Məhkəmə qərarları › İş №2(102)-1218/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1218/2022

05.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1218/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2021-ci il i tarixli, 2(105)-2631/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinin rəisi Nazim Ağayevin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmrinin təsviri-əsaslandırıcı hissəsinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Ülviyyə Məmmədovanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə yazdığı şikayət məktubu araşdırılarkən məlum olmuşdur ki, İddiaçı ilə onun arasında mübahisə baş vermiş və nəticədə o, İddiaçı tərəfindən təhqir olunmuş və xəsarət almışdır. Baş verən hadisə ilə əlaqədar Ü.M əmmədova rayon polis şöbəsinə, prokurorluğuna, məhkəməsinə şikayət etmiş, nəticədə İddiaçı 300 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda İddiaçı şəhid ailəsinin üzvü, öhdəsində azyaşlı uşağı olan mərkəzin fəhləsi Təhminə Bəylərovaya oktyabr, noyabr aylarında əmək haqqı yazmamış və israrla onun işə çıxmasını tələb etmişdir. Bununla bağlı, X3 Nazirliyinə və Regional İdarəyə müraciət etdikdən sonra bu vəziyyət aradan qaldırılmış, onun əmək haqqısı ödənilmişdir. Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur. Həmin əmrlə İddiaçı sonuncu xəbərdarlıq edilərək şiddətli töhmət verilmişdir. X6 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublika sı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh idarənin 16 dekabr 2020-ci il tarixli 56-K saylı və 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrlərin ləğv olunaraq, iddiaçının öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin 21 yanvar tarixində Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin yanvar ayından Şabran rayon Mədəniyyət Mərkəzi X6 İdarəsinin tabeçiliyinə verilmişdir. 15 oktyabr 2020-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində mədəni təşkilatçı vəzifəsində işləyən X4 iddiaçının iş otağında, şər atmaq məqsədilə əvvəlcədən planlaşdırdığı təxribat əməli törətmişdir. X1 uydurduğu cəfəngiyata əsasən, Şabran Rayon Məhkəməsi iddiaçını 23 noyabr 2020-ci il tarixli qərarı ilə inzibati cərimə etmişdir. Verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Şabran Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı qanuni qüvvəyə minməmiş, X6 İdarəsinin rəisi Nazim Ağayev məhkəmə qərarını əsas tutaraq, 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmrlə iddiaçıya şiddətli töhmət vermişdir. Şabran Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olarkən, X6 İdarəsinin rəisi Nazim Ağayev təkrar eyni əsaslarla, 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrlə iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 nömrəli qətnaməsi ilə (hakim S.A.Səmədzadə) iddia təmin edilmiş, X6 İdarəsinin 16 dekabr 2020ci il tarixli 56-K saylı və 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrlərin ləğv olunması, İddiaçı Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə bərpa olunması, İddiaçı məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci insta nsiya məhkəməsi hesab etmişdir ki, Xaçmaz Regional İdarəsinin rəisinin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmri müxtəlif qanun pozuntuları ilə verildiyindən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan məlumatlara əsasən İddiaçı ilə Ülviyyə Məmmədova arasında baş vermiş insident 15 oktyabr 2020-ci il tarixdə baş versə də, bununla bağlı intizam tənbehi İddiaçı iki ay sonra verilmişdir. Bundan başqa, əmrin əsaslandırıcı hissəsindən də göründüyü kimi, İddiaçı barəsində inzibati xətanın törədilməsi haqqında məhkəmə qərarı qanuni qüvvəyə minməmiş, ona həmin əsaslarla intizam tənbehi verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilməsinə dair Şabran Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Əmrin əsaslandırıcı hissəsinin ikinci bəndinə, yəni Təhminə Bəylərovaya münasibətdə olan hissəsi üzrə məhkəmə hesab etmişdir ki, işəgötürən ümumiyyətlə heç bir əsas gətirmədən İddiaçı bu hal üzrə intizam tənbehi vermişdir. Belə ki, qeyd olunan əmr Təhminə Bəylərovaya münasibətdə olan hissəsində yalnız bir formal cümlə ilə “Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur” əsaslandırılır. İddiaçı Təhminə Bəylərovaya münasibətdə konkret olaraq Əmək Məcəlləsinin hansı normasını və ya vəzifə təlima tının hansı bəndini pozmasına istinad edilməmişdir. X6 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, qeyd olunan əmr o əsasla verilmişdir ki, İddiaçı ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Lakin, İddiaçı barəsində olan birinci əmr qanunsuz və əsassız olması səbəbindən ləğv edilməli olduğu üçün, 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmr də hüquqi qüvvəsini itirmiş olduğundan, ləğv edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)-1231/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2021-ci il i tarixli, 2(105)-2631/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(067)1231/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, X6 İdarəsinin rəisi Nazim Ağayevin 13 yanvar 2021-ci il tarixli, 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bən dinə əsasən 13 yanvar 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, müvəqqəti olaraq (analıq məzuniyyəti əvəzi) Şabran rayon X8 kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. Həmin əmr ləğv olunmamış, qüvvədə olduğu halda X6 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli, 01- K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. Həmçinin Azərbaycan Mədəniyyət X2 Respublika Komitəsinin İddiaçı ünvanladığı 15 sentyabr 2021-ci il tarixli, 116 nömrəli məktubunda qeyd edilmişdir ki, 15 yanvar 2021-ci il tarixli, 11 nömrəli MİHİ Şabran Rayon Komitəsi tərəfindən cavab məktubla onun işdən çıxarılması məqsədəmüvafiq hesa b edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan məsələ ilə bağlı MİHİ Şabran Rayon Komitəsi tərəfindən rəsmi iclas keçirilməmiş, heç bir qərar çıxarılmamış və bununla da prosedur qaydaları pozularaq əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməmişdir. MİHİ Şabran Rayon Komitəsinin sədri S.Məcidova işində buraxdığı nöqsanlara görə Komitə tərəfindən intizam məsuliyyətinə cəlb edilərək ona töhmət verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2021-ci il i tarixli, 2(105)-2631/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması ba rədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin halları tam araşdırılmamışdır. Belə ki, Ülviyyə Məmmədovanın şikayəti üzrə 12 noyabr 2020-ci il tarixli qərarla iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə həmin halı nəzərə almayaraq Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini pozmuşdur. Digər tərəfdən Təhminə Bəylərovanın hüquqlarının pozulması ilə əlaqədar 02 dekabr 2020-ci ildə Mədəniyyət Nazirliyinə şikayət daxil olmuş və aparılmış araşdırma ilə iddiaçının nöqsanlara yol verdiyi aşkar olunmuşdur. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçı barəsində verilmiş əmrlərin verilməsi üçün əsas məhkəm ə qərarı olmamış, inzibati araşdırmanın nəticələr olmuşdur. Digər tərəfdən Sumqayıt Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli qərarı ilə iddiaçının inzibati məsuliyyətdən azad edilməsinin səbəbi prosessual müddətlərin pozulması olmuşdur. Döymə faktı isə təsdiqini tapmışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. İddiaçı kassasiya şikayətinə yazılı etiraz verərək, həmin şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2021ci il i tarixli, 2(105)-2631/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz işin faktiki halları ilə əsaslandırılmış, maddi və prosessual hüquq normalarına istinad olunmamışdır. Kassasiya bax ışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktları na təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbb üsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-a yrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar itti faqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən iddianın və müvafiq olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı barəsində əmr Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan qəbul edildiyindən qanunsuz olmuşdur. Həmin hal kassasiya şikayətində mübahisələndirilməmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlillərinə əlav ə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X6 İdarəsi tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2021-ci il i tarixli, 2(105)-2631/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar