Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1217/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-415/2019, hakim P.A.Hüseynov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilm iş, cavabdehdən xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3.177 ABŞ dolları əsas borc, 66 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.243 ABŞ dolları məbləğdə borcun ödəniş gününə manata məzənnəsi ilə alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə və Cavabdeh Ləğv prosesində olan İddiaçı ASCyə qarşı “kredit və ipoteka müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-12791/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) Ləğvprosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə “ilk iddiada irəli sürülmüş əldən çıxmış faydanın tutulması tələbinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qə tnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib “əldən çıxmış faydanın tutulması” tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tаrixli müqaviləyə əsasən, sonuncuya bank tərəfindən illik 27 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklrin icrasının təmin etmək məqsədilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus avtomobil bankın xeyrinə yüklü edilmişdir. xx xxxxxx 2018-ci tarixdə Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun-əsas borc, faiz borcu və əldən çıxmış faydanın tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh qarşılıqlı idda qaldıraraq onunla bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi və avtomobilin ipoteka ilə yüklü edilməsi barədə qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 399,4-cü maddələrinə və “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarına istinad edilərək göstərilmişdir ki, cavabdehin qanunsuz olaraq özündə saxladığı pul vəsaitini qaytarmaması nəticəsində iddiaçı həmin vəsaiti başqa şəxslərə kredit verməklə gəlir əldə etmək imkanından məhrum olduğuna görə cavabdehdən əldən çıxmış fayda qismində 3.184 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, qarşılıqlı iddia tələbinin əsasını isə kredit və ipoteka müqavilələrinə xitam verilməsi və avtomobilin yüklülükdən azad edilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi əldən çıxmış fayda tələbinin rə dd edilməsi hissəsində ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi bağölanmlş və müqaviləyə əsasən bank tərəfindən cavabdehə avtomobil alınması məqsədilə 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 5200 ABŞ doları məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin etmək məqsədilə həmin tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus avtomobil bankın xeyrinə yüklü edilmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən bank həmin məbləği yenidən kreditə verərək qazanc əldə etməkdən məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsi ilə öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd edilən maddənin tələblərinə uyğun olaraq fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni həmin məbləğin yenidən kreditə verilməsi ilə bağlı danışıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiq edən sübutları təqdim etməmişdir. Digər tərəfdən, bankın lisenziyası Azərbaycan Mərkəzi Bankının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, həmin ta rixdən sonra iddiaçı tərəfindən cavabdehin vaxtında ödəmədiyi kredit məbləğini yenidən kreditə vermək imkanı da olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1217/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1217/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver