Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1216/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1216/2022 (Açar sözlər: evə köçürülmə, tələbin hüquqi əsasını olmaması) Bakı şəhəri, 14 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ev köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9782/2021 nömrəli, 27 oktyabr 2021 il tarixli qətnaməsindən İddiaçı kassasiya şika yətinə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Cavabdeh2 oğlu ilə 15.06.2014-cü ildə nikaha daxil olublar. Birgə nikahdan 1 uşaqları var. Nikah 31 avqust 2017-ci ildə pozulub.
2. İddiaçı Cavabdeh2lə evləndikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə (özbaşına tikiliyə) köçüb və 2017-ci ilin əvvəlinə kimi bu evdə yaşayıb.
3. Cavabdeh1 iddiaçının keçmiş qayınatasıdır.
4. Mübahisə iddiaçının həmin evə köçməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 10 mart 2015-ci il təvəllüdlü uşağı Məryəmlə birg ə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə (özbaşına tikiliyə) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə Cavabdeh2 ilə el adəti ilə nikaha daxil olmuş və rəsmi nikah 15.06.2014-cü il tarixdə Bakı şəhəri Nizamii rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Cavabdehlə nikaha daxil olduqdan sonra tərəflər arasında bir müddət normal ailə münasibətləri mövcud olmuşdur. Birgə nikahdan 10.03.2015-ci il təvəllüdlü Məryəm adlı uşağları var.
7. Binəqədi Rayon Məhkəməsində 2(001)-7341/17 saylı Cavabdeh2 tərəfindən iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırılmışdır.
8. İddiaçı Cavabdeh2lə ailə qurduğu gündən sonuncunun atası Cavabdeh1 adına olan və məhz yeni ailə quran h əmin şəxslər üçün inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə (özbaşına tikiliyə) gəlin köçmüş və cehiz əşyalarını da ora gətirmiş, uşaqları da həmin evdə doğulmuşdur.
9. Bu evdə evdə etibarlı ailə əlaqələri əsasında yalnız iddiaçı, onun əri – Cavabdeh2 və uşaqları yaşamışlar.
10. İddiaçı dəfələrlə azyaşlı cavabdehlər tərəfindən döyülüb təhqir edilərək evdən uşağı ilə birlikdə qovulmuş, sonuncu dəfə bu hal 2017-ci ilin əvvəllərində baş vermişdir.
11. İddiaçı azyaşlı uşağı ilə birlikdə bu günə qədər atası evində ağır şəraitdə yaşamaq məcburiyyətindədir. İddiaçının döyülüb təhqir edilməsinin əsas səbəbi isə o olmuşdur ki, atası onlara, yəni onun əri Cavabdeh2 və qaynı Nain Allahverdiyevi də saxlamalı, yəni onlara maliyyə yardımı etməli imiş. 1
2. Bu mümkün olmadıqda isə, iddiaçı mütəmadi olaraq həmin şəxslər tərəfindən döyülərək, şiddətə və işgəncələrə məruz qalmışdır.
13. İddiaçı evdən qovulan zaman Cavabdeh2 iddiaçıya hətta özünün və azyaşlı uşağının geyim əşyalarını, həmçinin qızıl-zinət əşyalarını götürməyə imkan verməmiş, bu gün də bütün əşyaları həmin evdədir.
14. İddiaçının azyaşlı uşağı ilə birlikdə digər yaşayış sahəsi yoxdur.
15. İddia ərizəsinə əlavə edilən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə Nümayəndəliyinin 3160 saylı 26.05.2017-ci il tarixli arayışına əsasən iddiaçı həqiqətən özbaşına tikilidə qeydiyyatsız yaşayır; ailə başçısı Cavabdeh1 vergi ödəyicisi kimi qeydə alınıb, ailə üzvləri X1, həyat yoldaşı Cavabdeh2dur.
16. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyə sinin Əmlak və torpaq vergisinin ödənilməsi barədə 6934 saylı 23.05.2017-ci il tarixli Tədiyyə Bildirişinə əsasən Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən evə dair 2014-2016-cı illər üçün əmlak və torpaq vergisi ödəyicisi Cavabdeh1 tərəfindən (əslində iddiaçının atası tərəfindən) ödənilmişdir və vergi borcu yoxdur.
17. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 11, 27 və 180-ci maddələrinə istinad etmişdir.
18. Cavabdeh Cavabdeh2 nümayəndəsi iddiaya etiraz edib, etirazını onunla əsaslandırıb ki, iddiaçı həqiqətən toy mərasimindən sonra mübahisəli evə gəlin köçmüş və cehiz əşyalar həmin evdədir. Həmin özbaşına tikilidə cavabdeh 6 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Evdə 3 ailə yaşayır. İddiaçının orda yaşaması üçün şərait yoxdur. Əslində, iddiaçının yaşamağa evi vardır.
19. Cavabdeh1 iddiaya etiraz kimi göstərib ki, iddiaçının məqsədi əslində həmin evə köçmək deyil, onlara təzyiq etməkdir.
20. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7550/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh2 ilə birgə nikahdan 10.03.2015-ci il tarixdə anadan olmuş uşağı X1 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsindəki özbaşına tikiliyə evə köçürülməsi qət edilmişdir. (hakim Anar Rzayev)
21. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara və yerli baxışın nəticələrinə istinadən müəyyən etmişdir ki, iddia tələbinin predmeti olan ev – Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində özbaşına tikilidir. Həmin ev 3 otaqlıdır. Cavabdehlərin ailəsi 2006-cı ildən həmin ün vanda yaşayır. İddiaçı həmin ünvana gəlin köçmüş və mübahisəli evin otaqlarının birində iddiaçıya məxsus cehiz əşyaları vardır. Həmin tikiliyə dair cavabdehlərin adına heç bir hüquqi sənəd yoxdur, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib.
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinadən hesab edib ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq e dən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir k i, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin.
23. Birinci instansiya məhkəməsinin mövqeyinə görə o da nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı ş əxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən”məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir.
24. Birinci instansiya məhkəməsi qeyd edib ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdehlə r (və faktiki ailəsi) mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o da bu evə köçürülməlidir.
25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, Mülki 180.1, 1 80.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdehlər apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.
27. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə çıxarılan zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri kobud və ciddi şəkildə pozulub. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman tam müəyyən və sübut olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evini hazırkı mülki iş üzrə Cavabdeh1 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etmişdir. O vaxtdan indiyə kimi də həmin evə görə Cavabdeh1 əmlak və torpaq vergisinin ödəyicisidir. Ev 1(bir) mərtəbəli, 3 (üç) yaşayış otağından, mətbəx və sanitar qovşağından ibarətdir. Fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur, özbaşına tikili hesab olunur. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd edilən fərdi yaşayış evi 2006-cı ildə hazır olandan sonra həmin evdə cavabdehlər Cavabdeh1, onun həyat yoldaşı, oğlu Cavabdeh2, sonuncunun qardaşı və onun ailəsi yaşamağa başlamışlar; - iddiaçı ilə cavabdeh Rasif Allahveridiyev 15.03.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. İddiaçı ailə həyatı qurandan sonra cavabdehlərin və onların ailə üzvlərinin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evinə (özbaşına tikiliyə) gəlin gəlmişdir. Ondan sonra da həmin evdə 3 (üç) ailə, yəni Cav abdeh2, iddiaçı K.İddiaçı, Cavabdeh1, onun həyat yoldaşı, oğlu Nain Allahverdiyev ailəsi ilə birgə yaşamışdır. İndinin özünə kimi də cavabdehlər, Cavabdeh1 həyat yoldaşı, oğlanları Nain Allahverdiyev və ailəsi bu fərdi yaşayış evində əvvəlki kimi daimi və fasiləsiz olaraq yaşayırlar; - iddiaçı cavabdehlərlə bu evdə 2016-cı ilin may ayına kimi yaşamışdır. İddiaçı ilə Cavabdeh2 ailə münasibətləri də məhz iddiaçının təqsiri üzündən, tez-tez evdə əsassız və səbəbsiz yerə münaqişələr və söz-söhbətlər yaratması üzündən pozulmuş, pisləşmiş və gərginləşmişdir. Ailə münasibətlərimiz pozulduğuna görə 2016-cı ilin may ayında İddiaçı evi öz istəyi və arzusu ilə tərk etmiş və azyaşlı uşağını da özü ilə götürüb valideynlərinin evinə getmiş və indiyə kimi də onlarla bir yerdə yaşayır. İddiaçını heç kim e vdən qovmamış və çıxarmamışdır; - iddiaçının iddia ərizəsində ərə gələndən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evində yalnız özünün, Cavabdeh2 və daha sonra dünyaya gəlmiş uşaqları Məryəm Allahverdiyeva ilə birgə yaşaması, cavabdehlər tərəfindən dəfələrlə döyülməsi və təhqir olunması, evdən qovulması, sonuncu dəfə belə bir halın 2017-ci ilin əvvəllərində baş verməsi, özünün və azyaşlı uşağının geyim əşyalarının və qızıl-zinət əşyalarının evdə qalması, qızıl-zinət əşyalarının əksəriyyətinin qardaşı Nain Allahverdiyev tərəfindən oğurlanaraq satılması və gizlədilməsi, iddiaçının azyaşlı uşağı ilə atası evində ağır şəraitdə yaşamağa məcbur olması və s. barədə yazdıqları tamamilə ağ yalan olmaqla heç bir həqiqətə uyğun deyildir. Bütü n bunlar onlara qarşı şər və böhtan olmaqla qisas almaq məqsədilə yazılan və edilən hərəkətlərdir; - məhkəmə araşdırması ilə o da müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evin inşasında, onun təmirində hər hansı bir şəkildə iştirak etməmiş, hər hansı bir məbləğdə vəsait sərf etməmişdir. Belə olan halda iddiaçının mübahisəli özbaşına tikiliyə istifadə və ya hər hansı digər hüququ yaranmamışdır. Bu kimi hüquqlar yaranmadığından, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli sahəyə köçürülməsinin hüquqi əsası yoxdur; - birinci instansiya məhkəməsi qeyd edilən hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə 11.09.2017-ci il tarixli qanunsuz və əsassız qətnaməni çıxarmışdır; - iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-734/2017 saylı 31.0 8.2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə azyaşlı qızı Məryəm Allahverdiyeva iddiaçının yanında və himayəsində saxlanılmaqla Cavabdeh2 hər ay sabit pul məbləği şəklində 136,60 manat məbləğində alimentin tutulması qət edilmişdir. - 3 (üç) yaşayış otağından ibarət olan və 3 (üç) ailənin yaşadığı bir evə yer olmadığına görə iddiaçının azyaşlı uşağı ilə köçürülməsi qeyri-mümkündür; - digər tərəfdən iddiaçı ilə onların bütün ailə üzvlərinin münasibətləri bir ildən artıqdır ki, pozulmuş, aralarında ciddi ailə münaqişəsinin olması da iddiaçının azyaşlı uşağı ilə yaşadığı evə köçürülməsini qeyri-mümkün edir.
28. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9782/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edi lmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 11.09.2017-ci il tarixli, 2(008)-7550/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Rafael Eyvazov, Fuad Talışinski)
29. Apellyasiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Bünyadzadə küçəsində yerləşən fərdi yaşayış evini hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etmişdir. O vaxtdan indiyə kimi də həmin evə görə Cavabdeh1 əmlak və torpaq vergisinin ödəyicisidir. Ev bir mərtəbəli, üç yaşayış otağından, mətbəx və sanitar qovşağından ibarətdir. Fərdi yaşayış evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur, özbaşına tikili hesab ol unur. Qeyd edilən fərdi yaşayış evi 2006-cı ildə hazır olandan sonra həmin evdə cavabdehlər Yavər Allahveriyev, onun həyat yoldaşı, Cavabdeh2, sonuncunun qardaşı və onun ailəsi yaşamağa başlamışlar. İddiaçı ilə cavabdeh Rasif 15.03.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, iddiaçı ailə həyatı qurandan sonra i cavabdehlərin və onların ailə üzvlərinin yaşadığı mübahisəli evə (özbaşına tikiliyə) gəlin gəlmişdir. Ondan sonra da həmin evdə üç ailə birgə yaşamışdır. İddiaçı cavabdehlərlə bu evdə 2017-ci ilin əvvəlinə kimi yaşamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7341 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh2 nikahı pozulub.
30. Apellyasiya məhkəməsi qeyd edib ki, tərəflər arasında hüquq münasibətləri 15.03.2014-cü ildə yaranmışdır və iddiaçı hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 tərəfindən 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etdiyi özbaşına tikiliyə gəlin köçmüş, həmin evdə 2017-ci ilin əvvəlinə kimi yaşamışdır.
31. Apellyasiya məhkəməsi vurğulayıb ki, iddiaçının köçürülməsini tələb etdiyi ev hazırkı mülki iş üzrə cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 tərəfindən 2006cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa etməsi işin mübahisəsiz halı olduğundan və iddiaçının həmin evdə hər hansı yaxşılaşdırma aparması, Cavabdeh1 ilə birgə təsərrüfat aparması məhkəmə baxışı zamanı təsdiqini tapmadığından iddiaçının həmin evə köçürülmə tələbi təmin oluna bilməz.
32. Apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istin ad etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (vəkil X3) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayətində birinci instansiya məhkəməsinin qeyd etdiyi hallara istinad edilməklə, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü, Mülki Məcəllənin 27-ci və Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin pozulması göstərilib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
35. Kassasiya şikayətinə yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair8 oktyabr 2013-c ü il tarixli Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı ic raat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibətlərinin iddiaçının Cavabdeh2lə 15.03.2014-cü ildə inikaha girib evə köçdü yü vaxtdan yaranmasını, mübahisədə adı keçən evin cavabdeh (iddiaçının keçmiş qayınatası) Cavabdeh1 tərəfindən 2006-cı ildə öz ailəsi üçün tam olaraq öz şəxsi vəsaiti hesabına inşa edildiyini müəyyən etmişdir.
42. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30)
43. Hazırki işdə isə apellyasiya məhkəməsi müəyyən edib ki, iddiaçı hazırda yaşayış sahəsinin sahibi olan Yavər Abdullayevin ailə üzvü sırasına daxil deyildir.
44. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülk iyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək h üququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir.
46. Hazırki işdə də iddiaçının evin sahibindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmadığı müəyyən edildiyi üçün apellyasiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından düzgün olmuşdur.
47. İşin müəyyən edilmiş hallarına əsasən tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti iddianın təmin edilməsini istisna edir. Bu baxımdan, iddianın təm in edilməməsi barədə gəlinən nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyə uyğun olmuşdur.
48. Apellyasiya instansiyası təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmiş, maddi hüquq normalarını düzgün tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
50. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9782/2021 nömrəli, 27 oktyabr 2021 il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.