə birləşdirilmiş, digər hissəsi isə sökülən qarajın daş hasarıdır. Məhkəmə kollegiyasının qarajın dəyərinin müəyyən edilməsi barədə təyin etdiyi qiymətləndirməyə dair ekspertiza qərarı üzrə qarajın qiyməti 7150 manat müəyyən e dilmişdir. Lakin məhkəmə kollegiyası əsassız və qanunsuz olaraq həmin rəyi də nəzərə almamışdır. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iddiaçı qarajın qiymətinin 7 150 manat olması ilə razılaşmasını və həmin kompensasiyanı ödəmək niyyətində olduğunu bildirməsinə baxmayaraq, həmin halı nəzərə almamışdır. Apellyasiya İnstansiya Məhkəməsi öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibələrinə uyğun əsaslandırmamış, cavabdehin öz mülkiyyət hüququndan sui-istifadə etməsini və bununla əsassız varlanmaq niyyətində olduğunu nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirən zaman cavabdehə məxsus qarajın harada yerləşməsi, qaraj kimi normal tələblərə cavab verməməsi və ümumiyyətlə bazar qiymətini nəzərə almamı şdır.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Dekabr 2019-cu il tarixli 482 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 May 2020-ci tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 217, 218.1, 385.1, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 Noyabr 2005-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ve rmək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31..Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apell yasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarı

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kol legiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. 43.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 44.Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nın kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4830/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar