Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı Ərizəçi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(103)10459/2018 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunm ası tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1971-ci ildən 1974-cü ilədək və 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban, 1996-cı ildən 2000-ci ilədək 3 saylı Təmir Tikinti idarəsində (03.05.1998-ci ildən Səhiyyə-Tikinti-1 Açıq Səhmdar Cəmiyyəti) bənna işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 21 iyun 2018-ci il tarixli 2(006)-3329/2018 saylı qətnamə si ilə ərizənin təmin olunması, Ərizəçi 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Etibar Nəbiyev sədrlik edən və məruzəçi, Raqib Qurbanov və Azad İmanov) 01.10.2018-ci il tarixli 2(103)-10459/2018 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Ərizəçi 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilmişdir. Ərizəçi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 01.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları hərtərəfli araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, Ərizəçi 01 avqust 1954-cü ildə Ermənistan SSR-in Kalinin rayonunda doğulmuş, 1969-cu ildə əmək fəaliyyətinə başlamış, 1969-cu ildən 1974-cü ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləmiş, 1974-cü ildə ordu sıralarına çağırılmış, 1976-cı ildə ordu sıralarından təxris olunmuşdur. 1976-cı ildən 1988-ci ilədək yenidən Ermənistan S SR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləmiş, Ermənistan SSR-dan məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Təqaüd alınması ilə Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etsə də, şöbə bundan imtina etmiş və əmək stajının olması barədə qanunvericilikdə müəyyən olunmuş qaydada iş stajı təqdim edilmədiyindən əmək pensiyası hüququnun yaranmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsində ərizənin baxılması zamanı ərizəçinin vəsatəti əsasında Ərizəçi ilə birlikdə Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda işləmiş iki şahid dindirilmiş və onlar ərizəçinin sovxozda çoban işləməsi faktını təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirməklə və apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul e dən zaman qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Prosessual məsələlər Ərizəçi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və onun təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxs DSMF-nin Nəsimi rayon şöbəsi işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublik ası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək Ərizəçi 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul e tmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi Ərizəçi ünvanladığı məktubla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd (əmək kitabçası) təqdim etmədiyinə görə Ərizəçi əmək pensiyası hüququnun təmin edilməsinin mümkün olmamasını bildirilmişdir. Ərizəçi НЗ ******* nömrəli hərbi biletinin surətinə əsasən Ərizəçi 11 may 1974-cü il tarixdən 05 iyul 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ərizəçi ünvanladığı 08 noyabr 2013-cü il tarixli, A-2092 saylı məktubla 3 saylı Təmir Tikinti İdarəsinin ar xiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyindən Ərizəçi xahişini müsbət həll etmək mümkün olmadığını bıldırmişdir. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 19 mart 2018-ci il tarixli, 39 saylı arayışına əsasən Ərizəçi 02 sentyabr 2013-cü il tarixdən 68 saylı Mənzil-Kommunal İstismarı sahəsində süpürgəçi vəzifəsində işləyir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, 15 dekabr 1953-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuş və Qızıldaş kənd sovxozunda çoban vəzifəsində işləmişdir. Ərizəçi da həmin rayonun Qızıldaş kəndində yaşamış və 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Qızıldaş kənd sovxozunda çoban vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsində şahid qi smində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 27 oktyabr 1943-cü ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş və Qızıldaş kənd sovxozunda fəhlə vəzifəsində işləmişdir. Ərizəçi onun qohumudur və o, həqiqətən də, 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Qızıldaş kənd sovxozunda çoban vəzifəsində işləmişdir. Apellyasiya instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Ərizəçi 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ildən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsini təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 və X1 da Ərizəçi 1969-cu ildən 1974-cü ilədək, 1976-cı ild ən 1988-ci ilədək Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda çoban işləməsini bildirsələr də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən iki nəfər şahidin ifadələrinə əsaslanmaqla ərizəni təmin etməsini düzgün hesab etməmiş və yuxarıda göstərilənlərə əsasən ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nə zərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunver iciliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut 2 şahid ifadəsidir. Lakin həmin şahidlərin həqiqətən də ərizəçi ilə birlikdə Ermənistan SSR, Kalinin rayonu, Qızıldaş kənd sovxozunda işləməsi barədə məhkəməyə heç bir sübut (əmək kitabçası və s.) təqdim edilməmişdir. Bu isə həmin şahid ifadəsinin mötəbərliyinə əmin olmağa əsas vermir, bu sübutl arın ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olması iş üzrə müəyyən edilmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gələrkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmal ıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli 2(103)-10459/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-1222/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1222/2019
04.03.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver