Məhkəmə qərarları › İş №2(102)-1221/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1221/2020

18.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1221/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X1 və cavabdeh “xxxx” ASC-nin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev, iş №2(005) -4530/18) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin olunmamışdır. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş № 2(103)-1535/19) İddiaçı apellyasiya şikayəti təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva-sədrlik ed ən və məruzəçi, Q.Əsgərov və S.Hacıyev, iş №2(102)-3563/19) cavabdehin kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Kərimli və A.Hüseynov, iş № 2(103)-10737/19) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunma sını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə «xxxx» ASC-nin 05.07.2018-ci il tarixli, 205/18 saylı əmrinin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək ona yazılı etiraz vermiş, etirazında digər məsələlərlə yanaşı iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü də göstərmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və vəkili N.Hüseynov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili S.Paşayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmi n olunmamalı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 oktyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, hazırkı iş artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki kollegiyasının 03.06.2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirərək birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və qətnaməni dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən aşağıdakıları nəzər ə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 30.03.2018-ci il tarixdə “xxxx” ASC-nin Baş ofisinin hüquqi ünvanı olan Bakı şəhəri, Müzəffər Nərimanov, məhəllə 2054 ünvanında yerləşən inzibati binasında insident baş vermiş və baş vermiş insidentlə bağlı insidentin iştirakçılarının, habelə İddiaçı izahatları alınmışdır. İzahatı alınan şəxslərlə, habelə İddiaçı ilə İnzibati İdarəetmə Departamentinin müdiri ayrılıqda görüşlər keçirmiş və müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən tarixdə iş vaxtı işçilərin işləməsi üçün nəzərdə tutulmuş ümumi zalda digər əməkdaşların şahidliyi ilə İddiaçı digər əməkdaş X3 yaxınlaşaraq, yüksək səs tonu ilə onu təhqir etmiş, etikaya uyğun olmayan və iş mühitinə yaraşmayan nalayiq ifadələr səsləndirmiş dir. Bununla bağlı həmin anda R.Mürsəlovanın iş masasına yaxın əyləşən, eyni zamanda həmin anda ümumi zalda olub, həmin hadisəni görən bütün əməkdaşların konfliktlə bağlı ifadələri alınmış və onlar da İddiaçı R.Mürsəlovanı təhqir etdiyini və ona qarşı nalayiq ifadələr işlətməsini təsdiq etmişlər. Bundan sonra R.Mürsəlova baş vermiş mübahisəli halın həlli yolunun tapılması məqsədi ilə ASC-nin İRİ Departamentinə müraciət etmişdir. Araşdırma zamanı İddiaçı yenə də əvvəlki kimi İRİ Departamentinin Müdirinin yanında belə etikadan kənar ifadələr işlədərək «İstehlakçıların hüquqlarınan müdafiəsi» Şöbəsinin əməkdaşı Elvira Quliyevanı təhqir etmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı şəxsi məsələlərin işə aid edilməməsi ilə bağlı edilən müraciətlərə məhəl qoymaması, kollektiv arasında münaqişə situasiyaları yaratması, işə laqeyd münasibət bəsləməsinin onun gələcəkdə bu hallara yenidən yol verə bilməsi ilə xarakterizə olunduğundan araşdırmanın yekunu olaraq “xxxx” ASC-nin 05.07.2018-ci il tarixli 205/18 nömrəli əmri ilə «xxxx» ASCnin «Marketinq» Departamenti «Korporativ müştərilərin cəlbi və satışa dəstək» şöbəsinin baş mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (müəssisədaxili intizam qaydalarının pozulması) tutduğu vəzifədən azad edilmişdir. İddiaçı, R.F.Mürsəlovanın, E.Ə.Qulusoyun 06.04.2018-ci il tarixli, N.A.Məmmədbəylinin, S.T.Məmmədovanın və L.E.Dərgahovanın isə 20.04.2018-ci il tarixli izahatları, habelə X4 Olunması Komissiyasının 20.04.2018-ci il tarixli iclasının qərarı əmr verilərkən əsas kimi götürülmüşdür. Əmrdə 07.05.2013 - 12.11.2015 tarix aralığında İddiaçı sosial məzuniyyət dövrünə hesablanmış məzuniyyət haqqının son haqq-hesab məbləğindən çıxılması da qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, «xxxx» ASC-nin 28.04.2017-ci il tarixli 90/17 nömrəli əmrinə əsasən müəssisədaxili intizam qaydalarını pozduğuna görə «icraçılarla iş» şöbəsinin baş mütəxəssisi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən aylıq əmək haqqının 10% məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. «xxxx» ASC-nin 31.07.2017-ci il tarixli 172/17 nömrəli əmrinə əsasən müəssisədaxili intizam qaydalarını pozduğuna görə «İnzibati İdarəetmə» Departamentin «İcraçılarla iş» şöbəsinin baş mütəxəssisi İdd iaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən, aylıq əmək haqqının 15% məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. «xxxx» ASC-nin 30.11.2017-ci il tarixli 321/17 nömrəli əmrinə əsasən müəssisədaxili intizam qaydalarını pozduğuna görə «İcraçılarla iş» şöbəsinin baş mütəxəssisi İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «c» bəndinə əsasən aylıq əmək haqqının 15% məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında həmçinin müəyyən etmişdir ki, iddiaçının işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində heç bir intizam tənbehi tətbiq edilməməsi, onun işdən çıxarılmağı barədə qərarın artıq 20.04.2018-ci il tarixdə verilməsi barədə ona heç bir rəsmi və ya şifahi xəbərdarlıq edilməməsi, sözügedən qərarda nədən bəhs edilməsi barədə də məlumatın olmaması, eləcə də, cavabdeh təşkilat 05.07.2018-ci il tarixli 205/18 saylı əmri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmış əmr olmaması kimi dəlilləri cavabdehin təqdim etdiyi dəlillərlə tam təkzib olunur. Belə ki, İddiaçı işdən çıxarılma barədə verilmiş əmrə qədər barəsində dəfələrlə intizam tənbehi olmuş, 24.04.2018-ci il tarixdən eibarən “xxxx” ASC-də işdə olmamış, bununla bağlı əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələri olmuş, beləliklə də, mövcud xəstəlik vərəqələri onlara təqdim edildiyindən işəgötürən tərəfindən İdd iaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi həmin tarixlərdə mümkünsüz olmasına dair cavabdehin irəli sürdüyü arqumentlər əsaslı olmuşdur. 05.07.2018-ci il tarixdə 205/18 saylı əmrlə işəgötürən “xxxx” ASC ilə işçi İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə faktiki olaraq xitam verilmiş və bu barədə işəgötürən tərəfindən elektron informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Bundan sonrakı tarixlər üçün hər hansı xəstəlik vərəqəsi təqdim edilməmiş və əmək qabiliyyətinin itirilməsi və ya olmamasını əsaslandıran faktiki hallar mövcud olmamışdır. Eyni zamanda iddiaçı 24.04.2018-ci il tarixdən etibarən 05.07.2018-ci il tarixə kimi “xxxx” ASC-də işdə olmamışdir. Apellyasiya instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 05.07.2018ci il tarixli əmri elə həmin tarixdə qəbul etmiş, əmək müqaviləsinə xitam verilərkən həmin əmrlə tanış edilmiş, həmin gün ona müvafiq əmrin surəti, əmək kitab çası, eyni zamanda son-haqq hesab işəgötürən tərəfindən təqdim edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 17.08.2018-ci il tarixdə müraciət etmiş və bununla da, Əmək Məcəlləsi ilə müəyyən edilmiş fərdi əmək mübahisəsinin həll edilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. İddia ərizəsində məhkəməyə vaxtında müraciət etməməsinin səbəbini həkim reseptinə əsasən 08.07.2018-ci ildən 08.08.2018-ci ilədək stabil olaraq müalicədə olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 1 aylıq məhkəməyə müraciət etmə müddətini üzrlü səbəbdən buraxması barədə işdə mötəbər sübutlar yoxdur. İddiaçının 08.07.2018-ci il tarixli həkim reseptində göstərilən dərmanları qəbul etməklə ambulator müalicədə olması onun öz pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün iddia qaldırmaq iqtidarında olmadığı qənaətinə gəlmək üçün əsas vermir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyə tçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 186-cı madəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmiş, məhkəmə iddianı rədd edərkən düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüqu q münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəli llərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qət namənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə gö rə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrin i rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 02 oktyabr 2019-cu il tarixli, 2(103)-10737/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar