Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-53/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (2 saylı Bakı “ASAN” Xidmət Mərkəzi notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: ləyaqətsiz vərəsə hesab olunma, ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (2 saylı Bakı “ASAN” Xidmət Mərkəzi notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün cü şəxs qismində cəlb edilməklə) ləyaqətsiz vərəsə hesab olunma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4234/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hazırkı iş üzə tərəflər arasında əvvəllər məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-473/2022 nömrəli 2 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh, X10, X15 və X8 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 6 saylı fərdi yaşayış evindən ibar ət miras əmlaka dair İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli, 2V452 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evinə dair xx.xx.2020-ci il tarixli, 2v-452 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ünvan 6 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli, 2v-132 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair iddası rədd edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3764/2022 nömrəli 6 iyul 2022-ci il tarixli qərarı ilə həmin qətnamə l əğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisində Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 6 saylı fərdi yaşayış evindən ibarət miras əmlakına dair İddiaçı verilmiş müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdə İddiaçı mülkiyyətinə verilməsi barədə hüquqların Dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
3. X9, X11 və X5 Qusar rayon Notariat ofisində təsdiq edilmiş ərizəsində Cavabdeh ünvan 2 ünvanda yaşamasını imzaları ilə təsdiq etmişlər.
4. Qusar RİHB-nin Qusar şəhər İƏD üzrə nümayəndəliyinin 2 fevral 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar şəhər İƏD nümayəndəliyinin 1 saylı “Ev təsərrüfatlarının uçotu kitabı” 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla, ünvan 4 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınaraq, xx.xx.2021-ci il tarixli, 2639 nömrəli Qusar şəhəri T.İsmayılov küçəsində qeyd iyyatsız yaşaması barədə arayışla təmin edilməmişdir. Cavabdeh faktiki həmin ünvanda nə vaxtdan yaşayıb-yaşamaması barədə nümayəndəlikdə heç bir məlumat mövcud deyildir. 5. 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli, xx/xx-199801/9 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixli və xx.xx.2021ci il tarixli vərəqəslik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab olunması, mübahisəli miras əmlaka dair vərəsəlik hüququndan məhrum edilməsi, həmin mirasa dair ona vərəsəli k hüququ haqqında şəhadətnamələrin verilməsi, həmin şəhadətnamələrə müvafiq olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması və müvafiq çıxarışların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsi, 5 saylı fərdi yaşayış evi və ünvan 6 saylı fərdi yaşayış evi iddiaçının mərhum xalası X3 xüsusi mülkiyyətində olmuşdur. Validə Sanayeva xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra həmin əmlaklar sonuncunun qardaşı X14 tərəfindən tək vərəsə kimi adına sənədləşdirilmişdir. Sanayeva Validənin yeganə qanuni vərəsəsi İddiaçı deyildir. X2 və X7 birgə nikahdan İddiaçı başqa X12, X13 da dünyaya gəlmişdir. X12, X13 vəfat etmiş lər. X1 vərəsəsi kimi özünü təqdim edən cavabdeh Həsənov X16 rayonu, Tofiq İsmayılov küçəsi, 43 saylı fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki olaraq idarə etdiyini nümayiş etdirərək həmin evdə uşaqlığından bəri daimi yaşadığını bildirmişdir. Mübahisəli məsələ ilə bağlı məhkəmə çəkişmələri olmuş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin hazırda verilmiş icra sənədi icra edilərkən yeni hallar müəyyən edilmişdir. Belə ki, cavabdehin qeydiyyatı Bakı şəhərində olmaqla, o Bakı şəhərində işləyir və yaşayır, yəni həmin şəxsin Qusar şəhərində yaşaması faktiki olaraq mümkün deyil. Verilmiş arayışın əsası kimi notariusda təsdiq olunmuş ərizənin göstərilməsi də əsassızdır, belə ki, həmin ərizədə notarius yalnız vətəndaşların imzalarının həqiqiliyini təsdiq edib, daha orad a qeyd olunmuş mətnin həqiqiliyini təsdiq etməmişdir. Lakin Cavabdeh Şahbaz oğlunun mübahisəli fərdi yaşayış evindən ibarət miras əmlakı faktiki qəbulu barədə izahatını bu izahatın işin digər sübutları ilə, əsasən də Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışı və notarial qaydada təsdiq olunmuş ərizə ilə tamamlanmışdır. Başqa sözlə, həmin arayışda qeyd olunmayıb ki, Cavabdeh miras açılarkən, yəni miras qoyan X3 vəfat etdiyi anda qeyd olunan miras qalmış evdə faktiki olaraq yaşamışdır.Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 noyabr 2021-ci il tarixli 2639 saylı arayışında qeyd olunmuşdur ki, Cavabdeh arayış verilməsi üçün Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, həmin tarixdən o, Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 saylı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində ünvan 5 ünvanda qeydiyyatsız yaşayan kimi qeydə alınmış və xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Lakin hazırda Qusar rayon icra Hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 2 fevral 2023-cü il tarixli NA/10 saylı məktubda qeyd olunmuşdur ki, "vətəndaş Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar rayon İcra hakimiyyətinin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1 saylı "Ev təsərrüfatlarının uçotu kitabın" 43 sayl ı təsərrüfatına aid 87-ci səhifədə və Dövlət statistika Komitəsinin elektron informasiya sistemində Bakı şəhərində daimi qeydiyyatda olmaqla ünvan 5 ünvanda qeydiyyatsız yaşaması barədə xx.xx.2021-ci il tarixli 2639 saylı arayışla təmin edilmişdir. Vətəndaş Cavabdeh faktiki olaraq həmin ünvanda nə vaxtdan yaşayıb-yaşamaması barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur." Başqa sözlə, Cavabdeh mübahisəli ünvanda miras açılarkən, yəni xx.xx.2020-ci il tarixdə yaşamaması müəyyən edildiyindən, onun notariusa və məhkəməyə yalan məlumat verdiyi aşkar olunur. Cavabdeh miras payı tələb edərkən saxtakarlığa yol vermiş, ünvan 6 ünvanda heç vaxt yaşamadığı halda saxta məlumatlar əsasında saxta arayış əldə etmiş, miras əldə etməyə kömək göstərmiş hərəkətlərə yol vermişdir. Belə olan halda cavabdeh l əyaqətsiz vərəsə hesab olunmalıdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2(001)2004/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, hazırkı halda cavabdeh tərəfindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir.
10. Məhkəmə onun miras payı tələb edərkən saxta arayış əsasında miras əmlakı əldə etməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının bu dəlilinə artıq iddiaçılar Cavabdeh, X10, X15 və X8 cavabdehlər İddiaçı və 2 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinə qar şı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli Qərarında qiymət verilib və bu halın yenidən sübut edilməsinə zərurət yoxdur.
11. Məhkəmə hesab etmişdir ki, iddia tələbində göstərilən dəlillər qanunla nəzərdə tutulmuş hallara aid olmadığından cavabdeh ləyaqətsiz vərəsə hesab edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 346.1, 346.2, 346.3, 346.4, 1133.1, 1133.2, 1166, 1167, 1137, 1138, 1203-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.3, 88-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konsitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq iddiaçı qeyd etmişdir ki qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4234/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Məhəmməd Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının bildirdikləri cavabdehi ləyaqətsiz vərəsə hesab etmək üçün əsas deyildir. Ləyaqətsiz vərəsə hesab olunması əsasları qanunvercilikdə konkret göstərilmişdir, iddiaçının göstərdiyi hallar həmin əsaslara aid deyildir.
17. İddiaçının miras payı tələb edərkən saxta arayış əsasında miras əmlakı əldə etməsi ilə bağlı dəlilinə münasibətdə isə iddiaçının bu dəlilinə artıq qiymət verilib və bu halın yenidən sübut edilməsinə zərurət yoxdur.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1 və 1137-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərаr çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hаzırkı işə bахılаrkən аpеllyаsiyа məhkəməsi işdə оlаn sübutlаrа düzgün hüquqi qiymət vеrməmiş, mаddi və prоsеssuаl hüquq nоrmаlаrını düzgün tətbiq еtməmiş və nəticədə qаnunsuz və əsаssız qətnаmə qəbul еtmişdir.
21. Belə ki, iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli olan bunu etməmiş, işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməmiş, ziddiyyətli məqamlar aradan qaldırılmamışdır.
22. Validə Sanayeva xx.xx.2020- ci il tаriхdə vəfаt еtmişdir. Qаnunа görə həmin аndаn mirаs аçılmış hеsаb оlunur. Аrаyış isə 24 nоyаbr 2021-ci il tаriхdə vеrilmişdir və həmin аrаyışın məzmunundа Cavabdeh nə vахtdаn həmin еvdə yаşаmаsı göstərilməmişdir. Əgər həmin аrаyışlа Fəridin аrаyışın vеrildiyi аndа miras еvdə yаşаmаsı təsdiq оlunmursа, bu hаldа mirаsın fаktiki qəbul еdilməsindən söhbət gеdə bilməz. Məhкəmə isə bu хüsusаtlаrа düzgün hüquqi qiymət vеrməmişdir.
23. İddiaçı kassasiya şikayətini Mülki Məcəlləsinin 1139 və 1203.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)
24. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsəl ərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətlə ndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin və zifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hall arını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4234/2024 nömrəli iş üzrə 23 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.