Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1222/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisəsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(*03)-6833/2022 nömrəli, *6 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) 27.0*.20*4-cü il tarixli, 28-K nömrəli əmrlə Bakı şəhəri Baş Səhiyyə İdarəsi 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasının (bundan sonra – cavabdeh və ya Xəstəxana) İ şöbəsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, 09.03.20*8-ci il tarixdə Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinə eyni vəzifəyə keçirilmişdir.
2. Cavabdehin 22 dekabr 202*-ci il tarixli əmri ilə iddiaçıya əmək funksiyasını tam yerinə yetirmədiyinə görə, əmək müqaviləsi ilə müəyyən olunmuş vəzifələrini pozduğuna gö rə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
3. Xəstəxananın Həmkarlar təşkilatının komitəsinin 28 aprel 2022-ci il tarixli 02 nömrəli qərarı ilə iddiaçı işdə verdiyi kobud nöqsanlara və bu hallar dəfələrlə təkrarlandığına görə onun əmək müqaviləsinə xitam verilməsi işəgötürənə təklif edilmişdir.
4. Cavabdehin 30 aprel 2022-ci il tarixli, 33-k №-li əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə həmin tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2022-ci il tarixli, 33-K № əmrin ləğv olunması, onun əvvəlki vəzifəsinə (xəstəxananın reanimasiya şöbəsinin tibb bacısı) vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla bağlanmış əmək müqaviləsi ləğv olunsa da, həmin əmr əsassız və qanun normaları kobud pozulmaqla verilmişi. Belə ki, əmrin forması üzrə Əmək Məcəlləsinin tələbləri ilə müəyyən edilmiş qaydalara riayət edilməmiş, onun hansı pozuntuya yol verməsi göstərilməmişdir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə müəssisənin hüquqi ünvanı, əmri imzalayan işəgötürənin atasının adı; əmək müqaviləsinin ləğv edilməsi əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəz ərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən rəsmi sənədlər göstərilməmişdir. Həmin normanın 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəni həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin normanının 3-cü hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işə götürənin əmri yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun – təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmçinin əmr verilərkən “Dövlət orqanlarında, dövlət mülkiyyə tində olan və paylarının (səhmlərinin ) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 62-ci bəndinin tələbləri də pozulmuş və əmrdə konkret hansı hərəkətə yol verməsi sadalanmamışdır. Bundan əvvəl ona intizam tənbehi verilərkən buna yazılı izahat alınması tələb olunmasına baxmayaraq belə bir izahat tələb edilməmiş, mübahisələndirilən əmr ləğv edildiyi zaman isə həmkarlar ittifaqının qabaqcadan razılığı alınmamışdır. Cavabdeh tərəfindən əmək kitabçasının 05 may 2022-ci il tarixdə, son haqq hesabın isə 07 may 2022-ci il tarixdə həyata keçirilməsi ona qarşı qərəzli olduğunu təsdiq edir. Halbuki bunlar əmr verildiyi gün, yəni 30 aprel 2022-ci il tarixdə həyata keçirilməli idi.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim e dərək qeyd etmişdir ki, Xəstəxana ağ ciyər vərəmi xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş tibb müəssisəsidir və xəstələrin davamlı müalicəsi üçün fəaliyyət göstərir. Burada müalicə olunan xəstələrə xüsusi diqqət və ciddi psixoloji davranış tələb olunur. İddiaçının əmək müqaviləsinin xitam verilməsinə başlıca səbəb onun xəstələrlə və kollektiv arasında kobud davranışı, əmək funksiyalarını lazımi qaydada icra etməməsi və digər qaydaların pozulmasına görədir. İddiaçı ona edilmiş çoxsaylı xəbərdarlıqlardan nəticə çıxartmamış, ondan davranışına diqqət etməsi və yeni səhvlərə yol verilməməsi tələb olunsa da, bunlara məhəl qoymamışdır. İddiaçıdan etdiyi əməllərlə əlaqədar izahat tələb olunsa belə, sonuncu bunu etməkdən imtina etmişdir. Müxtəlif vaxtlarda həm xəst ələr, həm işçi heyətinin şikayətləri və tərtib edilmiş aktlar onun kollektivdən uzaqlaşdırılmasını zəruri etmişdir. Belə ki, iddiaçıya 22 dekabr 202*-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsə də, o, bundan nəticə çıxarmayaraq yenidən öz funksiyalarını kobud sürətdə pozmuşdur. Bundan başqa *4 aprel 2022-ci il tarixdə xəstəxanada müalicə alan Əliyeva Tünzalənin vəziyyətinin ağır olmasını bilən iddiaçı lazımi diqqət göstərməmiş (“gəlirəm” deyib otağında yatmış) və nəticədə xəstənin vəziyyəti pisləşərək dünyasını dəyişmişdir. Vəfat edən şəxsin anası şikayətlər yazmış və səhlənkarlılğa görə cəzalanmasını tələb etmişdir. 28 aprel 2022-ci il tarixdə Xəstəxananın Həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağında iddiaçının əmək funksiyalarının dəfələrlə və kobud şəkildə pozulmas ı halları ciddi müzakirə edilmiş və onun əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində qeyd etmişdir ki, həmin xəstəxanada həkim işləyir və 2022-ci ilin aprel *3-dən *4-nə keçən gecə növbədə olmuşdur. Həmin gün xəstə Əliyeva Tünzalə vəfat etmişdir. İddiaçı da tibb bacısı kimi həmin gün növbədə olmuşdur. Vəfat etmiş xəstənin yanında olan xəstələr dəfələrlə onu xəstəyə qulluq etməkdən ötrü palataya çağırsalar da, o, səhlənkarlıq göstərib bunu etməmişdir. Ümumiyyətlə iddiaçının əvvəllər də növbədə olduğu zaman belə hallara yol verməsi, yəni öz əmək funksiyalarını lazımınca icra etməməsi kimi hallar baş vermişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(0*0)-3*09/2022 nömrəli iş üzrə 08 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar Qasımov) iddia rədd edilmişdir.
10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsi ilə üzərinə götürdüyü - xəstələrə müalicə, profilaktik qulluq, həkiməqədər tibbi yardım göstərmək, həkimin təyinatı üzrə iynə və dərmanları düzgün və vaxtında vurulmasını yerinə yetirmək barədə əmək funksiyalarını icra etməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının gətirdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız şəxsi mülahizələrə əsaslanmışdır. Əksinə cavabdeh tərəfindən təmin edilən və məhkəmə iclasında tədqiq edilən şahid ifadəsi, habelə digər təqdim edilən sübutların məcmusu iddiaçı tərəfindən iş ahənginin mütəmadi pozulması, əmək nizam-intizamına etinasız münasibət bəsləyərək ona əməl etməməsi, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməsində pozuntulara yol verməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasının pozulması barədə iddiaçının əmək fəaliyyətini müsbət səciyyələndirməyən və əmrdə qeyd edilən təsvirləri təsdiq etmişdir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilən sübutlarda (həmkarlar ittifaqının iclasına aid iştirakına dair) uyğunsuzluqlar əmrin (protokolun) qanunsuz olmasına xidmət etmir.
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68 (*), 70 (ç), 7* (2)-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ki icraat
13. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun tərtib edilmiş, həmçinin qeyd olunmuşdur ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edilir. Lakin, iddiaçıdan belə bir yazılı izahatın tələb edilməsinə dair sübut iddiaçının ünvanına teleqram, məktub göndərilməsini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi 22.*2.202*-ci il tarixli, *44-k nömrəli əmr sübut qismində nəzərə alınmalı olmadığı halda məhkəmə həmin əmrə istinad etmişdir, halbuki həmin əmrin iddiaçıya təqdim edilməsi, həmin əmrlə bağlı izahatın alınması barədə iş materiallarında heç bir sübut yoxdur. Yəni həm in əmr iddiaçının intizam tənbehinin olmasına sübut kimi nəzərə alına bilməz. Eyni zamanda cavabdehin vəsatəti əsasında dinlənilmiş şahid X2 ifadəsinə məhkəmə tənqidi yanaşmalı olduğu halda həmin şahid ifadəsinə istinad etmişdir. Belə ki, X3 öz vəziyyətinə görə cavabdehdən asılı olan şəxsdir, hal-hazırda cavabdehin əməkdaşıdır. Onun ifadəsi iş üzrə hər hansı bir halı təsdiq edən mötəbər sübut qismində nəzərə alına bilməz. Habelə o özü şəxsən iddiaçının əmək funksiyasını pozmasının şahidi olmasını bildirməmiş, yalnız başqa şəxslərin iddiaçıdan narazılıqlarının olmasını qeyd etmişdir ki, bu da sübut qismində nəzərə alına bilməz. X* növbəsində iddiaçının intizam pozuntusuna yol verməsi və ya əmək funksiyasının icra etməməsi baş vermiş olsa idi, ilk növbədə o, bu barədə baş həkimin adına qeydi yyat jurnalında qeydiyyata alınmaqla rəsmi qaydada məlumat (məruzə) verməli idi, lakin belə bir rəsmi sənədin olmadığı halda onun şahid kimi iddiaçının əmək funksiyasını icra etməməsi barədə verdiyi ifadə (başqa mötəbər sübutlar olmadığı halda) mötəbər sübut deyildir. Başqa mötəbər sübut isə iş materiallarında yoxdur, belə bir sübutlar olsa idi o zaman həmin sübutlara qətnamədə istinad edilərdi, halbuki qətnamədə iddiaçının əleyhinə qeyd edilən şahid ifadəsindən başqa sübuta istinad edilməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(*03)-6833/2022 nömrəli iş üzrə *6 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı öz əmək funksiyasını yerinə yetirmədiyindən, əmək müqaviləsi üzrə vəzifələrini pozduğuna görə 22.*2.2022-ci ildə töhmət verilməsinə baxmayaraq, *4 aprel 2022-ci ildə növbədə olduğu halda xəstəxanada müalicə olunan Tünzalə Əliyevaya tibbi yardım göstərməmiş, öz əmək funksiyasını yerinə yetirməmiş, əmək müqaviləsi üzrə vəzifələrini pozmuşdur. Tünzalə Əliyeva elə həmin gün vəfat etmişdir. Həmin gün 2-ci mərtəbədə işləyən tibb bacısı iddiaçının işlədiyi 3-cü mərtəbəyə həkimlə birlikdə qalxaraq tibbi yardımın göstərilməsində iştirak etmişlər. İddiaçının xəstəyə tibbi yardım göstərməməsi işin halları və şahid ifadələri ilə bir daha təsdiq olunur. Bu da iddiaçının öz əmək funksiy asını yerinə yetirməməsi, əmək müqaviləsi üzrə vəzifələrini pozması işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən haldır.
17. Məhkəmə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, yalnız iddiaçının öz şəxsi mülahizələrinə əsaslanmışdır.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 68 (*), 70, 7* (2), *86 (*), *86 (2)-ci və MPM-in *4.2, 77.*, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (vəkili Vəkil*) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə həmkarlar təşkilatının protokolu təqdim edilsə və həmin protokola qətnamədə istinad edilsə də həmin protokolun tərtib edildiyi iclasın çağırılması üçün əsas ola biləcək işəgötürənin yazılı təqdimatı, təqdimata müvafiq əsaslandırma sənədlərin əlavə edilməsi barədə sənədləri təqdim edilməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş protokol müstəqil həmkarlar təşkilatı tərəfindən tərtib edilməli olmasına baxmayaraq, həmin protokol cavabdeh tərəfindən də imzalanmış və möhürü ilə təsdiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
22. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 7* (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. Maddə 7* (3). İş əgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 72, bənd “e”. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
26. Maddə 84 (*). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir
27. Maddə 83 (*). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərənc amı, qərarı) ilə rəsmiləşdirilməlidir.
28. Maddə *86 (*). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
29. Maddə 300 (*). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin f aktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllə
30. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərin dən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və pr osessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
42. Həmçinin nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsi əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əks etdirilməli olan məlumatları sadalamışdır. Həmin maddənin 2ci bəndinə müvafiq olaraq qeyd olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmrin (sərəncamın, qərarın) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməsi mümkün sayılsa da, bu hal əmrin etibarsızlığının imperativ əsası kimi nəzərdə tutulmamışdır. Normada qanunverici “etibarsız hesab edilə bilər” ifadəsindən istifadə etdiyi üçün belə məlumatların birinin və ya bir neçəsinin göst ərilmədiyi əmrin etibarsız olub-olmadığına qərar vermək işə baxan məhkəmənin mülahizəsindədir. Əgər məhkəmə əmrdə əks olunmayan məlumatların həqiqətən də əmrin legitimliyini şübhə altına aldığı barədə qənaətə gələrsə, onda əmri etibarsız hesab edə bilər. Əks halda belə məlumat(lar)ın əks olunmadığı istənilən əmrin (sərəncamın, qərarın) tam formal mülahizələrlə etibarsız sayılması Əmək Məcəlləsinin 84-cü maddəsinin məqsədlərinə cavab vermir.
43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı irəli sürülməmiş hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiya sı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*03)-6833/2022 nömrəli, *6 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.