Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1216/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və maraqlı şəxs Astara rayon Notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(106)-1528/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası və nənəsindən - X8 və X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0.4 ha torpaq sahəsinin vərəsələr İddiaçı münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığı üçün evin və torpağın qiymətinin müəyyən edilib, vərəsələrə həmin payın pul şəkilində ödənilməsini, 01 noyabr 2021- ci il tarixdə v erilmiş 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına verilmiş 25 noyabr 2021-ci il tarixli ********** nömrəli reyestrdən Çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. Astara Rayon Məhkəməsinin 2(018)-37/2024 nömrəli 20 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Məmmədov)
3. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1528/2024 nömrəli 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(018)-37/2024 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddianın qismən təmin edilməsi, ünvan 2 ünvanda yerləşən 0.04 ha torpaq sa həsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına yazılmış xx.xx.2021-ci il tarixli, 2V-602 və 2V-603 nömrəli qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamə əsasında Cavabdeh2 adına aparılmış xx.xx.2021-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatının etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən, X14 və X3 miras qalmış, 0.04 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evinə dair paylar aşağıdakı kimi müəyyən edilməsi: Torpaq sahəsində İddiaçı payı- 3/32, Cavabdeh2 payı11/32; Fərdi yaşayış evində İddiaçı payı- 30/64, Cavabdeh2 payı - 16/64, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə)
4. Qətnamədən cavabdeh və onun nümayəndəsi və vəkili Vək il3 kassasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək qətnamədən verilmiş kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1528/2024 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayəti üzrə müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməyərək, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qət edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə)
6. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, 2 ay 08 gündən sonra, 03 fevral 2025-ci il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Bununla da, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır. Cavabdehin vəkili və nümayəndəsi Vəkil3 kassasiya şikayətinə prosessual müddətin bərpasına dair ərizə də əlavə etmiş, prosessual müddətin ötürülməsini üzrlü hesab etməklə bərpa edilməsini xahiş etmiş, ötürülmüş müddətin üzrlü sayılması üçün konkret əsas göstərməmişdir.
7. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1, 133.1, 405.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabd eh (Vəkil3) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 feval 2025-ci il tarixli 2(106)-1528/2024 nömrəli qərardadının ləğv edilərək kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsini üzrlü hesab etməklə həmin müddəti bərpa edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə məhkəmədə onu təmsil etməklə hüquqlarını müdafiə edən Lənkəran rayon vəkil Bürosunun vəkili Vəkil2 qətnamənin çıxarıldığı tarixdə (məhkəmə iclasından sonra) yekun məhkəmə aktının nəticəsi barədə onu məlumatlandırmışdır və əlavə olaraq həmin qətnamənin alındığı vaxtdan 2 ay müddətində kassasiya şikayəti vermək hüququnun olduğunu izah etmişdir. Onunla sonuncu danışığı elə qətnamə çıxarılan gündur. Beləliklə, mübahislə ndirdiyi qətnaməni xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə əldə etmişdir (zərfin surətini ərizəyə əlavə edir). Hal-hazırda yeni müqavilə əsasında hüquqlarını Vəkil3 müdafiə edir. Onunla müqavilə bağlamamışdan öncə o, apellyasiya məhkəməsində iştirak edən vəkillə əlaqə saxlamağı və qətnamənin e-məhkəmə sisteminə hansı tarixdə yerləşdirildiyini öyrənməyi xahiş etmiş və qətnamənin xx.xx.2024-cü il kabinetə yerləşdirildiyi məlum olmuşdur. Yuxarıda da qeyd etdiyi kimi həmin vəkillə daha əlaqə olmadığından üzrlü səbəbdən kassasiya şikayəti üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
11. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
12. Maddə 130.2. Qanunun tələbinə görə, prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
13. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 14.Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektro n poçt, SMS və s. vasitəsilə) çatdırılır. 15.Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
17. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qəradaddan kassasiya şikayəti verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və k assasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
24. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosess ual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
25. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.)
26. Hazırkı işin materiallarından müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyab r 2024-cü il tarixli qətnaməsi 25 noyabr 2024cü il tarixdə tərəfin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, həmin tarixdən də rəsmi çatdırılmış hesab edilmişdir. Cavabdehin özünə isə poçt vasitəsilə xx.xx.2024-cü il tarixli qaimə ilə tərəflərin poçt ünvanlarına göndərilmişdir. Bu hal mübahisələndirilmir. Cavabdehin yeni nümayəndəsi və vəkili Vəkil3 kassasiya şikayətini 03 fevral 2025-ci il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir.
27. Göründüyü kimi, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, 2 ay 08 gündən sonra, 03 fevral 2025-ci il tarixdə elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Bununla da, cavabdeh tə rəfindən qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət buraxılmışdır.
28. Cavabdehin prosessual müddətin bərpasına dair ərizədə göstərdiyi səbəblə bağlı məhkəmə kollegiyası bildirir ki, cavabdehin vəkilinin ona səhv məlumat verməsi hər hansı sübutla təsdiqlənmir. 29. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüq uqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
30. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli 2(106)-1528/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.