Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2580/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1720/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları
1. Cavabdeh (bundan sonra “cavabdeh”) İddiaçı (bundan sonra “iddiaçı”) övladıdır.
2. Cavabdehdən başqa iddiaçının 2 övladı var. İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə hazırda Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 14 saylı evin 128 saylı mənzilində (bundan sonra – Mənzil) yaşayır.
3. Mənzil əvvəllər xx.xx.1979-cu il tarixdə verilmiş order əsasında iddiaçıya verilmiş (orderdə yalnız tərəflərin adları göstərilmişdir), sonradan cavabdehin də verdiyi razılıq əsasında iddiaçının adına özəlləşdirilmiş və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
4. Əvvəllər iddiaçının cavabdehə qarşı kompensasiya (10000 manat) verilməklə mənzilə isitfadə hüququna xitam verilməsi barədə iddiası olsa da, Bakı şəhəri Xətai Ra yon Məhkəməsinin 2(011)-5253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Bundan başqa, iddiaçı iki dəfə cavabdeh barəsində Bakı şəhəri Pİ-nin 34-cü PŞnə müraciət etmiş, hər iki müraciəti üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdeh barəsində cinayət işinin başlanılmasın rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehin ləyaqətsiz vərəsə tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh qeyri-rəsmi nikahda olduğu bir qadınla iddiaçının mülkiyyətçisi olduğu Mənzildə onunla birlikdə qalır. Birgə yaşamaları mümkün olmadığından dəfələrlə cavabdehə mənzili satıb ona kompensasiya verməyini təklif etsə də, cavabdeh bununla razılaşmamışdır. 2023-cü ildə iddiaçı Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzilin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehə 10000 manat kompensasiya verilməsini xahiş etsə də, iddiası təmin edilməmişdir. Cavabdeh qeyri-rəsmi yaşadığı qadınla mütəmadi olaraq iddiaçının söyüb-təhqir edir, hətta döyür. İddiaçı bu barədə dəfələrlə Xətai rayon Prokurorluğuna, Xətai Rayon Polis İdarəsinə şikayət ərizələri ilə müraciət etsə də, cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bundan istifadə edərək, iddiaçıya qarşı öz ləyaqətsiz hərəkətlərini hal-hazırda da davam etdirir. Cavabdehin bu hörmətsizliyi, qəddarlığı və bir ata kimi ona qarşı olan nifrəti, artıq cavabdehin ləyaqətsiz övlad və ləyaqəts iz vərəsə kimi tanıtdırmağına əsas yaratmışdır.
8. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, onun atası ilə münasibəti əvvəllər yaxşı olub, lakin, sonradan ona kənar şəxslərin təzyiqi olduğundan, onun üstünə şər-böhtanlar ataraq polisə şikayət etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı hazırkı tələblə yox, vərəsənin məcburi pay hüququndan məhrum edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Cavabdehin isə ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsaslar mövcud deyil. İddiaçının cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsini istəməsinin səbəbi onun ailəsini qəbul etməməsidir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8047/ 2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Pərviz Zamanlı)
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa, cavabdehlərin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi nə baxışı zamanı, nə də işdə olan sübutlar əsasında müəyyən edilmir. Hazırda tərəflər arasındakı mübahisə Mənzilin satılması və satışdan əldə ediləcək vəsaitin iddiaçının özü və cavabdehlə birlikdə digər övladları arasında bərabər bölünməsi ilə bağ lıdır. İşin bu halı tərəflərin məhkəmə baxışı zamanı verdikləri izahatlarla da müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, “Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə görə qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfind ən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətna mədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə ö hdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
13. Birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı iş üzrə cavabdeh o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun, habelə ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunda göstərilən digər əsaslar mövcud olsun. Lakin hazırkı iş üzrə cavabdehin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan əsaslar aşkar olunmamışdır. Cavabdehin mənzilin satılması ilə bağlı razılığının olmaması isə onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün hər hansı bir əsaslar yaratmır və iddiaçının bu yolla mülkiyyət hüququnu realizə etməsi qanuni sayıla bilməz. İddiaçının mülkiyyət hüququnu realizə etməsi üçün qanunla digər əsaslar nəzərdə tutulmuşdur ki, o, həmin vasitələrdən istifadə etmək hüququna malikdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1137, 1139-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə qeyd edilmişdir ki, guya iddiaçı cavabdeh mənzilin satılmasına razılıq vermədiyindən hazırki iddia tələbi ilə müraciət etmişdir. Lakin bu şəxsi mülahizə lərin heç bir qanuni əsası yoxdur. Çünki iddia ərizəsində də göstərdiyi kimi cavabdeh faktiki yaşadığı qadınla mütəmadi olaraq iddiaçını söyüb təhqir etdiyi, hətta döydüyü üçün iddiaçı belə iddia qaldırmışdır. Cavabdeh iddiaçının yaşına hörmət qoymamış, yol verdiyi qanunsuz hərəkətlərə görə dəfələrlə iddiaçını polisə müraciət etmək məcburiyyətində qoymuşdur. Məhkəmə Mülki Məcəllənin 1137-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarlardan görünür ki, cavabdeh iddiaçının evdən çıxmağını tələb etmiş, əks halda onu öldürəcəyi ilə hədələmişdir. Məhkəmə tərəflərin izahatlarına və münasibətlərinə düzgün qiymət verə bilməmiş, yalnız cavabdehin göstərdiyi etirazı əsas tutmaqla iddianı rədd etmişdir. Məhkəmə iddia tələbi ni cavabdehin evin satılmasına razılıq verməməsi ilə əlaqələndirməyə çalışmışdır. Lakin tərəflər arasındakı münasibətlərin yaxşı olmamasına və iş materiallarında olan Xətai Rayon 34-cü Polis Bölməsinin qərarlarına əhəmiyyət verməmişdir. Məhkəmə tərəflər arasında ata-oğul münasibətlərinin artıq mövcud olmadığını müəyyən edə bilməmiş, bu da son nəticədə əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
17. Apellyasiya baxışında iddiaçı əlavə olaraq göstərmişdir ki, təqaüdçüdür, 2 qız və bir oğlan övladı var. Övladının 5 yaşı olanda anası vəfat etmişdir, sonradan başqa nikaha daxil olmuşdur. Bu arvadı da vəfat etmişdir. Hazırda istəyir ki, mülkiyyətçisi olduğu evini satsın və dəyərini övladları arasında bərbər paylarla bölsün. Ancaq cavabdeh icazə vermir, atasını söyür, deyir ki, ev ona çat malıdır, qızlarına yox.
18. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ev iddiaçının adınadır və həmin evdə birlikdə yaşayırlar. Əvvələr münasibətləri yaxşı olub. İddiaçının cavabdeh barəsində dedikləri həqiqət deyil, ona edilən təzyiqlərin nəticəsidir. Həmçinin evin satılmasına etirazı yoxdur, sadəcə iddiaçı ev satılandan sonra ona 20000 manat verəcəyini bildirir və bu məbləğ olduqca azdır.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1720/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdiyev)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd e tmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, buna görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, işin hallarına görə iddiaçının miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı müəyyən edilməmişdir, bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ni Mülki Məcəllənin 1134.1, 1134.2, 1137, 1139, 1140, 1143, 1203-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1203cü, MPM-in 217.3-cü maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlilləri eyni məzmunda əsaslandırılıb. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya mi ras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Maddə 1203. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüq uqundan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak n əticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son ir adəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum ed ilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Ma ddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəmə sində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi üzrə qanuni nəticəyə gəlmiş, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, cavabdeh iddiaçıya bir ata kimi hörmət qoymur, onu söyüb, təhqir edir.
31. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1137-ci maddəsi çıxış edir. Belə olan halda, iddianın təmin edilməsi hazırki işdə Mülki Məcəllənin 1137-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsindən asılıdır.
32. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə cavabdehin ləyaqətsiz vərəsə hesab olunması üçün MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğunu, o cümlədən, ümumiyyətlə, iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olmasını müəyyən etməmişlər.
33. Halbuki Konstitusiya Məhkəməsinin istinad edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında əks edilən hüquqi mövqeyə görə vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir.
34. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şər tləri baxımından hazırkı iddianın təmin edilməsini istisna etmişdir.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1720/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.