Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-122/2024 19.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO Dəmir Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-705/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. LPO Dəmir Bank ASC ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, X3 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Kredit müqaviləsindən irəli gələn tələb hüququnun təminatı kimi X3 məxsus ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil ipoteka ilə yüklü edilmişdir.
4. AZ-İ 830050 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
5. Bank tərəfindən Ağsu Rayon Notariat ofisinə mərhum X1 vərəsələrinin müəyyən edilməsi üçün sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X1 adına xx.xx.2017-ci il tarixdə Ağsu rayon Dövlət Notariat ofisində V-149 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
6. Bank tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 ünvanlanmış xx.xx.2022ci il tarixli bildirişlərə əsasən borc məbləğinin ödənilməsi tələb edilmişdir.
7. Bank tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışının və eyni zamanda hesabdan çıxarış məlumatlarına əsasən cavabdehlərin banka müqavilə üzrə 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 40.320,86 ABŞ dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 40.320,86 ABŞ dolları bundan 11.857,80 ABŞ dolları əsas, 12.833,57 ABŞ dolları faiz, 13.085,19 ABŞ dolları cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2.544,30 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 295,64 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun cavabdehlərdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, hazırda mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə yö nəldilməsini, yuxarıdakı əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılmasını, satışdan ələ olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, bankla kredit müqaviləsi bağlanmış mərhum X1 ölümündən sonra onun vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, **********174 saylı “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş gö ndərilmiş və müvafiq ərizə ilə “Kredit borcunun ödənilməsinə və İpoteka predmetinə tutma yönəldilməsinə dair” bildiriş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********795 saylı xx.xx.2022-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər.
10. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbinə yazılı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, hazırkı işə iddia müddəti tətbiq edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018- ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən, hazırkı işə iddia müddətinin tətbiq olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
11. Ağsu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Əsgərov) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018-ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı “iddia müddətinin tətbiq edilməsinə dair” ərizəyə qarşı etirazında bildirmişdir ki, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır.
13. Məhk əmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 36 aylıq müddətinə xx.xx.2018-ci il tarixədək bağlanıb. xx.xx.2018-ci il tarixdən iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt iddia müddətinin axımı başlanır və xx.xx.2021-ci il tarixdə həmin müddət bitir. İddiaçı hüqununun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini keçirmişdir İddianın verilməsi, daha sonra onun baxılmam ış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 1-cisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmunun a əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məsələn, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır.
14. Birinci instansiya məhkəməsi xüsusi ilə qeyd etmişdir ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyibistəmədiyini təyin edir. Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi ha qqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, 381.2- ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir.
3. Əgər 3 81.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Əgər iddiaçı 1-ci iddia ərizəsinin baxılmamış saxlanılması barədə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı qanunsuz hesab edirsə, qanunla müəyyən edilmiş qaydada onu mübahisələndirməli, iddiasına baxılmasını tələb etməlidir. Hazırkı işdə məhkəmə həmin qərardadın qanuniliyini yoxlamaq səlahiyyətinə malik deyil. Göründüyü kimi, iddia müddəti keçib.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən ed ilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdehlər isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiaçının mövcud iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, mövcud tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcu d tələb hüququna malik olmuşdur. Odur ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini buraxdığından iddia rədd edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 380-ci, 381-ci maddələrinə, eləcə də Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni predmetlə hazırkı mübahisələndirilən k redit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili X9 oqlu xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, faiz və cərimə borclarından narazı qalaraq iddia tələbini qismən təmin etməklə borc məbləğinin dəqiqləşdirilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, bununla da borcun olmasına dair etirafedici hərəkətlər etmişdir. Göründüyü kimi, 3 illik iddia müddətinin axımı cavabdehin nümavəndəsi və vəkilinin etirafedici hərəkətindən sonra, yəni xx.xx.2021-ci il tarixdən yenidən başlanmış və iddia müddətinin son qünü xx.xx.2024-cü il tarixdir. Odur ki, iddiaçı Ba nk tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmədən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağsu Rayon Məhkəməsinə göndərilmişdir.
20. Mübahisələndirilən mövzuya başqa istiqamətdən hüquqi qiymət verdikdə belə nəticəyə gəlmək olur ki, cavabdehin sözügedən kredit müqaviləsindən yaranmış öhdəlik üzrə etdiyi hərəkətlər kredit borcunun olması etirafı anlamına gəlir. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı mövcud olmuşdur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə münasibətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miq darda faiz, cərimələr hesablanması nəzərdə tutulub. Hesabdan çıxarış ilə isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər ardıcıllıqla qeyd edilmişdir. Tələb etdiyi borc məbləğləri təcrübəli maliyyəçilər tərəfindən hesablandıqdan və dəfələrlə yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir və sübut kimi məhkəməyə təqdim olunur. Eyni zamanda iş materiallarına əlavə olunan kassa-məxaric orderindən də məlum olur ki, xx.xx.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 14000 (on dörd min) ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir.
21. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-705/23 nömrəli iş üzrə 16 avqust 2 023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli, E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının iddia müddəti tətbiq edilməsinə qarşı etirazının dəlilləri iki əsas arqumentin üzərində qurulmuşdur. Birinci, hazırkı mübahisələndirilən kredit müqaviləsi üzrə ilk dəfə olaraq LPO İddiaçı ASC **********153 saylı 17 dekabr 2020-ci il tarixli iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış olması barədə arqumentə münasibət bildirərək kollegiya qeyd edir ki, müb ahisəli kredit müqaviləsi üzrə iddia müddəti xx.xx.2021-ci il tarixdə bitirdi. İddiaçının qeyd edilən iddia ərizəsi məhkəməyə 17 dekabr 2020-ci il tarixdə, yəni iddia müddətinin bitməsinə 3 ay qalmış verilmişdir. Həmin iddia ərizəsi Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı, 10 may 2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Hazırki iddia ilə isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Göründüyü kimi, iddia ərizəsinin baxılmamış saxlanılmasından 6 ay keçdikdən sonra yenidən məhkəməyə ərizə verilmişdir. Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı işi üzrə məhkəmə baxışına sərf olunmuş vaxt hesaba alınmasa belə, iddiaçı iddia müddətini 3 ay ötürmüşdür.
23. İddiaçının iddia müddəti tətbiq edilməsinə qarşı etirazın ikinci arqumentinə münasibətdə apelyasiya k ollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
24. İddia müddətinin axımının borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə kəsilməsinin mahiyyəti və məqsədi borclunun borcu etiraf etməklə borcu qaytaracağını vəd etməsi nəticəsində tələbkarı inandırması və tələbkarın bu səbəbdən hüquqlarının məhkəmə qaydasında müdafiəsinə əl atmadan borcun könüllü şəkildə qaytarılacağına ümid etməsidir.
25. Hazırkı halda görünür ki, cavabdehlər Ağsu Rayon Məhkəməsinin 2(016)-14/2022 saylı işi üz rə məhkəmə baxışı zamanı iddia edilən borc məbləğini mübahisələndirməklə ekspertiza təyin edilməsini və borcun yenidən hesablanmasını tələb etmişlər. Bundan başqa, ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi xahiş edilmişdir. Cavabdehlərin həmin məhkəmə icraatı zamanı borcu ödəyəcəklərini bildirməsi və ya iddiaçını borcun könüllü ödəniləcəyinə inandıracaq vəd olaraq qəbul edilə biləcək hər hansı digər hərəkətlər etməsi müəyyən edilmir. Belə ki, borcun məbləğinin mübahisələndirilməsi borcun könüllü ödəniləcəyi barədə vəd olaraq qəbul edilə bilməz.
26. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin iddiaçıya borcu könüllü şəkildə qaytaracağı barədə vəd olaraq qəbul olunacaq heç bir etirafedici hərəkəti aşkar edilmir. Beləliklə, hazırki işdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-c i maddəsinin tətbiq edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.2, 317.1,319.1, 372, 375.1, 375.2, 377.1, 385,389.1, 390.1, 442, 445.1, 445.7, 462.1, 463.2, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.6,4,34,36.139.3.3, 59-cu, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı vəkil (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə g öndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: -müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; -borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərənvə təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: -borcun qismən ödənilməsi; -əsas borc üzrə faizin köçürülməsi; -kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; -öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. İlk dəfə Ağsu Rayon Məhkəməsinə müraciət etdiyimiz 2(016)-14/2022 saylı mülki iş üzrə məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 tərəfind ən xx.xx.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edilmişdir. Belə ki, həmin vəsatətə nəzər yetirdikdə belə müəyyən olunur ki, cavabdeh tərəf borc öhdəliyinin mövcudluğunu tam inkar etməmiş, tələb olunan məbləğlə razılaşmayaraq həmin məbləğin dəqiqləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmişdir. Bununla da, cavabdeh tərəfindən borc öhdəliyinin qismən mövcud olmasına dair etirafedici hərəkətlər edilmişdir. Göründüyü kimi, 3 illik iddia müddətinin axımı cavabdehin nümayəndəsi və vəkilinin etirafedici hərəkətindən sonra, yəni xx.xx.2021-ci il tarixdən yenidən başlanmış və iddia müddətinin son günü xx.xx.2024cü il tarixdir. Odur ki, iddiaçı Bank tərəfindən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmədən yenidən idd ia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Ağsu Rayon Məhkəməsinə müraciət edilmişdir. Kollegiya həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır. Məhkəmə cavabdeh tərəfindən borcun etiraf edilməsini göstərən hərəkəti, yəni vəsatəti iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi qəbul etməmiş, bununla da Bankın maraqlarına toxunan qətnamə qəbul etmişdir. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 380.1, 380.2, MPM-nin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı cavabdehlərin etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli 2(107 )-705/23 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
33. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
34. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
35. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
36. Maddə 373.3. Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddət i üç ildir.
37. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
38. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
40. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
41. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
42. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
43. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, hazırkı iddia üzrə iddia müddəti keçdiyi və cavabdeh tərəf iddia müddətinin tətbiqi haqqında ərizə verdiyi üçün iddia rədd edilməlidir.
56. Belə ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 38).
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddia müddətinin keçməməsi barədə iddiaçının dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzə rinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təm in edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-705/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.