Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1219/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb olunmaqla) mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb olunmaqla) “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1698/2024 nömrəli, 17 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 cəlb olunmaqla) “evə köçürülmə” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Neftçala Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(053)-430/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı, oğlu - yetkinlik yaşna çatmayan X4 ilə birlikdə Neftçala şəhəri, 7-ci məhəllədə yerləşən MN seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh və X2 adlarına verilmiş 183 nömrəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
3. Cavabde h Neftçala Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(053)430/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(106)1698/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Neftçala Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2(053)-430/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli, 2(106)1698/2024 saylı qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10 6)-1698/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektronməhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 05 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ona təqdim olunmuş hesab olunur.
8. Cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini 16 fevral 2025-ci il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir.
9. Göründ üyü kimi, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, həmin müddət ötürülərək elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda, kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
10. Kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür.
11. Bundan əlavə Kollegiya qeyd etmişdir ki, 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən edilmişdir). Hazırkı iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir.
12. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilmədiyindən və kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən geri qaytarılmalıdır.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 10-1.1, 10-1.2, 10-1.3, 130.1, 130.3, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və şikayətə baxılması üçün işin Ali Məhkəməyə göndərilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Şirvan Apelyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2(106)-1698/2024 qətnaməsi 16 dekabr 2024-cü il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Lakin məhkəmə yanlış olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qətnaməsinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 05 dekabr 2024-cü il tarixdə yerləşdirilməsini qeyd etmişdir. Cavabdeh vəkili ilə apelyasiya instansiya məhkəməsində təmsil olunmaq üçün bağladığı müqavilə həmin məhkəmədə sonuncuya hüquqi yardımı əhatə edir və məhkəmə qətnaməsi elan olduğu andan müqavilə bitmiş hesab edilir və hüquqi xidmət müqaviləsində qətnamənin Cavabdeh təqdim edilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Lakin məhkəmə şikayət vermək hüququnun vətəndaşa məxsus olduğunu və vəkil ilə bağladığı müqavilə və vəkilə verdiyi hüquq əsasında sonuncu tərəfindən şikayət verilməsini nəzərə almamışdır.
16. Tərtib edilmiş kassasiya şikayəti 1 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPMin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formasına uyğun (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən edilmişdir) formada verilməsinə baxmayaraq, məhkəmə tərəfindən heç bir əsas göstərilmədən, pozuntunun nədən ibarət olduğu qeyd edilmədən formal olaraq kassasiya şikayətinin Mülki Prosessual Məcəlləyə 3 saylı Əlavədə yanlış olaraq, müəyy ən olunmuş formada tərtib edilməməsi qənaətinə gəlmişdir. Belə ki, Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə 2(106)-1698/2024 nömrəli qərardadı digər qərardad üzərində işlənib, formal olaraq tərtib edildiyi üçün məhkəmə bu cür nöqsana yol vermişdir.
17. Mülki iş üzrə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmədiyindən həmin şəxsə məhkəmə aktlarının çatdırılması “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1698/2024 saylı qətnaməsi rəsmi qaydada yəni poçt vasitəsilə 16 dekabr 2024-cü il tarixdə X1 çatdırılmış və MPM-nin 405.0.1-ci maddəsinin tələblərinə əsasən iki aylıq müddət axımının başlanğıcının da həmin tarixdən hesablan malı olduğunu nəzərə almamışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə 2(106)-1698/2024 nömrəli qərardadında MPM-nin 135-ci maddəsinin tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
20. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dö vriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
21. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
22. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birl əşdirir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara b u barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu ba xımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin Mülki Prosessual Məcəlləyə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyi barədə qənaəti ilə razılaşmır. Belə ki, əvvəla, apellyasiya məhkəməsi pozuntunun nədən ibarət olduğunu qeyd etməyib. Digər tərəfdən “Elektron məhkəmə” İSdən görünür ki, MPM-ə əlavədə müəyyənləşdirilmiş formada tərtib edilmiş kassasiya şikayətinin “pdf” formatındakı kassasiya şikayəti nümayəndə tərəfindən imzalanmaqla sistemə yerləşdirilmişdir.
36. Lakin göstərilənə baxmayaraq apellyasiya məhkəməsinin yol verdiyi prosessual hüquq normasının pozuntusu nəticə olaraq düzgün olmayan qərardad qəbul edilməsinə səbəb olma mışdır,apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür.Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2024-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil “Elektron-məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə 05 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Bununla da qətnamə ona təqdim olunmuş hesab olunur.Cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini 16 fevral 2025-ci il tarixdə “Elektron-məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etmişdir.Göründüyü kimi, kassasiya şikayəti qanunvericiliyin tələbinə əsasən qətnamə rəsmi qaydada təqdim edildikdən 2 ay müddətində verilməli olduğu halda, həmin müddət ötürülərək “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Eyni zamanda, kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
37. Həmçinin o da nəzərə alınmalıdır ki, nümayəndə Vəkil Cavabdeh tərəfindən verilmiş və məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq, kassasiya şikayəti vermək səlahiyyətlərini (məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması)) də nəzərdə tutmuş etibarnamənin 12 avqust 2026-cı il tarixədək qüvvəsi olmuşdur.
38. Azərbaycan Respublikasının MPM-in 408.1 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
39. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlindiyindən kassasiya şi kayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 fevral 2025-ci il tarixli 2(106)-1698/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.