Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə (iş № 2872/2007, hakim A.K.Namazov) İddiaçı Cavabdeh2, Cavabdeh1, X1 və Cavabdeh4 qarşı tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Z.Tağıyev küçəsi, ev 14, mənzil 34 yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-8144/2020 V.N.Sadıqov, Q.A.Əsgərov, A.N.İmanov) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və mülki iş kimi təqdim olunmuş sənədlərin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsi və apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməs i barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmiş materiallardan müəyyən edilir ki, materiallar mülki işin özü deyildir. Həmin materiallar yalnız Səbail Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi, məktublar, ərizə və hazırda verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən ibarətdir. Mülki iş materialları mövcud olmadan yalnız göndərilmiş materiallar əsasında apellyasiya şikayətinə baxılması mümkün deyildir. Həmçinin materiallara daxil olan Bakı şəhəri Səbail Rayon Məhkəm əsinin 2(009)872/2007 nömrəli xx.xx.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuş apellyasiya şikayəti əsasında araşdırma aparılarkən 2(009)-872/2007 saylı mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi, lakin geri qaytarılmadığı müəyyən olmuşdur. Bu səbəbdən 2(009)-872/2007 saylı mülki işin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmiş, həmin məktuba Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, tələb edilən 2(009)-872/2007 saylı mülki iş Bakı Apellyasiya Məhkəməsində aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki iş itirilmişdirsə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Mülki Prosessual Məcəlləyə Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə icraatının bərpası haqqında ərizə ilə itirilmiş məhkəmə icraatı bərpa edilə bilər. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and
Məhkəmə qərarları › İş №2(102)-1222/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1222/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver