Məhkəmə qərarları › İş №2(102)-1220/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1220/2025

15.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1220/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (kateqoriya: kassasiya şikayətinin geri qaytarılması, prosessual müddətin ötürülməsi, müddətin bərpa olunması barədə vəsatətin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-287/2025 nömrəli, 20 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Lənkəran regional qaz istismarı İdarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35040 kub metr dəymiş ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsi ilə (hakim E.Abbasova) iddia qismən təmin edilmiş, Cavabdeh tərəf indən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4200 (dörd min iki yüz) manat sərfiyyat məbləğinin azaldılaraq 525 (beş yüz iyirmi beş) manat miqdarında müəyyən edilməsi qət edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-287/2025 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı “Azəriqaz İB”-nin Lənkəran regional qaz istismarı İdarəs inin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35040 kub metr dəymiş ziyana görə hesablanmış 4200 (dörd min iki yüz) manat borcun azaldılaraq 500 (beş yüz) manat müəyyən olunması barədə iddiası üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

5. İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-287/2025 saylı qərardadından kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə və kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər.

6. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərardad iddiaçıya rəsmi çatdırılmamış və qərardadın mövcudluğu barədə nümayəndə elektron kabinetə əlavə edildikdən sonra mə lum olmuşdur. İddiaçının elektron kabineti yoxdur. Həmçinin kassasiya şikayəti vermək üçün maddi imkanı gec yarandığından vaxtında şikayəti verə bilməmişdir. Bura istər vəkil xərci, istərsə də dövlət rüsumunun ödənilməsi daxildir.

7. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-287/2025 saylı 20 fevral 2025-ci il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-287/2025 saylı qərardadından kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və verilmiş kassasiya şikayəti isə geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Eyni zamanda müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutlar təqdim edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan (səhifə 114) müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-287/2025 saylı qərardadı İddiaçı elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 10 fevral 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmışdır. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət 17 gün ötürülmüşdür. İddiaçı isə ərizəsində qeyd edilən qəra rdaddan kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı bir əsaslı sübut təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə və 60-cı maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 130.1, 133, 402.2, 402.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Ş irvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayəti üzrə prosessual müddətin bərpa edilməsi, yaxud vaxtında verilmiş hesab edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərardadını aldığı vaxtdan qanunla müəyyən edilmiş qaydada və vaxtda kassasiya şikayəti vermişdir. Məhkəmənin ümumi mülahizələrlə onun ərizəsinin təmin edilməməsi onun mülki hüquqlarının məhkəmə müdafiəsi hüququnu pozur. İşə baxan məhkəmə işə qərəzli yanaşmış, toplanmış sübutlara düzgün qiymət verməmiş, nəticədə ərizəçinin ərizəsini əsassız olaraq rədd etmişdir. Halbuki, qərardadın rəsmi qaydada alınmasına dair iş materialların da sənəd yoxdur. Məhkəmə ümumi mülahizə ilə bu ərizəni təmin etməmişdir. Ərizəçi iki variantda ərizə vermişdir: ərizənin vaxtında verilmiş hesab edilməsi və ya prosessual müddətin bərpası barədə. Məhkəmə bu halların heç birinə əsaslı münasibət bildirməmişdir. Məhkəmə qəbul edilən qərardadla ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Ərizəçinin elektron məhkəmə portalında kabineti, həmçinin asan imzası mövcud deyil. Eyni zamanda onun qərardaddan şikayət verilməsi üçün dövlət rüsumunu ödəmək üçün kifayət qədər vəsaiti yalnız iki dəfəyə ödəmək imkanı olmuşdur. Hazırki vəziyətdə apellyasiya məhkəməsi ərizəçinin məhkəməyə əlçatımlıq imkanlarını nəzərə almamış və bu isə ədalətli məhkəmə araşdırılmasının əsas elementlərindən biridir.

13. Kassasiya şikayəti «İnsan hüquqlarının v ə əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin birinci bəndinə,Azərbaycan Respublikası Mülki Məcəllənin 18, 367.1 və 368-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 133.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosess ual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

20. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

21. Maddə 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.

22. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

24. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

25. Maddə 407.2. Kassasiy a şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fa ktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə m əsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

32. Baxılan işdən görünür ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-287/2025 saylı qərardadı İddiaçı elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, kassasiya şikayəti elektron sistemə 10 fevral 2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə elektron imza ilə imzalanmışdır. İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət 17 gün ötürülmüş, müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün iddiaçı məhkəməyə hər hansı bir əsas lı sübut təqdim edə bilməmişdir.

33. Apellyasiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü səbəblər olmadan ötürülmüş hesab etmiş və iddiaçının irəli sürdüyü dəlilləri müddətin bərpası üçün kifayət hesab etməmişdir.

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-287/2025 nömrəli iş üzrə 20 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar